Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adına respublika uşaq kitabxanasi



Yüklə 288,76 Kb.
Pdf görüntüsü
səhifə1/12
tarix06.05.2018
ölçüsü288,76 Kb.
#42786
  1   2   3   4   5   6   7   8   9   ...   12


 

 



    

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ

 

 

   

    

F.KÖÇƏRLİ adına RESPUBLİKA UŞAQ KİTABXANASI 

 

 



 

 

Gələcəyə baxış: Uşaq dünyasında 



kitabxananın rolu 

(elmi metodik vəsait) 

 

 

 



 

BAKI- 2015 




 

 



        

ÖN SÖZ 

 

 

 

“Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür   

                                    tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin,   

                                    dövlətimizin sabahı bundan asılı olacaqdır”. 

                                                                                    

                                                                  Ulu öndərimiz  Heydər Əliyev 

 

 



Gənc nəslin ağıllı, milli-mənəvi dəyərlərə bağlı olaraq formalaşmasında uşaq 

ədəbiyyatı sahəsində çalışan ədiblərimizin böyük rolu vardır. Uşaqların mütaliə 

potensialının artırılmasında maraqlı kitabların yazılmasına daim ehtiyac vardır. 

Çünki uşaqların şəxsiyyət kimi formalaşması uşaq ədəbiyyatının səviyyəsindən 

asılıdır. Uşaqların cəmiyyəti anlama, təbiəti tanıma, özünü dərk etmə qabilliyətini 

məhz kitablar təmin edir. Bu mənada oxucuların müasir tipli uşaq kitabxanalarına 

gələrək mütaliə etməsi, asudə vaxtlarını orada keçirməklə, lazımı informasiya 

tələbatına malik olması  ən vacib, aktual məsələdir. Əlbəttə ki, burada 

rəngarənglik, müxtəlif mövzularda uşaq ədəbiyyatının olması, kitabxanada uşaqlar 

üçün hər bir şəraitin yaranması əsas şərt olduğu kimi, kitabxanaçının da bu işləri 

necə məharətlə həyata keçirməyi əsas məsələlərdəndir.           

Informasiyalaşdırılmış cəmiyyətə keçidlə əlaqədar olaraq kitabxanaların 

əhaliyə xidmət formaları zamanın tələbinə uyğun dəyişdirilməlidir. Xüsusilə də bu 

məsələyə uşaq və məktəb kitabxanalarında böyük diqqət yetirilməlidir. Belə ki, 

uşaqlarda təfəkkürün və digər şəxsi keyfiyyətlərin formalaşması məhz mütaliə 

prosesi zamanı baş verir. Yəni uşaq kitabxanalarında mütaliə sistemli və ardıcıl 

təşkil edilməlidir. Bu da onların təfəkkür tərzinin formalaşmasına müsbət təsir 

göstərir. Uşaq təfəkkürü hələ tam formalaşmamış olduğundan onların mütaliəsinə 

nəzarət, rəhbərlik etmək, istiqamətləndirmək zəruridir. Uşaqlıq dövründən 

yeniyetməlik dövrünə və digər yaş dövrünə keçiddə uşaqlar qarşılarına çıxan 

müxtəlif  problemləri həll etmək üçün tələb olunan vərdiş və təcrübəni 

kitabxananın bilavasitə iştirakı ilə təşkil edilən mütaliənin köməyi ilə qazanırlar. 

Buna görə də uşaqlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə həm ailədə, 

həm də pedoqoji qaydada məktəblərdə və kitabxanalarda məşğul olunmalıdır. 




 

Çünki bu günün uşağı gələcəkdə bu resursların istifadəçisidir və uşağın gələcəkdə 



bu resurslardan necə istifadə etməsi kitabxanaçıdan bilavasitə asılıdır.  

Uşaqlarda mütaliə vərdişlərinin erkən yaşlarda aşılanması olduqca vacib 

amillərdən biridir. Çünki çox mütaliə edən uşaqların intellekti daha sürətlə inkişaf 

edir. Elə bu vəsaiti tərtib etməkdə məqsədimiz digər ölkələrin iş təcrübəsinə 

əsaslanaraq, eləcə də öz kitabxanamızın keçirdiyi tədbirlər əsasında müasir 

dövrümüzdə uşaqlarımızın xoşbəxt, firavan həyatına yeni dəyərlər gətirmək, tez- 

tez dəyişən, inkişaf edən rəngarəng dünyamızda uşaqlarımızın mütaliə aləmini 

zənginləşdirmək, dünya görüşünü artırmaqla hər cür yeniliklərə qarşı onların daha 

savadlı, zəkalı böyüməsinə təkan verməkdir. 

Bu məqsədlə də uşaqlara mütaliə etmək vərdişlərini aşılamaq üçün 

hazırladığımız vəsaiti sizə təqdim edirik. Vəsait 3 hissədən ibarətdir. I hissə 

Kitabxanada dərslərin təşkili adlanır və 3 bölmədən ibarətdir: Dərnəklərin 

təşkili; Viktorinaların və oyunların təşkili; Nağıl otağı 

II hissə Uşaqlarda mütaliə mədəniyyətinin aşılanması adlanır,  3 bölmədən 

ibarətdir: Oxucuların informasiya mədəniyyəti; Litva Milli Uşaq Ədəbiyyatı 



Mərkəzinə səyahət;  Kompüter və uşaq yaradıcılığı. 

III hissə  Valideynlər və uşaq mütaliəsinə rəhbərlik edənlərlə iş adlanır.  

Burada  “ Kitabları uzun ömürlü edək “ ( kitabsevərlərin devizi ) başlıqlı 

material yerləşdirilmişdir. 

             Təqdim etdiyimiz bu vəsaitlə uşaqların intellektual səviyyələrinin 

artmasında böyük rol oynayan kitabxanaçıları oxucu cəlbində yeni forma və 

metodlardan istifadə etməklə maarifləndirmək istəyirik.  

             Vəsaitdən uşaq, məktəb, kollec kitabxanaçıları, həmçinin uşaqların 

mütaliəsinə rəhbərlik edənlər istifadə edə bilərlər. İnanırıq ki, bu vəsait təlimi-

didaktik baxımdan bütün uşaq şöbələrində, məktəb və liseylərdə çalışan 

kitabxanaçıların stolüstü kitabına çevriləcək, bundan istifadə etməklə öz işlərini 

düzgün qurmaqla yararlanacaqlar.  

       


 

 

 



 

 

 



 


 

 



GİRİŞ 

 

Kitabxanalar ölkənin mədəni və ictimai həyatında əsas yerlərdən birini 



tutur. Kitabxanaların əsas məqsədi cəmiyyətin intelektual-mədəni inkişafına 

kömək etmək, onu insanların vasitəsilə təkmilləşdirməkdən ibarətdir. 

Kitabxana dünyası möhtəşəmdir. Avropa birliyi ərazisində 90000 kitabxana, 

ümumilikdə isə YUNESKO-nun məlumatına görə dünyada yarım milyon 

kitabxana fəaliyyət göstərir. Məhz həmin yarım milyonluq kitabxanalardan 

biri də – ölkəmizdə uşaqların üz tutduqları, sevdikləri məkan- Firidun bəy 

Köçərli adına Respublika  Uşaq Kitabxanasıdır. 

Uşaqlardan söz düşəndə, adətən, “onlar bizim gələcəyimizdir“ deyirik. 

Bu aksiomdur. Çünki hər bir ölkənin gələcəyi böyüməkdə olan nəslin 

çiyinləri üzərinə düşür. Buna görə də uşaqlara qayğı, eyni zamanda 

gələcəyimizə qayğı deməkdir. Bu işin maddi tərəfi - yəni uşaqların 

lazımınca qidalandırılması, sağlamlığı və sair məsələlər çox önəmlidir. 

Lakin balalarımızın milli ruhda, mənəvi cəhətdən sağlam, geniş 

dünyagörüşə malik insan kimi yetişməsində uşaq tərbiyə müəssisələri və 

məktəblə yanaşı, uşaq kitabxanalarının üzərinə də böyük vəzifələr düşür. 

Bəs, bu gün ölkəmizdə həmin sahədə vəziyyət necədir?  

Məlum olduğu kimi, uşaqlar üçün yazılan bədii və elmi-kütləvi əsərlər 

məcmusu “uşaq ədəbiyyatı” adlanır. Bədii ədəbiyyatın tərkib hissəsi olan 

uşaq ədəbiyyatı nümunələrində xalqların və uşaqların həyatına dair, onların 

yaş xüsusiyyətlərinə, qavrama qabiliyyətlərinə uyğun janr, forma və 

üslubda müxtəlif problemlər qaldırılır, gənc nəsildə yüksək əxlaqi 

keyfiyyətlər, vətənpərvərlik, sədaqət, dostluq, doğruluq, əməksevərlik, 

insanpərvərlik və humanizm kimi yüksək insani keyfiyyətlər tərbiyə edilir. 

Uşaqlar üçün yazılan əsərlər xeyirxah, mərd və cəsur qəhrəmanları, 

maraqlı süjet və kompozisiyası, sadə və aydın bədii ifadə vasitələri, səlis 



Yüklə 288,76 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə