Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
tarix28.06.2018
ölçüsü0,97 Mb.
#52291


 

  



AZƏRBAYCAN  RESPUBLİKASI  

  MƏDƏNİYYƏT  VƏ TURİZM NAZİRLİYİ 

F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI 

 

ELMİ-METODİKA ŞÖBƏSİ 

 

  Xalq şairi Məmməd Arazın 80 illik yubileyi 

münasibətilə

 

 



 

“Şairlər Tanrının Zərrələridir” 

(metodiki vəsait)

 

 

 



 

 

 

 



 

B A K I – 2013 

 

 

 


 

Redaktor:  



Şəhla  Qəmbərova  -  F.Köçərli  adına  Respublika 

Uşaq Kitabxanasının direktoru 

 

   Tərtibçi: 

Könül  Səmədzadə  -  F.Köçərli  adına  Respublika 

Uşaq   Kitabxanası Elmi metodika şöbəsinin baş    

 

 

 

 kitabxanaçısı 

Korrektor: 

Ruhiyyə  Məmmədli  -  F.Köçərli  adına  Respublika      

Uşaq  Kitabxanasının  elmi-metodika  şöbəsinin          

müdiri 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Məmməd Araz yaradıcılığının 80 illik yubileyinin keçirilməsi haqqında 



                      Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

 

 

2013-cü  ildə  Azərbaycan  ədəbiyyatının  görkəmli  nümayəndəsi,  xalq  şairi, 



Dövlət  mükafatı  laureatı  Məmməd  Arazın  (Məmməd  İnfil  oğlu  İbrahimovun) 

anadan olmasının 80 illiyi tamam olur.  

Vətənpərvərlik duyğuları ilə zəngin Məmməd Araz yaradıcılığı Azərbaycan 

poeziyasının  parlaq  səhifələrindən  birini  təşkil  edir.  Şairin  yüksək  bədii-fəlsəfi 

ümumiləşdirmələrlə  səciyyələnən,  lakonik  deyim  tərzinə  malik  dərin  ictimai 

məzmunlu  lirikası  gücünü  vətən  təbiətinin  gözəlliklərindən,  böyük  tarixi 

keçmişimizdən və  milli  ədəbi fikrin tükənməz xəzinəsindən almışdır. Ana dilinin 

bütün  incəliklərini  özündə  toplamış  bu  poetik  irs  gəncliyin  mədəni-mənəvi 

dəyərlərə  ehtiram  ruhunda  formalaşdırılması  baxımından  müstəsna  əhəmiyyətə 

malikdir.  

Azərbaycan  Respublikası  Konstitusiyasının  109-cu  maddəsinin  32-ci 

bəndini  rəhbər  tutaraq,  milli  ədəbiyyatın  inkişafına  mühüm  töhvələr  vermiş  xalq 

şairi  Məmməd  Arazın  80  illik  yubileyinin  keçirilməsini təmin  etmək  məqsədi  ilə 

qərara alıram: 

1.

 

Azərbaycan 



Respublikasının  Mədəniyyət  və  Turizm  Nazirliyi, 

Azərbaycan  Yazıçılar  Birliyinin  təkliflərini  nəzərə  almaqla,  xalq  şairi 

Məmməd  Arazın  80  illik  yubileyinə  həsr  olunmuş  tədbirlər  planını 

hazırlayıb həyata keçirsin. 

2.

 

Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  bu  sərəncamdan  irəli 



gələn məsələləri həll etsin. 

İlham Əliyev 

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 27 sentyabr  2013-cü il 

 

 

 



 

 

 



 


 

Tərtibçidən 



 

Tanrı insanlara sözünü peyğəmbərlər vasitəsilə çatdırıb. Yer üzünə 

müqəddəs kitablar göndərib. Tanrının insanlara deyəcəyi sözlər o qədər 

çoxdur  ki,  onları  bir  neçə  müqəddəs  kitabda  cəmləşdirmək  mümkün 

deyil.  Şairlər  Tanrının  zərrələridir.  Tanrı  öz  zərrələrini  Yer  üzünə  ona 

görə  göndərdi  ki,  bizə,  yəni  insanlara  deyiləsi  sözlərini  həmin 

zərrələrinin  vasitəsilə  desin.  Yəni  şairlər  peyğəmbərlərdən  sonra 

peyğəmbərlərin missiyasını yerinə yetirirlər.  

Tanrı  belə  bir  missiyanı  Məmməd  Arazın  da  üzərinə  qoyub. 

Məmməd Araz vəhylə Tanrıdan qəbul elədiyi sözləri, fikirləri insanlara 

çatdırır.  Homerdən  başlamış  bu  günə  qədər  Yer  üzünə  minlərlə  şair 

gəlib.  Hamısı  da  insanlara  sevgi  aşılayıb,  məhəbbət  aşılayıb,  qısası, 

sözün  böyük  mənasında  insanlıq  aşılayıb.  Dünyanı  peyğəmbərlərsiz 

təsəvvür  eləmək  mümkün  olmadığı  kimi,  şairlərsiz  də  təsəvvür  eləmək 

mümkün  deyil.  Hər  bir  şair  də    tanrının  ona  bəxş  etdiyi  qüdrət 

səviyyəsində  bəşəriyyətə  sözünü  deyə  bilib.  Təbii  ki,  Tanrının  da 

peyğəmbərlərin içində daha çox sevdikləri olub, eləcə də şairlərin içində 

daha  çox  sevdikləri  var.  Məmməd  Arazın  bəxti  onda  gətirib  ki,  o, 

Tanrının daha çox sevdiyi şairlərin sırasındadır.  

 

 



 

 

 



 

 

 

 

 

 

 


 

I Bölmə: 



 

 

 

Həyat və yaradıcılığı: 

 

 

 

 

 

 

 

Ürəyimsiz kəlmə kəsən deyiləm, 

 

 

 

 

 

 

Nə qədər ki, öz əlimdi yazanım. 

 

 

 

 

 

 

 

 

 

Xalq şairi 

 

 

 

 

 

 

 

 

 

Məmməd Araz 

 

Sağlığında böyük vətəndaşlıq duyğusu ilə “Mənim könlüm bu torpağı vəsf 



eyləyərək  Azərbaycan  dünyasından  baxar  dünyaya”    bəyanı  ilə  səslənərdi  yer 

üzünə ustad Məmməd Araz. 

İndi  bu  səslənişə  hər  bir  Azərbaycan  vətəndaşının  “Mənim  könlüm  bu 

dünyanı vəsf eləyərək Məmməd Araz dünyasından baxar dünyaya” qədirbilənliyi 

də qatılıb.  

Dünyadan cismani gedişi canı-qanı qədər sevdiyi soydaşlarına “Mən sənə bir 

kövrək, yaddaşı möhkəm vəfalı xatirə bağışlayıram” ismarıcıyla, əslində yaşamaq 

duyğusuyla baş-başa oldu. 

Cismani ölümündən sonra ikinci, əbədi ömrü başladı ustad sənətkarın. Bircə 

an  da  olsun  üsyankar,  eyni  dərəcədə  də  həzin  poeziyası  dilimizdən  düşmədi,  bu 

poeziya  efirdən,  radio  dalğalarından,  dost  söhbətlərindən,  sevgi  etiraflarından 

dönə-dönə  keçdi  duyğularımızı  çıraqban  etdi.  Sağlığında  ömür,  yaşam  yolunun 

sərhədlərini  “gün-doğandan  günbatana  mənzilim”  –deyən  Məmməd  Araz  ömrü 

boyu “Şöhrət azarına tutulanları şöhrətin özü də yaşada bilməz” qənaətinin böyük 

həqiqətilə baş-başa yazıb yaratdı, “Ürəyimsiz kəlmə yazan deyiləm-nə qədər ki, öz 

əlimdir yazanım” əhdinə xilaf çıxmadı.   



Zirvədəki əl çatmayan qala mən, 

Ətəkdəki sinə, cığır, tala mən. 

Xudafərin harayından qalan mən, 

Bu da belə bir ömürdü yaşadım. 

Sağlığında  özünə  nüfuzlu  yer  tapmış  Məmməd  Araz  dünya  ədəbiyyatı 

nümayəndələrinin  sırasında  əzəmətlə  dayanan,  poeziyasında  bütün  planetlərin 

rəngi görünən, təkcə öz millətinin deyil, bəşər övladının söz ustasıdır. O, bu halal 

haqqı  fəlsəfi  mənası,  dərinliyi,  əfsunluğu  ilə  seçilən  poeziyası  ilə  qazanmışdır. 

Məmməd  Araz  poeziyası  onun  bütün  pərəstişkarları  üçün  mənəvi  işıq  və 

mənəviyyat  dərsidir. Bu  şairin ürəyimizdə  əbədi həkk olunmuş  qəribə bir portreti 

var.  Hər  dəfə  onun    haqqında  fikirləşəndə,  istər-istəməz  aşağıdakı  misralar 

dilimizdə pıçıltıya dönür: 



 

Məni şeirimdə gəz bir insan kimi, 



 

 

 

 

 

Qəlbimdə nə varsa ona demişəm. 

 

 

 

 

 

Anadan, bacıdan gizlətdiyimi 

Kağızdan-qələmdən gizlətməmişəm. 

Azərbaycanımızın görkəmli xalq şairi Məmməd Araz mənalı, keşməkeşli və 

şərəfli, bütövlükdə Vətənə və sənətə həsr olunmuş əsl şair-vətəndaş ömrü yaşadı.  

Sənətkarın tərcümeyi-halı, taleyi və həyatı daha çox onun yaradıcılığında öz 

əksini tapır. Bunu xalq şairi Məmməd Araz özü də etiraf edir.  

Öz  yaradıcılığının  əsas  qəhrəmanı,  aparıcısı  olan,  düşündüklərini, 

yaşadıqlarını  yazan  Məmməd  Arazın  əsərləri  həqiqi  bir  şair  ömrünün  mənalı  və 

pozulmaz səhifələridir. Bir çox istedadlı şairlər kimi, Məmməd Arazın əsərləri də 

onun ibrətamiz həyat dastanı, mənalı ömürnaməsidir. 

Xalq  şairi  Məmməd  Arazın  uşaqlıq  və  ilk  gənclik  illəri  (1933-1950) 

Naxçıvan  diyarında  keçmişdir.  Şahbuz  dağlarının  saf  ab-havası,  səfalı  Batabat 

yaylağının,  Salvartının,  Cadırdaş  obasının  axar-baxarı  Məmməd  Arazın  ruhuna 

hopmuşdur.  O,  həyatının  sonrakı  çətin  dövrlərini,  sənətin  eniş-yoxuşlarını  daim 

sinəsində hifz etdiyi həmin “dağ havası” ilə uğurla keçə bilmişdir. 

Müasir Azərbaycan ədəbiyyatında görkəmli  milli şairlərdən biri kimi geniş 

şöhrət  qazanmış  Məmməd  Araz  ulu  babalardan  qoruna-qoruna  gəlmiş,  həmişə 

“çırpısı  tətikdə,  odunu  dəmdə”  olan,  əli  qabarlı  tipik  bir  azərbaycanlı  ailəsində 

böyüyüb  tərbiyə  almışdır.  Onun  milli  ruhlu  şair-vətəndaş  kimi  formalaşmasında 

“Çadırdaş  ətəyi,  Nursu  bulağı”  ndan  başlamış  “qaynar  bulaqları  qanında 

qaynayan”  şəfalı Şahbuz, “ürəyinin bir parçası” saydığı doğma Naxçıvan, habelə 

bütün  Azərbaycanı  əhatə  edən  ictimai-coğrafi  mühit  və  ədəbi  iqlim  fəal  iştirakçı 

olmuşdur. Bununla belə, Məmməd Arazın ata ocağı sözün həqiqi mənasında bütöv 

bir xalqı və böyük bir vətəni təmsil edən ümumiləşmiş Azərbaycan ocağıdır. Şair 

nəsillərdən-nəsillərə  keçib  gəlmiş  bu  tarixi  ocağın  layiqli  varisi,  etibarlı 

odqoruyanıdır.    

Bəli,  14  oktyabr  xalq  şairi  Məmməd  Arazın  doğum  günüdür.  Əlinə  qələm 

aldığı  gündən  Vətən  gözəlliklərinə  nəğmə  qoşan,  onun  dərdini,  ağrı-acılarını 

ürəyindən  keçirərək  misra-misra  şeirlərində  əks  etdirən  unudulmaz  şair 

Azərbaycan  poeziyasının  xan  çinarı  idi.  Əbədi  ayrılığın  qüssəsi  Məmməd  Araz 

yaradıcılığını  sevənləri  xiffətləndirsə  də,  onun  əbədiyaşar  poeziyası  həmişə 

bizimlədir.  Özünün  təbirincə  desək,  nə  qədər  ki,  ana  torpaq  var,  səhər  Günəş 

doğur,  gecələr  Ay  parlayır,  ulduzlar  yanır,  sərhəd  dirəklərinin  altında  nər  biləkli 

oğullar  yurdun  keşiyini  çəkir,  deməli,  Məmməd  Araz  da  var,  onun  şeirləri  də 

yaşayır. Bu doğum günündə şairi yad etməyin ən yaxşı yolu onun yaradıcılığına bir 

daha müraciət etməkdir. 



 

Sevimli  şairimiz  Məmməd  Arazın  80  illik  yubileyi  münasibətilə  bu  il 



respublikamızın bir çox təhsil ocaqlarında,  məktəblərdə, lisey  və gimnaziyalarda, 

kitabxanalarda və s. yerlərdə  tədbirlər planı hazırlanmışdır. Belə bir tədbirlər planı 

F.  Köçərli  adına    Respublika  Uşaq  Kitabxanasında  da  hazırlanmışdır.  Tədbirlər 

planına  bir  çox  oxucu  kütləsinin  sorğularını  ödəmək  məqsədilə  M.Arazın 

əsərlərindən,  onun  həyat  və  yaradıcılığına  dair  ədəbiyyatlardan,  dövrü  mətbuatda 

nəşr  olunan  materialların  kartotekasından  və  bir  də  şairin  həyat  albomundan 

hazırlanmış  fotolardan  sərgi  təşkil  olunmalıdır.    Sərgi  müxtəlif  başlıqlar  altında 

keçirilə  bilər.  Məsələn,  “Söz  ustadı”,  “İşıqlı  poeziya”,  “Bir  şair  vardı...”, 

“Heyrətləndirən  şair”,  “Məmməd  Araz  poeziyasında”,  “Dünya  sənin,  dünya 

mənim,  dünya  heç  kimin”,  Gözəlliyi,  kamilliyə  səsləyən  poeziya”,  “  Məmməd 

Araz - 80” və s.  İndi isə Məmməd Araz - 80 adlı sərginin nümunəsini veririk.  

1.

 



Başlıq.  

“Məmməd Araz-80”. 

2.

 



Məmməd Arazın portreti 

 

3.



 

Görkəmli insanların Məmməd Araz haqqında söylədikləri sitatlar. 

4.

 

Kitablarının nümayişi. 



5.

 

Dövrü mətbuatda nəşr olunan məqalələrin kartotekası.  



6.

 

Ailə albomundan şəkillərin nümayişi. 



Sitatlar: 

1.

 



“Sözü  həddindən  artıq  obrazla  yükləmək,  bədii  deyiminin  kvadratını  kəşf 

etməyə  can  atmaq,  bəzən  onun  səmimilik,  təbiilik  deyilən  keyfiyyətlərinə 

xələl gətirir”.  

 

 



 

 

 



 

 

 



 

Məmməd Araz 

 

 

 



 

 

 



 

 

 



 

Xalq şairi 

 

2. Xalq şairi Məmməd Araz dövrümüzün sənət zirvəsində durur. 



Heydər Əliyev 

 

 



 

 

 



 

 

 



 

 

Ulu öndər 




 

7.



 

Məmməd  Araz  öz sifəti, öz görünüşü, öz mövzuları, öz  yazı  manerası  olan 

şairdir. Onun imzası elə kitablarının adı olmağa layiqdir.  

Bəxtiyar Vahabzadə 

 

Xalq şairi 



8.

 

Məmməd  Araz  poeziyasının  məhvəri  Vətən  eşqi,  vətəndaşlıq  amalı,  dünya 



haqqında, kürreyi-ərzimiz haqqında həm nikbin, həm nigaran qənaətlərdir. 

Anar  


 

 

 



 

 

 



 

 

 



 

Xalq yazıçısı 

9.

 

Məmməd  Araz  şeiri-sözün  ictimai  gücə  çevrilmək  nümunəsidir.  Məmməd 



Araz şeiri təzə qan kimi oxucuların damarına vurulur. 

 

 



 

 

 



 

 

 



Sabir Rüstəmxanlı 

 

 



 

 

 



 

 

 



 

Xalq şairi 

 

10.


 

 Məmməd  Araz  öz  taleyini  xalqın  taleyinə  möhkəm  bağladığına  görə 

əbədidir, dərindir, əvəzsizdir. 

Qulu Xəlilov 

        Əməkdar elm xadimi, professor 

11.


 

 Biz,  Güney  Azərbaycanlıları  xalq  şairi  Məmməd  Arazı  hər  iki 

Azərbaycanın qardaş şairi kimi tanıyırıq. 

Doktor 


Cavad Heyət 

12.


 

 Məmməd Araz yığcam şeir ustasıdır. Onun sözçülüklə işi yoxdur. Şair fikri 

kəsə  deməyin,  az  sözlə  mükəmməl  poetik  qənaət  ifadə  etməyin  tutarlı 

nümunələrini yaratmışdır... 

Bəkir Nəbiyev 

      Əməkdar elm xadimi, akademik 

 

 

 



 

 

 



 

 

  



 

 

 




 

            



  Kitablarının nümayişi: 

 

  

   

 

             

 

 

   

 

 

          

  



 

 

 

  

                                                                                                     

 

         

           

                

 

 

 


10 

 

“Məmməd Araz şanlı dünənimizin, uğurlu bu günümüzün və inamlı        



gələcəyimizin şairidir”. 

Ailə albomundan... 

 

 

   

 

 

    

 

 

 

 

 


11 

 

 



   

 

 

              

 

 

Cağdaş  Azərbaycan  poeziyasının  görkəmli  nümayəndələrindən  olan  xalq 



şairi  Məmməd  Arazın  keşməkeşli  və  şərəfli  ömür  yoluna  bir  daha  nəzər  salmaq 

üçün  kitabxanada  bir  sıra  təbdirlərin  keçirilməsi  məqsədəuyğundur.    F.  Köçərli 

adına  Respublika  Uşaq  Kitabxanasında  Məmməd  Araz  yubileyi  ilə  bağlı  kitab 

müzakirəsinin,  oxucu  konfransının,  şeir  müsabiqəsinin,  sual-cavab  gecəsinin, 

ədəbi-bədii gecənin keçirilməsi vacibdir. İndi isə yuxarı və orta yaş qrup oxucular 

arasında  keçirilən  “Vətən  daşı  olmayandan  olmaz  ölkə  vətəndaşı!”  adlı    sual-

cavab  gecəsinin  nümunəsini  veririk.  Ən  əvvəl  kitabxanaçı  Məmməd  Araz 

yaradıcılığından oxuculara bir qədər məlumat verir.  

Əziz  oxucular!  Səksən  il  bundan  əvvəl  Şahbuzun  Nurs  kəndində,  el-obada 

xüsusi  hörmət  və  ehtiram  sahibi  olan  İnfil  kişinin  ailəsində  Məmməd  adlı 

qarabuğdayı, qaragözlü, çəlimsiz bir uşaq dünyaya göz açanda atası və anası bəlkə 

də heç xəyallarına belə gətirmədilər ki, o, böyüyüb şair olacaq. Amma, sən demə, 

həmin  bu  uşaq  Azərbaycanın  ən  görkəmli  şairlərindən  biri  Məmməd  Araz  olmaq 

üçün Allah vergisiylə doğulubmuş.  İllər keçdi. Atası da, anası da indi çox dəbdə 

olan  heç  bir  plan,  yaxud  proqram  tərtib  etmədən,  sadəcə  valideynlik  vəzifələrini 

yerinə  yetirərək,  hərşeyi  öyrənmək,  bilmək  istəyən,  xalq  deyimlərinə  heyran-

heyran  qulaq  asan,  eşitdiklərini  beynində,  ürəyində  hifz  edən  balaca  Məmmədin 

qarşısında sinə dəftərini səxavətlə açdılar, özləri də bilmədən onun  məhz bir şair 




12 

 

kimi yetişməsinə zəmin yaratdılar. İndi isə Məmməd Araz haqqında hazırladığımız 



suallarla tanış olaq. 

1.

 



Məmməd Araz  nə vaxt və harada anadan olmuşdur? 

2.

 



 Araz şairi deyəndə nə başa düşürsünüz? 

3.

 



Məmməd Araz yaradıcılığının özünəməxsusluğu nədən ibarətdir? 

4.

 



Vətən mənə oğul desə, nə dərdim

Mamır olub qayasında bitərdim  deyəndə nə başa düşürsüz? 

Sonda  Öz  fəallığına  görə  fərqlənən  oxucular  kitabxana  tərəfindən  kiçik 

hədiyyələrlə təltif olunurlar.



 

 

Xalq  şairi  Məmməd  Arazın  80  illik  yubileyi  ilə  bağlı  F.Köçərli  adına 



Respublika  Uşaq  Kitabxanasında  şeir  müsabiqəsinin  keçirilməsi  də    nəzərdə 

tutulmuşdur.  Beləki,  kitabxanaçı  bir  sıra  məktəblərə    “Azərbaycan  deyiləndə 



ayağa  dur  ki...”adlı    şeir  müsabiqəsi  haqqında  elan  verir.    Şeir  Müsabiqəsinin 

keçirilməsində  məqsəd  oxucular  arasında  mütaliənin  təbliği  və  onların  bilik 

dairəsinin  genişləndirilməsi,  həmçinin  istedadlı  uşaqların  aşkarlanmasından 

ibarətdir.    Şeir  müsabiqəsi  F.Köçərli  adına  Respublika  Uşaq  Kitabxanasının  oxu 

zalında  keçirilir.  Bir neçə  məktəb  bu  müsabiqədə  iştirak  edə  bilər.    Müsabiqənin 

şərtləri ilə kitabxanaçı oxucuları tanış edir. Bu müsabiqədə yaxşı şeir demək , şeiri 

duymaq bacarığı olan istedadlı oxucular juri tərəfindən müəyyənləşdirilib 1, 2, 3, 

4,  5  yerlər  arasında  sıralanırlar.    Müsabiqədə  Məmməd  Arazın  “  Azərbaycan”,  

“Vətən”    haqqında  qələmə  aldığı  bir  çox  şeirləri  məsələn,  “Azərbaycan  dünyam 

mənim”,  “Ana  yurdum  hər  daşına  üz  qoyum”,  “Vətən  mənə  oğul  desə...”, 

“Vətənsiz  məhəbbət”  və  s.  şeirləri  səslənə  bilər.  İndi  isə    oxucuların  ifasında 

Məmməd Arazın “Vətən!-Desin! adlı şeirini dinləyək. 

 

I oxucu: 

Bu gün gərək  

Hər anımız Vətən!-desin. 

Vətən!-desin 

Təzminimiz, gümanımız, 

Vətən-desin! 

 

 

 



Ölənlərin əvəzinə 

 

 



 

Qalanımız-Vətən!- desin. 

 

 

 



Vətən!,-desin! 

 

 



 

Qəlbimizin hər duyğusu, 

 

 

 



hər vurğusu 

Vətən!-desin. 

 

 

 



Fərqi yoxdur, harda olaq 

Zamanımız, məkanımız 

Vətən!-desin! 

Çox yatdıq, çox mürgülədik, 

Qoca millət! 

Mürgülədik: qoşa-qoşa 




13 

 

Dağlarımız oğurlandı, 



Çaylarımız, göllərimiz oğurlandı. 

Oğurlatdıq! 

Düzlərimiz, çöllərimiz oğurlandı. 

Oğurlatdıq! 

İndi saysaq saya sığmaz, 

Daha nələr, nələr oğurlanıb. 

Yer üstündə xəzinələr, 

Yer altında dəfinələr  

Oğurlanıb! 

Qoca millət, hər andımız, 

amanımız, 

Əgər varsa, 

Zərrə qədər imanımız, 

İmanımız-Vətən!-desin. 

Hər yaxşımız, yamanımız 

Vətən!-desin! 



II oxucu:   

Bu nə səsdi, nə hənirdi 

Vətən deyir, 

O, Xocalı harayıdı, 

O, Xocalı dərdidi 

Vətən deyir. 

Xəndəklərdə dəfn olunmuş  

Əsir qoca Vətən deyir. 

Əli kəsik, 

dili kəsik 

Uşaqlar var-hələ dustaq, 

Körpə dustaq, Vətən!-deyir. 

Bu nə külək, bu nə bulud, 

Bu nə yağış, bu nə qardı? 

Didərginlər üzərində 

Susub durdu. 

Vətən-dedi! 

Mürgüləsən, qoca millət: 

Daha möhkəm, daha ötkəm 

gəlsin səsin, 

Vətən!-desin! 

Qoca millət, Bu gün gərək 

 Hər anımız Vətən!-desin.  

Şeir müsabiqəsinin sonunda qaliblər müdriyyət tərəfindən  mükafatlandırılırlar.   

Vətənpərvərlik duyğuları ilə zəngin Məmməd Araz yaradıcılığı Azərbaycan 

poeziyasının  parlaq  səhifələrindən  birini  təşkil  edir.  Şairin  yüksək  bədii-fəlsəfi 

ümumiləşdirmələrlə  səciyyələnən,  lakonik  deyim  tərzinə  malik  dərin  ictimai 

məzmunlu  lirikası  gücünü  vətən  təbiətinin  gözəlliklərindən,  böyük  tarixi 




14 

 

keçmişimizdən və milli ədəbi fikrin tükənməz xəzinəsindən almışdır. Ana dilinin 



bütün  incəliklərini  özündə  toplamış  bu  poetik  irs  gəncliyin  mədəni-mənəvi 

dəyərlərə  ehtiram  ruhunda  formalaşdırılması  baxımından  müstəsna  əhəmiyyətə 

malikdir. 

Elə  bu  baxımdan  Məmməd  Araz  yaradıcılığına    gəlin  bir  daha  müraciət 

edək.  F.Köçərli  adına  Respublika  Uşaq  kitabxanasında  keçirilən  tədbirlərin 

içərisində  ən  maraqlı  və  yaddaqalan  tədbirlərdən  biri  də  ədəbi-bədii  gecə  və  ya 

poeziya gecəsidir. Belə bir tədbir müxtəlif  başlıqlar altında keçirilə bilər. Məsələn,   

“Poeziyamızın xan çinarı” adlı ədəbi-bədii gecəyə kitabxanaçı bir ay qabaqcadan 

hazırlaşır.  Kitabxanaçı  tədbirə  bir  çox  şair  və  yazıçılarla  yanaşı    ədəbiyyat 

müəllimlərini, kitabxanaçıları və Məmməd Arazın qızı İradə Tuncay və onun həyat 

yoldaşı  Aqil  Abbası dəvət  edə bilər.  Tədbirin  ədəbi  hissəsi    çıxış və  məruzələrlə 

başlanır.  Bədii   hissədə  isə Məmməd Arazın bir çox şeirlərindən parçalar və onun  

sözlərinə  yazılmış  mahnılar  səsləndirilir.  Səhnə  gül  dəstələri  ilə  bəzədilir.  Xalq 

şairi  Məmməd  Arazın  portreti  səhnənin  divarından  asılır.  Ulu  öndər  Heydər 

Əliyevin Məmməd Araz haqqında söylədiyi sitat səhnənin divarında yer alır. 

 

Xalq şairi Məmməd Araz dövrümüzün sənət zirvəsində durur. 

 

 



 

 

 

 

 

 

 

Ulu öndər  

 

 

 

 

 

 

 

 

Heydər Əliyev 

Aparıcılar səhnəyə daxil olur  Həmid Abbasın “Yaşasın Məmməd” 

adlı şeirini söyləyirlər. 

 

 

 

Kim deyir baharın günləri azdır, 

 

Təqvimdə qış ayı, qəlbimdə, yazdır. 

 

Önümdə dayanan Məmməd Arazdır. 

 

Çalışaq bu gözəl sənət yaşasın, 

 

Məmmədi qoruyaq, Məmməd yaşasın! 

 

 

Hansı insan bu hikmətə vurulmaz, 

 

Hansı ürək bu çeşmədən durulmaz. 

 

Dodaqlar pıçıldar, gözlər yorulmaz 


15 

 

 



Bu nadir nemətə qalmayaq həsrət, 

 

Məmmədi qoruyaq, nadirdir Məmməd! 

 

 

Hərdən qəribsəyib, kövrələndə biz, 

 

Ən uzaq yollara qovuşanda iz. 

 

Əsəndə əl-ayaq, qarışanda üz, 

 

Qoy çatsın imdada, çatsın bu sənət. 

 

Məmmədi qoruyaq, imdaddır Məmməd! 

 

 

Bu sərvət, bu nemət Allahdan vergi, 

 

Göydə axtarmayaq, yerdədir sərgi. 

 

Büdrəmə qardaşım, anbaan bərki 

 

Yaz, yazan əlini sağaltsın zəhmət, 

 

Yazıb-yaratdıqca ucalır Məmməd.  

 

 

I Aparıcı:   

Bütün yaradıcılığı boyu sözə bir varlıq kimi baxıb, ona səmimi 

yanaşan “Ürəyimsiz kəlmə yazan deyiləm, nə qədər ki, öz əlimdir 

yazanım”  deyən  Məmməd  Araz  bəlkə  ona  görədir  ki,  poeziya 

ümmanında nəhənglərin ön cərgəsindədir. Yaradıcı adamlar Məmməd 

Arazı hisslər, duyğular, sevgilər şairi adlandırırlar. Amma haqlı olaraq 

onu  daha  çox  vətəndaş  şairi  kimi  tanıyırıq.  Məmməd  Araz  deyəndə 

özümüzdən asılı olmayaraq qeyri-ixtiyari “Vətən mənə oğul desə nə 

dərdim,  mamır  olub  qayasında  bitərdim”-  deyə  pıçıldayırıq. 

Vətənə  layiqli  övlad  olmağın  ən  vacibliyini  düşünürük.  Məmməd 

Araz misraları daim bizə müəllimlik edib, örnək olub.  

 

 



 

 

 



 

 

Azərbaycan-mayası nur, qayəsi nur ki, 



Hər daşından alov dilli ox ola bilər. 

Azərbaycan deyəndə ayağa dur ki, 

Füzulinin ürəyinə toxuna bilər. 

 

Bu  sadəcə  olaraq  gözəl,  poetik  deyimlər  deyil,  şairin 

vətənə,  Azərbaycan  poeziyasına  özünün  hörmətlə  yanaşması, 

eyni  zamnda  oxucunu  buna  sövq  etməsidir.  Məmməd  Araz 

şeirləri bir vətəndaşlıq  məktəbidir  və  o  məktəbə  baş  vuran  hər 

kəs  xalqımıza,  dilimizə,  ölkəmizə  böyük  bir  məhəbbət  hissi 

tapır özündə. 

 

 



Vətən sevgisində birinci ada, 

 

Birinci çatmağa pay yetər mənə, 

 

Burda birincilik: Vətən yolunda, 


16 

 

 



Birinci ölməyi öyrədər mənə.  

 

II aparıcı: 

 

Məmməd  Arazda  sevgi  tamamilə  fərqlidir.  Məmməd 



Arazın sevgisinin kökündə yalnız və yalnız Vətən dayanır. Şair 

Vətənin adi bir daşını da, adi bir çiçəyini də, bir udum havasını 

da,  bir  içim  suyunu  da,  ağacdan  düşmüş  bir  yarpağını  da  elə 

canlandırır, elə təsvir edir və onlara elə bir sevgi ilə yanaşır ki, o 

daş da, o çiçək də, o ağacdan düşən yarpaq da ruhumuza çiçək, 

yarpaq, su kimi deyil, bir Vətən kimi hopur. 

  

 

 



 

Qayaların harayını, 

 

 

 

Qayalara yazdım deyə, 

 

 

 

Bəlkə Vətən sanar məni, 

 

 

 

Bir balaca vətən daşı, 

 

 

 

Vətən daşı olmayandan 

 

 

 

Olmaz ölkə vətəndaşı! 

 

 

 

Şairin ən böyük dərdi, şairin ən böyük ağrısı Araz dərdi, 

Araz ağrısıdır.  O Araz ki, Azərbaycanı iki yerə bölüb. Və yüz 

illərdir ki, bu xalqın bir arzusu var, o da birləşmək arzusu! Şair 

də  bu  arzu  ilə  yaşayıb    elə  məhz  ona  görə  də  özünə  “Araz” 

təxəllüsü götürübmüş. 



Oxucular  səhnəyə  daxil  olur.  Məmməd  Arazın  “Oxucuya  məktub”  adlı  şeirini 

söyləyirlər.  

 

I Oxucu: 

 

Uzaqdan-uzağa  xoşuna gəlsəm, 



 

 

 

 

Məni dindirməyə tələsmə hələ. 

 

 

 

 

Tanımaq istəsən məni, əzəl sən 

 

 

 

 

Tanış ol bu kiçik nəğmələrimlə. 

 

 

 

 

 

Onda məhəbbətim, onda nifrətim 

 

 

 

 

Əllə varaqlanar, gözlə oxunar, 

 

 

 

 

Orda həm ürəkdən gülmək adətim, 

 

 

 

 

Həm üzdən kədərli görünməyim var. 

 

 

 

 

 

 

 

 

 

Birdən təbəssümüm aldadar səni, 

 

 

 

 

Ehtiram naminə üzünə gülləm. 

 

 

 

 

Bəlkə ürəyimdən gəlib keçəni 

 

 

 

 

Gülüşlə, baxışla açan deyiləm. 

 

 

 

 

 

Məni şeirimdə gəz bir insan kimi, 

 

 

 

 



Qəlbimdə nə varsa, ona demişəm; 

 

 

 

 

Anadan-bacıdan gizlətdiyimi  

 

 

 

 

Kağızdan, qələmdən gizlətməmişəm... 


17 

 

 



I aparıcı:   

Göründüyü  kimi,  xalq  şairi  Məmməd  Araz  Azərbaycan 

ədəbiyyatında  görkəmli,  sanballı  xidmətləri  olan  qüdrətli    milli 

şairimizdir. Azərbaycan xalqının tarixi taleyi, milli özünəməxsusluğu, 

keşməkeşli  mübarizəsi,  milli  dirçəlişimizin  bu  günü  və  sabahı  onun 

yaradıcılığının əsas nüvəsini təşkil edir. 



 

 

  Böyük ədəbiyyat, həqiqi şeir-sənət artıq Məmməd Arazın tale 

ortağıdır. Bu böyük və müdrik sənətin şərəfli və məsuliyyətli yükünü 

ədəbiyyatımızın böyük idealları ilə səsləşən Məmməd Araz ideallarını 

ayrılıqda bir şair deyil və ya ümumiyyətlə qələm əhli yox, sözün geniş 

mənasında bütöv Vətən əhli çəkib daşıyır. Bu isə öz növbəsində xalq 

şairi  Məmməd  Arazın  mənəvi  zənginliyə,  daxili  saflığa,  millilik  və 

vətəndaşlığa, habelə müstəqilliyimizin daha da möhkəmləndirilməsinə 

aparan  böyük,  mağistral  yolun  əsas,  güclü  poetik  lokomotivi  olması 

deməkdir.  Milli  yüklü  həmin  şeir-sənət,  ədəbiyyat  qatarı  təkcə  öz 

müəllifini deyil, bütövlükdə xalqımızı XXI əsrə aparır.  

 

 

Əziz tədbir iştirakçıları! Xalq şairi Məmməd Arazın yaşamaq və 



yaratmaq haqqı Azərbaycan xalqına və milli ədəbiyyatımıza yalnız və 

yalnız həmişə ucalıq gətirmişdi.   Məmməd Araz keçmişi də, bugünü 

də  düşünəndə  ona  yalnız  şair  qəlbi  ilə  yox,  təfəkkür  gözü  ilə  baxır, 

Vətənin  hər  zərrəsində  məna  axtarırdı.  Onun  hadisələrə  bədii-fəlsəfi 

baxışı həmişə aparıcı mövqedə durmuşdu. Zaman keçdikcə bu səmimi 

hisslər  daha  dərin  mənalarla  ümumiləşdirilib  orijinal,  ardıcıl  və 

sistemli  poetik  obrazlarla  ifadə  edilərək,  “Vətən  daşı  olmayandan 

olmaz ölkə vətəndaşı”qənaəti ilə yekunlaşdırılır.  



II aparıcı:   

Məmməd  Araz  sənətə  gəldiyi  gündən  xalq  onu  əsl  şair  kimi 

sevib qəbul etmişdir. Öz əsərləri ilə Azərbaycan poeziyasına yeni ruh 

gətirən,  onun  inkişafına  təkan  verən  Məmməd  Arazın  şeirləri  hansı 

ictimai-siyasi  quruluşda  yaranmasından  asılı  olmayaraq  onlar  həqiqi 

sənət  əsərləri,  poetik  kəşflərlə,  xalq  məsəlini  andıran  aforizmlərlə, 

obrazlı poetik nümunələrlə zəngin əsl poeziya nümunələridir.  

  

  



 

 

 



 

Yazmışam hər şeyi könül naməmə, 

  

 Bircə bu günahım bağışlanacaq. 

 Neylədim Vətəni sevmək naminə, 

 Ucaltmaq naminə elədim ancaq! 

 

Ustad  şairimiz  xalqın  görən  gözü,  düşünən  beyni  oldu  və 

qılıncdan  kəsərli  qələmi  ilə  Azərbaycan  ədəbiyyatında  “Vətən 

poeziyasını”  həm  güldürən,  həm  ağladan  söz  dünyasını  yaratmağı 

bacardı və oxucularını bu söz dünyasının əbədi qonaqlarına çevirdi. 

 

 



 

 

 



 

Şeirinin hər sətri sevgi-məhəbbət, 

 

 

 

 

 

Bu elə-obaya qayğı, sədaqət. 


18 

 

 



 

 

 

 

Məmmədtək oğlu var, xoşbəxtdir millət. 

 

 

 

 

 

 

İstəsək düşmənə niftət yaşasın, 

 

 

 

 

 

Məmmədi qoruyaq, Məmməd yaşasın!  

  

Görkəmli sənətkarımız hər zamankı kimi  ümumxalq məhəbbəti 

ilə yanaşı, müstəqil dövlətimizin də yüksək diqqət və qayğısı ilə əhatə 

olunmuşdur.  Elmimizin  və  mədəniyyətimizin  ardıcıl  qayğıkeşi,  ulu 

öndər Heydər Əliyev və onun davamçısı Azərbaycan Respublikasının 

Prezidenti  İlham  Əliyev  xalq  şairi  Məmməd  Arazın  sənəti  və 

şəxsiyyətinə  həmişə  böyük  hörmət  bəsləmişdir.  Elə  bu  hörmət  və 

qayğının təzahürüdür ki,  hörmətli prezidentimiz xalq şairi Məmməd 

Araz yaradıcılığına yüksək qiymət vermiş, onun 80 illik   yubileyi ilə 

bağlı  sərəncam  imzalamışdır.  Bu  sərəncamdan  irəli  gələn  məsələlər 

dövlət səviyyəsində  yerinə yetirilməkdə davam edir.     

Azərbaycan  poeziya  kəhkəşanında  parlaq  ulduz  kimi  yanan 

Məmməd  Araz  poeziyası  həmişəyaşardır  və  bənzərsiz  bir  ömür 

yaşayan  şairin  şeir-sənət  dünyası  daimi  olaraq  yaddaşlarda 

yaşayacaqdır.  

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


19 

 

 



Ə D Ə B İ Y Y A T   Sİ Y A H I S I: 

 

1.

 

Araz M. Seçilmiş əsərlər. Dörd cilddə.-B.: “Ozan”, 2003.-347 s.  

2.

 

Araz M. Seçilmiş əsərləri. İki cilddə.-B.: “Lider Nəşriyyat”, 2004.-223 s. 

3.

 

Araz M. Seçilmiş əsərləri. B.: Çaşıoğlu,  2004.-384 s. 

4.

 

Araz M. Araz axır.-B.: Azərnəşr, 1964.-75 s.  

5.

 

Araz M. Atamın kitabı.-B.: Gənclik, 1974.-168 s. 

6.

 

Araz M. Daş harayı.-B.: Yazıçı, 1992.-256 s. 

7.

 

Araz M. Dünya sənin, dünya mənim.-B.: Yazıçı, 1983.-310 s. 

8.

 

Araz M. Oxucuya məktub.-B.: Gənclik, 1978.-232 s.  

9.

 

Araz M. Vətən deyin.-B.: “Adiloğlu”, 2003.-150 s.  

 

 

H A Q Q I N D A 

 

1.

 

Ağayar  S.  Bu  da  belə  bir  ömürdü,  yaşadım!-B.:  Panarama,  1998.-15 

oktyabr. 

2.

 

Əzizxanlı Q. Sonuncu qorumdan od qalamışam.-B.: Xalq qəzeti, 1999.-

10 avqust. 

3.

 

Əbülfəzqızı  S.  Gözəlliyə,  kamilliyə  səsləyən  poeziya.-B.:  Panarama, 

1997.-31 dekabr. 

4.

 

Nəsib D. Adilikdə təzəlik.-B.: Ədəbiyyat qəzeti, 1998.-30 oktyabr.   

 

 

  

 



 

 

 

 

 

 

 

 

 

 


20 

 

 



 

 

 

 

 

 

 

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə