Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm məRKƏZİ



Yüklə 1,79 Mb.
Pdf görüntüsü
səhifə3/19
tarix08.08.2018
ölçüsü1,79 Mb.
#61988
1   2   3   4   5   6   7   8   9   ...   19

liyini  təmin  etməli  olan  aqrar  sahənin  ağır  vəziyyətdən 

çıxardılması  üçün 

Heydər  Əliyev 

ilk  növbədə,  kənd 

təsərrüfatmı  düşdüyü  böhranlı  vəziyyətdən  çıxarmağın 

yeni strategiyasını müəyyən etdi.

1999-cu  il  noyabrın  9-da  Prezident  Heydər  Əliyev 

tərəfındən  imzalanmış  "1999-2000-ci  illərdə  Azərbaycan 

Respublikasında  aqrar  islahatlarm  dərinləşməsi  və  kənd 

təsərrüfatmda  sahibkarlığm  inkişafma  yardım  üzrə  Dövlət 

Proqramı”  haqqında  Fərman  respublikanm  aqrar  sektoru- 

nun  sonrakı  inkişafı  üçün  çox  böyük  əhəmiyyət  kəsb 

edirdi.  Bu  Proqram,  aqrar  sektorda  iqtisadi  islahatların 

sürətlənməsi  ilə  yanaşı,  sahibkarlığm  inkişafı  və  sahibkar- 

ların  iqtisadi  maraqlarınm  müdafıəsi  mexanizmlərinin 

formalaşması yollarım müəyyən etdi.

Ölkədə  təsərrüfatçılığın  m üxtəlif  növlərinin  yaradıl- 

ması  prosesi  qanunvericiliyin  tələblərinə  uyğun  olaraq 

könüllü həyata keçirilirdi.  Belə  ki,  torpaq və  əmlak payları 

almış  vətəndaşlar  təsərrüfatçılığın  hansı  növü  ilə  məşğul 

olmağın  onun üçün  daha əlverişli  olmasını  özləri  müəyyən 

edirdilər.  Respublikada  kəndli  (fermer)  təsərrüfatları, 

istehsal  kooperativləri,  kiçik  müəssisələr,  səhmdar  cəmiy- 

yətləri  və  digər  yeni  qurumlar  yaradılmağa  başlandı. 

Torpaq  üzərində  xüsusi  mülkiyyət  əsasında  yaradılmış 

yeni  münasibətlər  kənd  təsərrüfatmm  yenilənən  struktu- 

runun  həlledici  amilinə  çevrildi.  Bütün  bunlar  ölkənin 

sonrakı  iqtisadi  inkişafı  və  xalqın  rifahmın  yaxşılaşması 

üçün möhkəm əsas  oldu.

İllər  keçdikcə,  aqrar  sahədə  bazar  sisteminə  adekvat 

yeni  müəssisələr  yaranırdı.  Buna  görə  institutun  elmi-

10

 —  >

tədqiqat  işlərinin  planlarına  kənd  təsərrüfatında  yeni 

təsərrüfatçılıq  ukladlarına  uyğun,  torpaq  və  mülkiyyət 

münasibətləri,  kooperasiyanm  və  inteqrasiyanın  yeni 

formaları  ilə bağlı problemlər daxil edilirdi.

Prezident  İlham  Əliyev  hakimiyyətə  gəldiyi  ilk 

günlərdən  başlayaraq  Azərbaycan  iqtisadiyyatınm  həyat 

qabiliyyətinin  daha  da  gücləndirilməsi,  müasir,  keyfıy- 

yətcə  yeni  səviyyəsi  üçün  zəruri  olan  geniş  miqyaslı 

infrastruktur  layihələri  ilə  bağlı  təşəbbüslər  irəli  sürdü. 

Təcə  2011-ci  ildə  qeyri-neft  sektorunda  artım  2010-cu  ilin 

müvafıq  göstəricisi  ilə  müqayisədə  10%,  o  cümlədən  kənd 

təsərrüfatında  -  5,8%  təşkil  etmişdir.  2011-ci  ildə  əhalinin 

gəlirləri  2010-cu  ilin  müvafıq  göstəricisi  ilə  müqayisədə 

demək  olar  ki,  20%  artaraq,  36,6  milyard  manata 

çatmışdır,  adambaşına  gəlirlərin  məbləği  ildə  3400  manat 

təşkil  etmiş,  yoxsulluq  səviyyəsi  dəfələrlə  azalaraq  7,2%-ə 

düşmüşdür.

Hazırda  iqtisadi  inkişafın  yüksək  templəri  və  ölkənin 

maliyyə  imkanlarının  artması  aqrar  sahəyə  güzəştli 

kreditlər  verilməsi,  texnika  və  gübrələrlə  təchiz  edilməsi, 

subsidiyalar  verilməsi  yolu  ilə  onun  dəstəklənməsi  üçün 

əlavə  stimullar  yaradır.  Belə  ki,  2011-ci  ildə  aqrar  sahəyə 

dövlət  dəstəyi  tədbirləri  davam  etdirilmiş,  kənd  təsərrüfatı 

məhsullarınm  istehsalı  və  emalı  intensiv  metodlar  və 

müasir  texnologiyalar  əsasında  genişləndirilmiş,  aqrar 

sektorun  infrastruktur  təminatı  əhəmiyyətli  dərəcədə 

yaxşılaşmış,  əsas  ərzaq  məhsulları  ilə  özünütəminetmənin 

səviyyəsi yüksəlmişdir.

Bununla  belə,  görüləsi  işlər  də  çoxdur.  Azərbaycan

11



Respublikasının  Prezidenti  İlham  Əliyev  qarşıda  duran 

problemləri  müəyyən edərək  demişdir:  "İndi  vəzifə yüksək 

məhsuldarlıq  və  effektivlik,  qabaqcıl  texnologiyaların 

tətbiqi,  emal  müəssisələri  şəbəkəsinin  genişləndirilməsi, 

ən  əsası  -   yerli  məhsulun  rəqabətə  davamlılığmm 

artırılması  hesabına  bu  sahədə  istehsalın  həcmini  artır- 

maqdan  ibarətdir". 

Odur  ki,  institutun 

elmi-  tematik 

planına 


ölkənin 

aqrar-sənaye 

kompleksində 

bazar 


münasibətlərinin  inkişafı  ilə  əlaqədar  bir  sıra  əlavələr: 

iqtisadiyyatın  aqrar  sektorunda  dövlət  siyasəti;  aqrar 

islahatın  və  onun  nəticələrinin  qiymətləndirilməsi;  aqrar- 

sənaye  məhsulları  istehsalına  dövlət  dəstəyinin  formaları 

və  metodları;  aqrar  məhsulların  və  kənd  təsərrüfatı  üçün 

resurslarm  qiymət  dispariteti  üzrə  tədbirlər;  təsərrüfatçılıq 

subyektlərinin  maliyyə  durumu  və  s.  daxil  edilmişdir. 

Bunlara  əlavə  olaraq,  aqrar-sənaye  məhsulları  istehsalınm 

mütənasib  və  tarazlaşdırılmış  inkişaf  sxemlərinin  işlənib 

hazırlamasına,  onun  iqtisadi  mexanizminin  təkmilləşdiril- 

məsinə, 

istehsal  potensialından  daha  yaxşı 

istifadə 

edilməsinə  və  başqa  hədəflərə  yönəldilmiş  kompleks 

tədqiqatlar  aparılmışdır.  Həmin  məsələlər  üzrə  tədqiqat 

işlərinin  təşkilinə  hərtərəfli  yanaşma  yuxarı  təşkilatların 

marağına  səbəb  olmuşdur.  Məsələn,  dövlət  proqramları  və 

regional proqram lar işlənib hazırlanarkən ərzaq təhlükəsiz- 

liyinin  təminatına  və  quşçuluğun  sənaye  əsasmda  inkişa- 

fına  dair  təkliflər  reallaşdırılmışdı.  Eyni  zamanda,  institut 

respublikanm  regionlarınm  sosial-iqtisadi  inkişafmm  əsas 

prinsiplərinin  işlənib  hazırlanmasına,  aqrar  islahatların 

təşkilatı-iqtisadi  mexanizminin  təkmilləşdirilməsinə,  əmək

12

resurslarmdan  istifadənin  iqtisadi  səmərəliyinin  artırılması 



prioritetlərinin  əsaslandırılmasına,  kənd  yerlərində  sosial 

infrastrukturun  inkişafına,  torpaqdan  istifadənin  iqtisadi 

səmərəliyinin  artırılmasına  dair  təkliflər  hazırlamış  və 

Kənd  Təsərrüfatı  Nazirliyinə  təqdim  etmişdir.  İnstitutun 

əməkdaşları  əsas  tədqiqat  mövzularınm  araşdırılması, 

aqrar-sənaye  sahəsində  təsərrüfatçılığm  forma  və  metod- 

larının  təkmilləşdirilməsinə  dair  təkliflər  və  tövsiyələr 

hazırlamaqla  yanaşı,  aqrar  məsələlər  üzrə  bir  sıra 

qanunlarm  və  normativ-hüquqi  aktların  hazırlanmasmda 

fəal  iştirak edirlər.

Ölkənin  ərzaq  təhlükəsizliyinin  təmin  edilməsi  strate- 

giyasımn  reallaşdırması  və  kənd  təsərrüfatınm  davamlı 

inkişafma dair optimal  qərarlar qəbul  edilməsi məqsədi  ilə, 

həmçinin  etibarlı,  obyektiv  və  vaxtaşırı  yenilənən  infor- 

masiya  bazasının  təmin  edilməsi  üçün  institut  tərəfındən 

FAO  (BMT-nin  Kənd  Təsərrüfatı  və  Ərzaq  Təşkilatı)  ilə 

əməkdaşlıq  əsasında  Quba-Xaçmaz,  Aran  və  Lənkəran 

iqtisadi  rayonlarında  informasiya-monitorinq  sisteminin 

ilkin  pilot  variantı  yaradılmışdır.  Bu  sistemin  təkmil- 

ləşdirilməsi  və  genişləndirilərək  ölkənin  bütün  regionlarım 

əhatə etməsi  üçün iş davam etdirilir.

Bu  gün  institutun  kollektivi  aqrar  sahənin  dövlət 

tənzimləməsinin  prioritet  istiqamətlərinin  əsaslandırılması, 

torpaq  münasibətlərinin  və  kənddə  sahibkarlığın  inkişafı, 

ərzaq  təhlükəsizliyi,  kənd  təsərrüfatında  idarəetmənin 

təşkilati 

strukturunun 

təkmilləşdirilməsinin 

optimal 

parametrlərinin  əsaslandırılması,  aqrar  bazar  infrastruktu- 

runun  formalaşması,  aqrar  sektorda  kooperasiya  və

13



Yüklə 1,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə