Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm məRKƏZİ



Yüklə 6,26 Mb.
Pdf görüntüsü
səhifə7/66
tarix23.08.2018
ölçüsü6,26 Mb.
#63982
1   2   3   4   5   6   7   8   9   10   ...   66

çap  olunmuş  elmi  əsərlərində  problemin  sosial-iqtisadi 
aspektləri  geniş  təhlil  edilmışdır.  Buna  misal  olaraq,  alim 
geniş  təkrar  istehsalın  intensiv  formasınm  mahiyyətini  və 
ilkin  şərtlərini  müəyyənləşdirmiş  və  geniş  təkrar  istehsalın 
bu  tipinin  iqtisadi  qanunlarla  qarşılıqlı  əlaqəsini  göstər- 
mişdir.  O,  müasir  şəraitdə  intensivləşdirmənin  iqtisadi 
qanunlann  fəaliyyət  mexanizminə  təsirini  aşkar  etmiş, 
istehsal  vasitələrinə  yığım  fondunun  səmərəli  istifadə 
edilməsinin  milli  gəlirdə  istehlak  fondunun  xüsusi  çəkisinin 
artmasına  səbəb  olduğunu  qeyd  etmişdir.  Sonra  o,  belə  bir 
nəticəyə  gəlmişdir  ki,  istehsalm  intensivləşdirilməsi  ilə 
əlaqədar  olaraq  daha  məhsuldar  və  effektli  əmək  vasitə- 
lərinin,  material  və  texnoloji  proseslərin  tətbiqini,  işçi 
qüw əsinin  ixtisasınm  yüksəldilməsini,  xüsusilə  yeni  iş 
yerlərinin  yarandığı  şəraitdə  istehsalın  maddi  və  şəxsi 
amillərinin proporsional  və balanslı  qaydada  inkişafım təmin 
edir.  Nəticədə  istehsahn  daxili  imkanlanndan  maksimum 
istifadə  edilməsi  əmək  məhsuldarlığmm  yüksəldilməsinə 
geniş şərait yaradır.
Əhməd  Mahmudov  dərin  elmi  axtarışlar  əsasında  belə 
bir  qənaətə  gəlmişdir  ki,  istehsalın  intensivləşdirilməsi 
xammal  və  materialların  emalınm  dərinləşdirilməsini,  sadə 
məhsul  istehsalından  daha  dərin  istehsala  keçirilməsini  və 
onların  emal  texnologiyalarmm  müasirləşdirilməsini  tələb 
edir.  Təbii  ki,  bu  da  yeni  sahə  və  istehsalın  meydana  gəl- 
məsinə,  yeni  texnikanın  tətbiqi  imkanlarmın  dərinləşməsinə 
və 
miqyasının 
genişlənməsinə, 
ÜDM-in 
tərkibində 
xammahn  xüsusi  çəkisinin  azalmasına  səbəb  olur.  Daha 
sonra  o,  əsərlərində  göstərmişdir  ki,  geniş  təkrar  istehsalın
26
intensiv tipi  kapital  qoyuluşunu modemləşdirməyə,  yenidən- 
qurmaya  və  fəaliyyətdə  olan  müəssisələrin  texniki  səviy- 
yəsinin 
yüksəldilməsinə 
yönəldilən, 
xüsusi 
çəkisinin 
artınlması  xeyrinə  onun  quruluşunun  təkmilləşdirilməsini 
tələb  edir.  Alimin  bu  fıkirlərinin  icrası  bu  gün  Azərbaycan 
Respublikasınm  dünya  iqtisadi  sisteminə  inteqrasiya  etdiyi 
bir zamanda daha qiymətli və aktualdır.
Əhməd  Mahmudov  70-ci  illərdə  qlobal  iqtisadi  inkişaf 
məsələlərinə,  xüsusilə  iqtisadi  inkişaf,  struktur,  səmərəlilik 
problemlərinə  dair  geniş  tədqiqatlar  aparır,  bu  elmi 
istiqamətlərin  gələcəkdə  də  vacib  olduğunu  xüsusilə  vurğu- 
layırdı.  Əhməd  Mahmudovun  ötən  əsrin  70-80-ci  illərdə 
apardığı  tədqiqatlann  mühüm  istiqamətlərindən  biri  də 
iqtisadi  mexanizmlərdən  istifadə,  həvəsləndirmə  sisteminin 
təkmilləşməsi  ilə bağlı  idi.
O  dövrün  ideologiyasını,  idarəetmə  sistemini  real 
qiymətləndirən  hər bir  şəxs  bilirdi  ki,  qeyd  edilən  istiqamət- 
lərdə  elmi  fıkir  söyləmək  qeyd  olunan  illərdə  asan  məsələ 
deyildi.  O,  çox  ustalıqla  rəhbərlik  etdiyi  elmi  kollektivi, 
eləcə  də  respublikanm  iqtisadçılarmı  bu  sahədə  tədqiqatları 
genişləndirməyə  çağınrdı.  Çünki  bu  problemlərin  tədqiqinin 
arxasında respublikanın maraqlarmın qorunması dururdu.  Bu 
baxımdan  onun  kənd  təsərrüfatında  qiymət  sisteminin 
təkmilləşməsi,  ictimai  əmək  bölgüsündə  respublikanm  rolu, 
mərkəz 
tərəfındən  kənd  təsərrüfatına  ayrılan  kapital 
qoyuluşu,  iqtisadi  və  maddi  həvəsləndirmə  metodlannın 
təkmilləşdirilməsi  barədə  fıkirləri  çox  aktual  və  əməli 
əhəmiyyət kəsb edirdi.
27


  —   \
Akademik  Əhməd  Mahmudovun  respublikanın  gələcək 
inkişafı ilə bağlı fikirbri elmi cəhətdən əsaslı idi.  80-ci illərin 
ortalannda,  daha  doğrusu,  1987-1988-ci  ilbrdə  respub- 
likamızm  iqtisadi  müstəqillik  konsepsiyasınm  hazırlanması 
üçün  gərgin  iş  apanlır  respublika  üçün  taleyüklü  problem- 
brin   həllinə  öz  müsbət  münasibətini  bildirməklə  yanaşı, 
konkret  təkliflərlə  respublikanm  böyük  imkanlara  rnalik 
olduğunu sübut edirdi.
Akademik  Əhməd  Mahmudov  Azərbaycanm  gələcəyini 
düşünən  bir  vətəndaş,  görkəmli  ziyalı  idi.  O,  Qarabağ 
münaqişəsinin  ilk  günlərindən  ürək  ağrısı  ilə  erməni 
milbtçilərinin  mənfur  siyasətinə  öz  nifrətini  bildirən,  xalqla 
bağlı olan bir vətənpərvər alim, şəxsiyyət  kimi çıxış edirdi.
O,  elmi  ictimaiyyət  və  xalq  arasmda  öz  sanballı  və 
faydalı  əsərləri  ilə  elmin  mahir  təşkilatçısı,  əlaqələndiricisi 
olmaqla  yanaşı,  həm  də  gözəl  insan  kimi  gələcək  nəslin 
yetişməsində  mühüm  rol  oynayırdı.  Təsadüfən  demirlər  ki, 
“alim olmaq asandır,  insan olma çətin”.  Əhməd müəllim  əsl 
insan və əsl alim idi.  Bu sahədə də Əhməd müəllimdə xüsusi 
səriştə  və  vətəndaşlıq  məsuliyyəti  var  idi.  O,  elmi  istiqamət- 
lər  üzrə  tədqiqatçılara  mövzu  verilməsində,  rəhbər  seçilmə- 
sində  müqayisəolunmaz  təşəbbüskarlıq  və  prinsipialhq 
göstərməklə  yanaşı,  gənc  alimlərin  işlədiyi  təşkilatdan  asılı 
olmayaraq  dissertasiyalarmın  müzakirəsinə,  müdafıəsinə  və 
hətta təsdiqinə belə ciddi qayğı  ilə yanaşardı.
Onun  SSRİ  Elmlər Akademiyası  İqtisadiyyat  İnstitutun- 
da,  digər  mühüm  elmi  mərkəzlərlə  əməkdaşlığın  formalaş- 
ması  və  inkişafında  müstəsna  rolu  indiki  nəslin  də 
inkişafmda öz müsbət nəticələrini verir.
28
Nadirov Asəf Abbasqulu oğlu
Azərbaycan 
Respublikası 
Milli 
Elmlər  Akademiyasmm  həqiqi  üzvü, 
tanmmış  iqtisadçı  alim,  iqtisad  elmləri 
doktoru,  professor,  əməkdar  elm  xadimi 
A səf Abbasqulu oğlu Nadirov  1930-cu il 
mart  ayının  13-də  Azərbaycanm  qədim 
mədəniyyət  və  elm  mərkəzlərindən  biri 
sayılan  Naxçıvan  Muxtar  Respublikasmın  Şərur  rayonunun 
Cəlilabad kəndində anadan olmuşdur.
A səf  Nadirov  1936-cı  ildə  doğma  kəndində  məktəbə 
getmiş  və  1946-cı  ildə  həmin  rayonda  Yengicə  kənd  orta 
məktəbini  bitirmişdir.  Elə  həmin  il  Azərbaycan  Dövlət 
Universitetinin  “geoloji-coğrafıya”  fakültəsinə  daxil  olmuş 
və 
1951-ci  ildə  Universiteti  əla  qiymətlərlə  bitirərək 
universitetin  coğrafiya  kafedrasında  assistent  vəzifəsində 
saxlamışlar.  Az  sonra  o,  gənc  mütəxəssis  kimi  diqqəti  cəlb 
etmiş  və  Azərbaycan  SSR  Ali  Soveti  Rəyasət  Heyəti 
yanında  Respublika  inzibati-ərazi  bölgüsü  üzrə  məsləhətçi 
kimi  məsul  vəzifəyə  irəli  çəkilmişdir.  O,  iki  ilə  yaxın  bu 
vəzifədə çalışmışdır.
A səf  Nadirov  1952-ci  ildə  Azərbaycan  SSR  Elmlər 
Akademiyası  Coğrafıya  İnstitutunun  aspiranturasına  daxil 
olmuş  və  təhsilini  davam  etdirmək  üçün  1953-cü  ildə 
Moskva  şəhərinə  -  SSRİ  Elmlər  Akademiyasına  ezam 
olunmuşdur.  Dünya  şöhrətli  alimlərin  çalışdığı  bu  elm 
ocağında A səf Nadirov böyük elmi məktəb keçmiş və  1956- 
cı  ildə  SSRİ  EA  Coğrafıya  İnstitutunda  "Naxçıvan  MSSR:
29


Yüklə 6,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə