Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi



Yüklə 307,32 Kb.
Pdf görüntüsü
səhifə9/10
tarix30.12.2017
ölçüsü307,32 Kb.
#18652
1   2   3   4   5   6   7   8   9   10

23 

 

                          



Bu qaraca torpaqdır. 

                         

O elə bir nemətdir

                         

Heç vaxt müftə verilməz. 

                         

O qurbanla alınar. 

                         

Onun nur mayasında 

                         

Şəhidlərin qanı var. 

I Aparıcı:               Azərbaycanın zəngin tarixi keçmişi, Şərq və Qərb dəyərlərini öz  

mentalitetində  əks  etdirməsi,  əlverişli  geosiyasi  mövqeyi, 

zəngin  təbii  ehtiyatlara  malik  olması  xalqımıza  firavan  və 

təhlükəsiz  yaşamaq  haqqı  verir.  Bu  haqqa  həmişəlik  sahib 

olmaq  üçün  ölkə  daxilində  siyasi  sabitliyi  qorumaq  və  milli 

həmrəyliyi  təmin  etmək    lazımdır.  Bütün  bunlar  isə  hər  bir 

Azərbaycan  vətəndaşının  siyasi  yetkinlik  nümayiş  etdirməsi 

sayəsində mümkündür. Bu, bizim tariximizdir və nə tariximizi, 

nə də onu yazan liderlərimizin xidmətlərini unutmağa haqqımız 

yoxdur.  Tarixini  unudan  xalqı  tarix  unudur.  Azərbaycanın  bu 

günü göstərir ki, bu xalq tarixini unutmayıb. Ən azı ona görə ki, 

gündən  –  günə  güclənən  və  möhkəmlənən  Azərbaycan  məhz 

Heydər  Əliyevin  yolu  ilə  irəliləyir.  Bu  yolu  isə,  təbii  ki,  xalq 

seçib!     

İndi isə gəlin məktəbli oxucumuzun ifasında müəllifi Allahverdi Tağızadə olan  

“Azərbaycan” şeirini dinləyək

I Oxucu:         

Göz açıb dünyaya gəldiyim gündən, 

                       

Ömrümü adına bağlamışam mən. 

                       

Sənsiz mən kiməm ki, vətən, ay vətən, 

                       

Ay arzum, diləyim, ruhum, vicdanım 

                       

Könlümün sevinci azərbaycanım. 

II Oxucu:      

Sən varsan, ömrüm də güllü bahardır, 

                      

Mənə hər addımda taleyim yardır. 

                      

Sənsiz yerişim də müşkül olardı 

                      

Sənsən üfüqlərdə şəfəqim, danım, 

                      

Hər qumu bir inci Azərbaycanım! 

III Oxucu:     

çoxdur dünyada ellər, obalar, 

                      

Hər elin öz adı, öz ünvanı var, 

                      

Övlada can deyən anası olar, 

                      

Qoysana adını hər yerdə anım, 

                      

Həmişə birinci Azərbaycanım! 

IV Oxucu:    

Qara daşa dəyməz gövhərim sənsiz

                     

Bu geniş dünyada yox yerim sənsiz, 

                     

Bir gün dara düşsəm, de görüm, sənsiz 

                     

Hikmət döyüşündə necə dayanım, 

                     

Sözümün qılıncı Azərbaycanım! 

II Aparıcı:  

Ümummillilider Heydər Əliyevin dediyi kimi müstəqilliyimizin 

əbədi  və  dönməz  olması  üçün  həmrəylik  böyük  əhəmiyyət 




24 

 

daşıyır.  Ona  görə  də  hamımız  birləşməliyik,  hamımız  milli 



həmrəylik, milli birlik hissi yaratmalıyıq. Milli deyəndə, ümumi 

Azərbaycan, ümumxalq məfhumunu göz önünə gətirməliyik. 17 

noyabr bir daha göstərdi ki, bütün ciddi – cəhdlərə baxmayaraq, 

azad  yaşamaq  üçün  xəlq  olunmuş  milləti  müstəmləkə 

boyunduruğu 

altında 


saxlamaq 

qeyri 


mümkündür. 

Müstəmləkəçilərin azadlıq kimi ən ülvi amalı məhv etmək cəhdi 

yalnız keçici, müvəqqəti uğur qazana bilər. Tarmar olmuş sovet 

imperiyasının xarabalıqları üzərində qurulan müstəqil dövlətlər, 

azad  yaşayan  xalqlar  bu  tarixi  həqiqəti  sübuta  yetirdilər. 

Azərbaycan  xalqı  üçün  qoca  tarixin  salnaməsində  17  noyabr 

azadlıq  hərəkatı  tale  hadisəsi  kimi  həmişəlik  qalacaq.  Çünki 

xalq azad həyatının başlanğıcını məhz o gündən götürmüşdü. 

 I Aparıcı:         

Azərbaycan xalqının milli dirçəliş tarixi görkəmli dövlət 

Xadimi  Heydər  Əliyevin  adı  il  bağlıdır.  Bu  böyük  şəxsiyyət 

nəhəng  imperiyanın  çökməsini  mahir  siyasətçi  zəkası  ilə  dərk 

edir, öz xalqını istiqlaliyyət  yoluna istiqamətləndirirdi. 1991-ci 

ilin  martında  Azərbaycan  SSR  Ali  Sovetinin  iclasında  çıxış 

edən  Heydər  Əliyev  gələcək  mübarizə  və  inkişaf  yolunu 

müdrikliklə bəyan etdi:  

“Azərbaycan  xalqı  birləşməli  öz  müqəddəs  torpaqlarını  göz 

bəbəyi kimi qorumalıdır.” Azərbaycan Respublikası iqtisadi və 

siyasi  müstəqillik  yolu  ilə  getməli,  tam  istiqlaliyyət  uğrunda 

mübarizə  aparmalıdır...  Mən  bu  yoldan  dönməyəcəyəm”. 

Heydər  Əliyev  bütün  həyatı  boyu  bu  müqəddəs  amala  sadiq   

qaldı, xalqın və Vətənin istiqlalı uğrunda fədakarlıqla mübarizə 

apardı.  Naxçıvan  Ali  Məclisinin  sədri  olarkən  o,  cəsarətli  və 

müdrik  qərarlar  qəbul  etməklə  Bakıda    ali  vəzifə  kürsülərində 

oturan milli dönüklərə dərs verdi. Heydər Əliyevin təşəbbüsü ilə 

üçrəngli  bayrağımız,  muxtar  respublikada  dövlət  bayrağı  kimi 

ucaldıldı. Muxtar respublikanın adından “sovet sosialist” sözləri 

çıxarıldı,  Ali  Sovet  isə  Ali  Məclis  adlandırıldı.  Ali  Məclis 

Azərbaycan  rəhbərliyinə  müraciət  edərək  Bakıda  da  analoji 

qərarlar qəbul olunmasını təklif etdi. Sonrakı hadisələr Heydər 

Əliyevin nə qədər uzaqgörən və müdrik siyasi xadim olduğunu 

parlaq    surətdə  təsdiqlədi.  Heydər    Əliyev  Azərbaycan 

Respublikasının  prezidenti  seçildikdən  sonra  milli  dirçəlişimiz 

yeni  mərhələyə  qədəm  qoydu.  Romantizm  dolu  xülyalardan 

təmizlənib  reallığa,  gerçəkliyə  arxalandı.  Xalqın  təfəkküründə 

baş qaldıran təkamül prosesi sürətləndi.  

II Aparıcı: 

O  zamankı  SSRİ  rəhbərliyinin  xüsusən  də  onun        başında     

duran Mixail Qorbaçovun məkrli qonşularımız ermənilərlə əlbir 

olub  Dağlıq  Qarabağı  Azərbaycandan  qopararaq  Ermənistana 

birləşdirilməsi  istiqamətində  atdığı  addımlar  xalqın  səbir 



Yüklə 307,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə