Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi



Yüklə 307,32 Kb.
Pdf görüntüsü
səhifə7/10
tarix30.12.2017
ölçüsü307,32 Kb.
#18652
1   2   3   4   5   6   7   8   9   10

19 

 

2.  17  noyabr  Milli  Dirçəliş  Günü    haqqında  kitabxana  rəhbərliyinin,  müəllim, 



yazıçı və şairlərin çıxışları.  

3.Yuxarı sinif  şagirdlərindən ibarət olan oxucuların məruzələri.  

4. Konfransın yekunu.  

  

Gənc oxucularımızın, məktəblilərin  Milli Dirçəliş Günü haqqında ideya və 



maraqlarını 

öyrənmək 

məqsədilə 

dəyirmi 


masanın 

keçirilməsi 

də 

məqsədəuyğundur.  Tədbirdə  müəllimələr,  yazarlar,  şairlərin  iştirakı  vacibdir. 



Dəyirmi  masa  da  iştirakçıların  məruzələri  dinlənilir.  Bundan başqa  gənclərimizin 

öz ideyaları, gələcək planları barədə çıxışlarda da yer ala bilər və fikirlər müzakirə 

oluna  bilər.  Hər  bir  tədbir  iştirakçıları  dinlənildikdən  sonra,  onlara  oxucular 

tərəfindən suallar verilir və iştirakçılar verilən suallara açıqlıq gətirirlər. 

Kitabxanalarda keçirilən silsilə tədbirlərdən biri də kitab icmalıdır. Kitab 

icmalının  keçirilməsində  məqsədimiz  oxucular  arasında  dirçəlişimizlə, 

müstəqilliyimizlə  bağlı  nəşr  olunan  bir  çox  kitabların  icmalını  keçirməkdir. 

Məsələn, belə kitabların bir neçəsini misal gətirmək olar. 

Məktəblilər  üçün  müəllifi  Misir  Mərdanov  və  Əsgər  Quliyev  olan 

“Azərbaycan  Respublikasının  Dövlət  Rəmzləri”  adlı  kitabın  icmalını  keçirmək 

olar.  Kitab  Azərbaycan  Respublikasının  Prezidenti  cənab  Heydər  Əliyevin 

imzaladığı  “Azərbaycan  Respublikasının  dövlət  atributlarının  təbliği  işinin 

gücləndirilməsi  haqqında”  Sərəncam  əsasında  hazırlanmışdır.  Bu  əsərdə  ilk  dəfə 

olaraq  sistem  halında  müstəqil  Azərbaycanın  dövlət  rəmzlərinin  (bayraq,  gerb, 

himn)  yaranması  tarixi  izlənilir,  milli  rəmzlərin  bərpası  və  qəbulu  yolunda 

ümummilli  lider  Heydər  Əliyevin  müstəsna  rolu  göstərilir,  üçrəngli  bayraq  və 

gerbdə  əks  olunan  simvolların  məna  və  funksiyası  ilkin  mənbələr  əsasında 

araşdırılır,  milli  himnimizin  təkamülü  və  ideya-məzmun  xüsusiyyətləri  tarixi  

planda  təhlil  edilir,  nəhayət  dövlət  rəmzlərimiz  Azərbaycan  Xalq 

Cümhuriyyətindən  (1918-1920-ci  illər)  bizə  miras  qalan  tarixi  milli-mənəvi 

dəyərlər kimi qiymətləndirilir. Kitab təhsil işçiləri, mədəniyyət işçiləri, müəllimlər, 

politoloqlar,  diplomatlar,  hüquqşünaslar,  dövlət  quruculuğu  ilə  məşğul  olan 

mütəxəsislər, elmi ictimaiyyət və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 

    


Kitabxanada  keçiriləcək  tədbirlərin  ən  maraqlısı  ədəbi-bədii  gecədir. 

“Dirçəlişdən  başlayıb  müstəqilliyə  gedən  yol”  adlı  ədəbi  bədii  gecəninin 

ssenarisini  sizə  təqdim  edirik.  Tədbir  Azərbaycanın  Dövlət  himni  ilə  başlayır. 

Səhnəyə  üçrəngli  Azərbaycan  bayrağı  gətirilir.  Səhnə  bayram  əhval-ruhiyyəsi  ilə 

bəzədilir.  Bir  çox  sitatlar  səhnənin  divarından  asılır.  Məsələn:  “Milli  dirçəliş 

günü”, “Dirçəlişdən başlayıb müstəqilliyə gedən yol”, “17 noyabr İnqilab, oyanış 

bayramıdır”,  “Milli  dirçəlişdən  qüdrətli  dövlətçiliyə  doğru”,  “Milli  dirçəlişin 

müəllifi  Heydər  Əliyev”,  “17  noyabr  milli  şüurun  yüksəliş  günü”,  “Birliyimizin 

sübut günü” ,“Müstəqillliyimiz əbədidir”,  “İnsanlara hüriyyət,  millətlərə istiqlal”, 

“Haqq verilməz, alınar!”, “Bir daha yüksələn bayraq, bir daha enməz” və s. 

Tədbirin  birinci  hissəsində  iştirakçılara  Milli  Dirçəlişimizdən  bəhs  edən  slayd 

təqdim olunur. 

 

 

Səhnəyə aparıcılar daxil olur: 




20 

 

 



I Aparıcı:    

Əziz və hörmətli qonaqlar! Hamınızı bu əziz bayramda xoş 

gördük. Bildiyiniz kimi, xalqımız keşməkeşlı mübarizələr dolu                              

tarixi  bir  yol  keçmişdir.  Bunların  hamısının  bir  məqsədi,  bir 

məramı  olmuşdur:  azadlıq,  müstəqillik.  Dirçəliş  oyanışdı, 

yenidən  yaranmaq,  dünyaya  təzədən  gəlməkdi.  Sözün  hər 

mənasında dirçəliş mübarizə aparmaq və özünü təsdiq etməkdi. 

Elə bizim xalqın da Milli Dirçəliş günü onun özünü təsdiqi idi.  

Müstəqil  Azərbaycannın  dövlət  səviyyəsində  qeyd  etdiyi 

bayramlar içərisində Milli Dirçəliş  günü xüsusi yer tutur.                         

I Oxucu:

                           

Dirçəliş günümüz gəldi nəhayət

    


Xalqımın arzusu güldü nəhayət. 

    


Parladı köksündə olan cəsarət, 

   


Onun dərdi, qəmi azalan oldu. 

II Oxucu:                          

Dirçəliş günümüz – azadlığımız, 

Ondadır hər arzu, hər şadlığımız. 

O gün təkrar oldu fərhadlığımız, 

Dağların sinəsi qazılan oldu. 

I Oxucu:                           

Dirçəliş günümüz – səadətimiz, 

O gün – xilaskara məhəbbətimiz. 

O gün qalib gəldi ədalətimiz

Eşqimiz tarixə yazılan oldu. 

II Oxucu:                          

Çiçəklər bürüdü o gün düzləri

Sevgilər bəzədi qəmli gözləri. 

O gün sevdalanıb göy ulduzları 

Bizim yolumuza düzülən oldu. 

I Oxucu:                            

O gün üzü güldü bu gülüstanın 

Yazıldı taleyi azad insanın. 

Mənim ana yurdum Azərbaycanın 

O gündən taleyi yaz olan oldu. 

II Oxucu:                           

Dirçəliş günümüz – səadətimiz, 

Dirçəliş günümüz - ədalətimiz. 

Oldu nəsillərə əmanətimiz – 

Bütün könüllərə yazılan oldu. 

II Aparıcı:            1988-ci il noyabrın 17-də Azərbaycan xalqı ona edilən      

ədalətsizliyə qarşı yumruq kimi birləşmək qüdrətində olduğunu 

sübut  etdi.  İndi  Azadlıq  adlanan  paytaxtın  baş  meydanında 

həmin  gün  bir  milyondan  artıq  soydaşımız  Azərbaycanın  ərazi 

bütövlüyünün  qəsdinə  duranlara  qarşı  etiraz  səsini  ucaltdı.  XX 

əsrdə  Azərbaycan  xalqının  ən  böyük  nailiyyəti  də  məhz 

müstəqil 

Azərbaycan 

dövlətinin 

yaradılmasıdır. 

Öz 

müstəqilliyini  bərpa  edən  ölkəmiz  artıq  demokratik,  hüquqi, 



dünyəvi  dövlətin  möhkəm  təməlini  qoymuşdur.  Ona  görə  də 

XX  əsr  xalqımızın  yaddaşında  dövlətçilik,  müstəqillik  ərazi 




Yüklə 307,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə