Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ CƏFƏr cabbarli adina respublika gənclər kitabxanasinin informasiya-biBLİoqrafiya şÖBƏSİ



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə2/7
tarix28.06.2018
ölçüsü0,72 Mb.
#52087
1   2   3   4   5   6   7

 

Abdulla 

Şaiq-135 

 

~ 5 ~ 


 

 

 



 

Azərbaycanda  məktəb  və  maarif  işinin  yüksəlişi,  milli  uşaq  ədəbiyyatının,  uşaq 

dramaturgiyasının  yaranması  birbaşa  A.Şaiqin  adı  ilə  bağlıdır.  O,  Azərbaycan 

müəllimlərinin  I,  II  qurultaylarının  hazırlanmasında  komissiya  üzvü  kimi  böyük  iş 

görmüş,  «Uşaq  çeşməyi»  (1907),  «Uşaq  gözlüyü»  (1909),  «Gülzar»  (1912)  və  başqa 

yeni  tipli  dərsliklər  yaratmışdır.  A.Şaiq  qüdrətli  sənətçi,  azadlıq  carçısı,  gözəllik  aşiqi 

kimi Azərbaycan Demokratik Cümhuriyyəti dövründə həvəslə çalışmışdır. Məktəblərin 

milliləşdirilməsi  məsələsi  haqqında  rəsmi  dövlət  qəzeti  «Azərbaycan»da  ardıcıl  çıxış 

edən, milli təhsili ilk həyata keçirən məhz A.Şaiq olmuşdur. Bu illərdə buraxdığı «Milli 

qiraət»,  «Ədəbiyyat  dərsləri»  «Türk  çələngi»  (1919),  «Türk  ədəbiyyatı»  (1920)  kimi 

dərsliklərindən  Azərbaycan  gəncliyinin  böyük  bir  nəsli  dərs  almış,  «Müsavat» 

hakimiyyəti  ilərində  yaratdığı  «Türk  ədəbi  mərkəziyyət  firqəsi»,  «Müsavata  ithaf 

marşı», «Yeni ay doğarkən», «Vətənin yanıq səsi», «Arazdan Turana» kimi silsilə şeir 

və poemaları poeziyamıza yeni ab-hava gətirmişdir.  

O, 1906-cı ildən milli uşaq poeziyasının incilərini yaratmış, şeirləri “Dəbistan” və 

“Məktəb”  uşaq-gənclər  toplularında  işıq  üzü  görmüşdür.  “Nicat”  cəmiyyətinin  idarə 

heyətinə üzv seçilmiş, ədəbi-bədii problemlərlə, maarif və məktəb işləri ilə, çoxcəhətli 

ədəbi, pedaqoji və elmi fəaliyyətlə məşğul olmuşdur. İnqilabdan əvvəlki yaradıcılığında 

romantizm  meyilləri  duyulmuş,  lirik  şeirlərində  azadlıq,  tərəqqi  arzuları,  nikbinlik, 

mübariz  ruh  əsas  yer  tutmuşdur.  “Məktub  yetişmədi”  (1908)  hekayəsi  və  “Əsrimizin 

qəhrəmanları”  (1913-1918)  povestində  iqtisadi-ictimai  bərabərsizlik,  xalqın  ağır  və 

faciəli  həyatı  əks  edilmişdir.  “Bizimdir”  (1923),  “Azadlıq  pərisinə”  (1925),  “Zərbəçi” 

(1933),  “Döyüş  nəğməsi”,  “Vətən  nəğməsi”  kimi  şeirlərində  yeni  həyatın,  vətənin, 

əməkçi  insanların  tərənnümünə  xüsusi  yer  verilmişdir.  Azərbaycan  nəsrində  tarixi 

roman  janrının  inkişafında  mühüm  addımlardan  olan  “Araz”  (1938)  romanında  Bakı 

proletariatının inqilabi mübarizəsi, “İldırım” dramında (1926) Azərbaycan kəndində baş 

verən  ictimai  toqquşmalar  təsvir  olunmuşdur.  Abdulla  Şaiq  Azərbaycan  uşaq 

ədəbiyyatının  görkəmli  nümayəndələrindəndir.  “Tülkü  həccə  gedir”,  “Yaxşı  arxa”, 

“Tıq-tıq  xanım”,  “Şələquyruq”  mənzum  hekayələrində  gözüaçıqlıq,  təvazökarlıq, 

doğruçuluq,  təbiəti  sevmək  təbliğ  edilir.  “Gözəl  bahar”,  (1910),  “El  oğlu”  (1939), 

“Vətən”  (1941),  “Nüşabə”  (1945),  “Ana”  (1946)  pyesləri  gənc  nəsildə  vətənpərvərlik 

tərbiyəsinin aşılanmasına həsr olunmuşdur. “May nəğməsi”, “Top oyunu”, “Bənövşə”,  

“Qərənfil”,  “Bülbül”  kimi  uşaq  şeirləri,  nağıl  və  poemaları  bu  gün  də  öz  dəyərini 

saxlamışdır.  Onun  poeziyası  qəhrəmanlıq,  xəlqilik,  vətənpərvərlik  və  gözəllik  

 

 

 




 

Abdulla 

Şaiq-135 

 

~ 6 ~ 


 

 

 



 

 

poeziyası,  uşaq  şeirləri  elə  o  zamandan  dərslik,  proqram  və  oxu  kitablarının  bəzəyi 



olmuşdur. O, həm də 1910-cu ildə yazdığı “Gözəl bahar” pyesi ilə milli uşaq teatrının 

özülünü qoymuşdur.  Abdulla  Şaiqin  xalq  maarifi sahəsində  mühüm  xidmətləri olmuş, 

“Uşaq  çeşməyi”  (1907),  “Gülzar”  (1912),  “Milli  qiraət  kitabı”  (1922),  “Qiraət  kitabı” 

(1924) və s. dərsliklər yazmış, ali məktəblərdə mühazirələr oxumuşdur. Görkəmli ədib 

tənqid və ədəbiyyat- şünaslıq sahəsində də çalışmış, M. Füzuli, İ. Nəsimi, M.P. Vaqif, 

M.F.  Axundov,    M.Ə.  Sabir,  A.  Səhhət,  H.  Cavid,  M.  Hadi  haqqında  elmi  məqalələr 

dərc etdirmişdir. Dünya ədəbiyyatı ilə yaxşı tanış olmuş, rus və fars dillərini mükəmməl 

bilmiş,  Nizami,  Şekspir,  Defo,  Krılov,  Puşkin,  Lermontov,  Qorki  və  başqalarından 

tərcümələr etmişdir.  

Ömrünün altmış ilini xalqının xidmətinə yönəldən A.Şaiq bir ədəbiyyatşünas-alim, 

bir  çox  dünya  ədəbiyyatı  örnəklərini  dilimizə  çevirən  sənətçi,  xalq  elçisi,  el  ağsaqqalı 

kimi  də  sayılmış,  ən  ali  məclislərə  seçilmiş,  mükafatlandırılmış,  orden  və  medallarla 

təltif edilmiş, ədəbiyyat sahəsindəki fəaliyyətinə görə 1940-cı ildə “Əməkdar incəsənət 

xadimi” fəxri adına layiq görülmüşdür.  1974-cü ildə Azərbaycan Dövlət Kukla Teatrına 

Abdulla Şaiqin adı verilmiş, ev-muzeyi yaradılmış, Bakı küçələrindən biri və bir neçə 

kitabxana onun adı ilə adlandırılmışdır. Ən böyük mükafatı isə xalqın, millətin ona olan 

sevgisidir.  

Abdulla  Şaiq  24  iyul  1959-cu  ildə  Bakıda  vəfat  etmiş,  Fəxri  Xiyabanda  dəfn 

olunmuşdur. 

 

  

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Abdulla 

Şaiq-135 

 

~ 7 ~ 


 

 

 

 

 

II 

 

Abdulla Şaiqin həyat və yaradıcılığına dair əsas tarixlər:  

 

1881- 25 fevral – Abdulla Şaiq Talıbzadə Tiflisdə ruhani ailəsində anadan olmuşdur. 

1889 – 1893 - Tiflisdə 6 sinifli şəhər məktəbində oxuyur. 

1893 may –   Abdulla Şaiq anası Mehri xanımla Xorasana gedir. 

1894 - 1899 – Xorasanda yeni üsulla  açılmış Yusif  Ziya məktəbində oxuyur. 

1900 – Xorasandan Tiflisə qayıdır. 

1901, 22 aprel - Bakıda  üçüncü gimnaziyada N.Nərimanovun iştirak etdiyi komissiya  

           qarşısında imtahan verir, ana dili müəllimi hüququ alır. 

1901,  5 noyabr – rus tatar məktəbində  ana dilindən dərs deyir. 

1902,  sentyabr – altı sinifli şəhər məktəbində ana dili müəllimi işləyir. 

1903 - 1906 – altı sinifli Sabunçu məktəbində əlavə dərs deyir. 

1905 -   M.Ə.Sabir, A.Səhhət, M.Hadi, H.Cavidlə tanış olur. III kişi progimnaziya-                                                                                                                                            

           sında ana dili müəllimi işləyir. 

1906 - 1907 – ilk mətbu şeiri “Laylay”  “Dəbistan” jurnalında çıxır. 

1908 -   Tiflisdə “İkinci il” dərsliyi çıxır. “Məktub yetişmədi”, “Hüriyyət pərisinə”,  

             “Yad et” və s. əsərlərini yazır. 

1909  -  R.Botşalın “Qafqaz çiçəyi” pyesini təbdil edir. 

1910 – “Köç”, “Daşqın”, “İntiharmı, yaşamaqmı,”, “Gözəl bahar”, “Hamımız bir              

            günəşin zərrəsiyik” əsərlərini yazır. “Qafqaz çiçəyi” “Nicat” truppası tərəfindən 

tamaşaya qoyulur. 

1911 -  Həyat yoldaşı Raziyə vəfat edir. “Dəftəri-hicran”, “Şair və qadın”, “Bədbəxt                                                                                                

             ailə” əsərlərini qələmə alır. Əsasən  realni məktəbdə çalışır. 

1912 – “Gülzar” dərsliyi çapdan çıxır. “Nicat” qəzetində Sabirə həsr olunmuş məqalə                                           

             və şeiri  çıxır. 

              1913 -  “Qafqaz çiçəyi” pyesi Azərbaycanda və Dağıstanda tamaşaya qoyulur. 

                           N.Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyi münasibətilə şeir, “Əkinçi və xan” 

                           və s. əsərlərini yazır. “Şələquyruq” və “Murad” kitabçaları çıxır. 

1914 -  “Dan ulduzu”, “Simurq quşu”  şeirlərini yazır. Birinci dünya müharibəsi ilə  

            əlaqədar olaraq “Əsrimizə xitab” və “ İblisin hüzurunda” əsərlərini tamamlayır.  

1915 -  Yeni realni məktəbdə çalışır. Ruscadan “Danışan kukla” uşaq pyesini təbdil  

            edir. 

1916 -  Dağıstanda “Uşaq bağçası” açmağa çalışır. Suramidə F.Köçərli ilə görüşür.  

            Nalçikdə qabaqcıl rus yazıçıları ilə tanış olur.      

1917 -  “Açıq söz” qəzetinin 8 aprel nömrəsində çarizmin devrilməsi, məclisi-müəs-     




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə