Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi



Yüklə 307,32 Kb.
Pdf görüntüsü
səhifə1/10
tarix30.12.2017
ölçüsü307,32 Kb.
#18652
  1   2   3   4   5   6   7   8   9   10


 

 



AZƏRBAYCAN  RESPUBLİKASI  MƏDƏNİYYƏT VƏ TURİZM 

NAZİRLİYİ 

       

 F. KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI 

                         

ELMİ-METODİKA ŞÖBƏSİ 

 

 

 

 

 

 

 

 

 

 

 

   Milli Dirçəliş gününün 25 - ci ildönümü 

münasibətilə 

                                                                                                      

 

 

 

 

 

Milli dirçəlişdən qüdrətli dövlətçiliyə doğru 

(metodiki vəsait) 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı - 2012 

 


 

 



 

 

 



 

 

 



Tərtib edəni:  

Ruhiyyə Məmmədli- 

F.Köçərli  adına  Respublika 

Uşaq Kitabxanasının baş kitabxanaçısı 

 

Redaktor: 



Fizurə Quliyeva-   

F.Köçərli  adına  Respublika 

Uşaq Kitabxanasının direktoru 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

Tərtibçidən 



 

        


17  noyabr  dövlətimiz  və  xalqımız  tərəfindən  “Milli  Dirçəliş  Günü”  kimi 

qeyd  edilir.  1988-ci  il  noyabrın  17-də  xalq  Bakı  şəhərində  Azadlıq  meydanına 

axışmaqla 70 il  Azərbaycanı  müstəmləkə əsarətində saxlayan Sovet  imperiyasına 

qarşı ilk kütləvi etiraz səsini qaldırdı. Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ 

Muxtar  Vilayətində  başlamış  erməni  separatizmini  və  terrorunu  dəstəkləyən, 

ermənilərin Azərbaycana qarşı torpaq iddialarına rəvac verən, Azərbaycan xalqının 

hüquq və  mənafelərini qorumayan bir rejimə qarşı kütləvi xalq hərəkatı məhz 17 

noyabrda  başlandı.  Həmin  gün  Azərbaycan  xalqı  bir  yumruq  kimi  sıx  birləşərək 

bütün dünyaya sübut etdi ki, o, azad olmağa layiq xalqdır. Müstəqil Azərbaycanın 

dövlət səviyyəsində qeyd etdiyi bayramlar içərisində Milli Dirçəliş günü xüsusi yer 

tutur.  Məhz bu vəsaiti Milli Dirçəliş günü münasibətilə sizə təqdim edirik. Vəsaiti 

sizə  təqdim  etməkdə  əsas  məqsədimiz  oxucuların  bu  gün  haqqında  olan  

məlumatlarını  daha  da  artırmaqdır.  Milli  Dirçəliş  günü  ilə  bağlı  keçiriləcək 

tədbirlər  haqqında  məlumatlarla  kitabxana  işçiləri  vəsaitimiz  vasitəsilə  yaxından 

tanış ola bilər və işini qura bilər.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

I.



 

Milli dirçəlişdən qüdrətli dövlətçiliyə doğru. 

 

     


XX  əsrin  80-cı  illərinin  ortalarından  etibarən  keçmiş  SSRİ-də  baş  vermiş 

ictimai-siyasi  proseslər  nəticəsində  Azərbaycanın  müstəqillik  qazanması  üçün 

geniş  imkanlar  yaranmışdı.  Ermənistanda  və  Qarabağın  dağlıq  hissəsində  azəri 

türklərinə  qarşı  yönəldilmiş  soyqırımı  Sovet  ordusu  tərəfindən  dəstəklənirdi.  O 

zamankı  SSRİ  rəhbərliyinin  məkrli  qonşularımız  ermənilərlə  əlbir  olub  Dağlıq 

Qarabağı  Azərbaycandan  işğal  edərək  Ermənistanın  nəzarətinə  verməsi  

istiqamətində atdığı addımlar  xalqın səbir kasasını daşırmışdı. Xalqımız imperiya 

buxovlarından,  əsarət  zəncirindən  azad  olmaq  istəyirdi.  Bu  mübarizələr  yolunun 

sona  çatmasını  isə  Azərbaycan  xalqı  “dirçəliş”  günü  adlandırdı.  Müstəmləkə 

əsarətindən  cana  gəlmiş  xalq  hər  şeyə  qadir  olduğunu  göstərdi.  Azərbaycanda 

meydan  hərəkatı  geniş  vüsət  aldı.  Bu  milli  hərəkat  xalqın  dirçəlişiydi.  Çox 

mütərəqqi,  inqilabi,  demokratik  hərəkatın,  oyanışın  başında  əsl  vətənpərvərlər 

dururdu.  Xalqın  müqəddəs  arzuları,  ümidləri  puça  çıxmışdı,  ölkədə  vətəndaş 

itaətsizliyi, vətəndaş qarşıdurması yaranmışdı, qan tökülürdü. Təpədən-dırnağadək 

silahlanmış  erməni  quldurları  əliyalın,  dinc  əhalini  müdhiş  bir  amansızlıqla  qətlə 

yetirirdilər.  Qaniçən  vəhşilər  heç  kimə  –  qocalara,  körpələrə,  hətta  hamilə 

qadınlara  belə  aman  vermirdilər.  Vəzifə  kreslosunu  qoruyub  saxlamaq  naminə 

Moskva qarşısında  yaltaqlanan və acizlik göstərən o zamankı rəhbərlik xalqın və 

vətənin həqiqi mənafeyi keşiyində dura bilmirdi. Bütün bu ədalətsizliklər və ərazi 

bütövlüyünə  edilən  qəsdlərlə  razılaşmayan  Azərbaycan  xalqı  17  noyabrda  ayağa 

qalxdı.  Həmin  günlərdə  “Meydan  hərəkatı”  adını  almış  bu  hərəkatla  Sovet 

müstəmləkə  rejimi  şəraitində  repressiyalara  məruz  qalmış  milli  şüur  yenidən 

oyandı, özünüdərkə doğru bir dönüş başlandı. 

Xalq hərəkatı təkcə Bakıda deyil, Naxçıvan, Gəncə və Lənkəranda da kütləvi 

xarakter  aldı.  Respublikamızın  bütün  şəhər  və  rayonlarını  bürümüş  qüdrətli  xalq 

hərəkatı  kommunist rejimini  Azərbaycandan  süpürüb atmaq  təhlükəsi  yaratmışdı. 

Xalq  hərəkatı  bütün  əzəməti  ilə  göz  qabağında  idi.  Bundan  qorxuya  düşən 

imperiya  başçıları  noyabrın  24-dən  25-nə  keçən  gecə  Bakıya  qoşun  yeritdilər. 

Komendant  saatı  tətbiq  olundu.  Lakin  xalq  geri  çəkilmədi.    Sovet  rejimindən 

Ermənistanda  və  Qarabağın  dağlıq  hissəsində  erməni  separatçılığına  və 

terrorizminə  son  qoymaq,  Azərbaycanın  ərazi  bütövlüyünü  təmin  etmək, 

sərvətlərimizin  talan  edilməsini  dayandırmaq  kimi  tələblərlə  başlamış  “Meydan 

hərəkatı”  tezliklə  Azərbaycanı  müstəqilliyə  çağıran  şüarlara  keçdi.  Meydanda  

Azərbaycan Xalq  Cümhuriyyətinin üçrəngli, ay – ulduzlu bayraqları dalğalandı. 

Lakin  qüvvələr  hələ  qeyri-bərabər  idi.  İmperiya  daxildən  laxlasa  da,  hərbi 

iqtidardan  düşməmişdi.  Qüvvələri  gələcək  azadlıq  mübarizəsi  üçün  qoruyub 

saxlamaq  lazım  gəlirdi.  Dekabrın  4-dən  5-nə  keçən  gecə  Sovet  ordusu  “Meydan 

hərəkatı”  nı  yatırtmağa  nail  oldu.  Minlərlə  azadlıqsevər  insanlar  həbs  edilərək 

zindanlara  salındı.  Lakin  xalqın  mübarizə  əzmini  qırmaq  mümkün  deyildi.           

Azərbaycanın  müstəqilliyinə  doğru  uzanan  yol  17  noyabrdan  –  Azadlıq 

meydanından  başlanırdı.  Az  sonra  tarix  öz  sözünü  dedi.  Azərbaycan  yenidən  öz 



Yüklə 307,32 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə