Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ İnformasiya-biBLİoqrafiya şÖBƏSİ



Yüklə 79,18 Kb.
Pdf görüntüsü
tarix14.04.2018
ölçüsü79,18 Kb.
#38310


AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ 

İNFORMASİYA-BİBLİOQRAFİYA ŞÖBƏSİ 

Biblioqraqfik icmal 

BAKI - 2016 


 

 



Tərtibçidən 

 

Soyqırım  -  bütöv  əhali qruplarının,  etnosların  irqi,  milli,  etnik,  yaxud dini 

əlamətlərə görə tamamilə və ya qismən məhv edilməsi deməkdir. Tarix sübut edir 

ki,  XIX  əsrdən  başlayaraq  ermənilər  Azərbaycan  və  Türkiyə  ərazisində  işğalçılıq 

niyyətlərini həyata keçirmək və tarixi torpaqlarımız hesabına "Böyük Ermənistan" 

xülyasını  reallaşdırmaq  üçün  ardıcıl  olaraq  hərbi  və  ideoloji  vasitələrdən  yarar-

lanmış, xalqımıza qarşı dəhşətli soyqırım cinayətləri həyata keçirmişlər. 

 Təkcə 

1918-ci  ilin  mart-aprel  aylarında Bakı, Şamaxı,  Quba, Lənkəran və  digər  yerlərdə 



50  mindən  çox  azərbaycanlı,  o  cümlədən  qocalar,  qadınlar  və  uşaqlar 

amansızcasına qətlə yetirilmş, xalqımıza məxsus tarixi abidələr məhv edilmişdir. 

Ermənilərin  XX  əsrdə  həyata  keçirdikləri  soyqırım,  deportasiya  və  etnik 

təmizləmə siyasəti nəticəsində Azərbaycan 1918-1929-cu illərdə 29,8 min kvadrat-

kilometr  ərazisini  itirmiş,  1991-1993-cü  illərdə  20  faiz  ərazimiz  işğal  edilmişdir. 

2,5  milyon  nəfər  azərbaycanlı  soyqırım  və  deportasiya  cinayətlərinin  qurbanı 

olmuşdur. 

Tarixi  şərait  səbəbindən  ötən  iki  əsr  ərzində  baş  vermiş  hadisələrə,  xalqı-

mızın faciələrinə obyektiv qiymət vermək mümkün olmamışdır. Yalnız müstəqillik 

dövründə  ermənilərin  Azərbaycan  xalqına  qarşı  həyata  keçirdikləri  soyqırımı 

cinayətlərinə  əsl  hüquqi-siyasi  qiymət  verildi.  Uzun  illər  gizli  saxlanılan,  üzərinə 

qadağa  qoyulmuş  həqiqətlər  açıldı,  təhrif  edilmiş  hadisələr  özünün  əsl  qiymətini 

aldı.1998-ci  il  martın  26-da  ümummilli  lider  Heydər  Əliyevin  imzaladığı  "Azər-

baycanlıların soyqırımı  haqqında"  fərman  erməni  millətçilərinin  cinayətkar  əməl-

lərinə verilən dolğun və hərtərəfli siyasi qiymət oldu. Fərmanda ermənilərin Azər-

baycan  xalqının  başına  gətirdiyi  müsibətlər  dünyaya  bəyan  edilərək  bu  qanlı 

əməllərə düzgün siyasi qiymət verildi. Ulu öndərin erməni məkrini tarixi faktların 

dili  ilə  ifşa  etdiyi  bu  fərmanı  Azərbaycanın  indiki  və  gələcək  nəsillərinin  milli 

yaddaşının qorunması baxımından da bir növ proqram sənədidir. 

 Hər bir Azərbaycan vətəndaşı xalqımızın başına gətirilən faciələri unutma-

malı, həqiqətlərin gələcək nəsillərə çatdırılması üçün əlindən gələni etməlidir.  

Soyqırımı ilə əlaqədar C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının 

fondunda olan kitablardan bir neçəsinin biblioqrafik icmalı: 

 

 



 


 

1.



 

Abışov, Vaqif Şirin oğlu. Azərbaycanlıların soyqırımı : 1917-1918-ci illər: 

monoqrafiya / V. Ş. Abışov ; elmi red.: H. S. Əzimov,  

İ. S. Məmmədov ; AMEA A.A. Bakıxanov adına Tarix İnsti-

tutu. - Bakı : Nurlan, 2007. - 176 s.  

Monoqrafiyada Birinci Dünya müharibəsinin gedişində (1914-

1918-ci  illər)  Qərb  dövlətləri  və  eləcə  də  Rusiyanın  köməyi 

sayəsində  Türkiyə  və  Azərbaycan  torpaqları  hesabına  erməni 

dövləti  yaratmaq  xülyası  ilə  dinc  əhaliyə  qarşı  cinayətlər 

törədən,  Bakı  Xalq  Komissarları  Soveti  və  Sentrokaspi 

diktaturası  dövründə  də  azərbaycanlıları  amansızcasına  qətlə  yetirən,  onları  ata-

baba  torpaqlarından  zorla  qovan,  əmlaklarını  qarət  edən,  evlərini  yandıran, 

mədəniyyət  abidələrini  dağıdan  ermənilərin  cinayətkar  əməlləri  tutarlı  arxiv 

sənədləri  və  materiallara  istinadən  araşdırılır.  Kitabdan  tarixçilər,  diplomatlar, 

tariximizin  bu  dönəmini  tədqiq  edən  mütəxəssislər  və    maraqlanan  oxucular 

istifadə edə bilərlər.  

2.

 



Azərbaycan xalqına  qarşı  1918-ci  il mart soyqırımı  :  sənədlər  toplusu:  3 

cilddə / AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu; ön sözün müəl. Y. M. Mah-

mudov. 

   I  cild :  "26  Bakı  komissarları"nın  əsl  tarixi  /  tərt.:  N.  Məmmədzadə  [və  b.]  ; 



AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu. - Bakı : Çaşıoğlu, 2009. - 776 s.  

Sənədlər  toplusu  sovet  hakimiyyəti  illərində  Azərbaycan  xalqının  xüsusi 

məqsədlərlə  saxtalaşdırılmış  tarixinin  əsl  mənzərəsini  üzə  çıxarır.  Kitaba  daxil 

edilmiş  arxiv  sənədləri  və  müəllif  məqalələrində  "Daşnaksütyun"  partiyası  Bakı 

Komitəsinin  üzvü  Stepan  Şaumyanın başçılıq  etdiyi  daşnak-bolşevik  cəlladlarının 

Azərbaycan  xalqına  qarşı  törətdikləri  dəhşətli  soyqırımın  indəyədək  xalqdan 

gizlədilmiş səhifələri işıqlandırılır. Bu sənədlər toplusundakı mzterialları oxuduqca  

mart qırğınını törədənlərin bu cinayəti planlı şəkildə həyata keçirmələri aydın olur. 

Kitab  xalqımıza  qarşı  xüsusi  amansızlıqla  həyata  keçirilmiş  mart  soyqırımı  

həqiqətlərini  üzə  çıxardan  tutarlı  mənbədir  və  hər  kəs 

istifadə edə bilər.  

3.

 



Ələkbərzadə,  Mehriban. Tarixin  bir  günü  və  ya  bir 

günün tarixi / M. Z. Ələkbərzadə ; elmi red. N. Q. Cəfərov ; 

Azərbaycanda Atatürk Mərkəzi. - Bakı: Təhsil, 2005.- 128 s.  

Tanınmış  jurnalist-tədqiqatcı,  Naxcıvan  MR-nın 

əməkdar  incəsənət  xadimi  Mehriban  Ələkbərzadənin 

"Tarixin  bir  günü  və  ya  Bir  günün  tarixi"  kitabı  müəllifin 




 

son  illərdə  SPACE  televiziyasında  getmiş,  böyük  ictimai,  elmi-ideoloji  maraq 



doğuran filmlərin ssenari-mətnləri əsasında hazırlanmışdır. Kitabda Azərbaycanın 

ən  yeni  tarixinin  bir  sıra  unudulmuş  və  ya  unutdurulmuş  məqamları  barədə  yeni 

mənbələrə dayanılaraq geniş elmi-publisistik şərhlər verilir. 

Kitabın “Tariximizin 31 Mart adlı soyqırım günü” bölməsində  bu qırğının 

hazırlanıb həyata keçirilməsi bütün istiqamətlərdə şərh olunur. 

4.

 



1918-ci  ilin  yazı:  Azərbaycan  xalqının  soyqırımı.  Zaqafqaziya 

respublikasının  dağılması  /Azərbaycan  Cümhuriyyəti  (1918-1920).-  Bakı:  Elm, 

1998.-S.65-81. 

Kitabda  gənc  Azərbaycan  Cümhuriyyətinin  müxtəlif  sahələrdə  apardığı 

fəaliyyət, onun süqutunun  səbəbləri, tarixi əhəmiyyəti elmi şəkildə araşdırılır. 

Kitabın  I  fəsil  5-ci  paraqrafında  erməni-daşnaklarının  öz  himayədarlarının 

köməkliyi ilə Bakıda və Azərbaycanın bir çox şəhər və kəndlərində törətdiyi qanlı 

soyqırım  hadisələri,  onun  açı  nəticələri  barədə  tarixi  mənbələrə  söykənən 

məlumatları oxuya bilərsiniz. 

5.

 

İsgəndərli,  Anar. Azərbaycan  həqiqətləri  :  1917-



1920  /  A.  İsgəndərli  ;  ön  sözün  müəl.,  rəy.  C.  Makkarti  ; 

AMEA  İnsan  Hüquqları  İnstitutu.  -  Bakı  :  Elm  və  Təhsil, 

2013. - 210 s. 

Kitabda ermənilərin Cənubi Qafqazda məskunlaşması, 

onların  Osmanlı imperiyasının tərkibində fəaliyyəti,  Xüsusi 

Zaqafqaziya  Komitəsi,  Zaqafqaziya  Komissarlığı,  Zaqaf-

qaziya  Seymi,  1918-1920-ci  illərdə  erməni  hərbi  birləş-

mələri tərəfindən Bakı, Şamaxı, Quba, Lənkəran, Zəngəzur, 

İrəvan,  Urmiya,  Maku  və  Xoyda  türk-müsəlman  əhalisinə  qarşı  həyata  keçi-

rilən soyqırımlar,  Azərbaycan  Xalq  Cümhuriyyətinin  Tiflis  dövrü,  Gəncə  dövrü, 

Qafqaz-İslam  Ordusunun  Azərbaycana  xilaskarlıq  yürüşü,  Bakı  xalq  komissarları 

Sovetinin  antiazərbaycan  siyasəti,  ingilis  qüvvələrinin  Bakıya  daxil  olması, 

Azərbaycan  parlamentinin  təşkili,  AXC-nin  daxili  və  xarici  siyasəti,  Azərbaycan 

nümayəndə  heyətinin  Paris  Sülh  Konfrasında  iştirakı,  AXC-nin  Sovet  Rusiyası 

tərəfindən  işğalı  mövcud  arxiv  sənədləri  və  qərb  müəlliflərinin  əsərləri  əsasında 

tədqiq edilmişdir. 

 



 

6.



 

Qaraoğlu,  Fazil.  Ermənilər  və  həqiqətlər  :  rəsmi 

sənədlərlə  / F. Qaraoğlu. 



I  cild /  red.  B.  Abdullayev.  -  Bakı  :  Nurlar  NPM,  2007.  - 

400 s.  


Kitabda  zəngin  arxiv  sənədləri  və  ilkin  mənbələr  əsasında 

ermənilərin tarixindən, sosial-iqtisadi həyatından, mədəniy-

yətindən,  dinindən,  yaşadıqları  bölgələrdə  ətrafa  olan 

münasibətlərindən  və  türklərə  qarşı  törətdikləri  məzalim-

lərdən,  həmçinin  azərbaycanlılara  qarşı  1918-1920-ci 

illərdə Bakıda, Qubada, Dəvəçidə, Şamaxıda, Kürdəmirdə, Göyçayda, Qarabağda, 

Şuşada,  Qubadlıda,  Zəngilanda,  Cəbrayılda,  Zəngəzurda,  Naxçıvanda,  Şərurda, 

Sürməlidə, İrəvanda törətdikləri vəhşiliklərdən bəhs olunur. 

 

Bu  kitab  xalqımızın  bilmək  məcburiyyətində  olduğu  tarixin  bəzi  qaranlıq 



səhifələrini oxuculara təqdim edir. 

7.

 



İsmayılov,  Xaqani  Neyman  oğlu. "Erməni  məsələsi"  və  türk-müsəlman 

soyqırımı : ensiklopedik tarixi araşdırma / X. N. İsmayılov. - Bakı : Maarif, 2011. - 

420 s. 

"Erməni  məsələsi"  və  türk-müsəlman  soyqırımı"  kitabı  I  Dünya  savaşı  fonunda 



Qafqaz,  Güney  Azərbaycan  və  Anadolu  türklərinin,  müsəlmanlarının  soyqırımını 

arxiv  bölgələri  və  sənədli  qaynaqlar  əsasında  işıqlandıran  bir  əsərdir.  Müəllif 

kitaba  həmçinin  "erməni  məsələsi",  erməni  tarixinin  bəzi  saxtalaşdırılmış 

məqamları  haqda  qeydlərini  və  qondarma  "erməni  soyqırımı"nı  təkzib  edən  elmi 

araşdırmalarını da daxil edib. Əsərdə Türk Ordusunun I Dünya Savaşı zamanı və 

onun  fonunda  Qafqaz,  Güney  Azərbaycan  və  Anadolu  bölgələrinə  qurtarıcı 

hərəkatı da araşdırılaraq, adı çəkilən nahiyələrdə 1915-1921 olaylarına daha geniş 

aydınlıq gətirilmişdir. Bundan başqa, kitabda türk yazılı abidələrinin qədimliyi də 

işıqlandırılaraq soyqırıma məruz qalan xalqın mədəni kimliyi təqdim edilmişdir. 

8.

 



Vəliyev,  Akif  Abduləzim  oğlu. 31 mart soyqırımı  :  1918-1920-ci  illər 

mətbuatında  /  A.  A.  Vəliyev  ;  elmi  red.  C.  Məmmədli.  -  Bakı  :  Elm  və  Təhsil, 

2011. - 100 s. 

Kitab  ermənilərin  Azərbaycan  xalqına  qarşı  törətdikləri  kütləvi  qətliamdan 

bəhs edir. Kitabda soyqırım tarixşünaslığı üçün yenilik sayılacaq faktlar, məqalələr 

əksini tapır. Həmçinin milli mətbuat tariximizdə ilk dəfə adı çəkilən, 1918- ci ilin 

noyabrın  12-  də  Tbilisidə  çap  olunmuş,  bütövlükdə  31 Mart soyqırımına  həsr 

olunmuş "Qardaş qayğısı" qəzeti barəsində məlumat verilir. Bu qəzetdə çap olunan 




 

məqalələr  oxuculara  çatdırılır.  Əslən  Maştağadan  olan  Seyidağa  Axundzadənin 



1919-cu ildə "Turan" mətbəəsində çap olunmuş "Mart hadisəsi 1918." kitabı da ilk 

dəfə müasir əlifbada işıq üzü görür. 

9.

 

Kərimli  Tağı.  Türk  millətinə  qarşıerməni  terroru.-



Bakı: Nurlan, 2003.-100 s. 

 

Tədqiqatçı-jurnalist  Tağı  Kərimlinin  Qələmə  aldığı 



bu  kitabın  adından  göründüyü  kimi  ermənilərin  türklərə 

qarşı törətdikləri terror və soyqırımlardan bəhs edir. Kitab-

da  1918-ci  il  31  mart  soyqırımına,  türk  diplomatlarının 

qətlə  yetirilməsinə,  Xocalı  soyqırımına  yer  verilmişdir. 

Müəllif kitabda erməni terrorçuluğunun meydana gəlməsi, 

genişlənməsi, hədəflərin dəqiqləşdirilməsi, terrorçu erməni 

təşkilatlarının  yaranması  və  onların  mənfur  fəaliyyətini  ermənilərin  öz  dili  ilə,  öz 

mənbələri  əsasında  ifşa  edir.  Onu  da  qeyd  edək  ki,  kitabda  əksini  tapmış 

materiallar ermənilərin  türk millətinə qarşı törətdikləri terror aktlarının yalnız bir 

hissəsidir. 

10.

 

Şahtaxtı, Sabir. Azərbaycan : təqvimdə dörd qara gün: [1918, 1920, 1990, 



1992]  / S. Şahtaxtı ; elmi red. E. X. Nəsirov ; ön sözün müəl. Ə. Abdullayev. - 

Bakı : Elm və Təhsil, 2013. - 160 s. 

Kitabda  ermənilərin  azərbaycanlılara  qarşı  törətdikləri  1918-ci  il mart  

soyqırımının, 1920-ci il aprel işğalının, 1990-cı il 20 Yanvar faciəsinin və 1992-ci 

il Xocalı soyqırımının səbəbləri, məqsədləri və nəticələrindən bəhs edilir. Burada 

toplanmış çoxsaylı tarixi faktlar və siyasi mülahizələr bir daha onu göstərir ki, bu 

qanlı  hadisələr  iyrənc  "Böyük  Ermənistan"  ideologiyası  əsasında  Azərbaycan 

xalqına  qarşı  törədilən  tarixi  cinayətlərdir.  Məqsəd  və  mahiyyətcə  bir-birinin 

davamı  olan  bu  cinayət  sistemli  şəkildə  həyata  keçirilmişdir.  Erməni  millətçiləri 

XX əsrin əvvəllərində müsəlman əhaliyə qarşı törətdikləri hərbi cinayətləri həmin 

əsrin  sonunda  yenidən  təkrarlamışlar.  Eləcə  də  sovet 

hakimiyyəti illərində SSRİ rəhbərliyinin Azərbaycan xalqına 

qarşı  yürütdüyü  ayrıseçkilik  siyasəti  ağır  sosial-siyasi 

nəticələr vermişdir. 

11.

 

Əroğul,  Əlisahib.  Azərbaycanda  erməni-daşnak  ter-



rorunun xronologiyası : bədii, tarixi publisistika / Ə. Əroğul ; 

red. N. Tapdıqoğlu. - Bakı : Təknur, 2009. - 200 s.  

Kitabda  erməni-daşnak  faşizminin  son  bir  əsrdə 

Azərbaycan  türklərinə  qarşı  yürütdükləri  soyqırımı  və  etnik 




 

təmizləmə siyasətinin terror şiddətindən, onun aman-sızlığından bəhs edən, sırası 



minləri aşan konkret faktlar öz əksini tapır. Müəllif qeyd edir ki,  erməni-daşnak 

faşistləri  ilkin  olaraq    açıq  şəkildə  1905-1907-ci  illərdə  Azərbaycan  türklərinin 

qətliamına  fərman  verdilər  və  milli-etnik  münaqişə  zəmnində  XX  əsrin,  həm  də 

dünyanın  ilk  soyqırımı  faciəsini  törətdilər.  Azərbaycanlıların  qətliamının  II 

mərhələsində - 1918-1920-ci illərdə soyqırım və etnik təmizləmə siyasətini daha da 

amansız şəkildə davam etdirərək super güclərin dəstəyi ilə Qərbi Azərbaycanı qəsb 

etdilər.  Total  türk  düşməni  Stalinin  saqqızını  oğurlayaraq  etnik  təmizləmə 

siyasətinin  III  mərhələsində  -  1948-1993-cü  illərdə  isə  cinayətkarcasına 

Ermənistan  SSR  ərazisindən  Azərbaycan  türklərinin  deportasiyasını  həyata 

keçirdilər  və  türksüz  Ermənistan  Respublikasını  yaratmağa  nail  oldular.  Bütün 

bunlarla  kifayətlənməyən  erməni-daşnak  faşistləri  günü  bu  gün  də  Azərbaycan 

torpaqlarını  qəsb    etmək  siyasətlərindən  əl  çəkmirlər.Kitabda  ermən-daşnak 

terrorları  xronoloji  adıcıllıqla  01.10  dekabr  1586-cı  il  tarixdən  bu  kitabın  nəşr 

olunduğu ilə (2009) qədər xronoloji ardıcıllıqla verilib.  Geniş oxucu kütləsi üçün 

nəzərdə  tutulan  bu  kitab  hər  bir  Azərbaycan  vətəndaşına  erməni  daşnaklarının 

xalqımıza  qarşı  zaman-zaman  törətdiyi  soyqırımlar    barədə  ardıcıl,  müfəssəl 

məlumat verən dəyərli məlu-mat mənbəyidir.  

 

12.



 

Əliyev, Nail. 1917-1920-ci illərdə Azərbaycanda Türk-

müsəlman soyqırımları ilk mənbələrdə : monoqrafiya  

/ N. Əliyev ; Azərbaycan Respublikası Mədəniyyət və Turizm 

Nazirliyi.-Bakı:Nurlan,2007.-204s.  

 

        Mənbəşünaslıq  sahəsində  ilk  monoqrafik  əsər  olan  bu 



kitab  xalqımızın həyatında  baş vermiş  soyqırımlar  və  depor-

tasiya  dövrlərində  soydaşlarımızın  faciələrindən,    düçar  ol-

duqları  müsibətlərdən,  AXC-nin  təşkil  etdiyi  FİK-nin 

tədqiqatlarından,  Azərbaycan  diplomatlarının  bu  sahədəki 

çoxsahəli fəaliyyətindən ətraflı söhbət açır. 

Kitab  uydurulmuş  “erməni  genosidi”  təbliğatı  ilə  məşğul  olan  erməni 

lobbisinin  təbliğatının beynəlxalq  miqyasda  zərərsizləşdirilməsi sahəsində  faydalı 

vəsait  kimi  istifadə  edə  bilər.  Diqqətinizə  təqdim  edilən  monoqrafiyada  çoxsaylı 

mənbələr  (Azərbaycan,  Osmanlı,  Rusiya  və  digər  dövlətlərin  arxiv  materialları), 

Azərbaycan  Xalq  Cümhuriyyətinin,  onun  parlamentinin,  Fövqəladə  İstintaq 

Komissiyasının  sənədləri,  soyqırım  hadisələrinin  şahidlərinin    verdikləri  ifadə  və 

izahatları sistemli, əlaqəli qaydada elmi cəhətdən araşdırılmış, ümumiləşdirilmiş və 

mühüm nəticələr əldə edilmişdir. 

 

Kitab  elmi  ictimaiyyət,  ali  məktəb  tələbələri  və  geniş  oxucu  kütləsi  üçün 



nəzərdə tutulub. 

 

 




 

 



 

13.


 

Ağayev, Yusif. İstiqlal yürüşü -1918 / Y. Ağayev,  

S. Əhmədov ; red. Ə. Oğuz. - Bak : Altun kitab, 2009.- 416 s.  

      

       Hər  bir  millətin  keçmişi  nəsillərin  vahid  tarixi  əlaqəsini 



yaradan  irili-xırdalı  hadisələrdən  ibarətdir.  Hərbi-siyasi 

olaylar  bu  hadisələr  arasında  xüsusi  yer  tutur.  Məhz  bu 

hadisələrin gedişində millət öz mövcudluğu uğrunda mübarizə 

aparır, bu mübarizədə möhkəmlənir, birləşir. 

      Ağayev  Yusif  və  Əhmədov  Səbuhinin  hazırladıqları  bu 

kitab  Azərbaycan  tarixinin  ən  ağrılı  məqamlarından  birinə  -  1917-ci  ilin 

noyabrından  1918-ci  ilin  sentyabrınadək  olan  dövrdə  baş  vermiş  hadisələrə  həsr 

olunmuşdur. Kitabda 1918-ci ilin martın 31-də Bakıda əməliyyata başlayan və bir 

neçə  gün  ərzində  şəhərin  azərbaycanlılara  məxsus  hissəsini  viranəyə  çevirib, 

sonrakı  günlərdə  Quba,  Şamaxı,  Lənkəran  və  Azərbaycanın  bir  sıra  şəhər  və 

kəndlərində müsəlman əhaliyə divan tutan erməni daşnak dəstələrinin bolşeviklərlə 

əlbir  törətdikləri  qanlı  qırğınlar  şərh  olunub.  Təqdim  olunan  bu  kitabın  hərbi 

hadisələrin  təsvirinə  həsr  olunmuş  paraqrafları  zəngin  mənbələr  və  mövcud  elmi 

ədəbiyyat əsasında yazılmışdır. 

Kitab  tədqiqatçı  mütəxəssislər,  ali  məktəb  tələbələri  və  geniş  oxucu  kütləsi  üçün 

nəzərdə tutulub. 

 

14.

 

İsrafilzadə,  Əlisahib  Qiyas  oğlu.  Erməni-

daşnak  faşizmi  və  Azərbaycan :  bədii publisistika  .  -  Bakı : 

Təhsil, 2007. - 412 s. 

 

Müəllif  bu  kitabında  amansızlığı  və  xüsusi  qəddarlığı  ilə 



seçilən şovinist və millitarist, Azərbaycan türkünün varlığına 

qənim kəsilmiş erməni-daşnak faşizminin, onun aparıcı siyasi 

qüvvəsi  olan  daşnak  ideologiyasının  qatı  faşist  mahiy-

yətindən bəhs edir. Qeyri-insani məziyyətlərini tam çılpaqlığı 

ilə  açıb  göstərir.  Erməni-daşnak  faşistlərinin,  onun  silahlı 

birləşmələrinin, terror qruplarının, təxribatçı dəstələrinin XIX 

və XX əsrlərdə, xüsusilə son 100 ildə Azərbaycan türkünə qarşı apardıqları ardıcıl 

və  məqsədyönlü  soyqırımı  və  etnik  təmizləmə  siyasətinin  vəhşiliyindən  söz  açır. 

Həmçinin  müəllif  qeyd  edir  ki,  gec-tez  dünya  birliyi  haqq  səsimizi  eşidəcək, 

bəşəriyyət  və  insanlıq  əleyhinə  cinayət  törədən,  terroru  və  seperatizmi  təbliğ  və 

təşviq  edən  erməni-daşnak  faşizminə  də  yox  deyəcəkdir.  Nəhayət,  dünya  ictimai 

fikri xristian dünyasının qoltuğuna sığınıb, özünü məzlum, qarşı tərəfi zalım kimi 




 

qələmə  verən  erməni-daşnak  faşistlərinin  bədnam  təbliğatının  maskasını 



yırtmaqda, onu da tarixin zibilliyinə tullamaqda özündə güc-qüvvət tapacaqdır.  

 

      Kitabın  bölməsində  faciənin  baş  verməsində  yenə  də  Rusiyanın  işğalçılıq 



siyasətinin erməni-daşnak faşistlərinin çirkin, məkrli niyyətləri ilə uzlaşdığı və üst-

üstə  düşdüyündən  bəhs  olunur.  Ətraflı  məlumat  almaq  üçün  bu  kitab  dəyərli 

mənbədir.

 

 



15.

 

 Şirinoğlu,  Vaqif.  1918-1920-ci  illərdə  Azərbaycanlıların  soyqırımı. 

Sənədlər və materiallar.- Bakı: Qartal, 2001.- 176 s. 

 

Kitabda  ermənilərin  Azərbaycan  türklərinin  başına 



gətirdikləri  dəhşətli  qırğınlardan  bəhs  edən  çoxsaylı  arxiv 

sənədləri və materiallar toplanıb. Sənədlərin böyük bir qismi 

Azərbaycan  Xalq  Cümhuriyyətinin    hökuməti  tərəfindən 

yaradılmış  istintaq  komissiyasının  topladığı  materiallardır. 

Kitabda toplanan digər sənədlər Azərbaycan Respublikasının  

Dövlət  Arxivindən  və  müxtəlif  illərdə  çap  olunmuş 

Azərbaycan  Milli  EA-nın  “Xəbərləri”  jurnalının  “Tarix, 

fəlsəfə və hüquq” seriyasından götürülmüşdür. 

 

Kitab ictimaiyyətşünaslar, tarixçilər, sosioloqlar, politoloqlar və geniş oxucu 



kütləsi üçün nəzərdə tutulmuşdur. 

16.


 

Məmmədova  H.  İ.  Azərbaycan  Xalq  Cümhuriyyəti 

dövründə  Yuxarı  Qarabağda  siyasi  vəziyyət:  Erməni 

terrorizminin  güclənməsi  (1918-1920).-  Bakı:  Nağıl  Evi 

nəşriyyatı, 2006.-150 s. 

Həvva  Məmmədovanın  oxuculara  təqdim  olunan  bu 

kitabında  zəngin  arxiv  materiallarından  istifadə  olunaraq 

1918-1920-ci  illərdə  Yuxarı  Qarabağda  siyasi  vəziyyət, 

Zəngəzurda  erməni  terroru  haqqında  ətraflı  məlumat 

verilir.  Kitabda  Ermənistanın  Azərbaycana  qarşı  ərazi 

iddiaları təhlil edilir. Bu dövrdə Azərbaycan hökumətinin atdığı qətiyyətli addım, 

Qarabağ  general-qubernatorluğun  yaradılması  və  fəaliyyəti  geniş  işiqlandırılır. 

Kitab  erməni  terrorizminin  köklərini  araşdırmaq  və  bəzi  məqamlara  aydınlıq 

gətirmək baxımından mühüm əhəmiyyət kəsb edir. 

Beləliklə,  1918-1920-ci  illərdə  Azərbaycan  dövlətinin  ölkənin  ərazi  bütöv-

lüyünün  qorunması  məqsədilə  həyata  keçirdiyi  tədbirlər  haqqında  olan  bu  kitab 



10 

 

tarixşünaslığımızda  həmin  problemə  dair  daha  bir  addım  kimi  səciyyələndirilə 



bilər.  

     


        

 

 



 

 

 



 

         Tərtibçi :               Böyük kitabxanaçı Məmmədova Tamella 

          Redaktor:            Şöbə müdiri Şəfiyeva Səadət 

 

 



 

 

 

Ünvan: 

Az 1065, Yasamal rayonu, Bakı şəhəri 

N.Nərimanov küç., 203 

Əlaqə telefonları: 

(+994 012) 538 02 47 

                    538 54 57  

                    538 93 54 



ryl.az@mail.ru

 

 



Yüklə 79,18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə