Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm məRKƏZİ



Yüklə 6,26 Mb.
Pdf görüntüsü
səhifə65/66
tarix23.08.2018
ölçüsü6,26 Mb.
#63982
1   ...   58   59   60   61   62   63   64   65   66

Vəliyev İlham Əli oğlu
Vəliyev  İlham  Əli  oğlu  07  oktyabr
1959-cu  ildə  Tovuz  rayonunun  Əlibəyli 
kəndində  anadan  olmuşdur.  1967-1977- 
ci  illərdə  Əlibəyli  kənd  orta  məktəbində 
oxumuşdur.
1977-ci ildə  V.İ.Lenin adına APİ-nin 
“Riyaziyyat”  fakültəsinə  daxil  olub  və
1981-ci  ildə  həmin  institutu  bitirmişdir.  Təyinatla  Sabirabad 
rayonuna  göndərilib,  həmin  rayonda  müəllim  işləmişdir.
1981 -83-cü  illərdə  hərbi  xidmətdə  olmuşdur.
1983-88-ci  illərdə  Sənaye  Pedaqoji 
Texnikumunda 
tərbiyəçi  müəllim  işləmişdir.
1985-1999-cu  illərdə  N.Tusi  adına  ADPU-də  baş 
laborant,  1999-cu  ildən  2007-ci  ilin  noyabr  ayınadək  Bakı 
İdarəetmə  və  Texnologiya  Kollecində  direktor  müavini 
vəzifəsində işləmişdir.
1997-ci  ildə  San 
Marino  Akademiyasının  İdarəetmə 
Biznes  və  Hüquq  İnstitutunda  “İqtisadiyyat”  fakültəsini 
bitirmişdir.
1993-cü  ildən Yeni Azərbaycan Partiyasınm  üzvüdür.
2006-cı  ildə  “Aqrar  bölmədə  sahibkarlığın  iqtisadi 
tənzimlənmə 
istiqamətləri” 
mövzusunda 
namizədlik 
dissertasiyasım  müdafıə  edərək,  iqtisad  elmləri  namizədi 
alimlik  dərəcəsinə  layiq  görülmüşdür.  “İqtisadiyyat və  elmi 
texniki  tərəqqi” və “Riyaziyyatdan  test  çalışmaları”  adlanan 
dərs  vəsaitlərinin  müəllifıdir.  Mikro  və makro  iqtisadiyyat
308
»  —  
1
və iqtisadi nəzəriyyə  kursunun  öyrənilməsinə dair  metodik 
vəsait  tərtib  etmişdir.

dərslik, 4 tədris metodik göstərişin, 2 dərs  vəsaitinin, 2 
proqramın 35-dən çox elmi məqalənin müəllifıdir.
09 
noyabr  2007-ci  ildən  Azərbaycan  Kooperasiya 
Universitetində  tərbiyə işləri  üzrə  prorektor işləyir.  2010-cu 
ildən universitetin dosentidir.
Ailəlidir, 3  övladı var.
309


* —  ^
Yaqubov Şamil Əyyub  oğlu
Yaqubov  Şamil  Əyyub  oğlu 
1939-cu  il  Bakı  şəhərində  Bayıl 
qəsəbəsində  fəhlə  ailəsində  anadan 
olmuşdur.  1946-cı  ildə  163  saylı  orta 
məktəbə  daxil  olmuş,  1956-cı  ildə 
həmin  məktəbi  bitirmişdir.  1967-ci 
ildən 
1971 
-c i 
ilə  kimi  Neft 
texnikumunda  oxumuşdur.  1971-ci 
üdə  Dadaş  Bünyadzadə  adına  Xalq  Təsərrüfatı  İnstitutuna 
daxil  olmuş,  1976-cı  ildə  həmin  institutu  bitirmişdir.  1961- 
1964-cü  illərdə  ordu  sıralannda  hərbi  xidmətdə  olmuşdur.
1961-ci  ildən  Dövlət  Plan  Komitəsinin  nəzdində  olan  Elmi- 
Tədqiqat  İqtisadiyyat  İnstitutuna  laborant  vəzifəsinə  işə 
qəbul  olmuşdur.  2009-cu  ilin  yanvar  ayma  kimi  həmin 
institutda  müxtəlif  vəzifələrdə  çalışmışdır. 
1971 
ildə 
məqsədli  aspiranturaya  daxil  olmuş  və  oranı  1974-cü  ildə 
bitirmişdir.  1987-cı  ildə  namizədlik  dissertasiyası  müdafiə 
edib  iqtisad  elmləri  namizədi  alimlik  dərəcəsi  almışdır.
2009-cu  ilin  yanvar  ayından  Azərbaycan  Milli  Elmlər 
Akademiyasmın  İqtisadiyyat  İnstitutunda  apancı  elmi  işçi 
vəzifəsində çalışır.
Bir  alim  kimi,  işlədiyi  dövrlərdə  ümumi  olaraq 
Azərbaycanda  88  məqalə,  5  tezis,  2  məqalə  isə  Avropada 
dərc  edilmişdir  (İspaniya,  Fransa).  Bir  sıra  Beynəlxalq 
konfranslarda həm iştirak etmiş, həm də çıxışlar etmişdir.
Ailəlidir,  3  qız övladı var.
310
H
Zeynallı Əlisa Təvəkkül oğlu
Zeynallı  Əlisa  Təvəkkül  oğlu  1950- 
ci 
il 
avqustun 
9-da 
Azərbaycan 
Respublikası 
Cəlilabad 
rayonunun 
Zopun  kəndində  anadan  olmuşdur. 
Burada  natamam  orta  təhsil  almışdır.
1967-1968-ci  illərdə  Bakı  Plan  Uçot 
Texnikumunda 
oxuyaraq 
“Kənd 
təsərrüfatı 
iqtisadiyyatı” 
fakültəsini 
bitirmişdir.  1977-ci  ildə  Azərbaycan  Xalq  Təsərrüfatı 
İnstitutunun  (İndiki  Dövlət  İqtisad  Universitetinin)  Xalq 
təsərrüfatınm  planlaşdınlması  fakültəsini  qiyabi  bitirmişdir.
1998-ci  ildə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının 
İqtisadiyyatı 
və 
Təşkili 
İnstitutunda 
“Aqrar-sənaye 
kompleksi  sistemində  iqtisadi  hesablarm  tədqiqi  və  tətbiqi 
problemləri” mövzusu üzrə dissertasiya işini müdafıə edərək, 
iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır.
Elmi  və  praktiki  fəaliyyəti  ölkədə  statistikanın  təşkili  və 
inkişafına  həsr  edilmişdir.  Əmək  fəaliyyətinə  1968-ci  ildə 
Cəlilabad rayon Dövlət statistika müfəttişliyində başlamışdır.
1970-1972-ci  illərdə hərbi  xidmətdə olmuşdur.  1972-ci  ildən 
isə  əmək  fəaliyyətini  Azərbaycan  Respublikası  Dövlət 
Statistika  Komitəsində  (keçmiş  Mərkəzi  Statistika  İdarə- 
sində)  davam  etdirmişdir.  Burada  tikinti,  əhali  və  səhiyyə, 
kənd  təsərrüfatı  statistikasınm  təşkili  işlərində  çalışmış, 
1979-cu  il  “Əhalinin  siyahıyaalması”  şöbəsinin  müdir 
müavini  olmuş,  1989  və  1999-cu  il  siyahıyaalmalarında  fəal 
iştirak  etmişdir.  Uzun müddət kənd  təsərrüfatı  məhsullarmm
311


tədarükü  statistikasının  təşkilinə  rəhbərlik  etmişdir.  Hal- 
hazırda  “Ərzaq  təhlükəsizliyi  və  balanslan  statistikası” 
şöbəsinin müdiri vəzifəsində çalışır.
Ölkəmizin  müstəqil  inkişafı  illərində  öz  bilik  və  bacan- 
ğını,  müasir  mərhələdə  bəşəriyyəti  narahat  edən  əsas  qlobal 
problemlərdən  biri  hesab  olunan,  ərzaq  təhlükəsizliyi  üzrə 
informasiya  sisteminin  qurulmasına  həsr  etmişdir.  Beynəl- 
xalq təşkilatlarla əməkdaşlıq nəticəsində qısa müddət ərzində 
məlumatlar  bazasmın  yaradılması,  2001-2007-ci  illərdə 
rüblük  statistik  bülletenlərin  və  illik  statistik  məcmuələrin 
hazırlanmasına  gərgin  əmək  sərf  etmiş,  habelə  milli 
iqtisadiyyatın  müasir  inkişaf  mərhələsində  aktual  sayılan 
problemlər  üzrə  tematik  statistik  müşahidələrin  keçirilməsi 
təcrübəsinə  nail  olmuşdur.  Bütün  bunlar  onun  elmi-nəzəri 
biliklərinin formalaşmasında əsas rol oynamışdır.
Bilavasitə  onun  elmi-praktik  təcrübəsi  və  təşəbbüsünə 
əsasən  “Azərbaycanda  əhali  və  kənd  təsərrüfatınm  su  ilə 
təminatmın  vəziyyəti”  (2002),  “Taxıl  istehsalı  və  istifadəsi” 
(2002),  “Kənd yerlərinin  yol  və  kommunikasiya şəbəkəsinin 
vəziyyəti”  (2003),  “Fərdi  (şəxsi)  nəqliyyat  vasitələrilə 
səmişin  və  yükdaşımalann  qiymətləri”  (2003),  “Kənd 
təsərrüfatı  istehsalçılannm  əsas  iqtisadi  göstəricilərinin 
öyrənilməsi”(2003), 
“Heyvandarlığın 
inkişafının 
əsas 
məsələləri”  (2004),  “Ərzaq  məhsullarmın  qiymətlərinin 
öyrənilməsi”  (2004),  “Ev  təsərrüfatlannda  ərzaq  əldə  etmək 
imkanlan ’  (2004),  “Emal  müəssisələri,  ticarət  təşkilatlan  və 
təsərrüfatlannda  ərzaq  məhsullannın  qalıqlan”  (2005), 
“İqtisadiyyatda məşğul  olanların  sayı və tərkibi” (2005),  “Ev 
təsərrüfatlarmda  məşğulluq”  (2006),  “Əhalinin  içməli  su  ilə
312
təminatınm  vəziyyəti”  (2006),  “Suvanlan  torpaqlardan 
istifadənin  vəziyyəti”  (2007),  “Cins  əkinlərin  vəziyyəti” 
(2007),  “Kənd  təsərrüfatı  istehsalçılannm  bazar  münasibət- 
lərinin  vəziyyəti”  (2008),  “Kənd  təsərrüfatı  istehsalçılanna 
xidmətlər  göstərilməsinin  vəziyyəti”  (2008) 
mövzulanna 
dair  birdəfəlik  statistik  müşahidələr  keçirilmiş,  onlann 
icmallaşdırma 
proqramı 
hazırlanmış, 
ilkin 
müşahidə 
məlumatlan icmallaşdınlaraq təhlil edilmiş, müvafıq təkliflər 
müəyyənləşdirilmiş və statistik külliyyatlar hazırlanaraq ölkə 
rəhbərliyinə,  hökumətə  və  qanunverici  orqanlara,  habelə 
beynəlxalq  təşkilatlara  və  elmi  idarələrə  təqdim  edilmişdir. 
“Azərbaycanm 
milli 
iqtisadiyyatına  maliyyə 
yardımı 
göstərilməsi  və  onun  istehlak  üçün  səmərəliliyinin  müəyyən 
edilməsi qaydalan” hazırlanmışdır (2009).
Ölkənin  ərzaq  balanslannm  işlənməsi  üçün  nəzəri- 
metodoloji qaydalann hazırlanması,  onlann təcrübəyə tətbiqi 
üzrə  2007-2010-cu  illərdə  fəal  və  səmərəli  fəaliyyət 
göstərmişdir.  Hazırda bu işləri davam etdirir.
Onun  elmi  tədqiqatları  və  praktiki  təcrübəsinin  paralel 
davam  etdirilməsinin  nəticəsi  olaraq  2005-ci  ildə  “ Elm 
nəşriyyatı tərəfındən “Azərbaycan kənd təsərrüfatınm müasir 
problemləri” adlı monoqrafıyası dərc edilmişdir.
2008-2011-ci  illərdə  elmi  yaradıcılığının  əsas  hissəsini 
“ Bazar 
iqtisadiyyatı 
şəraitində 
qiymət 
və 
qiymətin 
əmələgəlmə  məsələləri”,  “İqtisadi  nəzəriyyədə  təkmilləş- 
dirmə  məsələləri”,  “Sahibkarlıq  fəaliyyətində  innovasiya 
məsələləri”,  “Kənd  təsərrüfatında  innovasiya  məsələləri”, 
“ Regional  inkişaf və  innovasiya  məsələləri”  təşkil  etmişdir. 
Bu mövzular üzrə beynəlxalq konfranslarda, elmi jumallarda
313


Yüklə 6,26 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə