Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm məRKƏZİ



Yüklə 6,26 Mb.
Pdf görüntüsü
səhifə9/66
tarix23.08.2018
ölçüsü6,26 Mb.
#63982
1   ...   5   6   7   8   9   10   11   12   ...   66

da  doktorluq  dissertasiyası  müdafıə  etmişdir.  Dissertasiyada 
irəli  sürülmüş və əsaslandınlmış  elmi müddəalar, təklif,  fıkir 
və  ideyalann  bir  çoxu  sonrakı  illər  ərzində  öz  tətbiqini 
tapmış  və  bir  çox  elmi  fıkirlər  bu  gün  də  öz  aktuallığını 
saxlayır.
Azərbaycan  dövlətinin  məhsuldar  qüw ələrin  daha 
səmərəli  yerləşdirilməsi, 
sənayenin  sahə  quruluşunun 
mütərəqqi  istiqamətdə  təkmilləşdirilməsi  üçün  gördüyü 
tədbirləri  əldə  rəhbər  tutaraq  A.A.Nadirov  70-ci  illərdə  öz 
tədqiqatlarım  daha  da  dərinləşdirmiş  və  1976-cı  ildə  nəşr 
etdirdiyi  "Azərbaycanda  sənayenin  səmərəli  yerləşdiril- 
məsinin 
iqtisadi 
problemləri" 
adlı 
böyük 
həcmli 
monoqrafıyasında  (Bakı,  Elm,  1976,  15,9  ç.v.)  ümumiləş- 
dirmişdir.  Bu  kitab  o  zaman  elmi  ictimaiyyət  tərəfmdən 
yüksək  qiymətləndirilmiş  və  SSRİ  EA-nın  hesabatma  daxil 
edilmişdir.  Kitabda  respublikadaxili  iqtisadi  rayonlarda 
sənayenin  inkişaf  etdirilməsinin  obyektiv  əsaslanna  aid 
zəngin  materiallar  təhlil  edilib  ümumiləşdirilməklə  həmin 
dövr  üçün  çox  aktual  olan  belə  bir  düzgün  nəticə  çıxa- 
nlmışdır ki,  respublikamızın  iqtisadi  rayonlannda  sənayenin 
sonrakı  kompleks  və  səmərəli  inkişafı  üçün  əlverişli  zəmin 
artıq yaranmışdır.  Müəllif həmçinin  respublikadaxili  iqtisadi 
rayonlarda sənayenin inkişaf səviyyəsinin müəyyən edilməsi 
metodikasmı,  sənaye  sahələrinin  iqtisadi  təyinatma  görə 
qruplaşdmlması  və  inkişaf  səviyyəsinin  müəyyən  edilməsi 
üsulunu  nəzəri-metodoloji  əsaslannı  tədqiq  etmiş,  iqtisadi 
rayonlarda  sənayenin  gələcək  səmərəli  inkişafına  dair 
praktiki  əhəmiyyət  kəsb  edən  bir  sıra  mühüm  müddəa  və 
fikirlər irəli sürmüşdür.
34
A.A.Nadirovun  sənayeyə  həsr  olunmuş  bu  və  ya  digər 
əsərlərində  respublikada  sənayenin  tarixi  inkişaf mərhələləri 
müəyyən  edilmiş  və  müxtəlif xarakterli  zəngin  materiallan 
sistem  halında  təhlil  etmək  əsasmda  hər  mərhələdə  onun 
ərazi  üzrə  yerləşməsi  və  inkişafı  vəziyyəti  qiymətlən- 
dirilmişdir.  M üəllif  haqlı  olaraq  belə  bir  həqiqəti  sübut 
etmişdir  ki,  Azərbaycan  sənayesinin  iqtisadi  rayonlarda 
inkişafında  əsas  irəliləyiş  Böyük  Vətən  müharibəsindən 
sonrakı  dövrdə  və  xüsusilə  də  Ulu  öndər  H.Əliyevin 
Azərbaycan KPMK-nin birinci katibi olduğu 70-80-ci  illərdə 
baş vermişdir.
A.A.Nadirovun  əsərlərində  Azərbaycan  sənayesinin 
inkişafı  və  ərazi  üzrə  yerləşdirilməsinin  vəziyyəti  ətraflı 
təhlil  edilmiş,  onun  mövcud  inkişaf  səviyyəsi,  ümumi 
iqtisadi  səmərəlilik,  mütərəqqi  sahə  quruluşu  və  yerli 
xammaldan 
kompleks 
istifadə 
edilməsi 
baxımından 
qiymətləndirilməsi  ilə diqqəti çəkmişdir.
A.A.Nadirovun  əsərlərində respublika  sənayesinin  yaxın 
və  uzaq  gələcəkdə  iqtisadi  rayonlar  üzrə  dərin  ixtisas- 
laşması,  kompleks  və  səmərəli  inkişafı,  istehsalın  daha 
optimal yerləşdirilməsi  istiqamətləri müəyyən edilmişdir.  Bu 
baxımdan  o,  70-80-ci  illərdə  dərc  olunmuş  əsərlərində 
respublika  sənayesinin  yerli  xammalın  hasilatı  ilə  bağlı- 
lığınm  imkan  daxilində  məhdudlaşdınlmasının,  əməktutum- 
lu  sahələrin  üstün  inkişafının,  eyni  zamanda  respublikada 
istifadə olunan bir çox yerli xammal ehtiyatlannın kompleks 
halda 
emalınm 
həyata 
keçirilməsinin, 
ümumiyyətlə 
sənayenin  həm  iqtisadi  rayonlarda,  həm  də  respublikada 
bütövlükdə  kompleks  inkişaf  səviyyəsini  yüksəltməyin  və
35


ixtisaslaşdırılmasmm 
dərinləşməsinin 
zəruriliyini 
və 
yollannı  inandırıcı  şəkildə  əsaslandırmışdır.  İndi  Azər- 
baycanda  bazar  münasibətləri  yenicə  inkişafa  başladığı  bir 
vaxtda  A.A.Nadirovun  həllini  zəruri  hesab  etdiyi  məsələlər 
daha böyük aktuallıq kəsb edir.
1981-ci  ildə Azərbaycan Elmlər Akademiyasınm  müxbir 
üzvü seçilmişdir.
A.A.Nadirov öz tədqiqatlannda həmçinin sənayedə elmi- 
texniki  və  texnoloji  tərəqqi  problemlərinə  həmişə  böyük 
diqqət  yetirmişdir.  O,  80-ci  illərdə  "Azərbaycan  SSR-in 
elmi-texniki  tərəqqisinin  kompleks  proqramı"nm  işlənib 
hazırlanmasmm  əsas  rəhbərlərindən  və  icraçılarından  biri 
olmuşdur.  Bu  sahədə görülmüş  işlər keçmiş  SSRİ  EA,  SSRİ 
Dövlət  Plan  Komitəsi  və  Dövlət Tikinti  Komitəsi  tərəfindən 
müsbət qiymətləndirilmiş və respublikanın bir çox alimlərilə 
birlikdə ona təşəkkür elan edilmişdir.  A.A.Nadirovun  sənaye 
sahəsində  apardığı  tədqiqatların  bu  və  ya  digər  nəticələri 
Azərbaycan  Respublikasında  ayrı-ayrı  dövrlərdə  məhsuldar 
qüw ələrin  inkişafı  və  sənayenin  ərazi  təşkili,  plan  və 
proqnozlannm işlənib hazırlanmasınm əsasını qoymuşdur.
1989-cu  ildə Azərbaycan  Elmlər Akademiyasınm  həqiqi 
üzvü  seçilmişdir.  90-cı  illərdə  A.A.Nadirovun  elmi-tədqiqat 
fəaliyyəti  daha  da  genişlənmiş  və  çoxcəhətli  olmuşdur.  Bu 
illərdə  onun  yaradıcılığının  əsas  istiqamətini  müstəqillik 
qazanmış  Azərbaycan  Respublikasmm  bazar  münasibət- 
lərinə  keçməsi  xüsusiyyətləri  və  mərhələləri,  iqtisadi 
müstəqilliyinin  qorunub  saxlanması  və  möhkəmləndirilməsi 
ilə  əlaqədar  vacib  məsələlər  təşkil  etmişdir.  O,  Azərbaycan 
iqtisadiyyatmm  düşdüyü  dərin  böhranm  təhlilinə,  onun
36
səbəbləri  və  xarakterinin  açılmasına  özünün  bir  sıra 
əsərlərində xüsusi diqqət yetirmişdir.
Son üç-dörd ildə onun apardığı elmi-tədqiqat işlərində və 
dövri mətbuatda çap olunmuş elmi əsərlərində Azərbaycanm 
gələcək  iqtisadi  inkişafına bir baxış,  iqtisadi  islahatlann  Çin 
yolu,  mülkiyyət  münasibətlərinin  formalaşması,  Azərbayca- 
nın  bazar  iqtisadiyyatına  keçməsi  və  dünya  iqtisadiyyatına 
inteqrasiyası,  bu  istiqamətdə  neft  kontraktlannm  mahiy- 
yətinin  və  əhəmiyyətinin  açılması,  iqtisadiyyatın  gələcək 
inkişaf  yollannm  müəyyənləşdirilməsi,  iqtisadi  islahatlar 
sahəsində qabaqcıl ölkələrin təcrübəsinin təhlili və yayılması 
kimi aktual məsələlər mühüm yer tutur.
Akademik  A.A.Nadirov  həmişə  respublikamızda  gedən 
iqtisadi  hadisə və prosesləri  dərindən  duymuş,  iqtisadiyyatın 
səmərəli  inkişafı  mənafeyinin  iqtisad  elmi  qarşısında 
qoyduğu  problemləri  vaxtında  dərk  etmiş  və  onlann  həlli 
yollarmı öz əsərlərində aydın göstərə bilmişdir.
A səf müəllim uzun illərdir ki, həm respublikamızda, həm 
də  onun  hüdudlarmdan  xeyli  kənarlarda,  Yaxın  və  Uzaq 
xarici  ölkələrdə  Azərbaycan  elminin,  xüsusilə  iqtisad 
elminin  nailiyyətlərini  nümayiş  etdirir  və  bu  işin  əsas 
təşkilatçılanndan  və  təbliğatçılanndan  biri  kimi  səmərəli 
fəaliyyət göstərir.
O, 
1958-1992-ci  illərdə  (34  il)  Azərbaycan  EA 
İqtisadiyyat  İnstitutunda  şöbə  müdiri,  eyni  zamanda  1964- 
1981-ci  illərdə  həmin  institutda  elmi  hissə  üzrə  direktor 
müavini,  1981-ci  ildən  1990-cı  ilədək  Azərbaycan  EA 
Rəyasət  Heyətində  baş  elmi  katib,  1990-1998-ci  illərdə 
Akademiyanm  akademik-katibi  vəzifələrində  işləməklə
37


Yüklə 6,26 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə