Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi



Yüklə 307,32 Kb.
Pdf görüntüsü
səhifə10/10
tarix30.12.2017
ölçüsü307,32 Kb.
#18652
1   2   3   4   5   6   7   8   9   10

25 

 

kasasını  daşırmışdı.  Həmin  vaxt  Ermənistanda  yaşayan  200 



mindən  artıq  azərbaycanlıya  qarşı  soyqırım  törədildi,  onlar  öz 

döğma  torpaqlarından  deportasiya  olundular.  Ermənilər  və 

onların  havadarları  ona  görə  qol  –  qanad  açmışdılar  ki, 

Azərbaycan  xalqının  təhlükəsizliyinin  və  inkişafının  qarantı 

olan Heydər Əliyev 1987– ci ilin payızında SSRİ rəhbərliyindən 

və  Siyasi Büronun üzvlüyündən uzaqlaşdırılmışdı.  80-cı illərin 

sonunda  keçmiş  SSRİ  məkanında  gedən  proseslər  Azərbaycan 

xalqının  da  milli  özünüdərkinin  inkişafına  təkan  vermişdi. 

Azərbaycan  xalqı  ona  edilən  ədalətsizliklərə  qarşı  etirazını 

bildirmək,  öz  haqq  səsini  ucaltmaq  üçün  küçələrə  və 

meydanlara çıxmışdı. 

I Aparıcı:        

Müstəmləkə əsarətindən cana gəlmiş xalq isə hər şeyə qadir 

olduğunu  göstərdi.  Azərbaycanda  meydan  hərəkatı  geniş  vüsət 

aldı.  Bu  milli  hərəkat  xalqın  dirçəlişiydi.  17  noyabr  hadisələri 

milli azadlıq hərəkatımızı dirçəltdi və xalq özünü tanıdı.  Xalqın 

mövcud  rejimə  və  onun  yerli  rəhbərlərinə  qarşı  inamı 

tükənmişdi.  Ona  görə  də  küçə  və  meydanlara  axışan  xalqın 

içərisindən  ayrı-ayrı  adamlar  irəli  çıxıb  etiraz  dalğasına 

müəyyən  istiqamət  verirdilər.  Rejimdən  narazı  yüz  minlərlə 

insanların  Azadlıq  meydanına  toplaşması  laxlamaqda  olan 

SSRİ-nin  rəhbərlərini  təşvişə  salırdı.  Noyabrın  17-sindən 

etibarən  kulminasiya  həddinə  çatan  etiraz  dalğasını  yerindəcə 

boğmaq  üçün  bütün  vasitələr  işə  salınmışdı.  SSSRİ  DTK  -sı 

xalq hərəkatını öz istədiyi səmtə yönəltmək, onu idarəolunmaz 

hala gətirmək üçün bütün vasitələrdən istifadə edirdi. Meydanı 

idarə  edənlər  arasına  xüsusi  agentlər,  təfriqəçilər  yeridilmişdi. 

Nəhayət,  meydan  hərəkatı  dekabrın  5-  də  imperiya  tanklarının 

müdaxiləsi  ilə  yatırıldı.  Yüzlərlə  insan  zindanlara  atıldı.  Lakin 

xalq birdəfəlik oyandı, öz haqqını daha qətiyyətlə tələb etməyin 

yollarını aradı. Ona görə də noyabrın 17-sini Milli Dirçəliş günü 

kimi qeyd etməyə bütün Azərbaycan xalqının haqqı var.  

I Aparıcı: 

İndi  isə  gəlin  balaca  oxucularımızın  müstəqilliyimiz, 

dirçəlişimiz,  vətənimiz  haqqında  hazırladığı      atalar  sözlərni 

dinləyək: 



Uşaqlar səhnəyə çıxıb bildikləri atalar sözlərini söyləyib, bir–biri ilə 

deyişirlər.Aşağıda nümunə üçün atalar sözlərini veririk.  

          

 

 



El gücü – sel gücü. 

     


 

 

Xalq ilə ol, xalqdan olma. 



     

 

 



Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır. 

     


 

 

Ölkə sahibsiz olmaz. 



     

 

 



Köçən yurdun qədrini düşən yurdda bilərlər. 

     


 

 

Xalq keçən körpüdən sən də keç.      



     

 

 



İgid oğul düşmənə əyilməz. 


26 

 

     



 

 

Dünya tükənər, düşmən tükənməz. 



     

 

 



El atan daşa güc çatmaz. 

     


 

 

Gözsüz yaşamaq olar, vətənsiz yox! 



     

 

 



El igidləri ilə tanınar. 

     


 

 

Xalq atan daş uzağa düşər. 



     

 

 



Qürbət görməyən adam Vətən nədir bilməz. 

II Aparıcı: 

Uşaqlar gəlin Vətən, Azadlıq, Müstəqillik mövzusunda yazılmış 

bayatıları məktəbli oxucularımızın ifasında dinləyək. 

I Oxucu:       

Burda yolum oldu tən, 

                 

Varmı bu yoldan ötən? 

                 

Bu dünyada şirin şey, 

                 

Bir anadır, bir vətən. 

II Oxucu:      

Bu dağlara yol gedər, 

                 

Yağış yağar, sel gedər. 

                 

El–elə söykənməsə, 

                

Yurd dağılar, el gedər. 

III Oxucu:     

Yol vermə yada, Təbriz, 

                

El gedər bada, Təbriz. 

                

Sənin həsrətindəyəm, 

                

Can sənə fəda, Təbriz. 

IV Oxucu:      

Qürbətdə cana yetdim

                

Təng olub sana yetdim. 

                

Vətənə dönən günü 

                

Dinə, imana yetdim. 

I Oxucu:       

Araqçını yan qoydum, 

                

İçinə biyan qoydum. 

                

Vətənə kəc baxanın 

                

Ürəyinə qan qoydum. 

II Oxucu:     

Dağ başında qara bax, 

                

Üstün alan sara bax. 

                

Aləm cənnətə dönsə, 

                

Mənə xoşdur Qarabağ. 

III Oxucu:     

Yağı gəldi yanıma, 

                

Susamışdı qanıma, 

                

Döndüm qürbət ellərdən, 

                

Qüvvət gəldi canıma. 

IV Oxucu:     

Eləmi alçaq yağı, 

                

Silahın al, çax, yağı. 

                

Namərdə meydan verir

                

Namərddən alçaq yağı. 

I Oxucu:     

Mən aşiq xan sarayı, 

                

Bürüyüb qan sarayı. 

                

Şuşa o Şuşa deyil, 

                

Dağılıb Xan sarayı. 




27 

 

II Oxucu:      



Aşıq bağrı qan ağlar, 

               

Cəsəd ağlar, can ağlar. 

               

Batıb İsa bulağı, 

               

Cabbar ağlar, Xan ağlar. 

III Oxucu:     

Aşıq düyün bağladı, 

                

Sinən düyün – dağladı. 

                

El köçü yola düşdü

                

Boş qalan yurd ağladı. 

IV Oxucu:    

Bu elin adı nədi? 

                

Dostu nə, yadı nədi? 

                

Qürbət eldə bilmədim 

                

Ağzımın dadı nədi. 

I Oxucu:       

Bu yoldan ötən yaxşı, 

                

Geyməyə kətan yaxşı. 

                

Gəzməyə qərib ölkə

                

Ölməyə vətən yaxşı. 

Daha sonra tədbirdə sözləri Nəbi Xəzrinin, musiqisi Müslüm Maqomayevin olan 

“Ey əziz Anam,  Azərbaycan!” mahnısı səsləndirilir. Mahnı səslənməzdən  əvvəl 

ulu öndər Heydər Əliyevin bu mahnı haqda dediyi sözlər aparıcı tərəfindən 

söylənilir: “Mənə elə gəlir ki, Müslüm Maqomayev bizim gözəl şairimiz Nəbi Xəzri 

ilə birlikdə bu mahnını yazanda, onlar yəqin ki, gələcəyə baxmışlar, çünki bu 

mahnı həqiqətən azad, müstəqil Azərbaycanın himni kimi səslənir.” 

 

II Aparıcı:                 



Tarixi  təcrübə  göstərir  ki,  xalqın  zəngin  mənəvi  – 

intellektual  potensialının,  milli  məfkurə  və  özünüdərk 

hissinin  konkret  zamanda  parlayaraq  üzə  çıxması, 

qərinələr boyu zənginləşən dövlətçilik ənənələrinin vahid 

sistem  halına  gəlməsi  uzunmüddətli  təkamül  prosesinin 

məntiqi  nəticəsi  kimi  reallaşdı.  Yeni  ictimai-siyasi 

formasiyada tarixi məsuliyyəti üzərinə götürən xarizmatiq 

liderlər  xalqın  daim  arzusunda  olduğu  azadlıq, 

müstəqillik və milli dövlətçilik kimi müqəddəs ideyaların 

gerçəkləşməsində  həlledici  rol  oynayır,  bununla  da 

əbədiyaşarlıq hüququ qazanırlar.  1991-ci il oktyabrın 18 

də  Azərbaycan  xalqı  XX  əsrdə  ikinci  dəfə  öz 

müstəqilliyinə 

qovuşdu. 

Xalqın 

milli 


şüurunun 

oyanmasına  təkan  verən  17  noyabrda  başlanan 

hadisələrdən keçən 25 ilə nəzər salsaq, bu illərin nə qədər 

ağrılı-acılı,  eyni  zamanda  şərəfli    bir  dövr  olduğunu 

görmək olar.  

II Aparıcı:               

Ötən  25  ildə  torpaqlarımızın  təxminən  20  faizini 

Ermənistanın  təcavüzü  nəticəsində  müvəqqəti  itirsək  də, 

dövlət  müstəqilliyinin  möhkəmlənməsini  təmin  edə 

bilmişik. 1993-cü ilin iyununda, 1994-cü ilin oktyabrında, 




28 

 

1995-ci  ilin  martında  xaricdən  dəstək  alan  qüvvələr 



dövlət  çevrilişi  həyata  keçirməyə  cəhd  göstərdilərsə  də, 

Heydər  Əliyevin  apardığı  uğurlu  daxili    xarici  siyasət 

nəticəsində  öz  cavablarını  aldılar.  Bu  gün  Azərbaycan 

regionun  güclü  dövlətinə  çevrilmişdir.  İqtisadiyyatımız 

MDB-də  ən  yüksək  inkişaf  surətinə  malikdir.  Həyata 

keçirilən neft strategiyası sayəsində ölkəmizə milyardlarla 

dollar  həcmində  xarici  sərmayə  qoyulmaqdadır.  Siyasi 

sabitliyin  bərqərar  edilməsi,  hüquqi  dövlət  quruculuğu 

istiqamətində  həyata  keçirilən  islahatlar  Azərbaycanın 

Avropa Şurasına qəbul edilməsi ilə nəticələnmişdir. 

I Aparıcı:             

Bu  gün  Azərbaycan  gələcəyə  inamla  baxır.  Möhkəm 

özülü  Heydər  Əliyev  tərəfindən  qoyulmuş  dövlətimizin 

taleyi  etibarlı  əllərdədir.  Heydər  Əliyev  kürsüsünün 

layiqli  davamçısı,  Prezident  İlham  Əliyev  ölkəmizi 

gələcəyə, yeni uğurlara inamla aparır. Bu gün artıq xarici 

ölkələr  də    Azərbaycanın  mövqeyi  ilə  hesablaşır, 

Azərbaycanı tanıyırlar, onu öyrənirlər. Əcnəbi dövlətlərlə 

iqtisadi əlaqələrimizin genişlənməsi, xüsusilə Azərbaycan 

neftinin  istismarı  sahəsində  əməkdaşlığa  dair  bağlanmış 

və  həyata  keçən  müqavilələr  milli  dirçəlişimizin  bir 

təzahürüdür.  Qərbi  ölkəmizə  gətirən  təkcə  “qara 

qızıl”ımız, digər təbii ehtiyatlarımız deyil. Onları həm də 

ölkədəki ictimai-siyasi sabitlik cəlb edir. 

II Aparıcı :            

Böyük  tarixə  malik  xalqımızın  bu  bayramı  milli 

həmrəyliyin,demokratiyanın,  dövlət  müstəqilliyimizin 

qorunması  uğrunda  mübarizənin  təntənəsidir.  Xalqın 

şüurunda  baş  vermiş  milli  oyanış  xarici  siyasət, 

iqtisadiyyat  sahəsində  əldə  olunmuş  uğurların  təzahürü, 

torpaqlarımızın  tezliklə  işğalçılardan  təmizlənməsinin, 

qaçqınların  ata-baba  yurdlarına  qayıtmasının  rəhnidir.    

Azərbaycan  demokratik  inkişaf  baxımından  çox  sürətlə 

irəliyə gedir, deyən İlham Əliyevin fəaliyyətinin təhlilinə 

nəzərən  əminliklə  demək  olar  ki,  ulu  öndər  Heydər 

Əliyevin    siyasi  fəaliyyətinin  davam  etdirilməsi  ictimai 

zərurət 

olmaqla 


yanaşı, 

Azərbaycanın 

dövlət 

müstəqilliyinə əbədi təminatdır.  



I Aparıcı:             

Müstəmləkəçilərin  azadlıq  kimi  ən  ülvi  amalı  məhv 

etmək  cəhdi  yalnız  keçici,  müvəqqəti  uğur  qazana  bilər. 

Bu  gün  tarmar  olmuş  sovet  imperiyasının  xarabalıqları 

üzərində qurulan müstəqil dövlətlər, azad yaşayan xalqlar 

bu  tarixi  həqiqəti  sübuta  yetirdilər.  Tarix  davam  edir. 

Onun  yaddaşına  yeni-yeni  səhifələr  yazılır.  Azərbaycan 

xalqı  üçün  qoca  tarixin  salnaməsində  17  noyabr  azadlıq 




29 

 

hərəkatı tale hadisəsi kimi həmişəlik qalacaq. Çünki xalq 



azad həyatının başlanğıcını məhz o gündən götürmüşdür. 

Hər il noyabrın 17-si respublikamızda Milli Dirçəliş günü 

kimi  qeyd  edilir  və  bu  günün  qeyd  olunması  bütün 

Azərbaycan xalqının mənəvi haqqıdır. Biz fəxr edirik ki, 

hazırda  Azərbaycan  adlanan  müstəqil  dövlətimiz, 

azərbaycan  dili  adlanan  vahid  dilimiz  var.  Artıq 

Azərbaycanın  beynəlxalq  aləmdə  nüfuzu  artmışdır.  Ulu 

öndərimizin  müəyyən  etdiyi  yolla  gedən  xalqı  heç 

şübhəsiz ki, nurlu sabah, bolluq, firavanlıq, əmin-amanlıq 

gözləyir.  

II Aparıcı:             

Azərbaycana  inamla  rəhbərlik  edən  Prezident  İlham 

Əliyev  ulu  öndərin  xilas  edib  inkişaf  yoluna  çıxardığı 

dövləti  daha  da  möhkəmləndirib,  onun  müstəqil  siyasət 

yeritməsini  təmin  edib.  Bu  gün  Azərbaycan,  sözün  əsl 

mənasında,  müstəqil  ölkədir.  Azərbaycan  dünyəvi 

ölkədir. Eyni zamanda, Azərbaycan inkişaf edən ölkədir. 

Xalq  hərəkatının  dalğası  xalqın  taleyi  ilə  alver  edən 

siyasət dəllallarını siyasət  meydanından süpürüb atdı. 17 

noyabr  bir  daha  göstərdi  ki,  bütün  ciddi-cəhdlərə 

baxmayaraq,  azad  yaşamaq  üçün  xəlq  olunmuş  milləti 

müstəmləkə  boyunduruğu  altında  saxlamaq  qeyri 

mümkündür. Zəngin tarixə malik xalqımız artıq neçə ildir 

ki, Milli Dirçəliş gününü bayram kimi qeyd edir. Düz 25 

il bundan əvvəl noyabrın 17-də təxminən iki yüz il davam 

edən  imperiya  sistemindən  cana  doymuş  Azərbaycan 

xalqı  ayağa  qalxaraq  azad  yaşamaq  haqqının  olduğunu 

birmənalı  şəkildə  ucadan  səsləndirdi.  Beləliklə,  tarixə 

Meydan hadisələri kimi yazılan həmin gün xalqın özünü 

dərk prosesinin zirvəsi, milli oyanışının təntənəsi oldu. 

I Aparıcı:               

Hər dəfə bu bayramın qeyd edilməsi demokratiya və 

suverenliyimizin 

qorunması 

uğrunda 

mübarizənin 

təntənəsinə çevrilir. Ağlın, məntiqin işığı olmadığı yerdə 

məğlubiyyət  hökm  sürür.  Özlərini  siyasət  meydanında 

görənlər  bu  həqiqəti,  nəhayət  ki,  anlamalı,  hakimiyyət 

hərisliyini,  şəxsi  ambisiyaları  bir  kənara  qoyub  müstəqil 

dövlətimizin inkişafı, qüdrətlənməsi üçün çalışmalıdırlar. 

Unutmamalıyıq  ki,  hələ  bizim  düşmən  tapdağı  altında 

inləyən  torpaqlarımız,  min  bir  zülmə  düçar  olan 

qaçqınlarımız  var.  Bu  hərəkat  hər  şeydən  öncə 

Azərbaycan  xalqının,  Azərbaycan  cəmiyyətinin  bütün 

təbəqələrinin  monolit  birliyinin  azad  yaşamaq  istəyinin 

ilk  nümayişi  idi.  Bu  taleyüklü  məsələnin  həlli  üçün 



30 

 

xalqımızın  yeganə  nicatı  Heydər  Əlitevin  davamçısı 



İlham Əliyevin ətrafında sıx birləşməkdir. 

II Aparıcı:              



 Çox-çox  zamanlar  keçəcək,  biz  bu  hərəkatdan  hələ  çox 

şeylər  öyrənəcək,  ibrətlər  götürəcəkyik.  Bu  bizim  ən 

böyük  bayramımızdır.  Çünki  digər  tarixi  hadisələrimiz 

məhz milli dirçəliş hissimizdən, milli oyanışımızdan 



                                         dünyaya gəlib. Azərbaycanda azadlıq hərəkatının Dirçəliş 

günü münasibətilə xalqımızı ürəkdən təbrik edirik.  

I Aparıcı:                       Hörmətli tədbir iştirakçıları, əziz uşaqlar! 

Hamımıza  məlumdur  ki,    Milli  Dirçəliş  yolu  milli  birlik 

və  milli  həmrəylikdən  keçir.  O  hadisələrdən  artıq  25  il 

keçir.  Doğrudur,  17  noyabr  hadisəsi  sübut  etdi  ki,  “el 

gücü  –  sel  gücü”  deyənlər  haqlı  imişlər.    Zəngin  tarixi 

keçmişi,  ümumbəşəri  dəyərləri  öz  mentalitetində  əks 

etdirən Azərbaycan xalqının firavan yaşamağa haqqı var. 

Bu  haqqa  sahib  olmaq  üçün  Azərbaycanın  xoşbəxt 

gələcəyini  görmək  istəyən  bütün  qüvvələr  birləşməlidir.  

Bu  sahədə  kitabxanaçılar  olaraq  bizim  də  üzərimizə 

müəyyən 

vəzifələr 

düşür. 

Öz 


oxucularımızı 

vətənpərvərlik  hissi  ilə  tərbiyə  etmək.  Tarix  bu  gün 

yaranır. Onu nə keçmişdə, nə də ki, gələcəkdə yaratmaq 

mümkündür. Tarix dönməzdir, burada hər anın öz qiyməti 

var. Gəlin, biz də tariximizi qoruyaq. Qoruyaq ki, bizdən 

sonrakı nəsillər öz tarixi keçmişi ilə fəxr etsinlər. Bu gün 

hamımızın Azərbaycan xalqının bayramıdır. 

Aparıcılar birlikdə: 

Dirçəliş Günümüz mübarək!  

 

 



 

 

 



 

 

 



S O N 

 

 

       



 

 

 

 

 

 

 

 

 

 

 

 


31 

 

İstifadə olunan ədəbiyyat siyahısı: 



 

 

1.

 



Can Azərbaycan. Bakı, Qanun, 2006. 252 səh. 

2.

 



Əliyev Heydər Əlirza oğlu // Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası. 

II cilddə. I cild.- Bakı, Lider nəşriyyat, 2004.- Səh. 341-358.  

3.

 

Kəhrizli Vaqif. Azərbaycan bayrağı.-  Bakı, Yazıçı, 2011.-  192s    



4.

 

Mərdanov  Misir,  Quliyev  Əsgər.  Azərbaycan  Respublikasının  Dövlət 



Rəmzləri.- Bakı, Çasıoğlu, 2010.- 287s. 

5.

 



Vətənə  nəğmə  çələngi.  “Poeziya  günü”  toplusunun  xüsusi  buraxılışı  .-  Bakı, 

QOLİAF  Nəşriyyat evi, 2011.- 496s. 



 

 

 



 

 

Yüklə 307,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə