Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ azəRBAYCAN turizm institutu



Yüklə 367,5 Kb.
səhifə2/5
tarix08.09.2018
ölçüsü367,5 Kb.
#67212
növüReferat
1   2   3   4   5

Qiymətli kağızlar bazarı – maliyyə bazarının əsas hissəsidir, alqı satqısını təmin etmək üçün fəaliyyət göstərir. Qiymətli kağızlar bazarı maliyyə bazarının səmərəli fəaliyyət göstərən başlıca elementlərindən biri olmaqla iqtisadiyyatın ayrı-ayrı sahələrinə maliyyə vəsaitlərinin operativ şəkildə axınını təmin edən və investisiyaları aktivləşdirən bir sahədir. Qiymətli kağızlar bazarı qiymətli kağızların lazımi anda pula çevrilməsini, yəni likvid duruma gəlməsində vasitəçilik rolunu üzərinə götürür.

Qiymətli kağızlar bazarı kapital formasından istehsal formasına keçməsinə kömək edir. О, bank kredit sistemini tamamlayır və onunla qaşlılıqlı əlaqədə fəaliyyət göstərir.

Kapital bazarının tərkib hissələrindən biri olan qiymətli kağızlar bazarının funksiyasını ayırmaq üçün əmtəə bazarı və maliyyə bazarı arasında kapitalın hərəkətlərinin mahiyyətini və mexanizmini müəyyənləşdirmək lazımdır. Sonuncu halda sadəcə maliyyə bazarında deyil, qiymətli kağızlar bazarında fəaliyyət göstərən kapitalın problemini ayırmaq lazımdır.

Ümumi şəkildə qiymətli kağızlar bazarı – iştirakçıların qiymətli kağızlar buraxılışı və tədavül zamanı yaranan iqtisadi münasibətlərin əsası kimi qiymətləndirmək olar. Bütün qiymətli kağızların pul kapitalından törəmədiyini nəzərə alaraq qiymətli kağızlar bazarını bütövlükdə maliyyə bazarına aid etmək düzgün olmazdı. О halda ki, qiymətli kağızlar bazarı kapitala olduğu kimi pula əsaslanır, fond bazar adlanır, məhz bu keyfiyyətdə о maliyyə bazarının əsas tərkib hissəsi kimi çıxış edir.

Qiymətli kağızlar bazarının ümumbazar funksiyalarına aiddir:


  1. Kommersiya funksiyası

  2. Qiymət funksiyası

  3. İnformasiya funksiyası

  4. Tənzimləyici funksiya

Qiymətli kağızlar bazarının səciyyəvi funksiyalarına isə aiddir:

  1. Yenidən bölgü

  2. Maliyyə və qiymət risklərinin sığortası funksiyası

Qiymətli kağızlar bazarının əsas hissəsi müəyyən bazarda ticarətin üsuludur. Bu nöqteyi nəzərdən qiymətli kağızlar bazarının tərkibində aşağıdakı bazarları qeyd etmək olar:

1. Birinci və ikinci dərəcəli

2. Təşkil olunmuş və təşkil olunmamış

3. Birja və birjadankənar

4. Ənənəvi və kompyuterləşdirilmiş

5. Kassa və təcili

İnkişaf etmiş ölkələrin qanunvericiliyində qiymətli kağızlar bazarı səhm və qiymətli istiqrazların hərəkəti kimi verilir. Bütün digər qiymətli kağızlar diskont bazarını təşkil edir.

Qiymətli kağızlar bazarının formalaşması üçün aşağıdakılar təmin olunmalıdır:



  1. emitent və investorların sayının artırılması;

  2. qiymətli kağızların hərəkətini və infrastrukturunu reqlamentləşdirən normativ sənədlərin öyrənilməsinin təşkili;

  3. qiymətli kağızlarla aparılan əməliyyatların nəzarətdə olması.

Qiymətli kağızlar bazarı iqtisadi sahələrə vəsaitlərin cəlb edilməsinə təkcə yeni gəlirlərin əldə edilməsi deyil, həm də əvvəllər qazanılmış gəlirlərin qorunub saxlanması və artırılması məqsədini daşıyır. Qiymətli kağızlar bazarının köməyi ilə əsas iqtisadi operatorlar arasında: əmtəə və xidmət istehsalçıları ilə müəssisələr arasında, maliyyə vasitəçiləri ilə kredit institutları, banklar, sığorta şirkətləri, fond birjaları arasında əlaqələr daha da güclənir.

Qiymətli kağızlar bazarı ilə əlaqədar aparılan təhlilləri ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, müasir şəraitdə maliyyə bazarının tərkib hissəsi kimi qiymətli kağızlar bazarı maliyyə resurslarının hərəkətini təşkil etmək, onların düzgün istiqamətləndirilməsini təmin etmək, dövlətin maliyyə və pul-kredit siyasətinin əsas aləti kimi çıxış etmək və s. baxımından iqtisadiyyatın inkişafında mühüm rol oynayır. Xüsusilə də bazar iqtisadiyyatı sistemli ölkələr üçün bu bazarın inkişafı müstəsna əhəmiyyət kəsb edir.

Qiymətli kağızlar bazarının idarə olunması sistemi bu bazarın infrastrukturunun funksional, texniki və təşkilati yarımsistemləri ilə yanaşı qiymətli kağızlar bazarının fəaliyyətini təmin edir. Hər bir idarəetmə sistemi kimi, qiymətli kağızlar bazarının tənzimlənməsi sistemi onun məqsədləri, strategiyası və vəzifələrinə uyğun qurulur və iki yarımsistemdən - idarəedici yarımsistem və idarəedilən yarımsistemdən ibarətdir. Onlardan birincisi idarəetmənin subyekti, ikincisi isə obyekti kimi çıxış edir.

İdarəedici yarımsistemə aşağıdakılar daxildir:


  • Qiymətli kağızlar bazarında məqsədyönlü fəaliyyət göstərən dövlət orqanları və özünütənzimləmə təşkilatları;

  • Qanunvericilik infrastrukturu, yəni fond bazarına aid normativ sənədlər;

  • Fond bazarının etikası;

  • Adət və ənənələr.

İdarəedilən yarımsistem isə bazarın yuxarıda deyilən funksional, texniki və təşkilati infrastrukturundan ibarətdir.

Hər iki yarımsistemin öz funksiyaları var. İdarəedici yarımsistemin funksiyalarına bazarda baş verən proseslərin əlaqələndirilməsi, tənzimlənməsi, proqnozlaşdırılması, həvəsləndirilməsi, təşkili və nəzarəti aid edilir. İdarəedilən yarımsistemin, yəni idarəetmə obyektinin funksiyaları isə maliyyə resurslarının axınının təşkili, qiymətli kağızların keyfiyyətinin təmin olunması və bazarın informasıya təminatı əhatə edir.

Bazarın idarə olunması prosesi informasıyanın qəbul olunması, ötürülməsi, işlənməsi və istifadə olunmasını nəzərdə tutur. Bu vəzifənin həlli müasir hesablama texnika və texnologiyasının tətbiqinə, lokal qiymətli kağızlar bazarına xidmət göstərən telekommunikasiya sistemlərinin inkişafına əsaslanır.

Hər bir sistemin idarəedilməsi prosesinin həlledici məqamı məqsədin müəyyən edilməsidir. Qiymətli kağızlar bazarının idarə edilməsi sisteminin məqsədi bazarın sabitliyinin, tarazlığının və səmərəliliyinin təmin edilməsidir. Lakin bununla iş bitmir. Məqsədin müəyyən edilməsi ilə bərabər bazarın idarəedilməsi prosesi tənzimləmə mexanizminin yaradılmasını da daxil edir. Tənzimləmə mexanizminə isə idarəetmə vasitələri, hüquqi, normativ və informasiya təminatı daxildir. Dövlət tənzimlənməsi ilk növbədə normativ-hüquqi aktlara əsaslanır. Hüquqi təminat qanunvericilik aktları, fərmanlar, qərarlar, sərəncamlar və idarəetmə orqanlarının digər hüquqi sənədlərini əhatə edir. Normativ təminata təlimatlar, normativlər, normalar, metodik göstərişlər və izahatlar, həmçinin bazarın peşəkar iştirakçıları təşkilatların təsdiq etdiyi qaydalar aiddir. İnformasiya təminatına müxtəlif növ iqtisadi, kommersiya, maliyyə və s. informasiya daxildir.

Əlbəttə ki, ölkəmizdə hal-hazırda mövcud olan normativ-hüquqi bazanı fond bazarının yüksək inkişaf etdiyi ölkələrdəki qiymətli kağızlar üzrə qanunvericilik aktlarının çoxcildlik külliyatı ilə müqayisə etmək yersiz olardı. Ölkəmizdə qiymətli kağızlar bazarının dövlət tənzimlənməsi üzrə başlıca sənədlərə Azərbaycan Respublikası Mülki Məcəlləsini, "Qiymətli kağızlar haqqında", "İnvestisiya fondları haqqında" və b. qanunları, QKDK-ın normativ sənədlərini aid etmək olar.

İlkin bazar mərhələsində dövlət tənzlmlənməsi emissiya prospektlərinin dövlət qeydiyyatı və bazarın peşəkar iştirakçılarının attestasiyası, onların bazar fəaliyyətinin lisenziyalaşdırılması vasitəsilə qiymətli kağızların tədavülə buraxılma­sının vahid qaydalarının təmin edilməsinə yönəlmişdir.

İkinci bazarda isə dövlət nəzarəti bazarının peşəkar iştirakçılarının fəaliyyətinin lisenziyalaşdırlması və qiymətli kağızlar bazarında müəyyən fəaliyyət növlərinin həyata keçirilməsinə hüquq verən ixtisas attestatlarının verilməsi, həmçinin antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət vasitəsilə baş verir.

Qiymətli kağızlar bazarının tənzimlənməsi fond əməliyyatlarının keçirilməsini nizamlaşdırmağa, onları müəyyən qayda və tələblərə tabe edilməsinə imkan verən konkret metod və üsulların vahid sistem şəklində birləşdirilməsidir. Bu, qiymətli kağızlar bazarının bütün iştirakçılarının qarşılıqlı maraqlarının tarazlığının qüvvədə olan qanunvericilik çərçivəsində təmin edilməsi mexanizmidir.

Qiymətli kağızlar bazarının tənzimlənməsinin bir neçə metodu məlumdur:


  • Qiymətli kağız buraxılışının, emissiya prospektlərinin qeydiyyatı;

  • Bazarın peşəkar iştirakçılarının fəaliyyətinin lisenziyalaşdırılması;

  • İnvestisiya təsisatlarının mütəxəssislərinin attestasiyası;

  • İnvestorların sığortalanması;

  • Emitentlərin maliyyə vəziyyətinə auditor və reytinq nəzarəti;

  • Fond əməliyyatlarının keçirilməsinə nəzarət;

  • Mübadilə və klirinq korporasiyalarının qeydiyyatı və fəaliyyətlərinə nəzarət;

  • Qüvvədə olan qanunvericiliyə əsasən informasiyanın açıqlanması və dərc olunması.

Dünya təcrübəsində qiymətli kağızlar bazarının tənzimlənməsin iki modelindən istifadə olunur.

Birinci modelə görə fond bazarının tənzimlənməsi dövlət orqanları tərəfindən keçirilir. Nəzarət, yoxlama qaydaların müəyyən edilməsi üzrə səlahiyyətlərin kiçik qismini dövlət qiymətli kağızlar bazarının peşəkar iştirakçıları birliklərinə həvalə edir.

İkinci modelə görə əsas nəzarət mövqelərinin dövlətin əlində qalması ilə yanaşı səlahiyyətlərin mümkün olan maksimal həcmini özünütənzimləmə təşkilat­larına (qiymətli kağızlar bazarının peşəkar iştirakçıları birliklərinə) ötürülür. Nəzarətin təşkili və həyata keçirilməsində əsas yer sərt göstərişlərə deyil, forma­laş­mış ənənələrə, razılaşdırma və danışıqlara verilir.

Azərbaycanın fond bazarı bu sahənin baş orqanı olan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, həmçinin Milli Bankın mühüm tənzimləyici rolu üzərində qurulmuşdur. Milli Bank kommersiya banklarına qiymətli kağızlar bazarında fəaliyyət hüququ verir və fəaliyyətə nəzarət edir. Eyni zamanda, Milli Bank dövlət qiymətli kağızlarının yerləşdirilməsi üzrə baş agent kimi çıxış edir. Lakin, onların buraxılışına tam həcmdə və vaxtında geri alınmasına görə məsuliyyət Maliyyə Nazirliyinin üzərinə düşür. Yerli (bələdiyyə) qiymətli kağızların buraxılışı haqqında qərar "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununa və bələdiyyələrin nizamnamələrinə müvafiq qəbul olunur, buraxılışın tənzimlənməsi isə QKDK tərəfindən həyata keçirilir.

Təsərrüfatçılığın bazar əsaslarına keçilməsi ilə təkcə müəssisə rəhbərlərinin deyil, idarəetmədə ikinci dərəcəli rol oynayan maliyyə menecerlərinin də rolu son dərəcə artır. Maliyyə mənbələrinin axtarılıb tapılması və təmərküzləşdirilməsi, daha səmərəli istiqamətlərə yönəldilməsi, qiymətli kağızlarla aparılan əməliyyatlar və maliyyə menecmentinin digər cəhətləri bazar iqtisadiyyatı şəraitində müəssisələrin maliyyə xidmətləri üçün həlledici məsələlərdir.

Maliyyə menecmentinin düzgün təşkili ən sərfəli şərtlərlə əlavə maliyyə ehtiyatları cəlb etməyə, onları daha böyük səmərə ilə investisiya qoyuluşuna yönəltməyə, maliyyə bazarında qiymətli kağızlar alıb-satmaqla gəlirli əməliyyatlar həyata keçirməyə imkan verir. Sonuncu məsələ inkişaf etmiş müəssisələr üçün çox mühüm əhəmiyyət kəsb edir. Maliyyə bazarında uğurlu əməliyyatlar aparmaq hərtərəfli bilik, zəngin təcrübə və erudisiya tələb edir.

Müəssisələrdəki maliyyə xidməti işçiləri maliyyə bazarını öyrənməli, qiymətli kağızların müxtəlif növlərinə olan tələbi, bazarın fəaliyyətində baş verə biləcək dəyişiklikləri təhlil etməlidirlər.
4. Maliyyə menecmentinin planlaşdırılması – Bazar iqtisadiyyatı şəraitində biznesin idarə edilməsi xeyli mürəkkəbləşir. İstehsal fondlarının genişlənməkdə olan dövriyyəsinin maliyyə ehtiyatları ilə fasiləsiz və tam təminatı üçün planlaşdırma son dərəcə vacib bir işdir. Biznesin planlaşdırılması sistemində maliyyə planlaşdırması mühüm yer tutur, lakin bu, köhnə iqtisadi sistemdəki planlaşdırmadan köklü surətdə fərqlənir. Burada söhbət mərkəzləşdirilmiş qaydada müəyyən olunan planlardan deyil, demokratik prinsiplərə əsaslanan, çoxukladlı mülkiyyət formaları şəraitində fəaliyyət göstərən müəssisələrin özlərinin müəyyən müddət üçün sərbəst tərtib etdikləri planlardan gedir.

İnkişaf etmiş ölkələrdə biznes planı əhatə dairəsindən asılı olmayaraq bütün müəssisələrdə tutulur və onların fəaliyyət istiqamətlərini müəyyənləşdirir. İqtisadi inkişaf səviyyələri nə qədər yüksək olsa da, həmin ölkələrdə maliyyə planlaşdırması öz əhəmiyyətini itirmir və daim təkmilləşməkdə davam edir.

Maliyyə və təsərrüfat azadlığı şəraitində müəssisələr planlaşdırmadan öz fəaliyyətlərinin səmərəsini daha da yüksəltmək məqsədilə istifadə edirlər. Buna görə də maliyyə planlaşdırması prosesində müəssisənin daxili ehtiyatlarının daha da çoxaldılmasına, istehsal güclərindən daha yüksək məhsuldarlıqla istifadə olunmasına, material, əmək və pul ehtiyatlarının daha rentabelli şəkildə işlədilməsinə, istehsalın ən yaxşı təşkilinə və s. xüsusi diqqət yetirilir.

Bazar münasibətlərinə keçid maliyyə planlaşdırılması metoduna əsaslanır. Xatırladaq ki, keçid dövründə mülkiyyət münasibətləri dəyişir, istehsal prosesində çətinliklər yaranır. Bazarın yaxın gələcəkdəki vəziyyəti və müəssisənin fəaliyətinin bazar dinamikasına uyğunluğu yetərincə dəqiq hesablanarsa, onda daha uzaq perspektivdə baş verə biləcək prosesləri də proqnozlaşdırmaq olar. Buna görə də maliyyə planlaşdırması bir tərəfdən müəssisənin yaxın gələcək üçün maliyyə göstəricilərinin dəqiq hesablanmasını, digər tərəfdən isə inandırıcı və çoxtərəfli xarakter daşıyan proqnoz hesablamalarını əhatə edir.

Birillik müddəti əhatə edən maliyyə prosesləri müəssisənin gəlirlər və xərclər balansı formasında əvvəlcədən pul hesabı ilə qurulan maliyyə planında göstərilir. Bu balans müəssisənin maliyyə-təsərrüfat fəaliyyəti nəticəsində əldə etdiyi bütün gəlirləri, yığımları və məsrəfləri əks etdirir. Belə bir planın tərtib edilməsi müəssisənin fəaliyyətinin bütün tərəflərinin nəzərə alınmasını, bu zaman istehsal, məişət, investisiya, sosial sahə və s. ilə bağlı olan müvafiq göstəricilərdən istifadə olunmasını tələb edir.

Ümumi maliyyə nəticələrini, mənfəət və zərərləri, həmçinin buraya daxil olan büdcəyə və büdcədənkənar fondlara ödənişləri, ehtiyat fondunun böyüklüyünü, xalis mənfəəti, maliyyə bazarında toplanmış maliyyə ehtiyatlarını və onlardan istifadə istiqamətlərini yalnız bu məlumatlar əsasında dəqiq hesablamaq mümkündür.

Bu balansı hazırlayarkən müəssisələrin maliyyə xidmətləri bir sıra prinsiplərə, göstəricilərə və maliyyə normalarına əməl etməlidirlər. İlk növbədə maliyyə göstəriciləri və normaları hesablanır, onlar başqa plan göstəriciləri ilə əlaqələndirilir. Məsələ burasındadır ki, iqtisadiyyatın mərkəzləşdirilmiş amirlik sistemi ilə idarə olunduğu keçmiş dövrdən fərqli olaraq bazar iqtisadiyyatı şəraitində əsas maliyyə göstəricilərini və normalarını araşdırmağa yardımçı ola biləcək konkret və dəqiq göstəriciləri müəyyənləşdirmək mümkün deyil. Bir çox göstəricilər bazarın diktəsi ilə müəyyənləşdirilir. Maliyyə planlaşdırılması zamanı cari dəyər, gələcək dəyər, inflyasiya səviyyəsi kimi göstəricilər böyük önəm kəsb etsə də, onlar bazar səviyyəsinin təsiri ilə tez-tez dəyişilir. Borc vəsaitləri norması (leverage ratio), likvidlik, rentabellilik və gəlirlilik normaları, bazar dəyəri norması kimi maliyyə normalarını bilmədən korporasiyalarda maliyyə planlaşdırmasını səmərəli şəkildə həyata keçirmək mümkün deyil. Borc vəsaitləri norması şirkətin börc yükünün nə qədər olduğunu bildirir. Bu norma uzunmüddətli borcların və lizinq dəyərinin uzunmüddətli borcların məbləğinə, lizinqin və səhmin (yaxud uzunmüddətli borcların) dəyərlərinin səhmin dəyərinə olan nisbəti ilə müəyyən edilir. Likvidlik norması şirkətin mövcud aktivləri hansı tezliklə nağdlaşdıra biləcəyini göstərir. Bu göstərici xalis cari aktivlərin ümumi aktivlərə, yaxud cari aktivlərin cari öhdəliklərə nisbəti ilə tapılır. Rentabellilik və gəlirlilik norması müəssisə aktivlərinin səmərəliliyini və gəlirlilik səviyyəsini göstərir. Bu istiqamət üzrə müxtəlif göstəricilər hesablanır. Bazar dəyəri norması investorların müəssisə aktivlərini qiymətləndirmə səviyyəsini əks etdirir. Bu norma bir səhm dividendinin aksiyanın dəyərinə, yaxud səhmin dəyərinin bir səhmin balans dəyərinə nisbəti ilə ölçülür. Maliyyə göstəricilərinə və normalarına dair məlumatların hesablanması üçün müxtəlif iqtisadçılar bu istiqamətdə maliyyə planının ayrı-ayrı göstəricilərinin səviyyəsini müxtəlif bucaqlardan əks etdirən müxtəlif norma və göstəricilər təklif edirlər.

Maliyyə göstəriciləri haqq-hesaba vurulandan sonra bütövlükdə bir neçə istiqamət əsasında tərtib olunan maliyyə planının layihəsi hazırlanır:



  1. Gəlirlər və vəsaitlərin daxil olması. Buraya banklardan və dövlətdən alınmış vəsaitlərdən başqa, müəssisənin bütün maliyyə ehtiyatları daxildir.

  2. Xərclər və vəsaitlərin ayrılması. Bu bölmədə istehsalın genişləndirilməsində, iqtisadi stimullaşdırmada, əməliyyat və digər xərclərdə maliyyə ehtiyatlarından istifadə olunması əks etdirilir.

  3. Müəssisənin bank idarələri ilə kredit münasibətləri. Burada banklardan alınmış ssuda, onların qaytarılması, kreditlərdən istifadəyə görə faizlərin ödənilməsi əks etdirilir.

  4. Müəssisənin büdcə və büdcədənkənar fondlarla münasibətləri. Bu bölməyə göstərilən fondlara vergi ödənişləri, müəssisənin aldığı maliyyə yardımı və başqa məlumatlar daxil edilir.

  5. Ayrı-ayrı maliyyə normalarının və göstəricilərinin hesabları, inflyasiyanı, şirkətin gələcək dəyər səviyyəsini nəzərə almaqla adı çəkilən norma və göstəricilərin plan ilinin şərtlərinə uyğunlaşması.

Biznes planı uzunmüddətli və qısamüddətli olur. Uzunmüddətli maliyyə planlaşdırılması kapitala tələbin, daha doğrusu, kredit mənbələrinin müəyyən edilməsini, kapitala tələbin həcminə təsir edən amillərin və maya dəyərinin təhlilini, həmçinin investisiya planını (istehsal xərclərinin və mənfəətin müqayisəli təhlili, rentabellilik və öz xərclərini ödəmə müddətləri) və balansın likvidlik göstəricilərini əhatə edir. Qısamüddətli maliyyə planlaşdırılması ümumi gəlirləri, xərcləri, xalis mənfəəti, kredit planını, investisiya və likvidlikliyin təmin olunması planlarını özündə əks etdirir.

Həm uzunmüddətli, həm də qısamüddətli maliyyə planlarının tərtibi zamanı müəyyən prinsiplərin gözlənilməsi tələb olunur. Buraya ödəmələrin və daxilolmaların müddətlərinin uyğunluğu (buna «qızıl bank qaydası» deyilir), daimi ödəmə qabiliyyəti, investisiyaların rentabelliyi, riskin tarazlığı, bazar şəraitinə uyğunlaşma və rentabelliliyin məhdud səviyyəsi prinsipləri aiddir.

Biznes planı, bundan əlavə, digər konkret planları da əhatə edir. Bu planlar müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətinin bütün sahələri ilə əlaqəli şəkildə tərtib oluna bilər. Belə planlar kommersiya və istehsal müəssisələrində bir qədər fərqli tərtib olunsa da, bütövlükdə onların hamısı gəliri proqnozlaşdırmaqla gəlir və xərcləri müəyyən etmək məqsədi daşıyır. Bundan sonra maliyyə planının bölmələri uzlaşdırılır və şirkət rəhbərinin təsdiqinə verilir.

Maliyyə planlaşdırılması maliyyənin idarə edilməsinin mühüm elementi kimi çıxış edir. Maliyyə planlaşdırılmasının obyekti dövlətin və təsərrüfat subyektlərinin maliyyə fəaliyyətidir. Onun nəticəsi isə maliyyə planlarının (ayrı-ayrı idarələrin smetalarından başlamış dövlətin icmal maliyyə balansınadək) tərtibidir. Hər bir planda müəyyən dövrə gəlir və xərclər, bütün maliyyə və kredit sisteminin həlqələri ilə ödəniş və hesablaşmalar üzrə qarşılıqlı əlaqələr müəyyən edilir.

Maliyyə sisteminin bütün həlqələri maliyyə planına malikdir. Maliyyə planının formaları, onun göstəricilərinin tərkibi maliyyə sisteminin müvafiq həlqəsinin spesifikliyini əks etdirir. Belə ki, kommersiya əsasında fəaliyyət göstərən müəssisələr gəlirlər və xərclər balansı; qeyri-kommersiya fəaliyyətini həyata keçirən idarələr smeta; kooperativ təşkilatları, ictimai birliklər və sığorta şirkətləri maliyyə planları, dövlət hakimiyyəti orqanları büdcələr tərtib edirlər.

Maliyyə planlaşdırılmasında iqtisadi inkişafın bu və ya digər mərhələsində həyata keçirilən maliyyə siyasətinin tələbləri əsas götürülür. Bu halda plan tapşırıqlarını yerinə yetirmək üçün pul vəsaitinin həcmi və onun mənbələri müəyyən edilir, gəlirlərin artırılması və xərclərə qənaət aşkar edilir, mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş fondlar arasında vəsaitin bölgüsünün optimal nisbətləri müəyyən edilir.

Maliyyə göstəricilərinin proqnoz və plan hesablamaları müxtəlif metodlardan istifadə etməklə həyata keçirilir. Onlardan ən əhəmiyyətlisi ekstrapolyasiya, normativ, riyazi modelləşdirmə metodlarından ibarətdir. Ekstrapolyasiya metodunda maliyyə göstəriciləri onların dinamikasını aşkar etmək əsasında müəyyən edilir, hesablamada hesabat dövrünün göstəricilərindən istifadə olunur. Normativ metod müəyyən edilmiş norma və normativlərdən istifadəyə əsaslanır. Riyazi modelləşmə metodu real iqtisadi-sosial proseslərdə maliyyə modelinin qurulmasından ibarətdir.

Maliyyə resurslarının formalaşması mənbələri ilə birlikdə onların istifadəsi istiqamətlərini uyğunlaşdırmaq, maliyyə planının bütün bölmələrini öz aralarında ələqələndirmək üçün balans metodu tətbiq edilir.

Maddi istehsal sahələrində planlaşdırma zamanı geniş forma ilə birlikdə gəlir və xərclər balansı – ixtisar edilmiş forma da (kiçik və orta müəssisələr üçün) maliyyə planı tərtib edilir.

Maliyyə planının tərtib olunmasının məqsədi maliyyə göstəricilərinin qısa, orta və uzun müddətə proqnozlaşdırılması əsasında maliyyə vəsaitlərinin, kapital və ehtiyatların mümkün həcminin müəyyən olunmasıdır. Maliyyə planının əsas strategiyası təsərrüfatçılıqla məşğul olan subyektlərdə mənfəətin mənbələrinin və məsrəflərin istiqamətlərinin müəyyənləşdirilməsidir. Müasir dövrdə firma maliyyə planından istifadə edərək sərəncamında qalan xalis mənfəətdən necə istifadə olunmasını özü müəyyənləşdirir.

Qoyulan məqsəddən asılı olaraq müəssisələrdə maliyyə planları bir qayda olaraq 5 illik, 1 illik və rüblük hazırlanır. Lakin bəzi hallarda uzun müddətli strateji maliyyə planları da işlənib hazırlanır. Buna müvafiq olaraq perspektiv, cari və operativ planlar mövcuddur.

Maliyyə planı işlənib hazırlanarkən əvvəlki dövrün maliyyə hesabatları məlumatlarından istifadə edilir. Bu kompaniyanın maliyyə vəziyyətini təhlil etmək üçün zəruridir. Çünki, belə təhlil arzuolunmaz kənarlaşdırmaları arzu etməyə və planda analitik ümumiləşdirmələrin nəticələrini uçota almağa imkan verir.

Maliyyə planlaşdırılmasının müasir praktikasında fərqlənən digər mühüm cəhət illik planların və operativ göstəricilərin eyniyyat təşkil etməsidir. Daha doğrusunu desək illik planlar vaxta görə də daha qısa müddətli planlara bölünür.

Planı işləyib hazırlayarkən fəaliyyət istiqamətlərini, təsərrüfat, investisiya, maliyyə istiqamətlərinin dəqiq hüdudunu müəyyən etmək lazımdır. Bu, pul axılarının idarə edilməsinin səmərəliliyini yüksəldir. Həmçinin konkret təsərrüfatçılıq şəraitindən (rüblük, illik və ya daha çox) asılı olaraq planlaşdırma intervalını qabaqcadan müəyyən etmək də lazımdır.


Maliyyə siyasəti

Maliyyə siyasəti – Maliyyə qanunvericiliyinə əsaslanan, dövlətin və onun orqanlarının qarşıda duran vəzifələrinin yerinə yetirilməsi üçün zəruri olan ictimai maliyyənin (dövlət və bələdiyyə idarələrinin pul fondları) yaradılmasına, yayılmasına və istifadə olunmasına yönəldilmiş dövlət və bələdiyyələrin onların orqanlarının timsalında sistematik fəaliyyətidir.

Maliyyə siyasəti həm də kateqoriya adlandırıla bilər. Bu termin adətən maliyyə menecmenti ilə məşğul olan iqtisadçılar tərəfindən tətbiq edilir. Yəni, onu maliyyə menecmenti metodu aləti və məqsədi kimi götürülən maliyyə münasibətlərinin sosial-iqtisadi mahiyyəti kimi götürsək kateqoriya kimi qəbul etməliyik.

Maliyyənin məqsədi - gələcəkdə maliyyə fəaliyyətinin ən ideal nəticələridir. Maliyyə siyasətinin məqsədi isə - dövlətin mövcud sosial münasibətlər sisteminin möhkəmləndirilməsi və maliyyə vəsaiti ilə təmin edilməsidir.

Maliyyə siyasətini həyata keçirmək üçün maliyyə mexanizmindən istifadə olunur.


Maliyyə siyasətinin çatışmamazlıqları

Hal-hazırda maliyyə siyasətinin çatışmamazlıqları daha kəskin nəzərə çarpır və bu respublikamızın sosial-iqtisadi inkişafını ləngidən amilə çevrilir. Bu çatışmamazlıqlar aşağıdakıladır:



  • Maliyyə siyasətinin doqmatik xarakter daşıması (təşəbbüskarlığın olması) və ölkənin inkişaf şəraitinin dəyişməsinə dərhal reaksiya vermək qabiliyyətinin olması.

  • Strateji xarakter daşıyan konsepsiyaların işlənib hazırlanması.

  • Qısa müddətdə xeyir götürmək xətrinə az əsaslandırılmış taktiki tədbirlərin həyata keçirilməsi.

  • Maliyyə siyasətinin xalq təsərrüfatının faktiki vəziyyətindən ayrılması.

  • Maliyyə fəaliyyənin əsas təlabatından vəsaitə görə yaşayıb fəaliyyət göstərmək qaydasından sərf nəzər edilməsi.

  • Vətəndaşların sosial tələbatlarının ödənilməsi üçün maliyyə bazası müəyyən edilərkən qalıq metodundan istifadə edilməsi.

5. Maliyyə menecmentinin nəzarəti (audit yoxlamaları) – Sosial-iqtisadi proseslərin inkişaf etdikləri bir şəraitdə xalq təsərrüfatının idarə edilməsində, xüsusən bazar iqtisadiyyatı şəraitində nəzarət etmək əsas məsələlərdən biridir.

Hazırda nəzarət respublikamızın qanunverici və icra orqanları, maliyyə orqanları, vergi idarələri, Milli Bankı, Nazirlik və idarələrin ixtisaslaşdırılmış inspeksiyaları, Dövlət Statistika komitəsi və digər dövlət idarəetmə orqanları tərəfindən həyata keçirilir.

Nəzarət sistemi içərisində əsas yeri maliyyə nəzarəti tutur. Maliyyə nəzarətinin dövlətin maliyyə siyasətinin müvəffəqiyyətlə reallaşdırılmasında, maliyyə ehtiyatlarından xalq təsərrüfatının bütün sahələrində effektli istifadə edilməsini təmin etmək prosesində əhəmiyyəti böyükdür. Bazar iqtisadiyyatına keçid dövründə maliyyə nəzarətinin rolu daha da artır.

Maliyyənin nəzarət funksiyasının reallaşması forması maliyyə nəzarəti hesab edilir. O, maliyyə nəzarətinin məzmununu və təyinatını müəyyən edir. Nəzarətin məzmunu, istiqaməti məhsuldar qüvvələrin inkişaf səviyyəsindən və cəmiyyətin istehsal münasibətlərindən asılı olaraq dəyişir. Maliyyə nəzarəti - xüsusi forma və üsul tətbiq etməklə təsərrüfat və idarəetmə obyektlərinin maliyyə fəaliyyətinin və onunla bağlı əməliyyatların yoxlanılması məcmusundan ibarətdir. Maliyyə nəzarəti həyata keçirmək üçün yüksək ixtisaslı mütəxəssislərdən ibarət kompletləşdirilmiş xüsusi nəzarət təşkilatları və ya qrupları yaradılır. Onların hüquq və vəzifələri qüvvədə olan qanunlara uyğun olaraq müəyyən edilir.

Maliyyə nəzarəti - nəzarətin xüsusi sahəsi olub dəyər dərəcəsində istifadəsi ilə əlaqəli, məqsədəuyğun istiqamətdə müəyyən tətbiq sahəsinə malikdir.

İqtisadi idarəetmənin ən vacib ünsürlərindən sayılan nəzarət və uçot bazar münasibətlərində daha aktiv xarakter daşıyır. İnzibati qaydada tətbiq edilən, ümumi nəzarətdən imtina etməyə səy edən hər bir firma və təsərrüfat rəhbəri sərbəst təsərrüfatçılıq şəraitində ayrı-ayrılıqda təsərrüfatdaxili idarəetmə nəzarətindən necə istifadə etməyin yollarını axtarır. Bu zaman uçot və hesabat məlumatlarının öyrənilməsi və hesabat məlumatlarının öyrənilməsi, balans rəqəmlərindən istifadə edilməsi mühüm əhəmiyyət kəsb edir. Belə şəraitdə auditor xidmətinə istinad edilməsi vacibdir. Audit fəaliyyətinin zəruriliyi bir sıra nəzəri prinsiplərə əsaslanır və dərin köklərə malikdir. Azad bazar iqtisadiyyatında dövlətlə sahibkar arasında, sahibkarlarla idarəedici (menecer) arasında təsərrüfat- maliyyə prosesi üzrə etibar və məsuliyyət zəmanəti olmalıdır ki, bu məsul işi də yalnız audit vasitəsilə icra etmək mümkündür.

Maraqlı işgüzar tərəflərin manafeyini təmin edən audit (ekspert) yekun arayışının hazırlanmasında müxtəlif test sistemindən və yoxlama metodologiyasından istifadə edir. Bu və ya digər sistemin tətbiqi və yaxud onun elementlərindən istifadə edilməsi verilən sifarişdən və tərəflərin maraq dairəsindən asılıdır.

Audit müstəqil təftiş keyfiyyətinə malik olsa da, onun fəaliyyəti yalnız mühasibat və maliyyə hesablarının yoxlanılması ilə məhdudlaşa bilməz. Audit fəaliyyətin inkişafı tarixinə nəzər saldıqda, onun dərin tarixi köklərə və böyük inkişaf yoluna malik olduğunu müşahidə etmək olar. Qeyd etmək lazımdır ki, onun mövcudluğu hər şeydən əvvəl mülkiyyət münasibətləri ilə bağlıdır. Audit latın sözü olub avdio-sözündən götürülmüşdür, mənaca isə eşidirəm deməkdir. Lakin bu gün ETT-nin inkişafı ilə əlaqədar olaraq audit təkcə eşidirəm yox, həm də görmək, dərin iqtisadi təhlil aparmaq, analitik nəticələr əldə etmək və ümumiləşdirmək qabiliyyətinə malik olmalıdır.

Tədqiqatçıların fikrinə görə audit fəaliyyəti XII - XIII əsrlərə təsadüf edir və bu peşəkar fəaliyyət növünün birinci dəfə İngiltərədə rəsmən elan edilməsi qeyd olunur. Audit fəaliyyətinin struktur formalaşması XVIII əsrin sonundan başlamışdır. Bu forma İEÖ-də geniş yayılmışdır (ABŞ, AFR, İngiltərə). Dünyada “Artur Anderson”, ”Mak Kinzi”, ”Kuperz End Laybrand” və s. auditor təşkilatları ən məşhurdur. MDB ölkələrində ilk dəfə 1987-ci ildə yaradılıb.

Audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesablarının müstəqil yoxlanılmasıdır. Audit yoxlanılması məcburi və ya könüllü ola bilər. Audit 2 formaya ayrılır: firmadaxili və kənar.


Yüklə 367,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə