Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm məRKƏZİ



Yüklə 0.52 Mb.

səhifə1/19
tarix08.08.2018
ölçüsü0.52 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   19
61988

4

1

0

*

5

AZƏRBAYCAN  RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI 

NAZİRLİYİ AQRAR ELM MƏRKƏZİ

AZƏRBAYCAN ELMİ-TƏDQİQAT KƏND 

TƏSƏRRÜFATININ İQTİSADİYYATI VƏ TƏŞKİLİ 

İNSTİTUTU

AQRAR İQTİSADÇI

Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatmın 

İqtisadiyyatı və Təşkili İnstitutunun  50 illik yubileyinə

ALIMLƏR

həsr olunur


&S,  bSxfthn;)

v  /)


\  \

Azərbaycan  Respublikası  Kənd  Təsərrüfatı  Nazirliyi  ETKTİ 

və  Tİ-nin  Eimi  Şurasınm  17  fevral  2012-ci  il tarixli  02  saylı 

qərarına əsasən çap  edilmişdir.

Tərtib edənlər:

Salahov S.V. 

Balayev R.Ə. 

Əlibəyov N.V.

Redaktor:

Salahov S.V.

Texniki redaktor:

Əliyeva S.Ə.

Kompyuter tərtibatçısı:

Hətəmova S.Ş.

Kompyuter yığıcısı:

Kərimova E.H.

Korrektorlar:

Babayeva A.F. 

Əmirov F.Ş.

Aqrar iqtisadçı  alimlər. Bakı,  320  səh.

ISBN 978-9952-34-927-6

Bütün  dövrlərdə  1970-ci  illərdə,  ondan 

sonra,  1990-cı  illərdə  Heydər  Əliyevin  elmə 

diqqət  və  qayğısı  çox  yüksək  səviyyədə  idi. 

O,  çox gözəl  bilirdi  ki



hər  bir  ölkənin,  hər 

bir  xalqın  tərəqqisində  elmin  inkişafı 

müstəsna  rol  oynayır.  Müxtəlif  ölkələrin 

tarixinə, 

keçmişinə, 

təcrübəsinə 

nəzər 

salaraq  görürük  ki,  ölkənin  inkişafını, 

potensialını elmin inkişafı müəyyən edir.

İlham  Əliyev


GİRİŞ

Azərbaycan  Elmi-Tədqiqat  Kənd  Təsərrüfatmm  İqtisa- 

diyyatı  və  Təşkili  İnstitutu  SSRİ  Nazirlər  Sovetinin 

kənddə  yeni  iqtisadi  münasibətlərin  inkişafı  ilə,  həmçinin 

təsərrüfatçılığın  forma  və  metodlarının  dəyişməsi,  ərazilər 

üzrə  ixtisaslaşma,  kəndli  kooperativlərinin  yaradılması, 

ictimai  istehsalatın  təşkili  və  digər  problemlərin  tədqiqi 

məqsədilə  8  may  1962-ci  il  tarixli  399  N



2

-Iİ  Qərarı  ilə 

Kənd  Təsərrüfatı  Akademiyasının  iqtisadiyyat  şöbəsinin 

bazasında  yaradılmışdır.  İnstitutun  ilk  direktoru  olmuş 

i.e.d.  professor  Əliyev  İsmayıl  Həsən  oğlu  bu  kollektivə 

1962-1963-cü illərdə rəhbərlik etmişdir.

İnstitutun  formalaşmasının  birinci  mərhələsində  onun 

strukturu,  maddi-texniki  bazası  yaradılmış,  eyni  zamanda 

əsas  fəaliyyət  istiqamətləri  müəyyən  edilmişdir.  Qısa  vaxt 

ərzində  yüksək  ixtisaslı  kadrlar  işə  cəlb  edilmiş,  aqrar 

elmin  qarşısında  qoyulmuş  məsələlərə  uyğun  olaraq  elmi- 

tədqiqat  işlərinin  mövzusu  hazırlanmış,  həmçinin  kənd 

təsərrüfatınm  aktual  problemlərinə  həsr  edilmiş  konfrans- 

lar  və  seminarlar  keçirilməsi  ilə  bağlı  işə  başlanmışdı. 

Keçən  əsrin  60-cı  illərində  institutun  elmi-tədqiqat  işləri 

kənd  təsərrüfatı  təşkilatlarında  infrastrukturun  inkişafı, 

kooperasiya və  inteqrasiya,  istehsal-iqtisadi  münasibətlərin 

inkişafı,  təsərrüfat  hesabının  tətbiqi,  sahələr  üzrə  ixtisas- 

laşma,  əmək  məhsuldarlığı  və  onun  təyin  edilməsi  metod- 

ları,  kəndin  inkişafınm  sosial  problemlərinin  həlli,  kənd

4

 --   1

təsərrüfatı  müəssisələrində  əməyin  elmi  təşkili  və  onun 

zəmanətli ödənişi  məsələlərinə istiqamətlənmişdi.

Həmin  dövrdə  kənd  təsərrüfatı  dövlətin  dəstəyinə 

baxmayaraq,  iqtisadi  baxımdan  geridə  qalmış  sahə  idi.  Bu 

gerilik  bir  sıra  kənd  təsərrüfatı  məhsullarmm  istehsalı, 

rentabellik və  mənfəət  üzrə  planların yerinə  yetirilməsində 

daha  çox  nəzərə  çarpırdı.  Respublikanm  kənd  təsərrü- 

fatının  əsasını  suvarılan  əkinçilik  təşkil  etdiyinə  baxma- 

yaraq,  meliorasiya  işləri  zəif aparılır,  yeni  yararlı  torpaq- 

ların  dövriyyəyə  daxil  edilməsi  üzrə  tədbirlər  görülmürdü. 

Kütləvi  peşələr  üzrə  mütəxəssislərin,  ixtisas  peşələri  üzrə 

mütəxəssislərin,  fəhlələrin  və  texniki  vasitələrin  çatışma- 

ması  səbəbindən,  aqrar  sahənin  sənaye  əsaslarına  keçiril- 

məsi  ləngiyir  ümumiliklə  kəndin  maddi-texniki  bazasımn 

möhkəmlədilməsi  məsələlərinə  lazımınca  diqqət  yetiril- 

mirdi.  Aqrar  iqtisadiyyatın  problemlərinin  həllində  elmi 

nailiyyətlərdən zəif istifadə olunurdu.

1969-cu  ilin  iyulunda  Heydər  Əlirza  oğlu  Əliyev 

Azərbaycan  Kommunist  Partiyası  Mərkəzi  Komitəsinin 

birinci  katibi  seçiləndən  sonra  respublikanm  kənd  təsər- 

rüfatı  siyasəti  kökündən  dəyişdi.  Azərbaycanın  KP  MK- 

nın  həmin  ilin  avqust ayında keçirilən  Plenumunda  Heydər 

Ə liyev  proqram  nitqi  ilə  çıxış  etdi.  Heydər  Əliyev  bu 

nitqində  respublikanm  ictimai-iqtisadi  inkişafınm  əsas 

istiqamətlərini  əsaslandırdı  və  kənd  təsərrüfatına  mühüm 

yer  ayırdı.  H eydər  Əliyev  pambıqçılıq,  üzümçülük, 

tərəvəzçilik,  tütünçülük  və  çayçılıq  sahələrində  işlərin 

vəziyyətini  hərtərəfli  təhlil  edib,  kənd  təsərrüfatmın  bu 

sahələrində  mövcud  nöqsanları  və  səhvləri  göstərmiş,

5





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə