Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi



Yüklə 307,32 Kb.
Pdf görüntüsü
səhifə5/10
tarix30.12.2017
ölçüsü307,32 Kb.
#18652
1   2   3   4   5   6   7   8   9   10

12 

 

ki,  hər  kəsin  fəaliyyətinə  məqsədyönlülük  verir,  məktəblilərin,  gənclərin  vahid 



məqsəddə  birləşməsinə  kömək  edir.  Bu  gün  xüsusilə  məktəblilərdə,  gənclərdə 

Vətənə məhəbbət və vətənpərvərlik hissini inkişaf etdirmək daha vacibdir. 

     

Məhz  bu  məqsədlə  kitabxanaçı  uşaqlara,  məktəblilərə,  yeniyetmələrə 



öyrətməlidir  ki,  17  noyabr  hadisələrində  xalqımızın  göstərdiyi  vətənpərvərlik 

onların 


vətənə 

sevgisindən 

doğur. 

Dirçəlişimizin, 



müstəqilliyimizin, 

konstitusiyamızın  təbliğı  mövzusunda  olan  tədbirlərdə  məktəblilərdə,  gənclərdə 

Vətənə  ,  doğulduğu  torpağa,  mənsub  olduğu  xalqa,  dövlətə  və  onun  rəmzlərinə 

dərin hörmət hissi aşılanmalıdır. Dövlətimizin himni, Dövlət gerbi, milli bayrağın 

mənasının  izah  edilməsi,  bunların  müqəddəslik  ideyasının  oxuculara  öyrədilməsi 

ön plana çəkilməlidir. 

      

Kitabxanada mövzu ilə bağlı inşa, rəsm müsabiqəsi keçirmək olar və bu 



tədbirlər  oxucular  üçün  maraqlı  olar.  Belə  ki,  kitabxanaçı  müsabiqələrin 

keçirilməsi ilə bağlı elanı kitabxananın divarından asır və oxucuların işlərinin 

toplanmasına, seçilməsinə 1 ay vaxt ayırır. Bu müddət ərzində verilənlər içərisində 

ən yaxşı inşa, rəsm müəyyən olunur. Həmin oxucular müsabiqənin qalibi elan 

olunur  və  müxtəlif  hədiyyələrlə  mükafatlandırılırlar.  Müsabiqəni  “Milli 

dirçəlişimiz milli yüksəlişimiz” başlığı ilə adlandırmaq olar. 

Şeir  müsabiqəsinin  keçirilməsi  də  təqdirə  layiq  olardı.  Şeir  müsabiqəsi 

uşaqların  ən  çox  sevdiyi  tədbirlərdən  biridir.  Çünki,  uşaqlar  belə  tədbirlərdə 

özlərinin  şeir  demək  bacarıqlarını  nümayiş  etdirirlər.  Bu  tədbir  yaxşı  olardı  ki, 

yuxarı  yaş  qrup  oxucular  arasında  keçirilsin.  Ən  yaxşı  şeir  söyləyən  oxucu 

kitabxana  müdiriyyəti  tərəfindən  mükafatlandırılır.  Şeir  müsabiqəsində  aşagıdakı 

şeirləri oxuculara təqdim ermək olar.  

 

     Xalqın öndəri  

(Şəlalə Çingizqızı) 

 Xalqın tükənmişdi səbri – dözümü, 

O, yetirdi ağır gündə özünü, 

Sülh carçısı dedi haqqın sözünü 

Heydər kimi öndəri var xalqımın. 

 

Tanıtdı dünyaya, Azərbaycanı, 



Torpaqdır, Vətəndir onun imanı, 

Dağıtdı yurdumdan qara dumanı 

Heydər kimi öndəri var xalqımın. 

 

Doğdu Günəş kimi göylərdən baxdı, 



Nur olub yurduma şəfəqlər saçdı. 

Tilsimli yollardan düyünü açdı, 

Heydər kimi öndəri var xalqımın. 

 

 



   


13 

 

Ana Vətən  



(Zərəngiz Dəmirçiqızı) 

Gözlərində yaş olaram, Ana Vətən! 

Torpağında daş olaram, Ana Vətən! 

Sən uca tut məni doğma balan kimi, 

Mən hamıdan baş olaram, Ana Vətən! 

 

Bal suyuna, saf havana qurban olum



Əziz, məlhəm, dərd – dəvana qurban olum. 

Mənzilinə, son yuvana qurban olum. 

Eşit mənim sözlərimi, Ana Vətən! 

Yerə qoyma dizlərini Ana Vətən! 

 

Sənə sadiq bir balanam, eşqim təmiz, 



Xoş arzulu bir xalq kimi yaşarıq biz, 

Yox məkrimiz, yox hiyləmiz, yox kinimiz, 

Dönmə sınan murazlara, Ana Vətən! 

Qan axmasın arazlara,  Ana Vətən! 

 

                                             Azərbaycan marşı 

  

 

 

 

 

 

 

(Nəbi Xəzri) 

Göz açdığım qədim torpaq, 

Dayağımsan sən dünyada. 

Doğma anam, ey mehriban, 

Ey qəhrəman, Azərbaycan! 

 

Addım – addım qucağından, 



Odlu sellər çağlasa da. 

Həsrət qaldın sən işığa, 

Zaman – zaman, Azərbaycan! 

 

Yadellilər damla – damla 



Al qanını sordu sənin, 

Kimlər sənə göz tikmədi 

Torpağına, Azərbaycan! 

 

Bayrağını endirdilər, 



Ancaq özün əyilmədin, 

Alqış bu gün o ucalan 

Bayrağına Azərbaycan! 

 

Səhər kimi cavan sənsən, 



Tarix kimi qoca sənsən. 

Fatehləri diz çökdürən, 




14 

 

Vüqarımsan, Azərbaycan! 



 

Öz müqəddəs dağlarından 

Günəş kimi uca sənsən, 

Yer üzündə mənim Odlar 

Diyarımsan, Azərbaycan! 

 

 



Səhərlərin qoy açılsın, 

Təzə nurlu bahar ilə, 

Gələcəyə mərd addımla, 

Uğurla get, Azərbaycan! 

 

Şəhidlərin al qanından, 



Lalə açmış yollar ilə  

İstiqlalın sabahına 

Qürurla get, Azərbaycan! 

 

Bir dəfə yüksələn bayraq  



(Vahid Əziz )    

Azərbaycan 

Bayrağını ucaldanlar 

Gəldi yenə 

Qocalmadın, yorulmadın, 

Qayıdırsan gəncliyinə, 

Bayrağına üç rəngində 

Torpaq gəldi, 

Səma dindi, 

Günəş axdı. 

Bir dəfə yüksələn bayraq 

Zaman yetdi, 

Yenə qalxdı! 

Bu bayrağı ucaldanlar 

Qeyrətini 

Çəkənlərdir, 

Yollarında çıraq 

Olub önündə 

Diz çökənlərdir. 

Bayrağının üç rəngində 

Ürək də var, 

Zəka da var. 

Nəğmə də var. 

Bir dəfə yüksələn bayraq 

Həmişə 



15 

 

Göylərdə qalar!... 



Ana Vətən, adındakı 

Əzəmətə 


Qurban olum, 

Bəxtəvərəm, 

Sənə görə alovlardan 

Keçdi yolum. 

Bayrağının üç rəngində 

Ulum da var, 

Mən də varam, 

Körpəm də var. 

Səninlə 

Yüksələn bayraq 

Həmişəlik 

Sənin olar!... 

 

Vətən, səslə oğlunu...  

                                                                                  (Vaqif Bayatlı) 

Ağacınam – ayaq üstə, yuxusuz, 

Əlacınam – qadağasız, qorxusuz, 

Leylacınam – görə bilməz duyğusuz, 

Möhtacınam – yüz sınaqsız, sorğusuz; 

Neyə tutum, göydən asım yolunu –  

Vətən, var ol, 

Vətən, səslə oğlunu! 

 

Ana südün, dağ çiçəyin öyüdüm, 



Ay nurunda, gün nurunda öyüldüm, 

Səhvlərimiz zindanında döyüldüm, 

Mən Xətayi qürurundan böyüdüm. 

Çox əl – qola kəmənd atdım yolunu, 

Vətən, var ol, 

Vətən, səslə oğlunu! 

 

Durnaların həsrətimin daşıdı, 



Bir oğlunam – Araz dərdi yaşıdım. 

Göyərməyən qeyrətimin daşıdı, 

Mən sabaha min ümidlə yaşadım. 

İnamlara qalxan etdim yolunu –  

Vətən, var ol, 

Vətən, səslə oğlunu! 

 

Ellərini sağım – solum bilmişəm, 



Yollarını vuran qolum bilmişəm, 


Yüklə 307,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə