Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ baki xoreoqrafiya akademiyasi



Yüklə 77,38 Kb.
Pdf görüntüsü
tarix05.04.2018
ölçüsü77,38 Kb.
#36105


AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ 

BAKI XOREOQRAFİYA AKADEMİYASI  

 

 

 

 

 

 

 

 

 

 

SƏNƏT 

AKADEMİYASI 

(elmi nəzəri jurnal) 

 

 

 

 

№1 (1) 2016 

 

 

 



 

 

 



 

 

 



 

Bakı - 2016

 

 

 

 

 


“SƏNƏT AKADEMİYASI” JURNALININ REDAKSİYASINA 

 

Azərbaycan xalqının çoxşaxəli və çoxmiqyaslı mədəniyyətinin mühüm tərkib 

hissəsini  onun  ədəbiyyatı,  mədəniyyəti  ilə  yanaşı,  həm  də  mətbuatı  təşkil  edir. 

Xalqımızın tarixində müşahidə edilən etnik yüksəlişlər həmişə mədəni intibahlarla 

müşayiət  olunmuşdur  ki,  bunların  da  ən  maraqlı  nümunələri  XIX  əsrin  sonu  XX 

əsrin  əvvəllərində  milli  məfkurəmizin  təşəkkülündə  əvəzsiz  rol  oynayan  qəzet  və 

jurnallardır:  “Əkinçi”,  “Tərcüman”,  “Füyuzat”  və  digərləri  kimi  adı  çəkilən 

mətbuat  orqanlarının  xələfi  olaraq  işıq  üzü  görməyə  hazırlaşan  “Sənət 

Akademiyası”  jurnalı  da  mətbuat  salnaməmizdə  özünəməxsus  yer  tutacaq  və 

üzərinə götürdüyü missiyanı sələflərinə layiq şəkildə yerinə yetirəcəkdir. 

Ümid  edirəm  ki,  Bakı  Xoreoqrafiya  Akademiyasının  orqanı  olaraq  “Sənət 

Akademiyası”  jurnalı  ədəbiyyatımızla  sənətimizi  sintezini  özündə  əks  etdirə 

biləcəkdir.  Jurnalın  kollektivinə  bol-bol  sənət  uğurları,  sağlam  yaradıcı  rəqabət 

şəraitində öz bənzərsizliyi ilə seçilməyi arzu edirəm. 

 

Hörmətlə, 

Nizami Cəfərov, Azərbaycan Milli Elmlər 

Akademiyasının müxbir üzvü, millət vəkili 

 

 

 

 

 

Əziz həmkarlar! 

Azərbaycanda  peşəkar  xoreoqrafiya  təhsilinin    90 

illik tarixi olsa da, Bakı Xoreoqrafiya Akademiyası yalnız 1 

ilə yaxındır ki, fəaliyyət gösətrir. Və bu o deməkdir ki, sizlər 

hələ böyük sənət yolunun astanasındasınız. 

Dünyada  “rus  baleti”  fenomeninin  mövcud  olması, 

eyni  zamanda  A.  Y.  Vaqanova  adına  Rus  Baleti 

Akademiyasının klassik balet ənənələrini qoruması, inkişafı 

və  təbliğində  mühüm  rol  oynaması  və  Bakı  Xoreoqrafiya 

Akademiyasının  bu  ənənələrə  sadiqlik  nümayiş  etdirib 

əməkdaşlığımıza  qərar  verməsi  bu  sənətin  hələ  uzun  illər  yaşayacağının  sorağıdır.  Bakı  Xoreoqrafiya 

Akademiyasının  bu  istiqamətdə  atdığı  hər  bir  addım  –  müasir  tələblərə  uyğun  tədris  prosesinin  təşkil 

edilməsi, yaradıcı kadrların tədris prosesinə cəlb edilməsi, yeni proqramların işlənib hazırlanması, eləcə də 

tədbirlər,  tamaşalar,  konfranslar,  jurnal  və  qəzetlərin nəşri  və  s.  böyük  əhəmiyyət  kəsb  edir.  Akademiyanız 

tərəfindən  hazırlanan  “Sənət  Akademiyası”  jurnalına  uğurlar  diləyir,  uzun  illər  incəsənətin  müxtəlif 

sahələrində çalışanları, ələlxüsus da xoreoqrafiya sənətində çalışanları sevindirməyi arzu edirəm. 

 

 

Hörmətlə, 

Nikolay  Tsiskaridze,  A.Y.  Vaqanova  adına  Rus  Baleti 

Akademiyasının rektoru, Rusiyanın Xalq artisti 

 

 

 

 


Əziz dostlar! 

Bakı  Xoreoqrafiya  Akademiyasının  Elmi  Şurasının  1  dekabr 

2015-ci  il  tarixli  Qərarı  ilə  təsis  edilmiş  “Sənət  akademiyası”  elmi 

jurnalının  işıq  üzü  görməsi  münasibətilə  sizi  Bakı  Dövlət 

Universitetinin kollektivi adından ürəkdən təbrik edirəm! 

Bu  gün  dünyanın  elm  yarışında  olduğu,  müxtəlif  səviyyəli  elmi 

nəşrlərin  çap  olunduğu  bir  dövrdə  elmi  jurnal buraxmaq  sadə  məsələ 

deyil.  Dünya  elm  okeanında  görünmək,  obrazlı  desək,  böyük 

dalğaların, təlatümlərin önündə duruş gətirmək üçün müəyyən səviyyə 

vacibdir. 

Mənim 

dostum 

və 

kolleqam, 

Bakı  Xoreoqrafiya 

Akademiyasının  rektoru, 

Əməkdar  elm  xadimi,  professor  Timuçin  Əfəndiyevin  böyük  elmi  potensialına  və 

peşəkarlıq keyfiyyətlərinə bələd olduğum üçün əminəm ki, siz bu sınaqlardan çıxa biləcəksiniz.  

İncəsənət və onun tədrisi ilə bağlı məsələlər bu gün çox aktualdır və “dünyanı xilas emək” qüdrətində 

olan  mədəniyyəti  güclü  olan  xalqlar  dünyanın  böyük xalqlarıdır.  Bizim  xalqımız  həm  elmə, təhsilə,  həm  də 

mədəniyyətə,  incəsənətə  önəm  verən  xalqdır.  Ona  görə  də,  inanıram  ki,  bu  üç  sahənin  sintezində  fəaliyyət 

göstərəcək “Sənət akademiyası” elmi jurnalı çox tezliklə xalq arasında layiqli sevgisini qazanacaq,  ölkənin 

ən  populyar  nəşrlərindən  birinə  çevriləcəkdir.  Bu  yolda  sizə  təşəbbüskarlıq,  möhkəm  iradə  və  elmi 

yaradıcılıq uğurları arzulayıram! 

Hörmətlə, 

Abel Məhərrəmov, Bakı Dövlət Universitetinin 

rektoru, əməkdar elm xadimi, akademik  

 

 Balet  haqqında  düşündükdə  Ulu  Öndər  Heydər  Əliyevin  gözəl  fikirləri 



yada düşür: ”Azərbaycanda klassik baletin inkişaf etməsi milli mədəniyyətimizin 

tarixində böyük bir hadisədir”.  

Tarixə  nəzər  salaq:  XX  əsr  Azərbaycan  mədəniyyətinin  çiçəklənməsi  və 

inkişafı ilə bağlıdır. Bu dövrdə incəsənətin bir çox sahələri ilə yanaşı rəqs səhnə 

mədəniyyəti  də  sivil  ölkələrin  bu  sahədə  nailiyyətlərinə  cavab  olaraq,  İslam 

ölkələri  sırasında  məhz  Azərbaycan  milli  meyarlara  söykənərək  ilk  dəfə  klassik 

balet  sənətini  səhnəyə  gətirir.  O  dövr  üçün  bu  addım  əlbəttə  ki,  heç  də  asan 

deyildi. 

Xoreoqrafiya  sənəti  Azərbaycanda  əsrin  əvvəllərində  inkişaf  etməyə 

başlamışdır.  Bəstəkarlar  tərəfindən  bu  janra  müraciət  ilk  dəfə  olaraq,  1940-cı 

ildə səhnəyə qoyulmuş Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baleti ilə həyata keçirilir.  

Milli ənənələrlə zəngin olan Azərbaycan Balet Teatrı balet məktəbinin nailiyyətləri üzərində qurulmuş 

və  təsadüfi  deyil  ki,  Azərbaycan  Respublikasının  Prezidenti  Cənab  İlham  Əliyevin  Sərəncamı  ilə 

xoreoqrafiya məktəbi artıq Akademiya statusunu qazanmışdır. 

Bakı  Xoreoqrafiya  Akademiyası  qarşısında  böyük  perspektivlər  açılır.  Artıq  qəti  addımlar  atılır, 

təcrübəli  kadrlar  işə  cəlb  olunur,  balet  sənətinin  çiçəklənməsi  üçün  hər  şərait  yaradılır.  Kadr  seçimi 

siyasətinin  bacarıqla  aparılması  xoreoqrafiya  sənətinin  həm  klassik  balet  və  həm  də  xalq  rəqsləri 

istiqamətində  inkişafı  deməkdir.  Heç  təsadüfi  deyil  ki,  bu  Ali  təhsil  ocağına  təcrübəli  rəhbər,  əməkdar  elm 

xadimi, professor Timuçin Əfəndiyev başçılıq edir.  

Əminəm  ki,  Bakı  Xoreoqrafiya  Akademiyası  Azərbaycanı  layiqincə  bir  çox  ölkələrdə  malik  olduğu 

sənət bacarığı ilə təmsil edəcəkdir. 

Bakı  Xoreoqrafiya  Akademiyasının  nəzdində  fəaliyyətə  başlayan  “Sənət  Akademiyası”  elmi-nəzəri 

jurnalının  ilk  nəşri  işıq  üzü  görmüşdür.  Bu  münasibətlə  hörmətli  Timuçin  Əfəndiyevi  və  bütün  kollektivi 

təbrik edirəm. Bu nəşr xoreoqrafiya sənətinin akademik statusa malik olmasının sübutudur.  

Bir daha Akademiyanın rəhbəri başda olmaqla bütün kollektivi səmimi qəlbdən təbrik edir və gələcək 

işlərində uğurlar arzulayıram. 

Hörmətlə,  

Fərhad  Bədəlbəyli,  Bakı  Musiqi  Akademiyasının  rektoru, 

SSRİ və Azərbaycan Respublikasının xalq artisti, professor  


Sizi  respublikamızın  mədəni  həyatında  əlamətdar 

hadisə  -Bakı  Xoreoqrafiya  Akademiyasında  nəşr  olunacaq 

yeni    “Sənət  Akademiyası”  adlı  elmi-nəzəri  jurnalın  təsis 

edilməsi münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. 

Ümidvaram  ki,  “Sənət  Akademiyası”  jurnalı  təkcə 

Bəstəkarlar  İttifaqı  üçün  deyil,  digər  sənət  ocaqları  və 

ümumiyyətlə  respublikamızın  bütün  mədəniyyət  müəssisələri 

üçün  dəyərli  elmi  nəşr  olacaq  və  orada  dərc  olunacaq  alim, 

tədqiqatçı  və  sənətsevərlərin  məqalə  və  tədqiqat  işlərindən 

neçə-neçə 

gənc 

mütəxəssis 

və 

sadə 

oxucu 

kütləsi 

bəhrələnəcəkdir.  

Sizi 

və 

rəhbərlik 

etdiyiniz  Bakı  Xoreoqrafiya 

Akademiyasının  professor  və  müəllim  heyətinə,  habelə  jurnalın  redaksiya  heyətinə  bu  yeni  işinizdə 

müvəffəqiyyətlər, Azərbaycanın mədəni inkişafı naminə atdığınız  addımlara uğurlar diləyirəm! 

 

Hörmətlə,  

Firəngiz Əlizadə 

Azərbaycan Bəstəkarlar İttifaqının  

Sədri , Xalq artisti, professor 

 

 

 

 

 

 

 

Sənət və gözəllik aynası 

 

Cənab  Prezident  İlham  Əliyevin  Sərəncamı  ilə  Bakı  Xoreoqrafiya 

Akademiyasının təsis edilməsi Azərbaycanın milli mədəniyyəti tarixində yeni 

mərhələ  yaradan  hadisədir.  Bu  sənət  ocağına  təhsil  sahəsində  böyük 

təcrübəsi  olan  əməkdar  elm  xadimi,  professor  Timuçin  Əfəndiyev  rəhbərlik 

edir.  

Sənət  insanı  özünə  ucaltdığı  ən  böyük  abidədir.  O,  ilahi  vergisi  olan 

istedadla  yaradılır.  Allah  əmanəti  olan  insan ruhu ilə  süslənir.  Əminəm  ki, 

“Sənət  Akademiyası”  jurnalı  təkcə  Akademiyada  görülən  təhsil  və 

yaradıcılıq  işlərini  işıqlandırmayacaq,  dünya  və  Azərbaycanın  sənət 

sahəsindəki nailiyyətlərini əks etdirəcək, sənət xiridarlarını sevimli jurnalına 

çevriləcək.  Bu  jurnalda  poliqrafiya,  cazibədar  dizaynla  bərabər,  həm  də 

intellektual üslub, duyğusal yazılar, romantik təcəssüm tərzi görmək istərdim. 

Şübhə  etmirəm  ki,  jurnal  müstəqil  Azərbaycanın  sənət  gülşənini  əks  etdirəcək,  gənc  istedadları  obyetiv 

qiymətləndirib  doğru  yo  göstərəcək,  estetik  meyarlarında  türkçülük  və  azərbaycançılıq  ideallarıı  ön  plana 

çəkəcək.  

Arzu  edirəm  ki,  “Sənət  Akademiyası”  “Əkinçi”,  “Füyuzat”,  “Molla  Nəsrəddin”  kimi  milli 

mətbuatımızın tarixinə daxil olsun. Bu çətin və şərəfli yolda sizə uğurlar deyirəm. 

 

Hörmətlə, 

Nizaməddin  Şəmsizadə,  Azərbaycan  Respublikasının  Dövlət 

Mükafatı laureatı, filologiya elmləri doktoru, professor 

 

 

 

 

 

 


Azərbaycanın rəngarəng mətbuat aləmini “Sənət Akademiyası” 

adlı  yeni  orijinal  qədəm  qoymasını  ürəkdən  alqışlayırıq.  Media 

əlvanlığında  yeri  çoxdan  görünən  bu  jurnalın  kütləvi  informasiyası 

vasitələri  kəhkəşanında  parlaq  ulduz  çevriləcəyini  ümid  bəsləyirik. 

Əminik ki, yeni nəşr dünya sənət çəmənzarında özünəxas bənzərsizliyi 

ilə  seçilən  zəngin  Azərbaycan  incəsənətinin,  çoxşaxəli  milli  musiqi 

mədəniyyətimizin  əbədiyaşar  ədəbiyyat  nümunəmizi  beynəlxalq 

miqyasda  daha  məqsədyönlü  tanıdılmasında  səmərəli  fəaliyyət 

göstərəcəkdir.  Fikrimizcə,  jurnal  xüsusilə  milli  xoreoqrafiya  səntinin 

incəliklərini  gənc  nəslə  çatdırılmasında,  bu  istiqamətdə  yeni 

layihələrin  gerçəklənşidirilməsində  var  qüvvəsi  ilə  çalışacaqdır.  Bu 

şərəfli  işdə  redaksiya  heyətinə  bol-bol  yaradıcılıq  axtarılşarı,  fərəhl  uğurlar  arzulayırıq!  Yolunuz  nurlu, 

işləriniz uğurlu olsun, əziz dostlar. 

 

Səmimiyyətlə, 

Knyaz  Aslan,  Bakı  Dövlət  Universitetinin

 

Kitabşünaslıq  və 



nəşriyyat  işi  kafedrasının  müdiri,  dosent  “Kitabşünaslıq  və 

redaktor  sənəti”  jurnalının  baş  redaktoru,  “Qızıl  qələm”  və 

Həsən bəy Zərdabi mükafatları laureatı 

 

 

 

 

 

 

Qafqaz  xalqlarının  rəqsləri  öz  zəngin  ənənələri  və 

rəngarəngliyi  ilə fərqlənir,  xüsusilə  Azərbaycan  xalq  rəqsləri. 

Milli mədəniyyətinizin ayrılmaz hissəsi olan rəqs sənətinə olan 

böyük diqqət, qayğı, yüksək qiymət  və  dəyər 90 illik fəaliyyəti 

olan  Xoreoqrafiya  məktəbinin  artıq  Bakı  Xoreoqrafiya 

Akademiyası kimi fəaliyyət göstərməsinin məntiqi nəticəsi kimi 

qiymətləndirilir. Ali təhsil ocağı öz qarşısına sənətlər arasında 

ən gözəli olan xoreoqrafiya sənətini tədris etmək, onun klassik 

və xalq ünsürlərini qoruyub saxlamaq, təbliğ və tədqiq etmək, 

gələcək  nəsillərə  çatdırmaq  kimi    çox  mühüm  vəzifə  qoyur. 

Həqiqətən  də  Azərbaycan  xalq  rəqsləri  öz  zənginliyi  ilə 

dünyada 

sevilən 

rəqslərdəndir. 

Bu 

səbəbdən 

Bakı 

Xoreoqrafiya Akademiyasının təsis etdiyi  “Sənət Akademiyası” 

jurnalının nəşri maarifləndirici missiyanı öz üzərinə götürərək, 

elm və sənət baxımından dəyərli yazıları geniş oxucu kütləsinə 

çatdıracaq.  Əminəm  ki,  jurnal  öz  fəaliyyətində  məhsuldar  olaraq  bütövlükdə  Azərbaycan 

mədəniyyəti və incəsənətinə xidmət edəcəkdir. 

 

 

Dikalu Muzakayev 

Rusiyanın Xalq artisti,  

Çeçen Respublikasının sabiq mədəniyyət naziri, 

əməkdar incəsənət xadimi 

 

 

 

 

 

 

 


 

Timuçin Əfəndiyev  

Giriş sözü 

XOREOQRAFİYA 

 

 



Майра Алмасзаде 

Творческое  развитие  учащихсѐ  младших  классов  хореографических 

училищ 



 



Лейла Шихлинская 

Танцевальное искусство как составнаѐ часть общего художественно- 

эстетического воспитаниѐ школьников 

 



Людмила Гасанова 

Воспитать – значит дать базис длѐ художественного мышлениѐ 

 

Гюлагаси Мирзоев 



Роль и значение произведений классического наследиѐ в сценической  

практике хореографического образованиѐ 

 

Rüfət Xəlilzadə 



Yallılar 

 



Римма Искендерова 

Роль сценической практики в формировании артиста балета 

 

Sənan Hüseynli  



Milli  rюqs  sюnюtinin  inkişafinda Əlibaba Abdullayev fenomeni 

 



EteriCəfərova 

Müasir dövrün mюdюni prosesindю milli rюqs fenomeni 

 

Aynur Elhan Nayir 



Anadolu’da dini ayin dansları – sema ve semahlar 

 

MUSİQİŞÜNASLIQ 



 

 



Gülnaz Abdullazadə 

Azюrbaycan “Turacı” xalq rюqsinin xarakterik xüsusiyyюtlюri ümumi 

mюdюni dюyюrlюr kontekstindю  

 



Zümrüd Dadaşzadə 

Müasir Azюrbaycan musiqisindю teatrallıq (simfoniya janrı timsalında)



 


 

Sonaxanım İbrahimova 

Xoreoqrafiya sюnюti: rюqs vю musiqinin vюhdюti 

 



Nərmin İbrahimova 

Azюrbaycan  milli  rюqs  sюnюtinin  inkişafında  Ü.Hacıbюylinin  sюhnю 

юsюrlюrinin rolu 

 



Lalə Hüseynli 

Xoreoqrafiya  sinfindю  ümumi  fortepiano  fюnninin  tюdrisi  metodikası 

 

Эльнара Дадашева 



Некоторые особенности жанровой классификации азербайджанских  

народных танцевальных мелодий 

 

Ülviyyə Hacıbəyli 



Bir qюdюr balet haqqında 

 



Minarə Dadaşova  

İnsanın yaradıcılıq inkişafını tюmin edюn musiqi tюhsili vю mюdюniyyюt 

 

Ayla Əmirxanova 



Xoreoqrafiya    sinfindю    konsertmeyster    fюaliyyюtinin  rolu,  onun  mюqsюd  

vю  özюl  xüsusiyyюtlюri 



 

SƏNƏTŞÜNASLIQ 

 

 



Севда Садыхбекова 

Историѐ 


сценографии 

Азербайджанского 

государственного 

академического театра оперы и балета 

 

Aygül Hüseynova  



Xalça sюnюti Azюrbaycan mюdюniyyюtinin ayrılmaz hissюsidir 

 



Айсель Зохрабова 

Аксиологиѐ в социальных науках и искусствоведении  

 

Fəridə Mirbağırzadə 



Makedoniyalıİsgюndюr  tюsviri  incюsюnюtdю vю onun rюmzlюri 

 



Sevinc Vəliyeva 

Azюrbaycan baletinin sюhnю ulduzu 

 

Динара Алиева 



Судьба «Демон» и его интерпретациѐ в балете«Фатум»  


На основе анализа поэмы М.Ю.Лермонтова и балета С.Жукова 

 

TEATRŞÜNASLIQ 

 



 



Məryəm Əlizadə 

Teatr  prosesinin ilk  mюrhюlюsi: milli  teatr  düşüncюsinin  юski  qaynaqları 

 

Sədaqət Əlixanova 



Çağdaş teatr prosesi vю balet sюnюti 

 

PEDAQOGİKA 

 



 



Тамилла Кенгерлинская 

Яркий представитель азербайджанской и российской музыкально- 

педагогической науки и образованиѐ Алиев Юлий Багирович 

 



Тамилла Багирова 

Интеграциѐ искусств в духовном воспитании подрастаящего 

поколениѐ 

 



Vəfa Xanoğlan 

Gюnclюrin estetik tюrbiyюsindю incюsюnюtin rolu 

 

Aypara Məmmədova 



Etika vю estetikanın birlюşdiyi mюkan 

 

KULTUROLOGİYA 



 

 



Maral Manafova  

Azюrbaycan milli xoreoqrafiya sюnюtinin inkişaf dinamikasına tarixi nюzюr 

 

Чингиз Багиров 



Культурнаѐ  дипломатиѐ  в  системе  международных  отношений  (На 

примере России и Азербайджана)  



 

Sədaqət Əliyeva  

Universal vю milli юnюnюlюrinin dюyişюn proyeksiyalarında qadın semiozisi 

 

Тамилла Ахмедова 



Философскаѐ детерминациѐ культурологических идей: антиномиѐ  


универсализм - мультикультурализм 

 



Əbülfəz Babazadə 

Şюrq vю Qюrb mюdюniyyюtlюrindю qadın: tarix vю müasirlik 



 

PORTRETLƏR 

 

 



Həcər Babayeva 

Vasif Adigözюlov-80 



 

YENİ NƏŞRLƏR 

 

 



Инна Пазычева 

Открытый диалог в информационном  пространстве «Musiqi dünyası» 



 

 

 

 

 

 

 

Yüklə 77,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə