Avropa Birliyinin TACİS proqramı, Alman Texniki
Əməkdaşlıq Cəmiyyəti (GTZ), BMT İnkişaf Proqramı
(UNDP), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı
(FAO), Dünya Bankının Beynəlxalq Kənd Təsərrüfatınm
İnkişafı Fondu (IFAD), Beynəlxalq İnkişaf Assosiasiyası və
s.
çərçivəsində
beynəlxalq
təşkilat
və
proqramlara
Azərbaycanın cəlb edilməsi istiqamətində əvəzsiz xidmət
göstərmişdir. Təsadüfı deyildir ki, bu sahədə təşəb-
büskarlığım və işgüzarlığım nəzərə alaraq o, 1997-ci ildə
KTN-nin mərkəzi aparatında Beynəlxalq əlaqələr idarəsinə
rəis təyin olunmuşdur.
F.İsgəndərov Avropa Birliyinin MDB ölkələrinə texniki
yardım (TACİS) proqramı üzrə beş layihənin, Alman
Texniki Əməkdaşlıq Cəmiyyəti xətti ilə isə iki layihənin
koordinatoru kimi məqsədyönlü fəaliyyət göstərmişdir.
Dünyanm inkişaf etmiş ölkələrində aqrar bölmənin bazar
iqtisadiyyatı prinsipləri əsasında inkişafı barədə əldə edilmiş
qabaqcıl
təcrübənin
öyrənilməsi
üçün
F.İsgəndərov
respublikanm 200 nəfərdən çox aqrar sahə üzrə rəhbər,
mütəxəssis, alim və sahibkarlanmn Qərbi və Şərqi Avropa,
Şimali Amerika, Yaxın, Orta və Uzaq Şərq ölkələrində
konfrans, seminar və simpoziumlarda, müxtəlif kurslarda və
sərgilərdə iştirakını təşkil etmişdir. Ən önəmlisi odur ki, bu
səfərlərin böyük hissəsi
xarici
ölkə
və beynəlxalq
təşkilatlann maliyyə vəsaiti hesabına həyata keçirilmişdir.
F.İsgəndərov Azərbaycanm aqrar sahədə əldə etdiyi
nailiyyətlərin beynəlxalq aləmdə tamdılmasında da öz
əməyini əsirgəməmişdir. O, nüfuzlu beynəlxalq sərgilərdə
270
yeni formalaşmış milli aqrar sahibkarlann iştirakım təşkil
etmişdir.
2000-ci ildə Faiq İsgəndərov aqrar sahədə toplanmış
yerli və beynəlxalq təcrübəni praktikada tətbiq etmək
məqsədilə Dünya Bankı və Azərbaycan Hökuməti arasında
əməkdaşlıq çərçivəsində təsis edilmiş Kənd Təsərrüfatında
Özəl Bölmənin İnkişafına Yardım Agentliyinə (indiki Kənd
Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri
üzrə Dövlət Agentliyi) məsul vəzifəyə təyin olunmuşdur.
Agentlikdə həyata keçirilən «Kənd təsərrüfatınm inkişafı
və kreditləşdirilməsi»
layihəsinin
icrası məqsədi
ilə
F.İsgəndərovun təşkilatçılığı ilə ölkə fermerlərinə və digər
aqrar sahibkarlara zəruri biliklər verilməsi üzrə onlara
məsləhət və informasiya xidməti göstərmək üçün bir sıra
rayonlarda regional məsləhət mərkəzləri yaradılmış və bu
mərkəzlər bu gün də müvəffəqiyyətlə fəaliyyət göstərirlər.
Eyni zamanda fermerlər üçün aktual olan məlumatlann
onlara operativ qaydada çatdırılması üçün respublikamızda
analoqu
olmayan
informasiya
kampaniyaları
həyata
keçirilmişdir. Daha sonra F.İsgəndərov həmin layihədə Kənd
Təsərrüfatı Siyasəti Qrupunun direktoru vəzifəsinə təyin
olunmuş və ölkənin aqrar siyasəti və strategiyasının
müəyyən edilməsi, həmin strategiyanın investisiya proqramı
və maliyyə planı kimi məsul sənədlərin hazırlanmasına
rəhbərlik etmişdir. Bu sənədlər respublikanın aidiyyatı
nazirlikləri və habelə Dünya Bankı tərəfındən yüksək
qiymətləndirilmışdir.
2006-2010-cu illərdə F.İsgəndərov BMT-nin Ərzaq və
Kənd Təsərrüfatı Təşkilatınm (FAO) Kənd Təsərrüfatı
271
Nazirliyi ilə birgə müvəffəqiyyətlə həyata keçirdiyi “Ferm er
təsərrüfatlanmn
məlumat
və
monitorinq
sisteminin
yaradılmasma kömək” texniki əməkdaşlıq layihəsində fəal
iştirak etmişdir.
2009-cu ildən Azərbaycan Respublikası İqtisadi İnkişaf
Nazirliyində sektor müdiri, baş məsləhətçi vəzifələrində
çalışan Faiq İsgəndərov ölkə və regional əhəmiyyətli dövlət
proqramlannm və konsepsiyalarm hazırlanmasında fəal
iştirak edir. İqtisadi İnkişaf Nazirliyin nümayəndəsi kimi
F.İsgəndərov, keçmiş SSRİ Əmanət Bankınm Azərbaycan
Respublikası Bankınm Azərbaycan Respublikası vətən-
daşları olan əmanətçilərə fərdi birdəfəlik ödəmələrin
verilməsi üzrə Maliyyə Nazirliyinin nəzdində yaradılmış
Xüsusi Komissiyanm üzvüdür.
Faiq İsgəndərov Almaniyada, İsraildə, Niderlandda,
eləcə də ölkəmizdə bir sıra nazirlik, elmi mərkəzlər və elmi
tədqiqat institutları tərəfındən təşkil olunmuş beynəlxalq
konfranslarda,
simpoziumlarda və
seminarlarda aqrar
siyasətin formalaşdırılması, ərzaq təhlükəsizliyi, aqrar
sahədə sahibkarlıq fəaliyyətinin təşkili, aqromarketinq
problemləri, aqrar kredit siyasəti və menecment mövzu-
larında çıxış etmişdir. O, aqrar sənaye kompleksinin
iqtisadiyyatı, idarə edilməsi, təşkili, kreditləşdirilməsi,
aqromarketinq və s. problemlərə dair 50-dən çox broşura,
məqalə,
tövsiyə və
sair elmi
əsərlərin
müəllifıdir.
F.İsgəndərov aqrar siyasətinin və aqrar islahatınm prioritet
istiqamətləri
üzrə Azərbaycan
Elmi
Tədqiqat
Kənd
Təsərrüfatmm İqtisadiyyatı və Təşkili İnstitutunda elmi-
tədqiqatlannı davam etdirir və bu mövzuda elmi məqalələrlə
272
mütəmadi olaraq çıxış edir. O, gənc aqrar-iqtisadçı alim
kadrlann hazırlanmasında da fəal içtirak edir.
F.İsgəndərov uzun müddət Azərbaycan Elmi Tədqiqat
Kənd Təsərrüfatınm İqtisadiyyatı və Təşkili İnstitutunda
ixtisaslaşdırılmış müdafıə şurasınm üzvü olmuşdur.
F.İsgəndərov öz prinsipiallığı, tələbkarlığı, işgüzarlığı,
nüfuzu ilə seçilən iqtisadçı-alim, öz işinə hədsiz sədaqətli,
amalı uğrunda fədakar, xeyirxah və həssas insan, həm də
qayğıkeş ata və ailə başçısıdır.
Dostları ilə paylaş: |