Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi



Yüklə 307,32 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix30.12.2017
ölçüsü307,32 Kb.
#18652
1   2   3   4   5   6   7   8   9   10

 

qorumalıdır.  Azərbaycan  Respublikası  İqtisadi  və  siyasi  müstəqillik  yolu  ilə 



getməli,  tam  istiqlaliyyət  uğrunda  mübarizə  aparmalıdır....  Mən  bu  yoldan 

dönməyəcəyəm”. 

Heydər Əliyev bütün həyatı boyu bu müqəddəs amala sadiq qaldı, xalqın və 

Vətənin istiqlalı uğrunda fədakarlıqla mübarizə apardı.  

      Qeyd  etdiyimiz  kimi  1991-ci  il  oktyabrın  18-də  Azərbaycan  xalqı  XX  əsrdə 

ikinci  dəfə  öz  müstəqilliyinə  qovuşdu.  Xalqın  milli  şüurunun  oyanmasına  təkan 

verən 17  noyabrda başlanan hadisələrdən  keçən 24 ilə  nəzər salsaq, bu illərin  nə 

qədər  ağrılı-acılı,  eyni  zamanda  şərəfli  bir  dövr  olduğunu  görmək  olar.  Ötən  24 

ildə  torpaqlarımızın  təxminən  20  faizini  Ermənistanın  təcavüzü  nəticəsində 

müvəqqəti itirsək də, dövlət müstəqilliyinin möhkəmlənməsini təmin edə bilmişik. 

1993-cü  ilin  iyununda,  1994-cü  ilin  oktyabrında,  1995-ci  ilin  martında  xaricdən 

dəstək  alan  qüvvələr  dövlət  çevrilişi  həyata  keçirməyə  cəhd  göstərdilərsə  də, 

Heydər  Əliyevin apardığı  uğurlu daxili  və  xarici  siyasəti nəticəsində  Azərbaycan 

regionun güclü dövlətinə çevrilmişdir. İqtisadiyyatımız MDB-də ən yüksək inkişaf 

surətinə  malikdir.  Həyata  keçirilən  neft  strategiyası  sayəsində  ölkəmizə 

milyardlarla  dollar  həcmində  xarici  sərmayə  qoyulmaqdadır.  Siyasi  sabitliyin 

bərqərar  edilməsi,  hüquqi  dövlət  quruculuğu  istiqamətində  həyata  keçirilən 

islahatlar Azərbaycanın Avropa Şurasına qəbul edilməsi ilə nəticələnmişdir. 

Azərbaycanın  zəngin  tarixi  keçmişi,  Şərq  və  Qərb  dəyərlərini  öz 

mentalitetində  əks  etdirməsi,  əlverişli  geosiyasi  mövqeyi,  zəngin  təbii  ehtiyatlara 

malik  olması  xalqımıza  firavan  və  təhlükəsiz  yaşamaq  haqqı  verir.  Bu  haqqa 

həmişəlik  sahib  olmaq  üçün  ölkə  daxilində  siyasi  sabitliyi  qorumaq  və  milli 

həmrəyliyi  təmin  etmək  lazımdır.  Bütün  bunlar  isə  hər  bir  Azərbaycan 

vətəndaşının siyasi yetkinlik nümayiş etdirməsi sayəsində mümkündür.  

Bəli,  Azərbaycanda  meydan  hərəkatı  xalqı  birləşdirdi,  ölkəmizin 

müstəqilliyə  doğru  getməsi  üçün  xalqı  oyatdı.  Bu  oyanma  xalqı  müstəqilliyə 

apardı.  Bu  birləşmə  xalqı  özünün  azadlığı,  müstəqilliyi  uğrunda  mübarizəyə 

qaldırdı. Bu mübarizə nəticəsində xalq öz müstəqilliyini əldə edə bildi. Ulu öndər 

Heydər Əliyevin bu müstəqilliyin möhkəmləndirilməsində böyük rolu oldu. 

Bu  gün  Azərbaycan  gələcəyə  inamla  baxır.  Möhkəm  özülü  Heydər  Əliyev 

tərəfindən  qoyulmuş  dövlətimizin  taleyi  etibarlı  əllərdədir.  Heydər  Əliyevin  

layiqli  davamçısı  İlham  Əliyev  ölkəmizi  gələcəyə,  yeni  uğurlara  inamla  aparır. 

Böyük  tarixə  malik  xalqımızın  bu  bayramı  milli  həmrəyliyin,  demokratiyanın, 

dövlət  müstəqilliyimizin  qorunması  uğrunda  mübarizənin  təntənəsidir.  Xalqın 

şüurunda  baş  vermiş  milli  oyanış  xarici  siyasət,  iqtisadiyyat  sahəsində  əldə 

olunmuş uğurların təzahürü, torpaqlarımızın tezliklə işğalçılardan təmizlənməsinin, 

qaçqınların  ata-baba  yurdlarına  qayıtmasının  rəhnidir.  Bu  bizim  ən  böyük 

bayramımızdır.  Çünki  digər  tarixi  hadisələrimiz  məhz  milli  dirçəliş  hissimizdən, 

milli oyanışımızdan dünyaya gəlib. Oyanış günümüz mübarək olsun! 

 

 



 

 



 

   



 

II. Milli Dirçəliş Günü ilə əlaqədar keçiriləcək tədbirlər 

 

Xalqımız  keşməkeşli  mübarizələr  və  qurbanlarla  dolu  tarixi  bir  yol 

keçmişdir.  Bunların  hamısının  bir  məqsədi,  bir  məramı  olmuşdur:  azadlıq, 

müstəqillik, xalq iradəsinin sərbəstliyi. XX əsrdə Azərbaycan xalqının ən böyük 

nailiyyəti  də  məhz  müstəqil  Azərbaycan  dövlətinin  yaradılmasıdır.  Öz 

müstəqilliyini  bərpa  edən  ölkəmiz  artıq  demokratik,  hüquqi,  dünyəvi  dövlətin 

möhkəm  təməlini  qoymuşdur.  Ona  görə  də  XX  əsr  xalqımızın  yaddaşında 

dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qalacaqdır. 

Azərbaycan  Respublikasının  Milli  Dirçəliş  Günü  münasibəti  ilə 

respublikamızın hər yerində olduğu kimi, kitabxanalarda, lisey və gimnaziyalarda, 

ümumtəhsil məktəblərində, muzeylərdə və s. yerlərdə bir sıra silsilə tədbirlərin 

keçirilməsi  nəzərdə  tutulmuşdur.  Dirçəlişimizlə,  müstəqilliyimizlə  bağlı  ilk 

növbədə  sərgi,  kitab  icmallarını,  oxucu  konfranslarını,  inşa,  şeir,  rəsm 

müsabiqələrini,  ədəbi-bədii  kompozisiyaları  və  s.  daxil  etmək  olar.  İlk  növbədə 

kitabxanalarda  Milli  Dirçəliş  Günü  ilə  bağlı  sərginin  tərtib  olunması  vacibdir. 

Sərgidə Milli Dirçəliş Günü və Azərbaycan Respublikasının dövlət müstəqilliyi ilə 

bağlı  nəşr  olunan  kitabları,  proşuraları,  dövrü  mətbuatda  çap  olunan  qəzet  və 

jurnalları nümayiş etdirmək olar. 

      

Sərgilərə müxtəlif başlıqlar vermək olar.  



Məsələn: “Milli dirçəlişdən qüdrətli dövlətçiliyə doğru”, “Milli dirçəliş yolu milli 

birlikdən  keçir”,  “Dirçəlişdən  başlayıb  müstəqilliyə  gedən  yol”,  “Milli  dirçəlişin 

müəllifi Heydər Əliyev”, “17 noyabr – milli şüurun yüksəliş günü”, “Birliyimizin 

sübut  günü”,  “Dirçəlişimizin  25-ci  ili”,  “Milli  dirçəliş  günü  xalqın  kükrəyən 

qəzəbi”,  “Dirçəliş  günün  mübarək  Azərbaycan”,  “Dirçəlişimiz,  müstəqilliyimiz 

milli sərvətimizdir”, “17 noyabr Milli Dirçəliş Günüdür”, “Ən böyük nailiyyətimiz 

əbədi dirçəlişimiz, müstəqilliyimizdir”, “17 noyabr – İnqilab, oyanış bayramıdır”, 

“Milli dirçəlişdən qüdrətli dövlətçiliyə doğru”, “17 noyabr –milli şüurun yüksəliş 

günü” ,“Müstəqillliyimiz əbədidir” və s.  

    


İndi isə “Dirçəlişdən başlayıb müstəqilliyə gedən yol”adlı sərginin sxemini 

nümunə üçün veririk: 

1. Başlıq: “Dirçəlişdən başlayıb müstəqilliyə gedən yol”. 

2. Azərbaycan Respublikasının üçrəngli bayrağı. 

3. Milli Dirçəliş Günü ilə bağlı  görkəmli insanların söylədikləri sitatlar. 

4. Dirçəliş Günü ilə bağlı nəşr olunmuş kitabların nümayişi. 

1. Ə.Ə.Qocayev, F.V.Vəliyev. Bayramlar və tarixi günlər. 

2. Vaqif Kəhrizli. Azərbaycan bayrağı. 

3. M.Mərdanov, Ə.Quliyev. Azərbaycan Respublikasının dövlət rəmzləri. 

4. Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası. I cild. 

5. Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası. II cild. 

6. Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar. 

7. Azərbaycan Demokratik Respublikası Dövründə Ədəbiyyat. 

8. Müstəqil Dövlətimiz və Parlamentimiz. 

9. Dövrü mətbuatdan materiallar. 



Yüklə 307,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə