Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi



Yüklə 307,32 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix30.12.2017
ölçüsü307,32 Kb.
#18652
1   2   3   4   5   6   7   8   9   10

 

müstəqilliyinə  qovuşdu.  17  noyabr  isə  xalqın  milli-azadlıq  hərəkatının  başlanğıc 



günü – Milli Dirçəliş Günü kimi qeyd olunmağa başladı. 

Tarix  dəfələrlə  sübut  edib  ki,  müstəqilliyi  qoruyub  saxlamaq  onu 

qazanmaqdan  qat-qat  çətindir.  Gərək  sınaqlara  hazır  olasan,  hər  bir  əziyyətə  və 

çətinliyə  dözməyi  bacarasan.  Tale  elə  gətirdi  ki,  Azərbaycan  bir  əsrdə  iki  dəfə 

müstəqillik  əldə  etmək,  özünün  suveren  dövlətini  yaratmaq  imkanı  qazandı. 

Təəssüf  ki,  bu  imkan  xarici  müdaxilə,  daxili  çəkişmələr  və  beynəlxalq  dəstəyin 

olmaması  səbəblərindən  itirildi.  1918-ci  ildə  qurulmuş  Azərbaycan  Xalq  

Cümhuriyyəti  cəmi  23  ay  yaşadı.  İkinci  tarixi  imkan  bir  də  70  il  sonra  yarandı. 

Sovet  imperiyasının  dağılması  Azərbaycan  xalqına  öz  milli  müstəqilliyini  bərpa 

etmək imkanı verdi. 1988-ci ildə ermənilər xalqımıza qarşı növbəti xəyanət planını 

hazırlayırdılar.  Onlar  Şuşada  cəngavərlik  meydanımız  olan  Topxana  meşəsini 

qırıb, yerində alüminium zavodu tikmək, Dağlıq Qarabağda iğtişaşlar yaratmaq və 

oranı Ermənistana birləşdirmək fikrində idilər. Noyabrın 17-si BDU-nun tələbələri, 

müəllimləri buna qarşı öz  etiraz  səslərini ucaltdılar  və  bu böyük  izdiham  şəhərin 

küçələrini  dolaşaraq  Azadlıq  meydanına  tərəf  yeridi.  Adamla  dolu  meydanda 

mitinq keçirilir, ermənilərin özbaşınalığı pislənir, Dağlıq Qarabağın təhlükə altında 

olmasından  həyacanla  danışılırdı.  Ancaq  dövlət  xalqın  arxasında  dayanmır,  onu 

dəstəkləmirdi.  Buna  baxmayaraq,  gənclər  soyuq  gecələrdə  də  meydanı  tərk 

etməyib,  xalqın  haqqını  sona  qədər  müdafiə  etdilər.  Meydanın  ətrafında  çadırlar 

quruldu,  ora  Azərbaycanın  hər  yerindən  ərzaq  və  odun  daşındı,  minlərlə  insan 

meydanda  gecələdi.  Ancaq  Sovet  ordusu  18  gündən  sonra  top  və  tanklarını 

meydana  yeritdi.  İnsanlar  döyüldü,  əzildi.  Elə  dirçəliş  uğrunda  ilk  şəhidimiz  – 

Gündüz  Xəlilov  da  o  gecədə  həlak  oldu.  Sovet  ordusu  meydanı  boşaltmağa, 

insanları  topların,  tankların  gücünə  meydandan  yığışdırmağa  nail  olsa    da,  bu 

möcüzəylə  bərabər  18  gün  xalqın  milli  özünüdərkində,  oyanışında,  dirçəlişində, 

daha sonra əldə olunan  azadlığında əhəmiyyətli  rol oynadı. Bu  tarixi xidmətlərin 

nəticəsidir ki, Azərbaycan dövlət müstəqilliyini qoruyub saxladı, əbədi, dönməz bir 

xarakter  aldı. Gənc dövlətimiz  addım-addım,  mərhələ-mərhələ irəlilədi, artıq sivil 

dövlətlərin keçdiyi demokratik inkişaf yoluna çıxdı. 

1991-ci  il  oktyabrın  18-də  Azərbaycan  Respublikası  Ali  Sovetinin 

sessiyasında  Azərbaycanın dövlət müstəqilliyi haqqında “Konstitusiya Aktı” qəbul 

olundu.  Bu  mühüm  tarixi  sənədlə  xalqımız  uzun  illərdən  bəri  həsrətində  olduğu 

azadlığına  qovuşdu.    Lakin  müstəqilliyini  qazandıqdan  iki  il  sonra  xalqımız 

yenidən  onu  itirmək  təhlükəsi  ilə  üzləşdi.  Bir  tərəfdən  Ermənistan  silahlı 

qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Birinci Qarabağ müharibəsi, 

digər tərəfdən dövlət rəhbərliyində olan savadsız,  səriştəsiz adamların yeritdikləri 

səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, separatçılıq hərəkatı müstəqilliyin 

beşiyindəcə boğulması təhlükəsini reallaşdırdı. Lakin böyük siyasi təcrübəyə malik 

olan Heydər Əliyevin ölkədə yenidən hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu. 

İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Xalqın öz 

dövlətçiliyi  sarıdan  heç  bir  narahatçılığı  yoxdur.  Müstəqilliyin  taleyini 

müəyyənləşdirən  əsas  amillər  qorunub  saxlanılır,  inkişaf  etdirilir.  Hazırda 




 

Prezidentimizin  təşəbbüsü ilə  dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın 



inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına xüsusi diqqət yetirilir.  

Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın nüfuzlu 

dövlətlərindən  birinə  çevrilmişdir.  Nəhəng  şirkətlərin  Azərbaycana  marağı 

artmışdır.  Xarici  sərmayə  qoyuluşuna  və  iqtisadi  inkişaf  surətinə  görə  ölkəmiz 

2005-ci  ildə  nəinki  regionda,  həm  də  dünyada  liderlər  sırasına  çıxdı.  Qeyri  neft 

sektoruna  –  rabitə,  maşınqayırma,  yeyinti,  xidmət  sahələrinə  xarici  sərmayə 

qoyuluşu  durmadan  artdı.  Regionda  heç  bir  irimiqyaslı  layihə  Azərbaycanın 

iştirakı  və  razılığı  olmadan  həyata  keçirilmir.  “Əsrin  müqaviləsi”  çərçivəsində 

reallaşmış Heydər Əliyev adına “Bakı – Tbilisi – Ceyhan” Əsas İxrac Boru Kəməri 

artıq tam gücü ilə işləyərək neftimizi dünya bazarına çıxarır. Bu kəmər və inşası 

başa  çatdırılmış  “Bakı  –  Tbilisi  –  Ərzurum”  qaz  kəməri  həm  Cənubi  Qafqazda 

təhlükəsizliyin  təmin  olunmasında,  həm  də  xalqımızın  daha  firavan  yaşamasında 

mühüm  rol  oynamaqdadır.  Bölgələrdə  modul  tipli  elektrik  stansiyalarının 

istifadəyə  verilməsi,  “Əsrin  müqaviləsi”  əsasında  neft  və  qaz  istehsalının 

genişlənməsi ölkəmizin enerji təhlükəsizliyini təmin etmişdir. Bakı – Tbilisi – Qars 

dəmiryol  xəttinin  inşası  Yaponiya  və  Cin  mallarını  Qərbi  Avropaya  daşımaqda 

mühüm  rol  oynamaqla  yanaşı,  Azərbaycanın  nəqliyyat  təhlükəsizliyinin  təmin 

olunmasına öz töhfəsini verəcəkdir. 

17  noyabr  1990-cı  il  Azərbaycan  dövlətçiliyinin,  milli  dövlət  rəmzləri 

tariximizin dönüş nöqtələrindən biri kimi tarixi yaddaşımıza əbədi daxil olub. Bu 

tarixi  gündə  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  birinci  sessiyası 

keçirilib  çağdaş  milli  dövlətçilik  tariximiz  üçün  çox  əhəmiyyətli  qərarlar  qəbul 

edilib.  Bu  həmin  gündür  ki,  qədim  Azərbaycan  diyarı  Naxçıvan  Muxtar 

Respublikasının  adı  üstündən  “Sovet  sosialist”  sözləri  əbədi  olaraq  atılıb, 

Naxçıvanın  ali  qanunvericilik  orqanı  “Ali  Məclis”  adlandırılıb,  Azərbaycan  Xalq 

Cümhuriyyətinin  70  il  əvvəl  endirilmiş  ay  –  ulduzlu  üçrəngli  milli  bayrağı 

Naxçıvan  Muxtar  Respublikasının  dövlət  bayrağı  kimi  qəbul  edilib  və 

müqəddəsliyə yüksəldilib... 

Bu tarixi gün bir də ona görə əziz və şərəflidir ki, həmin qərarların qəbulu 

zamanı  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  sessiyasına  Azərbaycan 

xalqının  böyük  oğlu,  xalqımızın  milli  qurtuluş  savaşına  öz  övlad  və  vətəndaş 

payını  vermək  istəyi  ilə  Moskvadan  Vətənə  Azərbaycana  –  Naxçıvana  qayıtmış 

böyük  öndər  Heydər  Əliyev  rəhbərlik  edib.  Həmin  tarixi  qərarların  qəbulunda 

Heydər  Əliyev  şəxsiyyətinin  uzaqgörənliyi,  parlaq  zəkası,  aydın  təfəkkürü, 

yenilməz  məntiqi  öz  tarixi  missiyasını  ləyaqətlə  yerinə  yetirib,  bu  sənədlərə  öz 

möhürünü və imzasını əbədi həkk edib... 

Bəli,    Azərbaycan  xalqının  milli  dirçəliş  tarixi  görkəmli  dövlət  xadimi 

Heydər  Əliyevin  adı  ilə  bağlıdır.  Bu  böyük  şəxsiyyət  nəhəng  imperiyanın 

çökməsini  mahir  siyasətçi  zəkası  ilə  dərk  edir,  öz  xalqını  istiqlaliyyət  yoluna 

istiqamətləndirirdi.  

1991-ci  ilin  martında  Azərbaycan  SSR  Ali  Sovetinin  iclasında  çıxış  edən 

Heydər  Əliyev  gələcək  mübarizə  və  inkişaf  yolunu  müdrikliklə  bəyan  etdi: 

“Azərbaycan  xalqı  birləşməli,  öz  müqəddəs  torpaqlarını  göz  bəbəyi  kimi 



Yüklə 307,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə