Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adına respubliKA



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
tarix01.07.2018
ölçüsü0,6 Mb.
#52608


 

 



 

AZƏRBAYCAN RESPUBLİKASI 

MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ 

 

 F.KÖÇƏRLİ adına RESPUBLİKA 



                UŞAQ  KİTABXANASI 

 

                           



 

                   Aparın Təbrizə, Salmasa məni 

                    Ölərəm, el yada salmasa məni. 

 

Mədinə Gülgünün 90 illik yubileyinə həsr olunmuş 



Respublika uşaq kitabxanaları üçün metodik vəsait 

                    



 

 

 

 



 

                                     Bakı- 2016 




 

 



Tərtibçi:                                  Aynurə Əliyeva 

 

 

 

 

 

Redaktor və 

buraxılışa məsul:                    Şəhla Qəmbərova 

 

 

 

 

 



 

 

“Aparın Təbrizə, Salmasa məni, Ölərəm, el yada salmasa 

məni:  Mədinə Gülgünün 90 illik yubileyi münasibəti ilə 

Respublika uşaq kitabxanaları  üçün hazırlanmış metodiki 

vəsait /tərt. ed. A. Əliyeva; red.  və  burax. məsul 

Ş.Qəmbərova; F.Köçərli adına Respublika Uşaq 

Kitabxanası.- Bakı, 2015.- 37s.

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 



                                   Tərtibçidən 

Mədinə Gülgün 1926-cı il yanvarın 17-də Bakıda fəhlə 

ailəsində anadan olmuşdur. Burada ibtidai məktəbi 

bitirmişdir.1938-ci ildə ailəliklə Cənubi Azərbaycanın 

Ərdəbil şəhərinə köçmüşlər. Sonra Təbriz şəhərində 

yaşamış, əmək fəaliyyətinə burada toxuculuq kitabxanasında 

başlamışdır. O, həyatı dərk etməyə başladığı andan 

Azərbaycan xalqının milli hüquqlarının pozulduğunun əyani 

şahidi olur... Onu da dərk edir ki, mübarizə aparmaq üçün 

kifayət qədər savadlı və bilikli olmaq lazımdır. Odur ki, qısa 

müddətdə Ərəb qrafikasını və fars dilini öyrənir. Sonralar 

Təbriz Dram Teatrında çalışmışdır. “Azərbaycan” Qəzeti 

redaksiyasında xüsusi müxbir işləmiş Mədinə Gülgün 1945-

1946 “Cənubi Azərbaycan Milli Azadlıq Hərakatı”nın fəal 

iştirakçısı və öz mübariz şeirləri ilə ömrü boyu həmin 

inqilabın carçısı olmuşdur. Şairə 1948-ci ildə “Azərbaycan 

Dövlət Pedeqoji Universiteti”nin (Azərbaycan Pedoqoji 

İstitutu) nun dil və ədəbiyyat fakültəsinə daxil olmuş, 1952-

ci ildə isə həmin fakültəni bitirmişdir.   

Mədinə Gülgünün uşaq yaşlarından ədəbiyyata 

böyük həvəsi olmuşdur, xüsusən Aşıq Ələsgəri, M. Ə. Sabiri 

və Natəvanı sevərək mütailə etmişdir. O, məktəb səhnəsində 

göstərilən kiçik tamaşalarda iştirak edir, bəzən göstərilən bu 

tamaşalara özünün yazdığı kiçik şeir parçalarını da əlavə 

edirdi. Böyük qəlbə, gözəl qələmə sahib olan Mədinə 

Gülgünün öz yaradıcılığı haqda dedikləri hər insanda kövrək 

hislər oyadır. ”Hələ uşaq ikən eşitdiyim, məktəb yaşlarında 

oxuduğum gözəl şeir nümunələri qəlbimdə poeziyaya  




 

 



sönməz  məhəbbət çırağı yandırmışdır. Ata-anamın ilki 

idim, kiçik ailəmizdə məndən sonra altı uşaq da dünyaya 

göz açmışdı. Gəlin anamın beşik başında əyləşib öz 

körpələrinə şirin laylay deməsini indi də xatırlayıram. Onun 

laylalı, bayatılı səsi qəlbimə, yaddaşıma hopmuşdur. Mən 

çox-çox uzaqda qalan o illərin-analı dünyamın şirinliyini, 

kovrəkliyini, istiliyini indi də qəlbimdə duyuram. 

Minnətdaram anamın şirin-şəkər, gül ətirli laylalarına. Hələ 

otuz altı-otuz yeddi il  bundan əvvəl əlimə  qələm alıb şeir 

yazmaq həvəsinə düşəndə məhz bu laylalar ilhamıma qanad 

vermışdir. Pərvazlanmaq istəyən körpə bir quşcuğazın can 

atdığı şeir asimanına nur çiləmişdir. Anam elə şirin-şirin 

nağıl  danışardı ki, insan özünü məhz o nağıllarda imiş  kimi 

hiss edərdi.      

İlk  nəğməmi anamdan,                                                  

Həvəsi söz dünyamdan, 

Ümidini inamdan 

Alıbdır mənim şeirim. 

Məktəbli dövrümdə çoxlu şeirlər əzbərləyirdim. Etiraf 

etməliyəm ki, Məhsətini, Natəvanı, Mirvaridi, Nigarı 

oxuyanda ürəyimdə şeir yazmaq həvəsi bir az da artardı. 

Onların şeirləri ilıq yaz mehi kimi könlümü oxşar, xəyalımı 

həzin, kövrək, ümidli bir qadın-şair aləminə aparardı. Onlar 

kimi şeir qoşmaq, söz demək istəyi keçərdi qəlbimdən... Bu 

arzumu heç kəsə deməyə  cəsarət etməzdim. Bu hissləri o 

zaman mən sadəcə olaraq uşaqlıq-cavanlıq xəyalpərvərliyi 

kimi başa düşərdim. Bir gün bərkiməmiş qələmimlə ağ 

varaq üstə ilk səfərə çıxdım. Şeir yazdım. Lakin bu şeiri heç 

kimə oxumadım. Günlər, aylar keçdikcə bu səfərimin də 

sayı artdı. Artıq, yazdığım şeirlər sanki özləri dilə gəlib 

kövrək-kövrək mənə pıçıldadılar: Bizi pərvazlandır, bizi 



 

 



çıxar gün işığına. Mənə belə gəlir ki, şeir də uşaq kimidir. 

O, dünyaya gəldimi, ayağı yer tutan kimi, doğma və yenə 

doğma qayğılarla əhatə olmalıdır”.                                       

Mədinə Gülgünü oxucularına sevdirən onun yaradıcılığına 

xas olan səmimiyyətidir. Onun şeirləri hər bir oxucunu 

düşündürməyə bilməz. Mədinə Gülgünün şeirlərində vətən 

məhəbbəti və vətən həsrəti insanı düşündürməkdə və vətənə 

sevgi aşılamaqdadır. Demək Mədinə Gülgün vətən şairidir, 

azadlıq sairidir. 

         Qızıl günəş göy üzündə güləndə, 

         Nəğməsini quşlar bağ-bağ böləndə, 

         Mən göz açıb bu dünyaya gələndə  

         Bəxt ulduzum burda yanan olubdur, 

Mədinə Gülgün bir mübariz şair olmaqla yanaşı, könülləri 

riqqətə gətirən lirik şeirlərin də müəllifidir. Onun poeziyası 

mübarizlik ruhunda şeirləri qədər əsrarəngiz lirikası ilə də 

oxucunu valeh edir. Bu bir həqiqətdir ki, şair Gülgünün 

sənəti mövzu məhdudluğu tanımadığı kimi, onun üçün səpki 

və janr məhdudiyyəti də olmamışdır. Şair qələminin 

qidalandığı insan aləmi və onun taleyi zəngin bir xəzinədir. 

Orada sevgiyə, sədaqətə, əhdə, vəfaya, övlad  məhəbbətinə, 

vətənə, sülh və əmin-amanlığa, arzulara, təbiətə, gözəlliyə, 

məftunluğa kifayət qədər yer verilmişdir. Şairin lirik 

əsərlərilə yaxından tanış olduqca, onlarla səmimi ünsiyyət 

tapdıqca, bir həqiqət daha inandırıcı şəkildə üzə çıxır. 

Mədinə Gülgünün yaradıcılığının araşdırılması bir daha 

sübut edir ki, ilk yaradıcılıq dövrü və gənclik çağları 

mübarizələrdə keçən şair,  poeziyamızda ayrılıq, Vətən 

həsrəti, gözəlliyin tərənnümü, məhəbbət  mövzusuna ardıcıl 

müraciət edənlərdən biridir. “Könlün ala bilmirəm, vətən, 

ala bilmirəm səninçün, səninçün” deyən Mədinə Gülgün 



 

 



şimalda cənub həsrəti çəkirdi. Məhs buna görə şairin 

poeziyasında diqqəti cəlb edən cəhətlərdən  biri də vətənə 

bağlılıq, o tay-bu tay həsrəti, şimal-cənub təəssübüdür. 

Bir torpaq üstündə doğulmuşuq biz, 

Bir qolum Bakıdır, bir qolum Təbriz. 

Mədinə Gülgünün əksəriyyət şeirləri vətən özləmi, yurd 

nisgili qoxuyur. ”Yaxındır Təbrizin yolu” və o yaxın yolu 

qət etməkçün  “bir ömür də çatmadı” və ya “dərdli-dərdli 

ötərəm Təbrizi görməyincə” və yaxud “gözümdə dünyanın 

həsrəti, qəmi” şeirlərində şairin vətən həsrətini, könül 

nisgilini, qəlb yanğısını duyuruq. Vətən sevgisi, azadlıq 

həsrəti onun yaradıcılığının əsas hissəsini təşkil edir. Onun 

şeirlərində başlıca yer tutan hicran, həsrət motivləri də 

buradan irəli gəlirdi. O lal vərəqlərə süzülən  həsrət, özləm 

təkcə şairin vətən həsrəti deyildi, eyni zaman da bütöv bir  

xalqın nisgili, həsrəti, həyacanıdır. 

Təbrizin gülləri qöncə 

Güllər açmaz mən gəlincə. 

O öz poeziyasında xalqın arzularını özününküləşdirərək 

oxucuya catdırırdı. Məhs bütün bunlara görədir ki, Mədinə 

Gülgün  az bir zamanda sevildi, xalqın şairinə, el qızına 

çevrildi. O öz xalqının səsi oldu, sözü oldu.  

Bir körpə quş görsəm açıbdır qanad, 

Onundur, elə bil, bütün kainat.  

Könlümdə başlanır sanki toy-büsat, 

Mən susa bilmirəm, susa bilmirəm. 

 

Körpə bir quşun qanad çalmasına belə sevinən, sevincini 



gizlədə bilməyən lirik qəhrəmanın qırx ildən artıq bir 


 

 



müddətdə vətən ağrısını ürəyində gəzdirməyi, əlbəttə, 

təbiidir, təsirlidir. Lirik qəhrəman: ”Hələ yorulmamışam 

vətənçün alışmaqdan, yanmaqdan, yanmaqdan...” - deyir və 

biz də Mədinə Gülgünün qırx yaşlı poeziyasını oxuduqca, 

mənimsədikcə, söylənən bu fikrin poetik təsdiqini tapırıq.  

Mədinə Gülgün qərib-qürbətlik yaşayan bir cox şairdən 

fərqli olaraq, öz tərcümeyi halını da ancaq şeirlərilə təsvir 

etmişdir. Özü də çox yığcam, poetik şəkildə. Aşağıdakı 

səkkiz misra səksən səhifəlik nəsri yazıdan geniş, daha 

emosianal məlumat saçmırmı: 

Mənim, ey dost, o sahildə neçə nəğmə, sözüm qaldı, 

Bahar fəsli alovlandı, bağım, baxçam, düzüm qaldı. 

Əmək çəkdim, səhər-axşam, çiçəkli, güllü bağ saldım. 

O bağda gözləri yaşlı, bənövşəm, nərgizim qaldı. 

Vətən dərdi yaman dərddir, əsir yarpaq  kimi qəlbim

Haray ellər, yad ellərdə sevincli Təbrizim qaldı. 

Deyin ki, Gülgünə gəlsin, alışdım yandım həsrətdən, 

Fəqət məhv olmadım, ey dost, kül altında közüm qaldı.  

 

Ancaq Mədinə  Gülgün nisgilə qapılmırdı, sabaha ümidlə 



baxırdı. Onun qəlbi mübarizlik ruhu ilə dolu idi və bu onun 

əsərlərində özünü yüksək  şəkildə büruzə verirdi. Mədinə 

Gülgünün  azad vətənə qovuşmaq diləyi  suyu da, buludu 

da, torpağı da, insanı da dilləndirir, mübarizəyə çağırırdı.  

Belə ki, ”Bir görüş yerinə gün doğar bir yaz.” və “Elmimin, 

vətənimin sabahına inandım” və ya “Hər gün məni oyadarlar 

qızıl rəngli səhərlərim” buna misaldı.  



 

 



Mədinə Gülgün ən çox baharda xatırlanardı sanki. Zərif 

şairimiz bahar aşiqi idi. Füsünkar təbiətimizin vurğunu idi. 

”Quşların vətənə dönən qatarı mənim arzularımdır, 

ümidlərimdir” devizi ilə yaşayırdı sanki bu gözəl xanım. 

Onun bu səpkidə yazılmış şeirlərini oxuduqda bir az da 

kövrəlirik elə bil. Onun qəlb gözüylə baxırıq ana təbiətə. 

Sanki yaz, bahar  bir ayrı gəlmiş yurdumuza, çiçəklər- 

güllər, yam-yaşıl düzlər bir ayrı gözəldir. Məmləkətimizin 

lap ucqar bir kəndində açan bir çiçəyin ətri, bir şehin 

şəffaflığı, bir yamacın qoxusu bütün yurda yayılır, bir 

bülbülün cəh-cəhi hər yerdə eşidilir sanki şairin gözlərində. 

Səhər  yeli pəncərəmi döyür yenə, 

Qızıl günəş sığal verir tellərinə. 

Qaranquşlar oxuduqca dönə-dönə, 

Hər şey xəbər verir bizə:bahar  gəlir. 

   


Mədinə Gülgün həyat eşqi ilə pərvazlanan bir xanım idi. 

Yer, torpaq, hava, iqlim, ana təbiət, göy, asiman, bütün 

canlılar, bir sözlə ulu tanrının yaratdığı hər bir varlıq 

Mədinə Gülgünü ruhlandırır və onun incə, zərif köksündən, 

həssas qəlbindən bir gül ləçəyi tək qopub ağ vərəqlərə, o 

dilsiz, lal səhifələrə süzülüb onları dilə gətirir, həyat verirdi. 

Şairin digər şeirinə nəzər salırıq. Sanki şeirin özü də bir 

nəğməyə cevrilib  dilimizdən qəlbimizə pərvazlanır.  

Bahar gələr, nazı artar güllərin,  

Yuxuları sona çatar güllərin. 

Sinəsində şəbnəm yatar güllərin, 

Susan könlüm nəğmələrlə dinər bil, 

Ürək nəğmə dünyasına dönər, bil. 



 

 



 

Bəli, Mədinə Gülgünün qırx illik poeziyası insanı yüz illərlə 

düşünməyə sövq edir. Onun əsərlərində fəlsəfi fikirlər, 

vətənə, insana, insanlığa, əməyə, elmə sövq edən tərənnüm 

bariz şəkildə görünməkdədir. Vətən həsrəti, mübarizə eşqi, 

sülh, azadlıq, ideyaları şairənin yaradıcılığının ana xəttini 

təşkil edir. Mədinə Gülgün həmişə coşqun, həmişə kövrək, 

həmişə ilhamlıdır. Bu gün Gülgün kimi şöhrət tapmış 

Mədinə Ələkbərzadənin  ilk qələm sınaqları 40-cı illərin- 

əvvəllərindən qəzet və jurnal səhifələrində görünməyə 

başlamışdır. Bu dünyada hərənin baxtına bir ömür payı 

düşür. Mədinə Gülgünün də baxtına şair ömrü düşdü. O, 

ədəbiyyatımıza özünə məxsus tərzi, üslubu ilə yenilik, 

gözəllik, xüsusi zənginlik bəxş edən  bir xanım şairimiz idi. 

Əminik ki, zəngin ədəbi irs qoyub getmiş Mədinə Gülgünün 

sələflərinin döyüş və sənət ənənələrinə sadiq olan nəsillər 

onun Vətənə sevgi, döyüşə və mübarizəyə çağırış nidalı 

qələm məsullarını dövrün xitabət kürsülərindən inam və 

şairə tükənməz məhəbbət hisləri ilə indiyə qədər olduğu 

kimi, həmişə səsləndirəcəklər.  Altmış beş il yaşamış  bu 

şair neçə- neçə ədəbi-bədii mənzərələr, müdrik fəlsəfi 

fikirlər yaratdı.

 

Sən dünyanı dolan, gəz, 



Bu dünyaya inan, gəz, 

 

 



Bir toxum da cücərməz 

Məhəbbət olmayanda...    

...Bir sənətkar getdi dünyadan. Şairə ürəyini həsrət odunda 

damla -damla əridib şeirə çevirib bizə, gələcək  nəsillərə 

qoyub getdi. Və nə vaxt ki, onun şeirlərini oxuyub sevincini, 



 

10 


 

kədərini duyacağıq, qəlbimizi onun sənəti isidəcək, Mədinə 

Gülgün o qədər  yaşayacaq. Şairə həsrətini, kövrək qəlbinin 

nisgilini özü ilə aparıb getdi. Vətəndaşı olduğu o poeziya 

ölkəsini isə tərk etmədi, əksinə orada özünə əbədi  bir yer 

tutdu.    

Ey ətri ürəyə məlhəm qızılgül, 

Sənə heyran olub aləm qızılgül. 

Sənin pasıbanın tikanlarındır, 

Mənim silahdaşım qələm qızılgül. 

 

 



 

11 


 

Nümayiş olunacaq kitablar: 

 

  



 


 

12 


 

 

 



     Görkəmli şəxsiyyətlər Mədinə Gülgün haqqında 

Sevgidə sədaqət, əhdə vəfa, həyat eşqi, insanın ucalığı, ana-

qadın  qəlbinin  minbir  əsrarlı  kəhkəşanı  övlad  məhəbbəti, 

sülh,  əmin-amanlıq  arzuları,  vətən  duyğusu  və  s.  Mədinə 

Gülgünün şeirlərində həmişə öz əksini tapmışdır. 

 

                          Bəkir Nəbiyev 



                                                              Professor 

Gülgün  həmişə  kövrək,  həmişə  ilhamlıdır.  Onun  qəlbində 

vətən  həsrəti,  analıq  duyğuları,  mübarizə  eşqi,  bir  vəhdət 

təşkil  edir.  Ürəyində  belə  gözəl  duyğular  yaşadan  şairənin 

yolu daim yüksəlişədir!  

                                                         Mirvarid Dilbazi 

 

 

                                        Xalq şairi 



 

Mədinə  xanım  kövrək  xanımdır.  Bəlkə  də,  şeirlərindəki 

səmimilik belə bir ürəyə sahib olduğundandır .  

                                                     Nəriman Həsənzadə 

                                                             Xalq şairi 

 

Mədinə  Gülgün  “arzuları  şirin”  o  ana  ehtirası  ilə:  “Mən 



inanıram,  bir  gün  Ərkin  sinəsinə  əbədi  gün  düşəcək.  Gün 

düşəcək...” –deyir. 

                                                               Elçin. 

                                                        Xalq yazıçısı 




 

13 


 

Mədinə Gülgünün yaradıcılığında ürəyin poetik vurğuları ilə 

poetik  anları  qovuşmuşdur.  Bu  yaqradıcılıq  lirik  ruh, 

inqilabi  çağırış,  həyat  eşqi,  sevgidə  vəfa  və  ayrılığın  həzin 

pıçıltıları ilə mənalıdır.   

                                                                    Söhrab Tahir 

                                                            Xalq şairi 

 

Mədinə 



Gülgünün  yaradıcılığı  ilə  tanış  olduqca, 

vətənpərvərliyin  bizə  tanış  hər  elementini  görə,  hər  notunu 

eşidə bilərik.  

                                                Tahir Əhmədalılar  

 

                  Yubiley tədbirlərinin keçirilməsi  



 

 

 



Bu il yanvar ayının 17-də  zərif, müdrik, istedadlı şairəmiz, 

Azərbaycan  poeziyasının inkişafına sərf etdiyi əməyə görə 

dövlət tərəfindən  yüksək qiymətləndirilib “Şərəf nişanı” 

ordeni, Azərbaycan  SSR Ali  Soveti Rəyasət  heyətinin 

fəxri fərmanı ilə mükafatlandırılmış,  eyni zamanda  Asiya 

və Afrika Ölkələri  ilə Həmrəylik Komitəsi idarə heyəti 

Azərbaycan şöbəsinin üzvü Mədinə Gülgünün 90 illik 

yubileyi ilə əlaqədar mədəniyyət və elm ocaqlarında bir sıra  

tədbirlər keçirilməsi nəzərdə tutulur.  F. Köçərli adına RUK- 

sı olaraq, kitabxanamızda da bir sıra tədbirlərin keçirilməsi 

nəzərdə tutulmuşdur.  Bu tədbirlər arasında sərgilər  mühüm 

yer tutur. Sərgidə şairənin kitabları, müxtəlif mətbuat 

səhifələrində onun haqqında nəşr olunmuş məqalələr 

nümayiş olunur. Sərgini müxtəlif başlıqlarla adlandıra 

bilərik. Məsələn: “Mədinə Gülgün-90”, ”Haçansa  yenə yaz 



 

14 


 

gələcək”, “Hələ yorulmamışam vətənçün alışmaqdan, 

yanmaqdan, yanmaqdan...”,  ”Məni ozan etdi  vətənin 

dərdi”, “Həsrətsiz günlərlə əkiz olaydım”, ”Xatirələrimin 

nəğməsi”, “Ürəklərdə, nəğmələrdə yaşayanlar”,  “Dastana 

çevrilmiş həyat”, ”Nənələr və nəvələr”, ”Siz ey Ərdəbildə 

qalan günlərim, illərin əlində talan günlərim”,  ”Elmimin, 

vətənimin sabahına inandım”, “Axırdı önümdən Astara 

çayı...”, “Arzu da bir ömürdür”, “Könlümü ümidlər 

yaşadır”, “Günlər və xatirələr”, “Ömrə yelkən ümidlərim”, 

“Ömrün payız dayanacağı”, ”Könlümdə başlanır sanki toy-

büsat”, “Təbrizin gülləri qönçə, güllər açmaz mən gəlincə”,  

“Beləcə sahilə can atıram mən...” və s. istifadə etmək olar. 

Tədbirlər arasında  sual- cavab gecəsi mühüm yer tutur. Sual 

cavab gecəsini iki hissəli təşkil etmək olar. İlk hissədə 

kitabxanaçı oxuculara qısaca olaraq Mədinə Gülgünün həyat 

və yaradıcılığı haqqında məlumat verir.  Daha sonra isə 

oxuculara yazıçı ilə bağlı suallar təqdim olunur. 



Kitabxanaçı:  Əziz oxucularımız, indi isə sizlərin şairə 

haqqında bildikləriniz və öyrəndiklərinizi yoxlamaq 

məqsədilə sizə suallar təqdim edirik: 

Sual: Uşaqlar, Mədinə Gülgünün hansı kitablari ilə 

tanışsınız? 



Cavab:  ”Ömrün payız dayanacağı”, “Firudun”, “Ömrə  

yelkən ümidlərim”, “Günlər və xatirələr” , ”Könlümü 

ümidlər yaşadır”, “Arzuda bir ömürdür”, “Seçilmiş əsərləri” 

və s.   


 

Sual:  Uşaqlar, şairənin hansı poemalarını oxumusunuz?     


 

15 


 

Cavab:  “Apardı sellər Saranı”, “Ürəklərdə, nəğmələrdə 

yaşayanlar”, “Nənələr və nəvələr”, “Xatirələrimin nəğməsi”, 

“Dastana çevrilmiş həyat”, “Həsrət”, “Savalanın 

ətəklərində”,  “Mənim dostlarım”, “Tarixdən  yarpaqlar”.   



Sual:     Mədinə Gülgünün hansı poemasından Təbriz 

həsrəti süzülür? 



Cavab:    Tarixdən  yarpaqlar poeması 

 

                        Gəl oturaq üz-üzə  

 

   



Sən danış aram-aram. 

 

 



Axı sən danışmasan  

 

 



Mən keçən günlərimdən  

 

 



Necə nəğmə yazaram?! 

 

 



Yadıma Təbriz düşüb, 

 

 



Mənə Təbrizdən danış. 

 

 



Sevgimin ilk qönçəsi, 

 

 



Anamın laylay səsi 

 

 



Axı Təbrizdə qalmış... 

 

 



 Mən Təbrizin bu günü. 

 

 



Sən dünənindən söz aç.  

 

 



Könlüm intizardadır, 

 

 



O sinə dəftərini  

 

 



Varaqla yavaş-yavaş... 

Sual: “Tarixdən yarpaqlar” poemasında hansı tarixi 

şəxsiyyətlərin, azadlıq mücahidlərinin adı çəkilir? 



Cavab:   Səttarxan, Sərdar, Tağı, Nağı, Məmməd. 

Sual:     Sözü gedən əsərdə  Cənubi Azərbaycanımızıın 

Təbriz və daha hansı bölgələrinin adı vurğulanmışdır?  




 

16 


 

Cavab:  Tehran, Şeşgilan, Əhrab, Əmrəxiz, qoca Ərk, 

Dəvəçi məhəlləsi və s. 

 

 

 



Ayılır yorulmuş, təngimiş şəhər 

 

 



 

Ayılır Şeşgilan, Əhrab, Əmrəxiz, 

 

 

 



Ey daş döşəməli  yollar, küçələr,  

 

 



 

Təpiklər altında bərkidiniz siz. 



Sual: Uşaqlar, bu əsərdə sizi kədərləndirən, üzən, sizə daha 

çox təsir edən  hansı  anlar, səhnələr oldu?   

 

Cavab (I oxucu): Vətənçün mübarzə aparan oğullarımızın 

acınacaqlı ölümü, şəhidlik zirvələrinə ucaldılması bizi 

dərindən təsirləndirdi. 

II oxucu.   Bizi ən çox təəsirləndirən sapı özümüzdən olan 

vətəninin çörəyini yeyə-

yeyə,

 

suyundan içə-içə ona 



nankorluq edən, xəyanət edən vətən xainləri 

oldu.Vətəni satmaq nə demək?!... 



Sual:          Uşaqlar, bu qərara necə gəldiniz? 

Cavab:       Fəqət nankorlar da oldu arada,   

                    Bir baxın Dəvəçi məhəlləsinə   



                    Ağ bayraq sallanır damlardan indi 

 

   


        Mirhaşım, ar olsun, ar olsun sənə 

 

        Axı Təbriz sənin ilk beşiyindi. 



  

        Burnundan tökülsün ananın südü, 

 

        Təslim bayrağını qaldıran yerdə. 



 

        Sənə kim öyrətdi, kim fitva verdi, 

 

        Lənət deyəcəkdir sənə göylər də. 



 

                             




 

17 


 

Sual:          Uşaqlar, şairənin daha hansı poeması haqqında   

söhbət açmaq istərdiniz? 



Cavab:     “Həsrət” poemasını deyə bilərik.  

Sual:         Mədinə Gülgünün bu əsəri nə üçün sizin 

qəlbinizə yaxın oldu? 



Cavab:    I şagird. Əsərin sujeti həyatdan götürülmüşdür.  

 II. şagird. Əsərdə  azadlıq, vətən eşqi,  ədalət və 

s. kimi    insani hislər və insani keyfiyyətlər 

tərənnüm olunur. 

  III şagird. Məni ən çox təəsirləndirən, bu əsərə 

   bağlayan  isə, kiçicik bir ürəkdə böyük  bir qəlbin 

   var olmasıdır. 

Sual:   Əsərdəki  mənfi qəhrəmanlar  kimlərdir?   

Cavab: Əsərin mənfi obrazı  Xan özüdür. O, çox 

mərhəmətsiz, kinli, eyni zamanda qəddar insandır. 

Buna misal olaraq:  

 

 

O bacarsaydı əgər 

 

 

Günəşə də, aya da 



 

 

Mənimkidir deyərdi. 



 

 

Kəndin camaatından 



 

 

Günəşin də, ayın da 



 

 

Kirəsin istəyərdi.  



 Sual:  Bu poemada azadlıq eşqi, vətən sevgisi ən çox hansı 

bənddə bariz bir şəkildə  özünü göstərməkdədir? 

 



 

18 


 

                       O bilmirdi bülbülün  

 

 

Qəlbindən nələr keçir  



 

 

Qızıldan da qayırsan 



  

            Qəfəs yenə qəfəsdir. 

 

 

Xan duymurdu bülbülün 



 

 

Dərdini, həsrətini.  



 

 

Xan duymurdu bülbülün  



 

 

Azadlıq arzusunu, 



 

 

Vətən məhəbbətini...             



 

   


 

Kitab müzakirəsi 

Şairə Mədinə Gülgünü məktəblilərə yaxından tanıtmaq və 

sevdirmək üçün F. Köçərli adına Respublika Uşaq 

kitabxanasında kitab müzakirəsi keçirilməsi məqsədə  

uyğundur. Şairənin yaradıcılığına həsr olunmuş bu  

müzakirədə  onun bir sıra şeirlərinin toplandığı Azərbaycan 

Respublikasının Prezsidenti İlham Əliyevin “Azərbaycan 

dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi  

haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr 

olunan və ölkə kitabxanalarına hədiyyə edilən “Seçilmiş 

əsərləri” adlı kitabı müzakirəyə verilə bilər. 

 Müzakirədə ilk olaraq, kitabxanaçı şairə haqqında dəyərli 

məlumatlar verərək, Mədinə Gülgünün ömür yollarından 

söhbət açır.  

Kitabxanaçı: .......Giriş ”Apardı sellər Saranı” adlı poeması 

daxil olmaqla, “Uşaqlıq da həyatdır”, “Yadıma Xəzər 

düşür”,  “Yazılı nağıllar”, “Təbriz küçələri”, “Ağ badam 



 

19 


 

çiçəkləri”, “Azərbaycan”   müxtəlif mövzuların toxunulduğu 

bu kitabda müxtəlif şeirlər toplusu yer almaqdadır. Yüksək 

insani dəyərlərə malik şairənin həm incə, kövrək lirik 

duyğuları, həm də ümumbəşəri və milli ağrılardan doğan 

vətəndaş-şair narahatlığı, şair qəlbinin  təlatümü, milli 

dəyərlərimiz, vətən nisgili, vətən, yurd həsrəti və s. hisləri 

bu kitabda öz əksinin tapmaqdadır. Kitabın ön hissəsində 

şairənin həyat və yaradıclığından bəhs olunur. İstedadlı 

şairəni   ilhama gətirən ilk qığılcım və incə nüanslar 

vurğulanır.Onun ilk əsərlərinə qanad verən , təkan verən 

qəlb hərarəti, istiliyi, arzu və diləyi  bariz bir şəkildə özünü 

büruzə verir.   

Araz axdı, sinəsində 

 

   


od alışdı, 

İnsan kimi dilə gəldi 

   

   


O danışdı. 

Gah lal axdı, gah dalğalar 

 

   


Səddi aşdı,  

Sular coşdu şaha qalxdı bir köhlən tək 

 

   


Hər damcıda n eçə dilək.     

Kitabxanaçı  kitabda olan bir neçə şeir adlarını sadalayır. 

Sonra isə ”Quşlara daş atmayın” şeirini qiraətlə 

məktəblilərə oxuyur.  

 

Quşlara daş atmayın 



            Quşlara daş atmayın, 

 

Qüşlar, ürkər,dağılar. 



            Nağıllı nəğmələri  

 

Birdən yarıda qalar . 




 

20 


 

 

 



Quşlara daş atmayın, 

 

Qoy qonsunlar ağaca 



 

Könül mahnılarını 

 

Oxusunlar doyunca. 



 

 

 



 

Quşlara daş atmayın, 

 

Qırılar qanadları. 



 

Bir cüt qanadlardadır 

 

Onların həyatları. 



 

 

 



 

 

Quşlara daş atmayın, 



 

Balası var quşun da. 

Anasız balaları  

 

Zar-zar ağlar quşun da. 



 

 

 



 

Quşlara daş atmayın,   

Belə zarafat olmaz.   

 

 



 

 

Zarafat dağıdanı  



 

 

 



 

 

Bəzən top da dağıtmaz. 



 

 

 



Quşlara daş atmayın,   

 

 



 

 

Quş dünyası ayrıdır.   



Quşlar çiçəkli yazın 

Gözəl bəstəkarıdır. 

 

   


 

 

Quşlara daş atmayın,  



Güllərin gözü dolar.  

Quşlara daş atmayın 




 

21 


 

Yuvalar quşsuz qalar. 

 

   


 

Quşlara daş atmayın, 

Nəğmələnsin bağ-bağça. 

Sinəmi nişan alın 

 

Quşlara daş atınca. 



Qayğıkeş şairə Mədinə Gülgün bu şeiri böyük həssaslıqla 

yazmışdır. Şeirin hər bir bəndi, misrası şairənin qəlb 

çırpıntılarından, ürək yanğısından yoğrulub sanki. Bu 

Mədinə Gülgün harayıdır. Hər misra bir fəryad, bir etirazdır. 

Quşların ürkməsinə, səf-səf düzümünün dağılmasına belə 

dözə bilməyən şairə quşları məhs aid olduqları yerdə, agac 

başlarında könül mahnılarını oxuyarkən görmək istəyir. 

Şairə istəyir ki, ağac başları yuvasız, yuvalar da  ona pənah 

gətirmiş, köç etmiş quşlarsız  qalmasın. O, sanki duyur 

anasız quşların zar-zar ağlar səsini...Nə acı...  Mədinə 

Gülgün çiçəkli yaz qoxuyan, bahar qoxuyan elçi quşların 

susmasına susa bilməyir. Gözəl şairənin təkcə quşlara ürəyi 

yanmır, eyni zamanda öz bəstəkar sahibini, qəlb yoldaşını, 

könül həmdəmini itirən sahibsiz, həmdəmsiz qalan, ayrılığa 

dözməyən  gözü dolan güllərə ürəyi yanır, qəlbi titrəyir. 

Əsərin ən kulminasiya nöqtəsi isə məhs sonuncu bəndidir. 

Bu bənddə təkcə insan, şair qəlbinin göynərtiləri deyil, bir 

ana fəryadı, mələklərin uçuşduğu, nurunu çilədiyi bir ürəyin 

döyüntüsü  görünür ən bariz şəkildə. Sinəsinin belə daşlara 

tuş gəlməsinə razı olan şair ürəyi quşların qanadlarının 

sınmasına razı ola bilmir, onların bu aqibətiylə, bu tale 

yüküylə barışmır, nəticədə  isə, belə gözəl, fəlsəfi, ibrətamiz 

əsər yaranır. Əziz məktəblilər, düşündükdə ki, məhs  bu 



 

22 


 

şeirə görə neçə-neçə nəğməkar quşlarımızın avazı susmur, 

cəh-cəhi əksilmir, bunun üçün qayğıkeş şairə Mədinə 

Gülgünə yalnız sonsuz təşəkkür borcumuz olduğunu 

görərik.  

                         Ədəbi - bədii gecə  

Mədinə Gülgünün atəşindən bir qor, bir qığılcım almaq 

üçün, onun gözəl şeirlərini bir daha dinləmək, bir daha hiss 

etmək üçün  ədəbi-bədii gecə keçirmək məqsədəuyğundur. 

“Bir torpaq üstündə doğulmuşuq biz. Bir qolum Bakıdır, bir 

qolum Təbriz” başlığı  altında ədəbi-bədii gecə keçirilir. 

Tədbirin birinci hissəsi ədəbi, ikinci hissəsi isə bədii olur. 

Birinci hissədə çıxışlar və məruzələr dinlənilir, qonaqlara 

söz verilir. İkinci hissədə isə, Mədinə Gülgün yaradıcılığına 

müraciət  olunur.

 

Tədbirə bir çox şair və yazıçılar, Əməkdar  



incəsənət xadimləri, eyni zamanda ədəbiyyat müəllimləri və 

şagirdlər dəvət olunur. Eyni zamanda,

 

sözü gedən kitabın ön 



sözünü yazan, hisləri, düşüncələri ilə kitaba rəngarənglik 

bəxş edən xalq yazıçımız Elçin Əfəndiyev də gecəyə dəvət 

oluna bilər. İlk olaraq sözü kitabın müqəddiməsini yazan 

dəyərli yazıçı Elçin Əfəndiyevə söz verilir.Tədbirdə şairənin 

qələmə aldığı, toxunduğu hər bir mövzu haqqında söhbət 

açılır. Səhnə Mədinə Gülgünün şeirləri və onun haqqında 

yazılmış sitatlarla bəzədilir. Mədinə Gülgünün portreti 

səhnənin divarından asılır. Səhnədən asılan portretin  önünə 

gül dəstəsi qoyulur.  Şairənin şeirləri dinlənilir, 

poemalarından kiçik hissələr  səhnələşdirilir. 

 

 



 

23 


 

 

 



Aparıcılar səhnəyə daxil olur. 

I aparıcı:     Əziz və hörmətli qonaqlar! Sizi F. Köçərli 

adına Respublika Uşaq Kitabxanasında  xoş 

gördük! Bu gün hamımız buraya  kövrək 

ruhlu, usta qələm, incə qəlb sahibi  gözəl  

şairəmiz Mədinə Gülgünün istisinə yığılmışıq. 

Ondan söhbət açmağa, şeirlərini dönə- dönə 

dinləməyə, bir sözlə, onun qaynar qəlbindən 

bir parça qor almaq üçün toplanmışıq. 

II aparıcı:    Mədinə Gülgün 1926-cı il yanvarın 17-də      

Bakıda fəhlə ailəsində anadan olmuşdur.”Hələ 

uşaq ikən eşitdiyi, məktəb yaşlarında oxuduğu 

gözəl şeir nümunələri Mədinə Gülgün  

qəlbində poeziyaya  sönməz  məhəbbət çırağı 

yandırmışdır. Uşaqlıq illərindən  ilham pərisi 

onu qanadlarına alaraq göylərə pərvaz etmiş və 

ən ülvi hissi, yazıb -yaratmaq eşqini onun 

kövrək qəlbinə hopdurmuşdur.  

I aparıcı: 

Ömrünü aydan,  ildən,   

 

 

 



 İlhamı doğma dildən, 

                       Xeyir- duanı eldən 

   

Alıbdır şeirim mənim. 



 

 Bəli, Mədinə Gülgün poeziyası əzəmətini dağlardan, 

 bərəkətini bağlardan, ahəngi bulaqlardan, ətrini 

 çiçəklərdən, qəzəbini şimşəklərdən, atəşi ürəklərdən, 

  kövrəkliyi buluddan, lal durmağı sükutdan, hikməti 



 

24 


 

  babalardan, sadəliyi nənələrdən yoğrulmuşdur. 

 

II aparıcı: Hər kəsin qismətinə bir tale yazan, bir ömür yolu 



                bəxş edən  uca tanrımız  kövrək ruhlu, əli qələmli 

                şairəyə də  keşməkeşli, enişli- yoxuşlu, yazıyla- 

                boranıyla, baharıyla-qışıyla, sevincli- kədərli bir 

                ömür yolu bəxş etdi. O ömür yolu ki, orda vətən 

                həsrəti, ana nisgili, yurd özləmi, qəlbin gizli 

    üsyanı, hayqırtısı vardı. Bir qəlbdə ki, daim işaran,   

   var olan, şam kimi yanan, lakin heç zaman əriyib        

   yox olmayan ümid vardı.O ümid ki, bir an belə  

   şairənin bütün mənliyini tərk etmədi.. Lap sonuncu  

   mənziləcən Mədinə Gülgünlə qoşa addımladı  

   inamlar, ümidlər.  

 

  Vüsal ver, yandım, dedim, 



 

  Vüsalı şərbət edim, 

 

  Mən içim udum-udum, 



 

  Ay sevincim, umudum.  

I aparıcı: O tale yolu ki, mübarizə, əzm, həyat eşqi, gözəl 

         hislərlə, sevmək, sevilmək hissi, duymaq 

hissi,təbiətə, həyata qəlb gözüylə baxmaq imkanı, 

bu gözəl dünyamızı mənalı yaşamaq və gözəl 

qələmi, nikbin poeziyası  ilə ölümsüzlük zirvəsinə 

ucalmaq qisməti düşdü ömür payına. 

 

   


Mən nə güləm, nə çiçəyəm   

 

   



Nə də əsən bir küləyəm. 

                                    Ötsən bizim ellərə de-                                                

 

   


Mən yenə də gələcəyəm. 

 

 



 


 

25 


 

 

 



II aparıcı:Görkəmli şairəmiz Mədinə Gülgün yaradıcılığı 

öz fərdiliyi və rəngarəngliyi ilə seçilir, sevilir. 

Şeirlərindəki axıcılıq, ahənglik, nikbinlik, sadəlik 

və bədiilik  oxucu tərəfindən mənimsənilir, 

sevilir. Mədinə Gülgünün ilk yaradıcılığı 

Azərbaycan xalqının azadlıq və milli istiqlaliyyət 

uğrunda  apardığı mübarizə illərinə təsadüf edir. 

Milli- azadlıq hərakatının geniş vüsət aldığı və 

ikinci  dünya müharibəsi dövründə ədəbiyyata 

gələn  Mədinə Gülgünün ilk şeirlərində nəzərə 

çarpan cəhət bu şeirlərin xalqın həyatı və 

mübarizəsi ilə bağlı olması idi. Onun şeirlərində 

başlıca yer tutan hicran, həsrət motivləri də əsasən 

buradan irəli gəlirdi.  

 I aparıcı:   Mədinə Gülgünün poeziyasının əsasını, 

nəğmələrin baş ahəngini xalqa, doğma vətənə 

övlad məhəbbəti, oxucularını ağ günlərə və 

qurtuluş uğrunda döyüşlərə çağırış nidalarını 

başlıca motivlərini təşkil etmişdir. Onun əsərləri 

bir sıra xarici ölkələrin dillərinə tərcümə 

olunmuşdur. Dünya xalqlarının azadlıq və 

istiqlaliyyət uğrunda mübarizısini bir humanist 

şair kimi daim izləmiş, kəsərli sözləri ilə onların 

səsinə səs vermişdir. 

 

   


 

 

 




 

26 


 

 

                                    Eldən-elə körpü olsaq, 



 

   


Müjdə verib, müjdə alsaq

 

   



Yollar üstə şəfəq salsaq 

 

   



Dünya dağılmaz ki, qardaş. 

II aparıcı:        Şairin Bakıda və Moskvada “Təbrizin baharı” 

(1950); ”Savalanın ətəklərində” (1950); 

“Sülhün səsi” (1951); “Yadigar üzük” (1953); 

“Təbriz qızı” (1956); “Firudun” (poema) 

(1963); “Dünyamızın sabahı (1974); ”Durnalar 

qayıdanda”(1983); “Dünya şirin dünyadır” 

(1989); ”Çinar olaydı”, “Arzu da bir ömürdür”, 

“Yora bilməz yollar məni” (1978); “Könlümü 

ümidlər yaşadır” və onlarca digər şeir kitabı 

dərc olunmuşdur. Bu kitabların başlıca 

mövzusu insan, azadlıq, Təbriz həsrəti, 

insanlara canı yanan bir ana  qəlbinin arzu və 

istəkləridir. Onun lirik şeirlərinə mahnılar 

bəslənmişdir.  

I aparıcı: 

Mədinə Gülgün Böyük Azərbaycan şairidir. 

 

Həm bu tayın, həm o tayın. Mədinə Gülgün 



 

“İki sahilin şairəsi” idi. 

 

   


Nə ola qanadlı ləpələr kimi 

 

   



Səfərim sahilə ani olaydı. 

 

   



Rahatlıq tapaydım körpələr kimi, 

 

   



Dəniz əbədilik nənnim olaydı.    

II aparıcı: 

  Mədinə Gülgün yaradıcılığı bahar təravətli , 

bənövşə, novruzgülü qoxuyan, yaz yağışında 

islanmış payız yarpağıdı sanki. Qəribə bir 



 

27 


 

təzadın özüdə, ahənglik yaratmış sanki onun 

poeziyasında. Daim  gələcəyə nikbinliklə, 

ümidlə, həvəslə, sevgiylə, hərarətlə baxan 

şairənin gözlərində özünə məxsus bir hüzün, 

nigaranlıq, həsrət zillənir sanki ağ vərəqlərə. 

Sonu gəlməyən bir hüzün çökür nöqtəyə, 

vergülə. Şeirlər həsrətə boyanır, naləyə 

bürünüb ərşə qalxır və nura çevrilib vərəqlərə 

süzülür. Beləcə,”Dünyaya bir şeir gəlir”. 

 

 

   



Durnalar vida edir 

 

  



 

   


Həsrətə, ayrılığa. 

 

   



Həsrətin acısını 

 

 



 

Yollardan yığa-yığa, 

 

 

 



Yeddi rəngə girirlər  

 

 



 

Göydə bir an içində. 

 

Durnaların bu ülvi 



 

 

 



Qatarında, köçündə  

 

 



 

Dünyaya şeir gəlir. 

I aparıcı:  

Təəssüf ki, nikbin şairəmiz Mədinə 

 

 

Gülgünün qəlbi daim bir nisgillə qoşa 



döyündü. Vətən, doğma yurd həsrəti çəkən, 

hər zaman Təbriz deyə-deyə köks ötürən 

şairimizin yaradıcılığının böyük bir qismi 

məhs bu mövzularla bağlıdı...Təbriz, Təbriz 

və yenə də Təbriz...  

 

 



 

Sazdan, neydən betərəm, 

 

 

 



Nə susar, nə yataram. 

 

 



 

Dərdli-dərdli ötərəm 

 

 

 



Təbrizi görməyincə.  


 

28 


 

                                   Bir digər şeirində: 



                             Deyirəm mən bir də dönsəm Təbrizə, 

 

 



 

Təbrizi bağrıma basaram vallah. 

 

 

 



İnsanlar fərəhlə baxarlar bizə, 

 

 



 

Fərəhlə açılar hər açan sabah. 

 

II aparıcı:      “Əskilər dünyadan bir həsrət, bir qəm” deyən  



Mədinə Gülgünün qəlb sıxıntıları bu və digər 

misralarda aydın görünməkdədi”. Mədinə 

Gülgün bəzən özünü “Dünyanın dərdləri 

doğmadır mənə”, “Dünyanın qoynunda 

çalxalanan gəmi”, ”Hər gün oda qalannam, 

vüsal deyib dolannam” kimi qələmə versə də, 

“Hələlik gəlmirəm mən, Kamınca gülmürəm 

mən” desə də, köhnə xatirələrini, yeni ümidi 

ilə həmahəng edib xəyal dünyasına gözəl bir 

rəsim çəkirdi..  

 

 

 



Bir yanım hicrandır, bir yanım vüsal, 

 

 



 

Bir yanım sevincdir, bir yanım məlal.

 

Məni yenə aldı, apardı xəyal, 



 

 

 



Hanı o xoş illər, ay ellər, ellər. 

I aparıcı:   

Mədinə Gülgün yaz şairi, bahar şairi idi.  

Qaranquşlar sanki başqa diyarlardan ilham 

gətirərdi, yazıb yaratmaq eşqi gətirərdi bu 

aylarda  şairə sanki. Hər yaz  neçə- neçə  şeir 

töhfələri demək idi, Gülgün sevərlərə.  Necə 

ki, baharda ağaclar çiçəklənər, ləçəklərini 

aləmə yayar, yaz vurğunu şairəmiz də bahar 

qoxuyan şeirləri ilə oxucu qəlbində çiçək 

açardı. Bəli, o yaz vurğunu, bahar aşiqi idi.  



 

29 


 

 

 



 

Baharın tər nəfəsində 

 

 

 



Güllər xoş gəldi, xoş gəldi.    

 

Coşub, daşmaq həvəsində 



 

 

 



Sellər xoş gəldi, xoş gəldi. 

II aparıcı: 

İllər ötür, zaman atlı biz isə piyada oluruq 

bəzən. Ömür adlı sarayımızdan kərpiclər  

düşür,  biz bilmədən, hiss etmədən. İllərin 

burulğanlarından dolana- dolana ömür adlı 

səhifəmizi vərəq- vərəq  sonlandırırıq bəzən. 

Bu gözəl dünyanı vaxtlı- vaxtsız tərk edir, 

əbədiyyətə qovuşuruq. Nikbin şairəmiz 

Mədinə Gülgünün də ömrünün üstünə  illər 

yaş gətirirdi. Ömrünün payız fəslini yaşayan 

şairə “Ömrün payız dayanacağı” adlı kitabla 

oxucuları ilə  arsında bir növ körpü qurdu. 

Mədinə Gülgün: “Sizə yeni ərmağanım bu kitabımda 

                          müxtəlif   illərimin, aylarımın, günlərimin 

bəhəri olan  əsərlərim toplanmışdır. Burada 

həm adı, həm  yaşı, həm ünvanı çoxdan 

məlum olan bir sıra əsərlərimlə bərabər, 

həmişə olduğu kimi Vətən torpağından ilham 

alan, neçə-neçə  yuxusuz gecələrimin, 

Təbrizin narahat günləri kimi narahat 

günlərimin əks-sədası, tərcümanı 

olan təzə-tər şeirlərim el-obamla görüşmək             

eşqiylə səfərə çıxmışdır”. 

 

 

 




 

30 


 

 

 



Ömrün  

 

   



təzə dayanacağında  durmuşam. 

 

   



Sinəmdə sözlərin axını. 

 

 



 

 

Təzə nəğmələrlə  



 

 

 



dindirmək istəyirəm, 

 

 



 

sevindirmək istəyirəm 

 

 

 



yenə Vətən torpağını. 

 

 



 

Könlümdə  

  

 

 



yenə gənclik hərarətim. 

 

 



 

Önümdə 


 

 

 



Dostlara açılmış süfrəm. 

 

 



 

Payız səxavətim... 

 

 II aparıcı:    Mədinə Gülgün 17 fevral 1991-ci ildə Bakı 



şəhərində vəfat etmişdir. Həyat adlı ağacın 

65-ci baharını görən, çiçəyini dərən şairə 

Fəxri Xiyabanda  dəfn edilir. İki sahilin şairi 

Mədinə Gülgün “Ölmərəm, ölmərəm mən 

Təbrizi görməyincə” desə də, əhdinə sadiq 

çıxa bılmədi...Ancaq biz inanırıq ki, onun 

ruhu elə o andaca pərvaz etdi, o taylı- bu taylı 

Azərbaycanımızda. Mədinə Gülgün tez tərk 

etdi bizləri, doğmalarını, ən əsası da o inci, 

dür tökülən qələmini. ”Apardı sellər Saranı” 

poemasına qanad verən, can verən şairəmizi 

də bizlərdən elə tale özü apardı... Təəssüf...  

I aparıcı:         Bəli, həyatın acı gərçəyi olan ayrılıq onu 

bizdən ayırdısa da, onun mənalı ömür yolunu, 

örnək həyat fəlsəfəsini, ən əsası da, kövrək 

yaradıcılığını, nəğməli şeirlərini, aşıladığı 

Vətən sevgisini apara bilmədi. O ülvi, təmiz 



 

31 


 

hislər bizimlə qaldı. Nə yaxşı ki, Mədinə 

Gülgün rüzigarı əsdi, keçdi, nə yaxşı ki, 

Mədinə Gülgün çiçəyi açdı, nə yaxşı ki, 

Mədinə Gülgün yağmuru yağdı 

ədəbiyyatımızda və biz o rüzigarın xəfifliyini 

duyduq, o çiçəyin iyindən  çox xoş olduq, o 

yağışın damlasından nur aldıq və Mədinə 

Gülgün dünyasını tanıdıq, sevdik o dünyanı, 

daim də sevəcəyik.   

                                   Mən nə güləm, nə çiçəyəm, 

 

   



Nə də əsən bir küləyəm. 

 

   



Uç bizim ellərə, söylə-  

 

   



Mən yenə də gələcəyəm. 

 

   



Mən yenə də gələcəyəm. 

 

II aparıcı:  İndi isə gəlin oxucularımızın ifasında Mədinə 

Gülgün poeziyasından çox maraqlı şeirə,  

“Mən kiməm” şeirindən hazırlanmış 

səhnəciyə  tamaşa edək.  



Səhnə əsərə uyğun dekorasiyalarla bəzədilir. Səhnəyə şeirə 

uyğun libaslarda, ana, qaranquş timsallı insan, övlad, şair, 

cavan gəlin, dost rollarının ifaçıları gəlir. Səhnədə ilk  

başına ağ örpək atmış ağ saçlı ana rolunda iştirak edən 

şagird başlayır. 

                     



Ana:               Mən kiməmarzusu şirin bir ana, 

 

  Yanar çıraq- çıraq yolumda arzum. 

 

  Mən nəyəm, bənzərəm dan ulduzuna, 



 

 Sübhü gözlərimlə açaram özüm. 




 

32 


 

 

İnsan:            Mən kiməm, qaranquş timsallı insan, 

 

  Müjdəylə uçaram eldən-elə mən. 



 

  Mən nəyəm, sinəsi geniş asiman,  

 

  Nur allam günəşin şəfəqlərindən. 



 

Şair: 

Mən kiməm anamın ilki, əzizi, 



 

Xalqımın bir şair fədaisiyəm . 

 

Mən nəyəm, nəğmələr, sözlər dənizi,  



 

Coşub, dalğalanıb, hey ötəsiyəm... 

 

 

Mən kiməm, bir şair ömrünə həmdəm, 



 

Yolumuz da birdir, bəxtimiz də bir. 

 

Mən nəyəm, bir dünya sevincəm, qəməm, 



 

Məni qəm dondurur, sevinc isidir. 

 

 

 



 

Cavan gəlin:  Mən kiməm, dünənki bir cavan gəlin, 

 

Bu günü oğullu, gəlinli ana. 

 

Mən nəyəm, özüyəm bir xoş əməlin, 



 

Alqış bu əməlin sonsuzluğuna. 

 

 

Dost: 



Mən kiməm, dotuma dostam, köməyəm, 

 

Xoşdur dost yolunda dara da düşmək. 



 

Mən nəyəm, məhəbbət dolu ürəyəm, 

 

Çağla məhəbbətlə, çağla, ey ürək. 



 

 

Başqa bir şagird önə çıxaraq, sonuncu bəndi ifa edir. 



 

 


 

33 


 

 

Mən kiməm, bu doğma yurdun övladı, 

                      Gücü bu torpaqdan alıram hər dəm.  

 

 Mən nəyəm, bir quşun qoşa qanadı, 



 

 Mən bu qanadlarla  yüksələcəyəm,   

 

  Yüksələcəyəm... 



I Aparıcı:    Azərbaycanın azadlığı  və ərazi bütövlüyü 

mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi 

daxil olmuş 1990-cı ilin 20 yanvarında 

ölkəmizə qarşı ərazi iddiaları irəli sürən 

Ermənistanın  təcavüzkar hərəkətlərindən və 

keçmiş SSRİ rəhbərliyinin onlara 

havadarlığından hiddətlənən, Bakının 

küçələrinə və meydanlarına çıxaraq buna öz 

qəti etirazını bildirən geniş xalq kütlələrinə 

qarşı sovet ordusunun döyüş hissələrinin 

yeridilməsi Azərbaycanda misli görünməmiş 

faciəyə gətirib çixardı. Həmin

 faciəli 

günlərdə öz ölkəsinin, xalqının azadlığını, 

şərəf və ləyaqətini hər şeydən uca tutan mərd 

vətən övladları canlarından keçərə  şəhidlik  

zirvəsinə ucaldılar. Xalqın qan yaddaşında 

ümumxalq hüzn günü kimi  həkk olunan bu 

faciə bütün hər kəsi sarsıtdı. 

II aparıcı:   Bu dərin kədər eləcə də, Mədinə Gülgün  

qəlbini yaraladı. Bir vətəndaş, bir qadın, bir    

ana kimi, bir şairə kimi Mədinə Gülgün ürəyi 

üsyan etdi bu  haqsız, ədalətsiz misli 

görünməmiş, faciəyə.Və üsyanın, hayqırışın 

hər biri  bir misraya, bir bəndə çevrilib yağdı 




 

34 


 

göz yaşı kimi vərəqlər üzərinə.Yağdı, yağdı 

və misralar bəndə, bəndlərsə, şeirə döndü. 

Gəlin, şagirdlərin səhnələşdirdiyi bir qəlbin qəmindən 

yoğrulmuş, fəryadından su içmiş “Şəhid balalara” adlı şeirə 

tamaşa edək. Səhnədə bir neçə şagird cansız bədənləri  qan 

içində yerə yıxılmışdır. Onlar yağı gülləsinə tuş gələn və  

yenicə o müqəddəs zirvəyə yüksələn şəhidlərimizdir. O 

məsum fidanlar vətən yolunda canlarından keçmişlər. Qara 

baş örtüklü ana böyük bir çaşğınlıqla dilində ahu-nalə, 

fəryadlarla səhnəyə daxil olur. Qatil gülləsinə tuş gəlmiş 

şəhid balalara bir-bir yaxınlaşaraq əyilir və onları 

oxşayaraq şeirə başlayır. 

 

Ana:             Dərdimi necə deyim,vallah deyə bilmirəm, 

  Mən necə üsyan edim yerə-göyə bilmirəm. 

  Başıma qara salıb, qara geyə bilmirəm, 

  Bu şəhid balaların ölən çağı deyildi. 

Sonra, göz yaşları içərisində başqa bir şəhidə doğru  

əyilərək şeirin ikinci bəndinə  başlayır. 

  

Ağlatdılar daşı da, torpağı da ay Allah,



 

  Sındırdılar bir körpə budağı da ay Allah. 

 

  Bağlı qaldı neçə bəy otağı da, ay Allah, 



 

 

 



Bu şəhid balaların ölən çağı deyildi. 

 

Ana ayağa qalxır, əynindəki gəlinliyi qana bulaşmış yeni 



 gəlin Fərizəyə yaxınlaşır. Ehtiyatla onun başını dizləri üstə 

 qoyaraq şeirinə davam  edir. 

 

 

 



 

35 


 

 

 



Bir gəlinin əlindən getməmişdi hənası, 

 

 



Bir gülləyə dağıldı onun ömür dünyası. 

 

 



İndi analar tutur oğul yası, qız yası, 

 

 



Bu şəhid balaların ölən çağı deyildi. 

Ana ayağa qalxıb ətrafa nəzər salır, kədərli baxışlarla və 

 şeirinə davam edir. 

 

 



 

Dayanmışam kədərlə məzarların önündə, 

 

 

Dönür göz yaşlarına göydə duman da, çən də.



 

Dünya mənə dar gəlir elimin dar günündə.   

 

Bu şəhid balaların ölən çağı deyildi. 



Sonra ana ayağa qalxır və göz yaşlarını silərək daha bir 

bəndi deməyə başlayır. 

Ana                Dayanmışam gözümdə iki damla yaş mənim, 

 

 



İçimdə haray salan tufan mənim, qış mənim. 

 

 



O güllələr dəyəydi bu sinəmə kaş mənim,-  

 

 



Bu şəhid balaların ölən çağı deyildi. 

 

Səhnənin bir kənarına məktəbdən gələrkən düşmənin 



amansız qəzəbinə tuş gələn məsum şagirdlərin  çantalarını 

yerdən götürür və həmin körpə fidanlara yaxınlaşaraq 

şeirin sonuncu bəndini göz yaşları içərisində deməyə 

başlayır. 

Ana:                   Hələ çoxlu fidanın boy atası vaxtıdır, 

                Quşların körpələri  oyadası vaxtıdır, 

 

 

    Çox ananın kam alıb, toy tutası vaxtıdır,   



 

    Bu şəhid balaların ölən çağı deyildi 

Tamaşaçıların alqış sədaları altında məktəblilər səhnədən 

 ayrılırlar. 


 

36 


 

 

                   İstifadə olunan ədəbiyyat siyahısı: 



1.Gülgün M. Günlər və xatirələr. Şeirlər və poemalar.-B.: 

Azərbaycan  Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatı,1959-

150 s. 

2.Gülgün M. Firudun poema.- B.. Azərbaycan Dövlət 



Nəşriyyatı,1963-64 s. 

3.Gülgün M. Arzu da bir ömürdür. Şeirlər və poemalar.-

B.:Gənclik,1976.-277 s. 

4.Gülgün M. Ömrə yelkən ümidlərim. Şeirlər və poemalar.-

B .:Gənclik,1981-104 s. 

5.Gülgün M. Ömrün payız dayanacağı.Şeirlər və poemalar. 

 B.:Yazıçı,1983-237s. 

6.Gülgün M. Könlümü ümidlər yaşadar. Şeirlər və 

poemalar.-B.:Gənclik, 1984-254 s. 

7.Gülgün M. Dünya şirin dünyadır.-B.:Gənclik,1989.-200 s. 

8.Gülgün M. Mən bu ömrü yaşadım. Şeirlər. 

 B.:Tədris,1997.-87 s. 

9.Gülgün M. Seçilmiş əsərləri. Şeirlər və poemalar.-B.:   

Şərq-Qərb , 2004 -224s.       

                  Əsərləri dövrü mətbuatda: 

1.Gülgün M. Azərbaycan: Respublika gününüz mübarək // 

 Göy qurşağı. -2010. -№3 (may-iyun).-S.3. 

2.Gülgün M. Bir gün : Azəroğluna / M. Gülgün// Ədəbiyyat 

qəzeti.-2009. 27 fevral.-S.3. 

İnternetdən: 

Google.az  

 

 



 

 


 

37 


 

“Aparın Təbrizə, Salmasa məni, Ölərəm, el yada 

salmasa məni” Mədinə Gülgünün 90 illik yubileyi 

münasibəti ilə Respublika uşaq kitabxanaları  üçün 

hazırlanmış metodik vəsait 

 

 



 

 

 

 

Kompyuter yığımı 

və dizayn:                              Aynurə Əliyeva 

 

 

 

Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 

E-mail: childlibbaku@yahoo.com 

URL:www.clb.az 



 

 

 

F.Köçərli adına Respublika  

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 

Çapa imzalanmışdır: 

Tirajı: 

Pulsuz  


 

 

   



 

  

   



 

 

 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə