Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm məRKƏZİ



Yüklə 6,26 Mb.
Pdf görüntüsü
səhifə8/66
tarix23.08.2018
ölçüsü6,26 Mb.
#63982
1   ...   4   5   6   7   8   9   10   11   ...   66

İqtisadi-coğrafı 
səciyyəsi" 
mövzusunda 
namizədlik 
dissertasiyası müdafıə etmişdir.
Gənc  alim  elə  həmin  il  Bakı  şəhərinə  qayıtmış  və 
Azərbaycan  SSR  Elmlər Akademiyası  Coğrafıya  İnstitutun- 
da  kiçik  elmi  işçi  vəzifəsində  işlədikdən  sonra  1957-ci  ilin 
əw əlindən 
öz 
taleyini 
iqtisad 
elmilə 
bağlamışdu*. 
Akademiyanm  iqtisadiyyat  bölməsinə  (1958-ci  ilin  may 
aymdan  İqtisadiyyat  İnstitutuna  çevrilmişdir)  kiçik  elmi  işçi 
vəzifəsinə  işə  keçmiş,  burada  elmi  fəaliyyətini  davam 
etdirmiş  və  bu  günədək,  bu  institutla  əlaqəsini  kəsməmiş 
"Regional  iqtisadiyyat"  şöbəsində  yerinə  yetirilən  elmi 
tədqiqat  işlərinə  bilavasitə  elmi  rəhbərlik edir və burada fəal 
elmi tədqiqat işlərinə rəhbərlik edir.
Onun keçdiyi  bu paralel  həyat  yolu  da,  elmi  yaradıcılığı 
da,  respublika  iqtisadiyyatınm  inkişafı  problemlərinin 
tədqiqinə  qeyri-standart  yanaşma  metodlarımn  tədqiqi  də  öz 
orijinallığı  ilə  fərqlənir.  Məhz  orijinal  elmi-tədqiqat  metodu, 
respublika  iqtisadiyyatının  problemlərinə  dərindən  bələd 
olmaq,  onların  həllinə  qeyri-standart  yanaşmaq  və  zəhmət- 
sevərlik  A.A.Nadirovu  respublika  iqtisadiyyatınm  ən  kəskin 
və  aktual  problemlərindən  biri  olan  məhsuldar  qüw ələrin 
yerləşdirilməsinin  tədqiqatçısı  kimi  nəinki  Azərbaycanda, 
həm də onun hüdudlarından çox-çox kənarlarda tanıtmışdır.
A səf Nadirovun  tədqiqatlarım  nəzərdən  keçirdikdə  onun 
elmi  maraq  və  fəaliyyət  dairəsinin  olduqca  geniş  və 
çoxcəhətli  olduğu  dərhal  gözə  çarpır.  Onun  əsərləri 
Azərbaycan iqtisadiyyatınm  inkişafmın aktual problemlərinə 
və  xüsusilə  də  məhsuldar  qüw ələrin  yerləşdirilməsi, 
şəhərlərin və regionların inkişafı,  sənaye qovşaqları və ərazi-
30
istehsal  komplekslərinin  səmərəli  formalaşması,  ərazi 
planlaşdırma  və  iqtisadi  rayonlaşdırma,  sənayenin  inkişafı 
və  səmərəli  yerləşdirilməsi  kimi  respublikamız üçün  həmişə 
aktuallıq  kəsb  edən  problemlərə  həsr  olunmuşdur.  Məhz  bu 
istiqamətdə respublikamızda ilkin olaraq apardığı tədqiqatlar 
A.A.Nadirovu  ölkəmizdə  və  onun  hüdudlarından  kənarda 
görkəmli  iqtisadçı  alimlərdən  və  elmin  təşkilatçılarından 
biri,  regional  iqtisadiyyatın  tədqiqi  sahəsində  Azərbaycan 
məktəbinin banisi kimi tanıtdırmışdır.
A.A.Nadirov  aspirant  olduğu  vaxtlarda,  Naxçıvan 
Muxtar  Respublikasınm  iqtisadiyyatma  dair  nəşr  etdirdiyi 
məqalələrilə  özünün  regional  iqtisadiyyat  üzrə  bacarıqlı 
tədqiqatçı olduğunu sübut etmişdir. Namizədlik dissertasiya- 
sının  müdafıəsindən  sonrakı  ilk  illərdə  o,  İttifaq  alimləri  ilə 
birlikdə  bir  sıra  müştərək  məqalələr  nəşr  etdirmiş  və  həmin 
vaxtdan  keçmiş  İttifaqda  regional  tədqiqatçı,  iqtisadçı  alim 
kimi diqqət çəkmişdir.
Qeyd  edildiyi  kimi,  A.A.Nadirov  hansı  vəzifədə 
işləməsindən  asılı  olmayaraq,  öz  elmi  taleyini  İqtisadiyyat 
İnstitutuna  bağlamış  və  burada  özünün  geniş  və  çoxcəhətli 
elmi  axtanşlarmı  dərinləşdirmiş,  iqtisadiyyat  sahəsində 
sanballı  əsərləri  ilə  tədqiqatçılarm  və  dövlət  strukturlannın 
maraq dairəsində olmuşdur.
Respublika 
iqtisadçılan  arasında  ilk 
dəfə 
olaraq 
A.A.Nadirov  ötən  əsrin  60-cı  illərində  şəhər  iqtisadiyyatınm 
tədqiqinə  önəm  vermiş,  xırda  və  orta  şəhərləri  müəyyənləş- 
dirmiş  və  onlann  ən  perspektivlilərinin  regional  mədəni- 
iqtisadi  mərkəz  kimi  formalaşmasının  zəruriliyini  elmi 
cəhətdən  əsaslandırmışdır.  Bu  ideyalar  sonrakı  illərdə
31


respublikada  düzgün  regional  siyasət  yeridilməsində,  xırda 
və  orta  şəhərlərin  inkişafmda  müsbət  rol  oynamışdır.  Onun 
perspektivli  xırda  və  orta  şəhərlərin  elə  səviyyədə  inkişaf 
etdirilməsi  ideyasını  irəli  sürürdü  ki,  onlar  regionlann  yerli 
ehtiyat  və  imkanlanndan  tam  və  səmərəli  istifadəyə  xidmət 
edə bilsin.
Respublikadaxili 
iqtisadi 
rayonlaşdırma 
və 
ərazi 
planlaşdırmanm  təkmilləşdirilməsi  məsələlərinin  kompleks 
şəkildə  tədqiqi  də  A.A.Nadirovun  elmi  yaradıcılığında 
mühüm  yer  tutur.  Hələ  1958-ci  ildə  apardığı  tədqiqatı 
ümumiləşdirərək  A.A.Nadirov  B.Əbdürəhmanov  və  başqa- 
lan  ilə  birlikdə  Azərbaycanın  iqtisadi  rayonlaşmasının 
təkmilləşməsi 
ideyasım 
irəli 
sürmüşdür. 
O, 
işləyib 
hazırladığı  müvafıq  elmi  prinsipləri  əldə  rəhbər  tutaraq  ilk 
olaraq yeni  iqtisadi rayonlar şəbəkəsinin yaradılmasım  təklif 
etmişdir.
A.A.Nadirov  sonralar  bu  problemə  öz  yaradıcılığında 
dəfələrlə  müraciət  etmiş  və  60-cı  illərdə  ərazi-istehsal 
komplekslərini  tədqiq  edərək  ilk  dəfə  olaraq  DQMV-nin 
iqtisadi  rayon  tələblərinə  cavab  vermədiyini  sübut  etmiş  və 
onun  Ağdam-Stepanakert  (Xankəndi)  iqtisadi  rayonunun 
tərkibinə  daxil  edilməsi  fıkrini  irəli  sürmüşdür.  Lakin  çox 
təəssüflər  olsun  ki,  bu  fıkir  lazımi  dairələrdə  düzgün 
anlaşılmamış və reallaşmamışdır.
90-cı  illərin  əw əllərində  A.A.Nadirovun  yaxından 
iştirakı  ilə  respublikanın  iqtisadi  rayonlaşmasınm  təkmilləş- 
dirilməsi məsələsi Azərbaycan EA İqtisadiyyat və Coğrafıya 
institutlannm,  İqtisadiyyat  Nazirliyinin,  İqtisadi  İslahatlar 
Mərkəzinin  və  başqa müvafıq  elm  və  tədris  müəssisələrinin
32
yüksək  ixtisaslı  mütəxəssislərinin  iştirakı  ilə  müzakirə 
olunmuşdur.  Son  nəticədə  onun  bir  sıra  mütəxəssislərlə 
(B.Ə.  Budaqov,  Ə.  X.  Nuriyev,  K.  S.  Hüseynov,  T.  Q. 
Həsənov və i  a.) birlikdə hazırladığı yeni iqtisadi rayonlaşma 
şəbəkəsi  təklif  olunmuşdur.  Təklif  olunan  yeni  iqtisadi 
rayonlaşma  şəbəkəsi 
1996-cı  ildən  başlayaraq  Təhsil 
Nazirliyinin  sərəncamı  ilə  orta  məktəblərdə  coğrafıyanm 
tədrisində, habelə elmi-tədqiqat işlərində istifadə olunur.
Bütün elmi  fəaliyyəti  dövründə A.A.Nadirovun yaradıcı- 
lığının  ana  xəttini  sənayenin-inkişafı,  onun  quruluşunun 
təkmilləşdirilməsi  və  səmərəli  yerləşdirilməsi  problemləri 
təşkil  etmişdir  və  indi  də  təşkil  edir.  Akademik  A.  Nadirov 
hələ  özünün  ilk  tədqiqatlarmda  ipəkçiliyin  və  ipək 
sənayesinin  səmərəli  inkişafı  üçün  respublikada  geniş  təbii 
imkanlarm,  əhalinin  böyük  istehsal  təcrübəsi  və  tarixi 
ənənələrinin mövcud olduğunu əsaslandırmışdır.
60-cı  illərin  əw əllərində  A.A.Nadirovun  rəhbərliyi  və 
fəal  iştirakı  ilə  Azərbaycanm  yeyinti  sənayesinin  inkişafı  və 
yerləşdirilməsi  problemləri  tədqiq  olunmuşdu.  Kollektiv 
monoqrafıya  kimi  nəşr  edilən  bu  iş  (Azərbaycanın  yeyinti 
sənayesi.  Elm,  1963,437  s.)  həmin  dövrdə  iqtisad  elmində 
mühüm  nailiyyət  kimi  qeyd  edilmişdir.  Sonrakı  illərdə  bu 
monoqrafıyanın  materiallanndan  Azərbaycanda  yeyinti 
sənayesinin  inkişaf proqnozları  işlənib  hazırlanarkən  istifadə 
olunmuş  və  həmin  monoqrafıyanm  materiallan  əsasında 
Bakıda  keçmiş  SSRİ-nin  tanınmış  alimlərinin  iştirakı  ilə 
böyük elmi-praktik konfrans keçirilmişdir.
A.A.Nadirov  1968-ci  ildə  "Azərbaycanda  sənayenin 
səmərəli  yerləşdirilməsinin  iqtisadi  problemləri"  mövzusun-
33


Yüklə 6,26 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə