Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi elmi-metodika şÖBƏSİ



Yüklə 366,19 Kb.
Pdf görüntüsü
tarix28.06.2018
ölçüsü366,19 Kb.
#52019


 

AZƏRBAYCAN  RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM 



NAZİRLİYİ 

F. KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI 

ELMİ-METODİKA ŞÖBƏSİ 

 

 



 

 

 



 

 

 



              

Yusif Vəzir Çəmənzəminlinin 125 illik yubileyi  

münasibətilə 

 

 



 

 

 



 

 

 



 

 

Xalqa həsr edilmiş həyat 



(metodiki vəsait) 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı – 2012 

 


 

 



 

 

Tərtib edəni:  



Xəlilova Xəyalə - F. Köçərli adına Respublika Uşaq  

Kitabxanasının baş kitabxanaçısı  

 

Redaktor:    



Fizurə Quliyeva - F. Köçərli adına Respublika Uşaq  

Kitabxanasının direktoru 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Tərtibçidən 



 

 

Bu vəsaiti Yusif Vəzir Çəmənzəminlinin 125 illiyi münasibətilə sizə təqdim 



edirik. Vəsaiti sizə  təqdim etməkdə  əsas məqsədimiz oxucuların Yusif Vəzir 

Çəmənzəminli haqqında olan məlumatlarını daha da artırmaqdır. 

“Xalqa həsr edilmiş həyat” adlanan metodik vəsait “Giriş” və “Keçiriləcək 

tədbirlər” hissəsindən ibarətdir. Vəsaitin “Giriş” hissəsində Yusif Vəzir 

Çəmənzəminlinin həyat və yaradıcılığından söhbət açılır.  İkinci hissədə isə 

kitabxanalarda keçiriləcək tədbirlərdən bəhs olunur.         

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

 



Giriş 

 

Yusif Vəzir Çəmənzəminli 1887-ci il sentyabr ayının 12-də Azərbaycanın 

səfalı yerlərindən biri olan Şuşa şəhərində anadan olmuşdur.  

Yusif Vəzir Çəmənzəminli ilk əvvəl Şuşada “Kar Xəlifə” ləqəbi ilə tanınan 

Molla Mehdinin məktəbində oxumuşdur. Molla Mehdinin yanında təhsilin 

səmərəsiz olduğunu hiss edən Məşədi Mirbaba oğlu Yusifi Ağdama apardı və onun 

təhsili ilə özü məşğul olmağa başladı və ona türk və fars dillərini öyrətdi. Yusifin 

atası onun rusca öyrənməsini də istəyindən və Ağdamda rus məktəbi olmadığından 

Yusif Muradbəylidəki  rus məktəbinə getməli oldu. Yusif  1896-ci ildə  Şuşaya 

qayıtdı və imtahan verib Şuşa realnı məktəbinə daxil oldu. 

Yusif Vəzir Çəmənzəminli hələ kiçik yaşlarında rəsm  əsərləri çəkməklə 

məşğul olmuşdu.  Əvvəlcə  təbiət mənzərələri, sonralar isə ictimai-siyasi motivli 

karikaturalar çəkməyə başlamışdı. Yusifin tələbəlik illərinin sevinci uzun sürmədi. 

Gözlənilmədən onun böyük qardaşı  Əbülhəsən xəstələndi və 1904-cü ildə  vəfat 

etdi. Yusif Vəzirin 21 yaşlı qardaşı Əbülhəsən vaxtsız ölümü onu hədsiz dərəcədə 

sarsıtdı.  

        Yusif Vəzir Çəmənzəminli Şuşa realnı məktəbində təhsilini rus dilində aldığı 

üçün 1904-cü ildə  həyatından  şikayət tərzində yazılmış “Jaloba” adlı ilk şeirini 

rusca yazmışdı və o, rusca yazdığı bir neçə şeirini Şuşa realnı məktəbindəki rus dili 

müəllimi Klemiyə göstərməyə başladı. Müəllim  şeriləri gözdən keçirib ona 

A.Çexovu oxumağı  məsləhət gördü. A.Çexovun sirin və duzlu hekayələri Yusif  

Vəzirin çox xoşuna gəldi. Yusif realnı  məktəbində oxuyan zaman əmisi oğlu və 

dostu Mirhəsən Vəzirovla birlikdə rus dilində “Fokusnik” adlı, əl ilə yazılmış 

yumoristik və karikaturalı aylıq jurnal çıxarırdı. Bu jurnalda verilən yazılar həcmcə 

kiçik olsa da, məzmunca diqqəti cəlb edirdi.  

Atasının vəfatından sonra ailə, həyat təcrübəsi olmayan 19 yaşlı Yusifin 

himayəsində qaldı. Yusif ilk əvvəl Ağdamdakı  əttar dükanındakı malları  və 

dükanın özünü satmaq üçün Ağdama getmiş və bir neçə gün orada qaldıqdan sonra 

xəstələnib Muradbəylidə yaşayan Telli bibisigilə getdi. İki ay yatalaq xəstəliyindən 

yatıb, ağır böhranlar keçirirdi. Sonra Yusifin bibisi onun sağalacağına olan ümidini 

itirib  Şuşaya göndərmiş, xəstəlikdən zəif düşmüş Yusifin üç ay yataqdan qalxa 

bilməməsi ailəni böyük çətinliklər qarşısına qoydu. Ailənin ağır vəziyyətində Yusif 

hələ  uşaq ikən Cənubi Azərbaycanın “Çəmənzəmin” adlı  kəndinə qaçmalı oldu. 

Yusifgilə Həsənxan, Nifti və Fərəc qardaşlarından basqa heç bir qohumları kömək 

etmədi. Yusifin atası  Məşədi Mirbabayev vaxtı ikən yurdları olmayan bu 

qardaşlara öz həyətində sığınacaq verib himayəsinə almışdı.  

Yusif sağaldıqdan sonra anasına demişdi ki, əgər mən gələcəkdə adlı-sanlı 

adam olsam, mütləq Cənubi Azərbaycandan gəlmiş  sədaqətli qonşularımızın 

kəndlərinin adını özümə təxəllüs qəbul edəcəyəm. Yusif Vəzir necə deyirdi, elə də 

etdi. Yusif Vəzirin “Çəmənzəminli” təxəllüsünü qəbul etməsi onun həmin ailəyə 

bəslədiyi hörmət və məhəbbətdən irəli gəlirdi.

  

Yusif Vəzir Çəmənzəminli  böyük  səylə oxumaqla bərabər ictimai işlərlə də 



məşğul olurdu. Yusif Vəzir xalqın məişətini, onun adət və ənənələrini, həyat tərzini 


 

bilərək 1907-ci ildə  “Şahqulunun xeyir işi” adlı ilk hekayəsini yazmışdı. Bu 



hekayə ilk dəfə 1911-ci ildə “Səda” qəzetində çap olundu. Şuşadakı milli ədavət 

Vəzirovlar ailəsini də ata-baba yurdundan didərgin düşməyə  məcbur etdi. Onlar 

Aşqabada köçməli oldular. 

Yusif Vəzir 1909-cu ildə Bakı realnı  məktəbini bitirib, təhsilini davam 

etdirmək üçün Peterburqa gedib sənədlərini Mülki Mühəndislər İnstitutuna veridi. 

Lakin riyaziyyata qələbə çalmayacağını  hiss  edib  sənədlərini geri almalı oldu. 

Orada olarkən yazıçı məşhur “Cənnətin qəbzi” hekayəsini yazmışdır.  

Yusif Vəzir 1910-cu ildə Kiyevə gedib, Müqəddəs Vladimir adına Imperator 

Universitetinin hüquq fakültəsinə daxil olmuşdu. Yusif Vəzirin Kiyevdəki 5 illik 

tələbəlik dövründə  də  vətənilə heç bir zaman əlaqəni kəsmirdi. Yusif Vəzir 

Çəməzəminli Bakıda nəşr olunan qəzetləri və jurnalları müntəzəm olaraq alırdı və 

Azərbaycanda baş verən hadisələrlə yaxından tanış olurdu. Eyni zamanda öz 

yazılarını da Bakıda çıxan qəzetlərdə çap etdirirdi. Yusif Vəziri düşündürən  əsas 

məsələlərdən biri də Azərbaycan dilində kitabların nəşri və yayılması olmuşdu. O, 

bu məqsədlə Kiyevin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrdən ibarət 

xüsusi nəşriyyat heyəti təşkil etmişdi.  

Yusif Vəzirin xalq nağıllarından götürülmüş  uşaqlar üçün yazdığı  məşhur 

“Məlik Məmməd” nağılı 1910-cu ildə Kiyevdə yazılmış  və 1911-ci ildə kitabça 

şəklində nəşr olunmuşdur.  

Yusif  Vəzir Çəmənzəminli 1912-ci ildə “Yeddi hekayə”, 1913-cü ildə isə 

“Həyat səhifələri” adlı kitablarını Kiyevdə çap etdirmişdir. Onların hər nüsxəsini 

Qori müəllimlər seminariyasının müəllimi, görkəmli  ədəbiyyatşünas Firudun bəy 

Köçərliyə göndərdi. Firudun bəy kitabçaları aldıqdan sonra Qoridən Kiyevə 

göndərdiyi məktublarla Yusif Vəzir yaradıcılığına, onun mədəniyyət sahəsində 

xidmətlərinə yüksək qiymətləndirmişdi. 

Beləliklə, Yusif Vəzir Çəmənzəminli Kiyevdəki 5 illik tələbəlik həyatı ədəbi 

və elmi sahədə çox əlverişli olmuşdu. Bu zaman o, dini məsələ, qadın məsələləri 

və  uşaq tərbiyəsi ilə son dərəcə maraqlanırdı. Nəticədə “Arvadlarımızın halı”, 

“Qanlı göz yaşları”, “Ana və analıq” kitabları meydana çıxdı. 1915-ci ildə birinci 

dünya müharibəsinin gedişi ilə  əlaqədar olaraq alman hücumundan çəkinən çar 

höküməti Kiyev universitetini müvəqqəti olaraq Saratova köçürdüyü üçün Yusif 

Vəzir Çəmənzəminli universiteti 1915-ci ildə Saratovda bitirdi. O, universiteti 

bitirdikdən sonra Saratov məhkəmə palatasında hakimlik vəzifəsinə namizəd qəbul 

olundu.  

Yusif Vəzir Çəmənzəminli Azərbaycan Demokratik Cumhuriyyətinin 

Nazirlər  Şurasının sədri Nəsib bəy Usubbəyovun təklifi ilə 1919-cu ildə yeni 

yaranmış Respublikanın səfiri kimi İstanbula göndərildi. Yusif Vəzir 

Çəmənzəminli  İstanbulda diplomatik işlə  məşğul olmaqla yanaşı, öz ədəbi 

fəaliyyətini də davam etdirirdi. Belə ki, Azərbaycanı və Azərbaycan ədəbiyyatını 

türk aləminə tanıtmaq üçün elmi müşahidələrlə  zəngin olan “Azərbaycan 

ədəbiyyatına bir nəzər”, “Tarixi-coğrafi və iqtisadi Azərbaycan” adlı kitablarını 

yazıb 1921-ci ildə onları İstanbulda çap etdirmişdi. 




 

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Yusif Vəzir 



Çəmənzəminli  tutduğu vəzifəsinin artıq bitmiş olduğunu elan edib, Parisdə siyasi 

elmlər institutunun diplomatika fakültəsində  təhsil alan kiçik qardaşı Mirinin  

yanına getdi. Ancaq qardaşının vaxtsız vəfatından sonra  Yusif Vəzir 

Çəmənzəminli vətəni Azərbaycana qayıtdı. Bir ildən sonra Ümumittifaq İcraiyyə 

Komitəsinin 18 yanvar 1926-ci il tarixli qərarına  əsasən Yusif Vəzir sovet 

vətəndaşlığına daxil oldu. Yusif Vəzir Çəmənzəminli 1926-cı ilin aprel ayında 

həmişəlik olaraq mühacirətdən vətənə qayıdı. 

Yusif Vəzir Çəmənzəminli bir çox hekayələrini “Maarif və  mədəniyyət” 

jurnalında və başqa mətbuat orqanlarında çap etdirirdi. Sonralar isə “Qızlar 

bulağı”, “Studentlər”, “1917-ci il” adlı romanlarını çap etdirdi.  

Yusif Vəzir Çəmənzəminli L.Tolstoyun, I.Turgenevin, A.Neverovun, 

N.Qoqolun, B.Lavrenevin, L.Seyfulinanın, V.Hüqonun və s. bir neçə əsərlərini rus 

dilindən Azərbaycan dilinə tərcümə etmişdi. O, kino-ssenarilərin tərcüməsi işində 

də  fəal iştirak etmişdi. Azərbaycan dilində ilk səsli film olan məşhur “Çapayev” 

filminin ssenarisini də Azərbaycan dilinə 1936-cı ildə Yusif Vəzir Çəmənzəminli 

tərcümə etmişdi. Yusif Vəzir Çəmənzəminli 1937-ci ilin aprel ayında tamamladığı 

“İki od arasında” adlı tarixi romanı  işdən çıxarıldığı üçün çap etdirə bilməmişdi. 

Öz sağlığında nəşr etdirmək qisməti olmayan Yusif Vəzir Çəmənzəminlinin bu 

tarixi romanı ilk dəfə 1960-cı ildə “Azərbaycan” jurnalında müəyyən ixtisarla 

“Qan içində” adı ilə çapdan çıxmışdı.  

1937-38-ci illərdə represiyaya məruz qalan Azərbaycanın bir qrup elm və 

mədəniyyət xadimlərindən B.Çobanzadə, N.Şahsuvarov, H.Zeynallı, H.Nəzərli və 

başqalarının verdikləri ifadələr əsasında 1940-cı il yanvar ayının 25-də Yusif Vəzir 

Çəmənzəminli Urgəncdə həbs edilib Bakıya gətirildi. O, altı aya yaxın Keşlə həbs 

düşərgəsində saxlanıldıqdan sonra 1940-cı ilin iyul ayının 3-də Nijni Novqorod 

vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsinə göndərdilər. 

Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvar ayının 3-də Nijni Novqorod 

vilayətinin Suxobezvodnaya stansıyasındakı  həbs düşərgəsində  vəfat etdi. Səhəri 

gün – 1943-cü il yanvarın 4-də Yusif Vəzir Çəmənzəminli Betluqa çayının 

sahilindəki qəbiristanlıqda dəfn olundu. 1956-cı ildə Yusif Vəzirə bəraət verildi. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Yubiley tədbirləri 



 

Bu il Azərbaycan  ədəbiyyatının öndər yazıçılarından biri olan Yusif Vəzir 

Çəmənzəminlinin anadan olmasının 125 ili tamam olur. Bu münasibətlə 

respublikanın bütün mədəniyyət müəssisələrində, eyni zamanda kitabxanalarda 

yubiley tədbirlərinin keçirilməsi nəzərdə tutulmuşdur. 

Kitabxanalarda bununla əlaqədar maraqlı  tədbirlər keçirmək  olar. Bu 

tədbirlər arasında sərgilər mühüm yer tutur. Sərgidə yazıçının  kitabları, müxtəlif 

mətbuat səhifələrində onun haqqında nəşr olunmuş  məqalələr, onun fotoları 

nümayiş olunur. Sərgi təşkili zamanı aşağıdakı sitatlardan istifadə etmək olar.  

1. Gənc, həyat elə böyük bir qüvvədir ki, mətin qayanı belə yıxar. Gənc olduğumu 

idrak edən dəqiqələr özümü kainatın hakimi zənn edirəm.  İnsan özünün baqi 

olmadığına inanarmı? Gündə yüz minlərlə ölülər belə görsəm, öləcəyimə qane ola 

bilmirəm.  



2.  Mən həyatımın sonuna qədər uğursuz olacağına, cocuqluğumun ilk dövründən 

inanıb, qəlbimdə qəm kitabı daşıdım. 

                                                  

                                                                                        Yusif Vəzir Çəmənzəminli 



 

 

 

3. Yusif  Vəzir Çəmənzəminli bu gün də, sabah da bizdən sonra gələcək neçə-neçə 

nəsillərin sevimli yazıçısı olaraq qalacaqdır. 

 

 

4. Özündən sonra çox zəngin  ədəbi irs qoyub getmiş olan Yusif Vəzir 

Çəmənzəminlinin əsərləri tədqiq və təbliğə laiq bir xəzinədir.  

 

     Məryəm Axundova 



 

4. Yusif Vəzir Çəmənzəminlinin Azərbaycan folkloruna, ədəbiyyat tarixinə dair 

dərin elmi fikirləri və nəzəri tədqiqatları bu gün də böyük əhəmiyyətə malikdir.  

 

     Kamran Məmmədov 



 

  

 

 



 

        Sərgi zamanı yazıçının aşağıdakı fotolarını  və kitablarının üz qabıqlarının 

rəsmlərini də sərgiləmək olar. 

 

 



 

 

 



 

 

 



 

 

 




 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Tədbirlər arasında sual-cavab gecəsi mühüm yer tutur. Sual-cavab gecəsini 



iki hissədən ibarət təşkil etmək olar. İlk hissədə kitabxanaçı oxuculara Yusif Vəzir 

Çəmənəminlinin həyat və yaradıcılığı haqqında  ətraflı  məlumat verir. Tədbirin 

ikinci hissəsində isə oxuculara yazıçıyla bağlı suallar təqdim olunur.  

Kitabxanaçı: Dostlar, ümid edirəm ki, sizi Yusif Vəzir Çəmənzəminli haqqında 

kifayət qədər məlumatlandırmağa nail olduq. İndi isə sizin yazıçı haqqında olan 

biliklərinizi və öyrəndillərinizi yoxlamaq məqsədilə sizə suallar təqdim edirik: 

1. Yusif Vəzir Çəmənzəminli neçənci ildə anadan olmuşdur? 

Cavab: 1887-ci il sentyabr ayının 12-də 

2. Yusif Vəzir Çəmənzəminli ilk təhsilini harda almışdır? 

Cavab:  Yusif Vəzir Çəmənzəminli ilk təhsilini  Şuşada “Kar Xəlifə” ləqəbi ilə 

tanınan Molla Mehdinin məktəbində almışdır.  



3. Yusif  Vəzir Çəmənzəminlinin ilk şeiri necə adlanır və hansı dildə yazılmışdır? 


 

Cavab:  Yusif Vəzir Çəmənzəminli  Şuşa realnı  məktəbində  təhsilini rus dilində 

aldığı üçün 1904-cü ildə  həyatından  şikayət tərzində yazılmış “Jaloba” adlı ilk 

şeirini rusca yazmışdı. 



4. Yusif Vəzir Çəmənzəminlinin uşaq ikən ən çox sevdiyi məşğuliyyət hansıdır? 

Cavab: Yusif Vəzir Çəmənzəminli hələ kiçik yaşlarında rəsm  əsərləri çəkməklə 

məşğul olmuşdu.  Əvvəlcə  təbiət mənzərələri, sonralar isə ictimai-siyasi motivli 

karikaturalar çəkməyə başlamışdı. 

5.  Yusif Vəzir Çəmənzəminli “Yeddi hekayə”, “Həyat səhifələri” adlı kitablarını 

neçənci ildə və harada nəşr etdirmişdi? 



Cavab: Yusif Vəzir Çəmənzəminli 1912-ci ildə “Yeddi hekayə”, 1913-cü ildə isə 

“Həyat səhifələri” adlı kitablarını Kiyevdə çap etdirmişdi.

  

6.  Yusif Vəzir Çəmənzəminli  Kiyevdə  nəşr olunmuş “Yeddi hekayə”, “Həyat 

səhifələri” adlı kitablarını kimə göndərmişdi? 



Cavab:

 

Yusif Vəzir Çəmənzəminli



 

həmin kitabların hər birinin nüsxəsini Qori 

müəllimlər seminariyasının müəllimi, görkəmli  ədəbiyyatşünas Firudun bəy 

Köçərliyə göndərmişdi.  



7. Yusif Vəzir “Çəmənzəminli” təxəllüsünü nə səbəbə özünə təxəllüs götürmüşdü? 

Cavab:

 

Yusif Vəzirin “Çəmənzəminli” təxəllüsünü qəbul etməsi onlara sığınacaq 

verən ailəyə bəslədiyi hörmət və məhəbbətdən irəli gəlir. 

8. Yusif Vəzir Çəmənzəminli hansı xarici yazıçıların əsərlərini tərcümə etmişdir? 

Cavab:  O, L.Tolstoyun, İ.Turgenevin, A.Neverovun, N.Qoqolun, B.Lavrenevin, 

L.Seyfulinanın, V.Hüqonun və s. müəlliflərin  əsərlərini rus dilindən Azərbaycan 

dilinə tərcümə etmişdi 

9.  Yusif Vəzir Çəmənzəminli Azərbaycan Demokratik Respublikanın dövründə

1919-cu ildə hansı ölkədə Azərbaycanın ilk səfiri vəzifəsində çalşmışdır? 



Cavab: Yusif Vəzir Çəmənzəminli 1919-cu ildə yeni yaranmış Azərbaycan 

Demokratik Cümhuriyyətinin Türkiyədə ilk səfiri olub.  



10. Yusif Vəzir Çəmənzəminli neçənci ildə və harda vəfat etmişdir? 

Cavab: Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvar ayının 3-də Nijni Novqorod 

vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsində vəfat etmişdi. 

Tanınmış roman və hekayə ustası kimi tanınan Yusif Vəzir 

Çəmənzəminlinin bir neçə kitabı  işıq üzü görmüşdür. Həmin kitabların icmalının 

keçirilməsi də oxucularda maraq doğurar. Belə ki, ədəbiyyatımızın tarixi roman 

janrının ən qüdrətli yaradıcılarından biri, hekayə ustası, dramaturq, publisist, alim, 

folklor tədqiqatçısı, maraqlı xatirələr müəllifi, pedaqoq, ictimai xadim və yüksək 

ziyalı anlayışını ömrü boyu şərəflə daşıyan Yusif Vəzir Çəmənzəminli zəngin və 

mürəkkəb bir həyat yolu keçmiş, gördüklərini, yaşadıqlarını, düşündüklərini parlaq 

bədii boyalarla əks etdirmiş  və  mədəniyyətimiz tarixində qiymətli bir irs qoyub 

getmişdir.  

 Yazıçının yaradıcılığından ibarət “Əsərləri” kitabı 2005-ci ildə Bakıda işıq 

üzü görmüşdür. Üç cilddən ibarət olan bu kitab Azərbaycan Respublikasının 

prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin 

həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə  nəşr 

olunmuş və ölkə kitabxanalarına hədiyyə edilmişdir.  




10 

 

 Kitabın birinci cildində Yusif Vəzir Çəmənzəminlinin hekayələri 



toplanmışdır. Belə ki, hekayə janrı yazıçının yaradıcılığında başlıca yer tuturdu. Bu 

janr ilə  ədib yaradıcılığı boyu ardıcıl surətdə  məşğul olmuşdur. Həmin janrda 

qələmə aldığı əsərlərdə yazıçının bütün sənətkarlıq xüsusiyyətlərini aydın görmək 

olar. Kitabın bu cildində “Şahqulunun xeyir işi”, “Kənddən şəhərə göndərilən bir 

kağız”, “Sərhəd məsələsi”, “Toy”, “Cavan”, “Polis paltosu”, “Xanın qəzəbi”, 

“Yuxu”, “Əziz”, “Dəli”, “Divanə”, “Zeynal bəy”, “Ağsaqqal”, “Hərrac”, “Bir 

qəpik”, “Gələcək şəhər” və s. adlı hekayələr yer almışdır. 

 XX 


əsrin  əvvəllərində Azərbaycan  ədəbiyyatında hekayə janrının görkəmli 

yaradıcılarından biri kimi tanınmış Yusif Vəzir Çəmənzəminli eyni zamanda iri 

həcmli  əsərlərin də müəllifidir. “Əsərləri” kitabının oxuculara təqdim olunan II 

cildindəki “Studentlər”, “Qızlar bulağı”, “İki od arasında” əsərləri ilə, Yusif Vəzir 

Çəmənzəminli ədəbiyyatımız tarixində bir romançı kimi də xüsusi yer tutur.  

 Kiyev 


təhsil illərinin müşahidələrindən doğan “Studentlər” romanı 

Çəmənzəminlinin ictimai fikir meydanında sözlədiyi öz sözü, öz mülahizələri idi.  

 Yazıçının “Qızlar bulağı”  əsəri  ədəbiyyatımızda ilk tarixi-fəlsəfi romandır. 

Doğma xalqının taleyi və tarixi Yusif Vəziri ömrü boyu düşündürmüşdür. O bu 

xalqın mənşəyini, uzaq zamanların qaranlığında itən köklərini arayıb axtarmış və 

romanda özünəməxsus baxımdan əks etdirmişdir.  

 

Vətənin taleyi haqqında mühüm tarixi keçidlərdə xalqımızın qarşısına çıxan 



çətin məsələrlər haqqında dərin düşüncələr, Y.V.Çəmənzəminli XVIII əsrin böyük 

sənətkarı və dövlət xadimi Molla Pənah Vaqifin adıyla bağlı olan “İki od arasında” 

romanında yüksək bədii sənətkarlıqla, həqiqətə güzəştsiz sədaqətlə əksini tapmış, 

və roman ədəbiyyatımızın qızıl fonduna daxil olmuşdur.  

 Y.V.Çəmənzəminli əsərlərində xalq nağıllarının ruhunu, Azərbaycan dilinin 

sehrini qoruyub saxlamış, bu dildə, bu ədəbiyyata ömrünün son gününə  qədər 

namusla xidmət etmiş, Y.V.Çəmənzəminli Azərbaycan ictimai fikrinə təkcə zəngin 

bədii yaradıcılığı ilə daxil olmamışdır. Onun milli folklora, ədəbiyyat tarixinə dair 

dərin tədqiqləri bu gün də əhəmiyyətini saxlayır.  

 

“Əsərləri” kitabının oxuculara təqdim olunan III cildində yazıçının  ədəbi-



tənqidi və publisist yazıları, oçerk və xatirələri ilə yanaşı, “Bir cavanın dəftəri”, 

“Həzrəti-Şəhriyar”, “Altunsaç” kimi bədii nəsrləri, dram və ssenariləri, 

“Azərbaycan ədəbiyyatına bir nəzər”, “Tarixi, coğrafi, iqtisadi Azərbaycan” və s. 

əsərləri toplanmışdır. 

 Cildə salınmış müxtəlif məzmunlu və  rəngarəng  əsərlər Yusif  Vəzir 

Çəmənzəminlinin hekayələri, felyetonları ilə  sıx  əlaqəlidir, onlardakı fikirlərin 

publisist tərzdə ifadəsidir. Dilimizi, ədəbiyyatımızı, zehnimizi dünyanın mədəni 

sərvətləriylə  zənginləşdirmək istəyindən yaranmış  həmin məqalələr  ədibin 

romanlarını da tamamlayır, onların ideya və  bədii dəyərinin daha yaxşı 

işıqlandırılmasına kömək edir.  

Oxucularımızın sevimli yazıçımız haqqında olan fikirlərini öyrənmək 

məqsədilə anket sorğularının keçirilməsi məqsədə uyğundur. Bunu nəzərə alaraq 

hazırladığımız sorğunu sizə təqdim edirik. 

1.

 

Yusif Vəzir Çəmənzəminlini tanıyırsınızmı? 




11 

 

 Bəli 



 Xeyir  

 

2.



 

Yazıçı neçənci ildə anadan olmuşdur? 

 ________________________________ 

 

 



3.

 

    Yusif Vəzir Çəmənzəminlinin harada anadan olduğunu bilirsinizmi? 

 Bəli  ____________ 

 Xeyir 


 

     4. Yusif Vəzir Çəmənzəminlinin əsərlərini oxumusunuzmu? 

 Bəli 

 Xeyir 


5. Yazıçının ən çox sevdiyiniz hekayəsinin adını qeyd edin. 

 ________________________________ 



 

6.

 

    Yazıçının ilk hekayəsinin necə adlandığını bilirsinizmi? Əgər bilirsinizsə 

adını qeyd edin. 

 Bəli ____________________________ 

 Xeyir 


 

7.  Yusif Vəzir Çəmənzəminlinin rus dilində yazmış olduğu ilk şeirinin adını 

bilirsinizmi? 

      Bəli ______________ 

     Xeyir  

 

8. Yusif Vəzir Çəmənzəminlinin hansı əsərlərini oxumusunuz? 

 ________________________ 



 

9. Yusif Vəzir Çəmənzəminlinin ən çox sevdiyiniz əsərinin adını qeyd edin 

 ________________________  



 

10. Yusif Vəzir Çəmənzəminlinin vəfat etdiyi ili qeyd edin. 

 ________________________ 

Kitabxanalarda oxucular tərəfindən sevilən tədbirlərdən biri də 

müsabiqələrdir. Bildiyimiz kimi Yusif Vəzir Çəmənzəminli bir-birindən maraqlı 

hekayələrin müəllifidir. Müsabiqə zamanı  həmin hekayələrə  uşaqlar tərəfindən 

karikatura çəkilməsi tapşırılır. Şəkilərin hazırlanması üçün uşaqlara iki həftə vaxt 

verilir. Bu vaxt ərzində oxucular həm Yusif Vəzir Çəmənzəminlinin  əsərlərini 

oxuyur, həm də oxuduqları  və  ən çox bəyəndikləri hekayəyə karikatura çəkirlər. 

Ən gözəl məna kəsb edən rəsm işləri mükafatlandırılır.  

Rəsm müsabiqələri ilə yanaşı başqa müsabiqələrin də  təşkili mümkündür. 

Məsələn, uşaqların ifasında Y.V.Çəmənzəminlinin hekayələri səhnələşdirilərək 



12 

 

münsiflərə  təqdim olunur. Münsiflər heyəti kitabxana müdirindən, teatrımızın 



görkəmli nümayəndələrindən təşkil edilir. Əsəri  ən gözəl səhnələşdirilən 

uşaqlardan ibarət komanda mükafatlandırılır. 

Kitabxanalarda yuxarı sinif şagirdlərinin iştirakı ilə “Yusif Vəzir 

Çəmənzəminli yaradıcılığı müasir gəncliyin gözü ilə” konfrans da təşkil etmək 

mümkündür. Konfransdan öncə onun proqramı  tərtib olunmalı, konfransın 

keçiriləcəyi dəqiq vaxt müəyyən olunmalıdır. Proqramda konfransda çıxış edəcək 

qonaqların,  ədəbiyyatşünasların və  şagirdlərin adları, onların çıxış edəcəkləri 

mövzular, tədbirin keçiriləcəyi məkan və zaman qeyd olunur. Konfrans zamanı 

Y.V.Çəmənzəminli yaradıcılığına yaxından bələd olan jurnalist, yazıçı və şairlərin 

çıxışları dinlənilir. Oxucu konfransının planını sizə təqdim edirik: 



1. Giriş hissə (Y.V.Çəmənzəminlinin həyat və yaradıcılığı haqqında məruzə)  

2.  Y.V.Çəmənzəminlinin yaradıcılığı haqqında kitabxana rəhbərliyinin, jurnalist, 

yazıçı və şairlərin çıxışları.  



3.Yuxarı sinif  şagirdlərindən ibarət olan oxucuların Y.V.Çəmənzəminlinin 

müxtəlif əsərləri ətrafında məruzələri.  



4. Konfransın yekunu.  

     


Yubiley tədbirləri arasında xatirə gecəsi özünəməxsus yer tutur.Yusif Vəzir 

Çəmənzəminliyə həsr olunmuş xatirə gecəsinin ssenarisini sizə təqdim edirik.     



(Tədbir kitabxana rəhbərliyi tərəfindən açıq elan olunur. Xatirə gecəsinə 

Y.V.Çəmənzəminli yaradıcılığına yaxından bələd olan tanınmış yazıçılar, 

tənqidçilər, jurnalistlər dəvət olunur. )                                

I aparıcı:            Salam  hörmətli qonaqlar, əziz dostlar. 

II aparıcı:            Bildiyimiz kimi bu il  sənət və  ədəbiyyat aləmində həm kiçik, 

 

  həm də tarixi romanlar müəllifi kimi tanınan yazıçılardan biri 



olan Yusif Vəzir Çəmənzəminlinin 125 illik yubileyi qeyd  

olunur.  Bu münasibətlə  kitabxanamızda  təşkil olunmuş xatirə 

  

gecəsində hamınızı xoş gördük. 



I aparıcı:             Çox əsrlik Azərbaycan ədəbiyyatı tarixində Yusif  Vəzir Çəmən- 

       zəminlinin adı və yaradıcılığı xüsusi yer tutur. Həddən artıq     

       bilikli geniş ədəbi qabiliyyətə malik vətənpərvər Yusif Vəzir     

       Çəmənzəminli doğma xalqın milli-mənəvi sərvətinin inkişafına     

       ömrünü səxavətlə sərf etmiş, ona öz yazışı, publisist qələmi ilə        

          xidmət göstərmişdir. Görkəmli söz ustası geniş planlı əsərlərində   

          millətinin həyatını, eyni zamanda doğma yurdun mənzərələrini,     

         tarixini əks etdirmişdir. Və belə bir sənətkar xalq tərəfindən  

         ürəkdən sevilir. 

II aparıcı:             Bildiyimiz kimi Y.V.Çəmənzəminli 

ədəbiyyatımızda             

həm də hekayə ustası kimi tanınır. Yazıçının “Cənnətin 

qəbzi”, “Toy”, “Borclu”, “Xanın qəzəbi”, “İki 

hekayə”,“Divanə”, “Ağsaqqal”, “Qanlı göz yaşları” adlı 

hekayələri real həyat və mühitdən alınmış hadisə  və surətlərlə 

zəngindir. Elə bu səbəbdən yazıçının  əsərləri oxucular 

tərəfindən sevilir. 




13 

 

I aparıcı:  

Aktual 

problematikasına, orijinal yazı  tərzinə, səmimiliyinə  və     



yetkinliyinə görə  Çəmənzəminlinin hekayələri kimi romanları 

da N.Nərimanov, F.Köçərli, H.Vəzirov, C.Hacıbəyli tərəfindən 

yüksək qiymətləndirilirdi. Yazıçının romanları oxucularımızın 

ən çox müraciət etdiyi ədəbiyyatların siyahısına daxildir.  



II aparıcı

  Qeyd etdiyimiz kimi  Y.V.Çəmənzəminli həm də roman ustası 

kimi tanınmışdır.  Ədib 1914-cü ildə “Bir cavanın dəftəri”, 

“Günah” adlı ilk romanlarını yazmağa başlamışdır. Sonralar 

Y.V.Çəmənzəminli “Günah”ı “Studentlər” adı ilə yenidən nəşr 

etdirmişdir. Y.V.Çəmənzəminlinin  ən maraqlı  əsərlərindən biri 

olan “Qızlar bulağı”nın mövzusu uzaq keçmişimizdən 

götürülmüşdür.  Əsər  ədibin tariximiz haqqında hələ 

yaradıcılığının ilk dövrlərindən başladığı axtarışlarının ciddi 

bədii nəticələrindən biridir.  



 

II aparıcı:  

Bizim 


məktəbli dostlarımız da məhz Y.V.Çəmənzəminli  

                             yaradıcılığına olan sevgilərini sübut etmək istəyirlər. Gəlin onları   

                             səhnəyə dəvət edək və yazıçının səhnələşdirilmiş hekayələrindən        

                             birini  oxucularımızın ifasında izləyək. 



(Oxucular Y.V.Çəmənzəminlinin  ən çox sevilən  əsərindən bir parçanı ifa edirlər. 

Seçim sərbəstdir. Hər bir kitabxana yazıçının istənilən hekayəsini və ya 

romanından bir  parçanı səhnələşdirə bilər.) 

Oxucu: 

        Bir zamanlar uzaq bir ölkədə Yaqub və onun arvadı yaşarmış. 

Bir gün Yaqubun işsizliyindən cana gələn arvadı  və onu 

danlamağa başlayır. 

Arvad:                 Biz ikimiz də ac оla-оla sən niyə işsiz оturmusan və ağlayırsan? 

Oxucu:                Yaqub cavab vеrir: 

Yaqub:                Mən nə işləyəcəyəm? Mənə iş vеrmirlər. 

Oxucu:                Arvadı оna məsləhət vеrir: 

Arvad:                 Gеt mеydana.  İndi  оrada bazar var. Şəhərə  gələn qоnaqların 

falına baх. 



Oxucu:   

          Kişi gеdib mеydanın bir küncündə оturdu və gözlərini aşağı      



                             dikdi. Maraqlananlar sоruşanda ki, о kimdir və niyə başına       

                              balqabaq qоyub, о hеç nə cavab vеrmədi, hеç gözlərini də     

                              qaldırmadı. Bir müddətdən sоnra bеlə bir şayiə yayıldı ki,  

                              qüdrətli bir müdrik mеydanda tək оturub. Bu хəbəri еşitcək bir     

                              tacir оnun yanına gəldi və dеdi: 

Tacir:   

          Qüdrətli Şеyх, Mən öz еşşəyimi itirmişəm. Оnun yеrini mənə     

                              dеsən,  səni mükafatlandıracağam”. 

Yaqub:                Gеt qəbristanlığa, еy qəmli insan! 

Oxucu:   

          İş еlə gətirir ki, təsadüfən еşşək qəbristanlıqda оlur və tacir оnu       



                              tapır. Tacir sеvinir və qayıdıb Yaquba bеş gümüş pul vеrir.    

                    Yaqub  sеvinə-sеvinə  еvə  gеdib, bu barədə arvadına danışır. 

Оnlar bir müddət bеlə  хоşbəхt yaşayırlar. Sоnra yеnə arvadı 

Yaqubu  mеydana, öz köhnə yеrinə göndərir. Еlə bu ərəfələrdə 




14 

 

sultanın qiymətli daş-qaşlarla dоlu sandığı itir. Оğrular şəhərdən 



qaçmaq üçün məqam aхtarırlar. Yaqubun şöhrəti sultanın da 

qulağına çatmışdı. О, Yaqubdan sоruşur: 



Sultan:   

         Mənim ləl-cəvahiratla dоlu оlan sandığım hardadır? 

Yaqub:             Еy kasıb və bədbəхtlərin himayədarı, mən bilmirəm.  

Sultan:  

         Əgər yеddi günə mənim sandığımı tapmasan, mən sənin dərini       



                             sоyduracağam. 

Oxucu:  

         Əli hər şеydən üzülmüş Yaqub, başına kül yağdıra-yağdıra   

qapının ağzında  оturub ağlamağa başlayır. Yaqub yatır.  Gün 

bеlə  kеçir.  Оğrular artıq  оnun məharəti haqqında  еşitmişdilər. 

Оna görə də öz içərilərindən birini sеçib, оna Yaqubu izləməyi    

                             tapşırırlar. Оğru еşidir ki, о gələn kimi Yaqub dеyir: 

Yaqub:                Bu birinci.  

 Oxucu:                  Oğru tеz gеdib bu hadisəni оğrulara danışır ki, Yaqub оnun     

                                gəldiyini qabaqcadan bilib. Оna inanmırlar. Sоnra ikinci оğrunu     

                             göndərirlər. О da Yaquba qulaq asanda еşidir: 



Yaqub: 

         Bu da ikinci.  



Oxucu: 

        İkinci oğru da tеz gеdib оğrulara dеyir:  



II Oğru:              Yaqub müqəddəs adamdır, bizi görür. Biz gərək ya qızılları  

                             qaytaraq,   ya da şəhərdən qaçaq. Yохsa bizi ölüm gözləyir.  

Oxucu:  

Üçüncü  оğrunu da göndərirlər.  О da həmin sözləri  еşidir: “Bu 

da üçüncü”. Оğru qışqırıb еvə gəlir və qızılı qaytarmaq üçün о 

biri  оğrulara yalvarır.  Оğrular qızılları Yaquba qaytarırlar. 

Sоnra sultan Yaqubu  saraya gətizdirir.  

Sultan:                 Еy müqəddəs insan! Nə istəsən sənə vеrəcəyəm. 

Yaqub:                 Mənə еşşək vеr. 

Oxucu:                Sultan gülür və Yaqubu azad еdir. 

I aparıcı:               Dostlar indi isə gəlin sizinlə kiçik bir sual-cavab oyunu keçirək. 

                             Aranızda Y.V.Çəmənzəminli haqqında olan biliyinə güvənən  

                             oxucularımız önə çıxsın.  

(5 nəfər oxucu aparıcılara yaxınlaşır.) 

II aparıcı:             Gördüyünüz kimi bu stolun üstündə sizə Y.V.Çəmənzəminlinin 

  



ədəd kitabı qoyulmuşdur. Hər biriniz həmin kitabları götürün  

                             və ilk səhifəsinin arasında gizlədilmiş vərəqdəki sualı yüksəkdən 

                             oxuyun və əgər  düzgün cavabı bilirsinizsə səsləndirin. 

(Oxucular eynilə aparıcının dediyini təkrarlayırlar.) 

I oxucu:  

Y.V.Çəmənzəminli hansı illər arasında yaşayıb yaratmışdır? 

 

(Cavab: 1887-1943) 

II oxucu:  

Yazıçı Yusif Vəzirin təxəllüsü nədir? (Cavab: Çəmənzəminli) 



III oxucu:              Y.V.Çəmənzəminlinin ilk hekayəsi hansıdır? (Cavab:              

                              “Şahqulunun  xeyir  işi”) 

IV oxucu:

             

Y.V.Çəmənzəminlinin tarixi mövzuda yazılmış romanı necə  

                               adlanır? (Cavab: “İki od arasında”) 



V oxucu:               Y.V.Çəmənzəminlinin hansı mətbuatların səhifələrində öz  


15 

 

  əsərlərini nəşr etmişdir?  (Cavab: “Molla Nəsrəddin”, 



“Svobodny soyuz”, “Fokusnik” və s.) 

 

(Tədbir zamanı qonaqlara da söz verilir. Onlar Y.V.Çəmənzəminli haqqında öz 

fikirlərini bildirirlər.) 

 

I aparıcı:  

Beləliklə, tədbirimizin sonuna gəldik. Gələn görüşlərədək. 

 

(Sonda isə M.Maqomayevin ifasında “Azərbaycan”mahnısı səsləndirilir. )   

 

 

SON 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


16 

 

Ədəbiyyat siyahısı 



Kitablar: 

 

1. Çəmənzəminli Yusif Vəzir. Əsərləri. Üç cilddə. I cild B.: Avrasiya Press, 2005.-  

    360 s 



2. Çəmənzəminli Yusif Vəzir. Əsərləri. Üç cilddə. II cild B.: Avrasiya Press,  

    2005.- 664 s. 



3. Çəmənzəminli Yusif Vəzir. Əsərləri. Üç cilddə. I cild B.: Avrasiya Press, 2005.-  

     360 s. 

 

İnternetdə:  

 

1.

 



google.az 

2.

 



W ikipediya.org 

 

 

 



 

 

Yüklə 366,19 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə