Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi



Yüklə 307,32 Kb.
Pdf görüntüsü
səhifə6/10
tarix30.12.2017
ölçüsü307,32 Kb.
#18652
1   2   3   4   5   6   7   8   9   10

16 

 

 Dağlarını dəlim – dolum bilmişəm, 



Mənəm körpən, səni ulum bilmişəm, 

Tarixlərə çıraq tutdum yolunu – 

Vətən, var ol, 

Vətən, səslə oğlunu! 

 

Bir ozanam, saz göyərər külümdən, 



Bir körpünəm, karvan keçər belimdən, 

Anadil tək asılaram dilimdən, 

Göylər enib su içəndə əlimdən

Dizim üstə qılınc gördüm yolunu... 

Vətən, var ol, 

Vətən, səslə oğlunu! 

 

                                           



And olsun 

  

(Əkbər Rəzmçu) 

And olsun tökülən nahaq qanlara, 

And olsun meydanda mərd insanlara, 

And olsun elimin uca səsinə, 

And olsun qəlbimdə qabaran kinə, 

And olsun yaş ilə dolan gözlərə, 

And olsun qüssədən solan üzlərə, 

And olsun həqiqət göstərən yola, 

And olsun zəncirli bağlanan qola, 

And olsun dəryaya, and olsun çölə, 

And olsun zülm evin dağıdan selə, 

Axırda qalibdir günəş dumana

O vüsal gələcək Azərbaycana! 

 

      



 

Vətən  

(Əliağa Kürçaylı) 

Mən səndən bir yaşıl budaq istədim, 

Sən mənə bəxş etdin zümrüd meşələr. 

Mən səndən kiçik bir otaq istədim, 

Sən mənə bəxş etdin dilbər guşələr. 

 

Mən səndən adicə həyat istədim, 



Sən məni çıxardın min – min səhərə 

Mən səndən kiçik bir qanad istədim, 

Sən məni uçurdun ənginliklərə. 

 

Mən səndən bir dəstə çiçək istədim, 



Mənimçün dörd fəsil yaz elədin sən. 

Mən səndən ilhamlı ürək istədim, 




17 

 

Sən mənə təb verdin milyon ürəkdən. 



 

Mən səndən kiçik bir sevinc istədim, 

Sən mənə bəxş etdin bütöv səadət. 

Mən səndən bir parça bürünc istədim, 

Sən mənə bəxş etdin xəzinə, dövlət. 

 

Mən səndən istədim açıq bir alın, 



Sən mənə bəxş etdin əzəmət, vüqar. 

Mən də başı açıq, ayağı yalın 

Yolunda can qoysam, yenə az olar. 

 

Bəlkə, buna görə əzəmətlisən 



Nəyin var vermisən əsirgəmədən! 

Sən bir ana kimi səxavətlisən, 

Anam Azərbaycan, Vətən, can Vətən! 

 

Fədailər marşı  



(Bulud Qaraçorlu)   

Mən azadlıq cəbhəsində bir fədai əsgərəm

Bir azadlıq istəyirəm, bir də azad bir vətən. 

Düşmənlərin gülləsiylə qana batam gərək mən, 

Vətən üstə pərələnsin bədənimdə pirəhən. 

Qoy mən ölüm, zalimlərdən pak olunsun bu vətən, 

Çox razıyam cəbhədə mən basdırılım bikəfən, 

Gün azadlıq istəyirəm, bir də azad bir vətən! 

 

Həqq istərəm, həqq yolunda candan keçmək rəvadır, 



Bu ölümdən geri durmaq məzlumlara cəfadır. 

Səngərlərdə qana batmaq dərdimizə şəfadır, 

Qoy mən ölüm, ibrət alsın bizdən sonra hər gələn, 

Gün azadlıq istəyirəm, bir də azad bir vətən! 

 

Qoy səngərlər evim olsun, dağlar başı məskənim, 



Zülm əlindən azad olsun bu müqəddəs vətənim. 

Quzqunlardan, bayquşlardan təmizlənsin gülşənim, 

Qoy gül açsın bundan sonra çəmənlərdə nəstərən, 

Gün azadlıq istəyirəm, bir də azad bir vətən!  

 

Oxucularımızın  Milli  Dirçəliş  Günü  haqqında  olan  fikirlərini  öyrənmək 



məqsədilə  anket  sorğularının  keçirilməsi  məqsədəuyğundur.  Bunu  nəzərə  alaraq 

hazırladığımız sorğunu sizə təqdim edirik.  

 

1. Milli Dirçəliş gününün yaranma tarixi haqqında məlumatınız varmı?  



 Bəli 


18 

 

 Xeyir  



 

2. Milli Dirçəliş hərəkatı niyə başladı? 

 _______________________________________________________________  

 

3. Milli Dirçəliş Günü haqda şeir bilirsinizmi? 



 Bəli  

 Xeyir 


 

4. Azərbaycanımızı necə görmək istərdiniz? 

 ____________________________________________________________ 

 

5. Vətən mövzusunda yazan şairlərdən kimləri tanıyırsınız? 



 ____________________________________________________________ 

 

6. Vətən haqqında bayatı, atalar sözü bilirsinizmi? 



 Bəli  

 Xeyir  

 

7. Azərbaycan Respublikasının Dövlət Rəmzlərini söyləyin. 



 ___________________________________________________________ 

 

8. Milli Dirçəlişimizin müəllifi kimdir?  

 ___________________________________________________________  

9. Bu il Azərbaycan Respublikasının dövlət müstəqilliyinin  neçə yaşı tamam olur? 

 ___________________________________________________________ 

 

10. Dövlət bayrağı günü nə vaxtdan elan olunub? 



 ___________________________________________________________ 

 

 



Kitabxanalarda  oxucular  tərəfindən  sevilən  tədbirlərdən  biri  də  rəsm 

müsabiqələridir.  Müsabiqə  zamanı  müstəqilliyimizlə,  dirçəlişimizlə,  dövlət 

rəmzlərimizlə bağlı uşaqlara şəkillər çəkilməsi tapşırılır. Ən gözəl məna kəsb edən 

rəsm işləri mükafatlandırılır. Rəsm müsabiqələri ilə yanaşı bilik yarışmalarının da 

təşkili mümkündür.  

Kitabxanalarda yuxarı sinif şagirdlərinin iştirakı ilə “Azərbaycan dövlətinin 

müstəqilliyi  əbədidir”  konfrans  da  təşkil  etmək  olar.  Konfransdan  öncə  onun 

proqramı tərtib olunmalı, konfransın keçiriləcəyi dəqiq vaxt müəyyən olunmalıdır. 

Proqramda konfransda çıxış edəcək qonaqların, müəllimlərin və şagirdlərin adları, 

onların  çıxış  edəcəkləri  mövzular,  tədbirin  keçiriləcəyi  məkan  və  zaman  qeyd 

olunur.  Konfrans  zamanı  Milli  Dirçəlişimizlə  bağlı  kitabxana  rəhbərliyi, 

müəllimələr,  jurnalist,  yazıçı  və  şairlərin  çıxışları  dinlənilir.  Oxucu  konfransının 

planını sizə təqdim edirik:  

1. Giriş hissə (Milli Dirçəlişimiz  haqqında məruzə)  




Yüklə 307,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə