Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ abşeron rayon məRKƏZİ Kİtabxana sistemi



Yüklə 45,1 Kb.

tarix23.01.2018
ölçüsü45,1 Kb.


AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ 

                      TURİZM NAZİRLİYİ       

ABŞERON RAYON MƏRKƏZİ KİTABXANA SİSTEMİ

 Abşeron rayon MKS-nin Metodika və Biblioqrafiya  

                              şöbəsi

                              Qabil - 90

                        (Metodiki vəsait)

                      

         

                             Xırdalan-2016

 Tərtib edənlər:


1.Rzayeva Rəşidə Rəşid q.- MKS-nin direktor müavini.

2.Əliyeva Almaz Yusif q.- Metodika və biblioqrafiya şöbəsinin müdiri

3.Məmmədova Qəmən Bayram q.- İnformasiya və resurs şöbəsinin müdiri 


Ulu Nəsimiyə doğru can atdı,

Bir ustadsayağı heykəl yaratdı...

Qabil İmamverdiyev 

12 avqust

 

1926



-ci ildə 

Bakı


 şəhərində anadan 

olmuşdur. 

Azərbaycan Dövlət Pedaqoji İnstitutunun

 nəzdində olan hazırlıq kursunda 

orta təhsil alıb, institutun dil və ədəbiyyat fakültəsinə daxil olmuşdur (

1944


-

1948


). 

Moskvada


 

Maksim Qorki adına Ədəbiyyat İnstitutu

 nəzdində olan ikiillik ali ədəbiyyat 

kurslarında müdavim olmuşdur. 

"Azərbaycan" jurnalı

 redaksiyasında şeir üzrə ədəbi 

işçi, baş redaktorun müavini (

1975


-

1979


) vəzifələrində işləmişdir.

AYB


 Ağsaqqallar Şurasının sədri olmuşdur.

Qabil 


4 aprel

 

2007



-ci ildə 

Bakıda


 vəfat etmişdir.

Çağdaş Azərbaycan şerinin ən görkəmli nümayəndəsi olan xalq şairi Qabilə ünvanlanan bu 

misralar böyük sənətkarımıza məhəbbətdən yoğrulan, istəkdən qaynaqlanan əvəzsiz bir ədəbi 

qənaət, reallığı dəqiqliklə əks etdirən bədii kəlamdır.

Qürur hissi ilə deyə bilərik ki, Qabil haqqında fikirləşəndə öncül yer tutan onun təmizlik, 

obyektivlik, doğruluq, ədalətlilik, əqidəlik... və özünün dediyi kimi qibləgahı həqiqət məramlı bir 

şəxsiyyət bütövlüyü ilə gözümüzün qabağında canlanır. 

Oxucular tərəfindən həmişə oxunan, əzbərlənən Qabil bütün yaradıcılığı ilə dillər əzbəri olan 

"Səhv düşəndə yerimiz", "Qarışdırma", "Təmizlik", "Gülləbaran eylədilər", "Nəsimi bazarında", 

"Məhəbbət deyil", "Küləkli havalarda, yağışlı havalarda", "Çalma, qaboy", "Türkün qəbri", "Ümid 

sənədir ancaq", "Gedən yerim olaydı" kimi qeyri - adi şeirləri və "Nəsimi" kimi fəlsəfi - psixoloji, 

epik-dramatik, fundamental poeması ilə əbədiyyət qazanmışdır. 

Onun 1969-cu ildə yazdığı və xalq tərəfindən rəğbətlə qarşılanmış "Səhv düşəndə yerimiz" şeiri 

isə ictimai siqləti ilə o qədər, məşhurlaşdı ki, mükalimə mövzusu kimi hər evə, müəssisə və 

təhsil ocaqlarına ayaq açdı. 6 bənddən ibarət bu kiçik şeir sənət şedevri kimi poetik kəşf sayıldı 

və Qabilin yaradıcılığında yeni üfüqlər açıldı. 

Qabili yaxşı tanıyan oxucular gözəl bilirlər ki, o daim klassikləri, xüsusilə Allaha, Gözəlliyə, 

Həqiqətə qovuşmaq yolunda hər cür fədakarlığa can atan NƏSIMINI necə məhəbbətlə sevmiş, 

oxumuş, onu öyrənməkdən mənəvi bir zövq almışdır. Onun "Nəsimi"si məhz bu baxımdan daxili 

sevgiyə canlı bir misaldır. Söz sənəti və ya Nəsimi Qabil üçün ən müqəddəs səcdəgah, qibləgah 

olmuşdur.

On il ərzində işlədiyi poemasında Qabil, sözün həqiqi mənasında, böyük mütəfəkkir və dahi 




şairimiz İmadəddin Nəsiminin daxili, fiziki - mənəvi aləminin açarını tapmışdır. Nəticədə Qabilin 

"Nəsimi"sində mərdlik, bahadırlıq pafosu, ölməzlik əzmi olduqca güclü şəkildə verilmişdir. Onun 

tarixi və lirik qəhrəmanı Nəsimi özünə inamda və fəlsəfi idrakında qətiyyətlidir, mənəvi 

kefiyyətləri ilə əbədiyaşardır.

Bunu humanist, mütəfəkkir, dahi Nəsimi bilirdi ki,özlüyündə gizli tilsimləri ilə əbədidir və bunun 

təsdiqi kimi bir şeirində də demişdir. 

Mən ol tilsimi pünhan ki, bu gün cahana gəldim,

Əzəli nişansız idim, əbəbi nişanə gəldim.

Onsuz da əbədiyyəti qətiyyəti ilə qazanan Nəsimi qüdrəti qarşısında hər şey aciz qaldı. Sanki 

Nəsimini başa düşməyənlərə istinadən, həm də Nəsimi idrakı, Nəsimi işığı, Nəsimi idealı 

qarşısında baş əyən Qabil bədii fəlsəfi dəyəri ilə Nəsimini "Nəsimi"si ilə əbədiləşdirdi və 

professor Əmirxan Xəlilovun dediyi kimi:

Ulu Nəsimiyə doğru can atdı,

Bir ustad sayağı heykəl yaratdı...

Xalq şairi Qabilin 70 illik təntənəli yubiley gecəsində dünya şöhrətli dahi insan, Azərbaycan 

xalqının əbədi iftixarı, böyük rəhbər və ümummilli lideri Heydər Əliyev sevimli şairimizin mənəvi 

kefiyyətlərini və onun "Nəsimi" poemasının əbədi dəyərini necə qiymətləndirmişdir: 

"Qabilin Nəsimi haqqında yazdığı mənzum roman mənim yaxşı xatirimdədir. Doğrudan da, o 

çox böyük iş idi və Qabil bu işi gördü. Bu həqiqətən, dövlət mükafatına layiq bir əsərdir. Çünki 

Nəsimi haqqında belə böyük, sanballı, dərin fəlsəfi fikirlərlə dolu olan mənzum roman yazmaq 

hər adamın, şairin, yazıçının işi deyil. Qabil bunun öhdəsindən gəldi". 

Daha sonra Qabil şəxsiyyətinə də münasibət bildirən ölkə Prezidenti ona müraciətlə: - Mən bu 

gün bu yubiley gecəsinə böyük məmnuniyyət hissi ilə gəlmişəm. Qabilin xidmətləri çox 

böyükdür. Qabil öz çıxışında Mədinə Gülgünün vəfatı ilə əlaqədar aktyor evində yas 

mərasimindəki görüşümüzü xatırlatdı. Doğrudan da, o vaxt mən Qabilə demişdim ki, sən əsl 

kişisən. Bu elə-belə söz deyil. Bu mənim əvvəlki dövrdə, qurultaylarda, müxtəlif tədbirlərdə 

müşahidələrimin nəticəsi idi-demişdir.

Həmin yubleydə Prezident Heydər Əliyev xalq şairi Qabilin xarakterindəki özünəməxsus incə 

yumor hisslərindən də söhbət açmışdır.

Bəli Qabil bu zirvəyə elə-belə gəlib çatmamışdır. O, parlaq istedadı və qüdrətli sənətkar 

təxəyyülü ilə dövrümüzün ən çox sevilən, oxunan və sayılan şairlərindəndir. Cəmiyyətmizin elə 

bir üzvü yoxdur ki, onu tanımasın, sevib qiymətləndirməsin, haqqında qürurla söhbət açmasın. 

Qabilin yaradıcılıq yolu həmişə şəxsiyyəti ilə daim həmahəng olmuşdur. Eyni zamanda, həyatda 

mehriban, səmimi və duzlu zarafatları ilə yanaşı, onun haqqında yaradılan maraqlı lətifələr də 

xalqa çoxdan bəllidir. Bu, əlbəttə, şair üçün ən böyük səadətdir. 

Heç bir vəzifə sahibi olmayan Qabil azad söz sahibi olmuş, xalqın istək və arzularını həmişə 

yuxarı dairələrə çatdırmışdır. Bu da ondan irəli gəlirdi ki, Qabil yuxarıda dediyimiz kimi həqiqəti, 

düzlüyü, təmizliyi, obyektivliyi əqidə, amal kimi qəbul edən yüksək kefiyyətli nadir vətəndaşlıq 

mövqeyli, təəssübkeş böyük şair idi. 

Daim poetik duyğularla qəlbində Vətəninə, millətinə tükənməz məhəbbəti olan Qabil böyük 

ictimai hisslər, duyğularla, gərgin zəhməti və yaradıcılıq axtarışları, canlı həyat müşahidələri ilə 

vicdanla xalqına xidmət etmişdir. 

Böyük çağdaş şairimizi xalqa sevdirən bu cəhətlər içərisində ən başlıcası Qabil poeziyasına 

uğur gətirən cəhət- yüksək vətəndaşlıq mövqeyinin bu poeziyada güclü şəkildə poetik 

doğruluqla ifadə edilməsidir.

Qabilin dillər əzbəri olan atalar sözü, zərb məsəllər kimi əks-səda verən misraları, rübailəri, 

beytləri, ayrı-ayrı şeirləri bunu deməyə əsas verir. 

Xalqının, millətinin problemlərini bir an da olsun nəzərindən qaçırmayan, zamanın nigaran 

suallarına cavab verməyə çalışan Qabil şeirləri 60 illik bir dövrdə Azərbaycan xalqının ictimai- 

siyasi həyatının bədii salnaməsidir. 

Bu müddətdə xalqımızın tarixində elə bir mühüm ictimai- siyasi hadisə olmamışdır ki, Qabil bu 



hadisəyə öz vətəndaş mövqeyini bildirməsin. 

60-ci illərdə yazdığı "Tramvay parka gedir"dən tutmuş 1990-ci ilin 20 Yanvar gecəsinin məhsulu 

olan "Mərsiyə" şeirinə kimi heç də az iş görməmişdir. 

Lakin sən demə, işin ağırlığı bundan sonra imiş. Onun müstəqilliyimizin ilk illərində, ağır sınaq 

günlərində ürək yanğısı ilə yazdığı "Əslində", "Şəhid anası", "Qeyrət, a vətəndaşlar", "Oldu", 

"Çalma qaboy", "Nisbi sakitlik nədir", "Lazim gəlsə... - lazımsan də!", "Özgədən çək gözünü", 

"Bu meydanı tərk elə", "İnsaf", "Aclıq", "Çıxma qabağıma", "Xəcalət", "Hava necə olacaq", "Bu 

gün idman vaxtı deyil", "Zarafat eyləmə", "Satqın", "Birini elə, birini belə", "Çadırlara alışmayın" 

və bir çox şeirləri əsl vətəndaş qayəli, Vətən təəssübkeşliyini əks etdirən misilsiz poetik 

nümunələr idi. Bu siyasi lirika nümunələri ilə Qabil xalqın gözündə daha da yüksəldi. Bu eşq, bu 

ehtirasla da "Ümud sənədir ancaq..." şeirini yazdı. 1996-cı ildə qələmə alınmış 90 misralıq bu 

şeir başdan-başa sonuncu ümid və güman yeri olan qəhrəman Vətən övladına- AZƏRBAYCAN 

ƏSGƏRİNƏ hədsiz inam və məhəbbətdən yoğrulmuşdur. 

Təsadüfü deyildir ki, Azərbaycan Respublikasının müstəqil İctimai Televiziya Şirkəti həssas 

qəlbli xalq şairi Qabilin "Ümid sənədir ancaq..." şeirinə qısametrajlı film çəkərək, tez-tez 

mümayiş etdirməklə işğal altında qalan torpaqlarımızın azad olunmasına güc və qüdrətimizi 

göstərməklə hərbi vətənpərvərlik tərbiyəsini daha da geniş təbliğ edir. Qabilin bu vətəndaşlıq 

mövqeyi, vətəndaşlıq qeyrəti Sabirdən gəlirdi. Ona görə də Qabil M.Ə.Sabiri hədsiz dərəcədə 

sevir, onun yaradıcılığından qaynaqlanır və onun haqqında dahiyanə fikirlər söyləmişdi: 

Sabir köhnəliyin vəlvələsiydi,

Milli idrakımın zəlzələsiydi

Vətən fəxr etsə də şairlərilə,

Sabir təkbaşına xalqın bəsiydi. 

Məhz yüksək vətəndaşlıq mövqeynin nəticəsi idi ki, Qabil xalq şairi Rəsul Rza və böyük 

Sabirşünas Abbas Zamanovdan sonra Şamaxıda, Balaxanıda və Bakıda keçirilən Sabir poeziya 

günlərinin komissiya sədri kimi uzun illər əvəzsiz xidmət göstərmiş, həmişə arzu etdiyi Sabir 

məqbərəsinin ucaldılması üçün səy göstərmiş, təşəbbüslə çoxlarına müraciət etmişdir. Nəhayət, 

bu müraciətlərin biri nəticə vermiş, böyük ürək sahibi, xeyriyyəçi, şair Gülağa Tənhanın vəsaiti 

hesabına möhtəşəm və əzəmətli məqbərə ərsəyə gəlmişdir.

Bax, burda da Qabil vətəndaş heysiyyətilə arzusuna çatır, 2006-cı ilin may ayının 30-da 

məqbərənin açılışında sonuncu çıxışını edir, Sabirə olan dərin məhəbbətinin sanki yekununu 

qoyur. 


     Bu gün xalq şairi Qabil aramızda yoxdur və onun vəfat tarixi ilə 4 ilin ayrıcındayıq. 

Ürək ağrısı ilə deyək ki, dünənə qədər yaşayıb yaradan şair dünyadan köç edəndə də hamının 

qəlbində canlı klassik kimi, deyib-gülən, sevən-sevdirən bir sənətkar kimi qaldı. Ömür 

karvanının yır-yığış günündə, ölkə Prezidenti cənab İlham Əliyevin iştirak etdiyi dəfn 

mərasimində sənət dostları Elçinin, Anarın, Bəkir Nəbiyevin, Sabir Rüstəmxanlının, Zəlimxan 

Yaqubun, habelə oğlu Mahirin həzin sözlərində, coşqun fikir və mülahizələrində bu həqiqətə bir 

daha inandıq ki, sənətkar getdi, lakin sözü, sənəti, duzlu zarafatları, maraqlı lətifələri, müdrik 

kəlamları əbədi olaraq xalqına yadigar qaldı. 

Bunlar bizim üçün bir təsəllidir. Böyük şəxsiyyət, akademik Vasim Məmmədəliyev də bu 

fikirdədir: "Qabilin vəfatı ədəbiyyatımız üçün böyük itkidir. Onun cismən yoxluğu günü-gündən 

daha çox bilinir. Lakin biz bir şeylə təsəlli tapırıq ki, Qabilin həmişə oxucusu olub, var və olacaq. 

Sənətkar üçün əbədiyyət budur".

Qabilin ən qiymətli şeirlərindən birində "Şeirim" əsərindəki dialoqunda

- Çoxdan ayrılmışıq bir-birimizdən,

Yaxın ola-ola uzaq düşmüşük.

Yoxsa xatirəyə çevrilmisən sən?

Xatirə eşqinə nahaq düşmüşük.

Hələ xatirəlik bir şeyimiz yox... 

- deyən şair bu gün özü bizi qəhərləndirəcək dərəcədə xatirəyə çevrilmişdir. 



Hələ sağlığında Qabil haqqında İsmayıl Şıxlının, Bəkir Nəbiyevin, Bəxtiyar Vahabzadənin, Nəbi 

Xəzrinin, Hüseyn Abbaszadənin, Elçinin, Anarın, Sabir Rüstəxanlının, Fikrət Qocanın, Fikrət 

Sadığın, Cabir Novruzun, Yusif Səmədoğlunun Ramiq Muxtarın, Abbas Abdullanın, Oktay 

Rzanın, Musa Ələkbərlinin, Aybəniz Məmmədəliyevanın, Tofiq Hacıyevin, Teyyub Qurbanın, 

Qəşəm İsabəylinin, Əli Saləddinin, Əzizə Türkanın və yüzlərlə Qabilsevərlərin söylədikləri 

maraqlı xatirələr və böyük şairimiz haqqında duzlu- məzəli söhbətləri daim yaşayacaq. Böyük 

şairə sənət dostları çoxsaylı şeirlər həsr etmişdir ki, onlardan biri də şair Musa Ələkbərlinin 

Qabil şəxsiyyətinə çox yüksək qiymət verməsi- onun çağdaş poeziyamızın "qan təzyiqi" 

adlandırması maraqlı cəhət kimi necə də gözəl ifadə olunmuşdur: 

Qabil şeirimizin qan təzyiqidi.

Qabil şeirimizin məhəng daşıdı.

Gah enən, gah qalxan bu təzyiqlə o,

Qəlbində dağ boyda ağrı daşıdı.

Sözdən körpü çəkdi gələcək əsrə,

Sabirin, Vurğunun çağdaş yaşıdı. 

Qabil haqqında nə qədər yazsaq azdır. Onun böyük yaradıcılıq yolu barədə bir anım günündə 

danışıb yekunlaşdırmaq o qədər də asan deyil. 

Lakin ümidliyik ki, bir neçə aydan sonra 12 avqust 2011-ci ildə böyük şairimizin anadan 

olmasının 85 illik yubilieyi qarsısındayıq və söz deməyə meydan qabaqdadır. 

Bir Qabilşünas kimi şairin həyat və yaradıcılığına həsr etdiyim ("Qabilin sənət dünyası "Şur" 

nəşriyyatı "Bakı" 2007-ci il) kitabımdan sonra yubiley günləri ərəfəsində işıq üzü görəcək "Qabil 

rübailəri müasirlik kontekstində" adlı monoqrafiyam yubiley töhfəsi olmaqla, gələcəkdə Qabilin 

bütöv yaradıcılığını əks etdirən silsilə məqalələr, foto- albomlar və kitablar da nəşr etdirməyi 

nəzərdə tutmuşuq. 

Sonda Ulu Tanrımızdan böyük və əvəzsiz Qabilimizə rəhmət diləyir və deyirik: 

- ALLAHA, GÖZƏLLİYƏ, HƏQİQƏTƏ qovuşmaq yolunda öz NƏSİMİN kimi ölməzlik qazandın! 

Şah beyitlərində, şah misralarında, qədirbilən xalqının qəlbində həmişəyaşarsan! Öz gəmində, 

öz bayrağınla böyük bir axında daim üzüb gedəcəksən! Özü də simvolik yox, əlində yaşıl 



qələminlə, özünün sevdiyin al-əlvan bayrağınla!




Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə