Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ MƏDƏNİYYƏTŞÜnasliq üZRƏ elmi-metodiKİ MƏRKƏZ



Yüklə 234,57 Kb.
Pdf görüntüsü
tarix21.06.2018
ölçüsü234,57 Kb.
#49866


AZƏRBAYCAN  RESPUBLİKASI 

MƏDƏNİYYƏT  VƏ  TURİZM NAZİRLİYİ 

MƏDƏNİYYƏTŞÜNASLIQ  ÜZRƏ ELMİ-METODİKİ MƏRKƏZ 

 

 

 



                                                                                         

                                    

 

                                                  



XOR  

 

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT  

MƏKTƏBLƏRİ  ÜÇÜN 

P R O Q R A M  

 

 



 

 

 



 

 

 



 

 

 



 

BAKI – 2015 

 


 

 



 

 

Tərtibçilər:  

 

Natiq Mustafayev 

 

 

 

 

 

Mədəniyyətşünaslıq üzrə  

Elmi-Metodiki Mərkəzin  

Təhsil şöbəsinin müdiri 

 

 

 



Məhin Orucova 

 

 

 

 

Bakı şəhər C.Hacıyev adına 3 nömrəli  

11 illik musiqi məktəbinin direktoru,  

xormeyster 



 

Zenfira Nurullayeva 

Bakı  şəhər  Q.Qarayev  adına  Mərkəzi 

İncəsənət Məktəbinin müəllimi 

 

 

Redaktor:   



 

Leyla Rzayeva  

 

 

 

 

Mədəniyyətşünaslıq üzrə  

Elmi-Metodiki Mərkəzin  

Təhsil şöbəsinin metodisti 

 

 

 

 

 

 

 

 

 



 

Qısa  metodiki  tövsiyələr 

 

Xor  -  qədim  incəsənət  növlərindən  biri  kimi  bütün  dünya 

mədəniyyəti  tarixi  ifaçılıq    sirri  ilə  qırılmaz  əlaqədədir.  İnsan 

mahiyyəti,    insan  təbiətinin  özü  xor  ifasında,      insanların  vokal 

istedadını izahedilməz dərəcədə dərin və təbii şəkildə əks etdirir.  Xor 

ifası  həyatın  özü  ilə  sıx  birləşir,  onun      ayrılmaz  hissəsi  olur.  O 

hissləri,  xəyalları  oxuyan  insanların  iradələrini  birləşdirir,  onların 

zövqlərini və qəlblərini tərbiyələndirir. Xor ifası - dünya musiqisinin 

zirvələrinə,  şəxsiyyətin  estetik  təkmilləşməsinə,  mənəviyyat 

yüksəkliklərinə  çatmaq üçün zəngin imkan və etibarlı yoldur.   

Uşaq xoru - xor ifaçılığının ən qiymətli budağıdır, səslənmə 

miqyasında  daha  kicik,    daha  incə,  emosional  cəhətdən  daha  açıq, 

daha  şairanə  və  səmimidir.  "Uşaq  səslərinin  məlahətinin  böyük 

hissəsi,  bu  səslərin  arxasında  canlı  məxluqun  olmasının  hiss 

edilməsindən  asılı  olmasındadır,  onlar  təkcə  düzgün  deyil,  həm  də 

düşüncəli oxuyanda, bu musiqi ilə dünyanın digər başqa bir  musiqisi 

müqayisə olunmazdır" deyə məhşur Amerika musiqiçisi və pedaqoqu 

C.Bets düzgün vurğulamışdır. 

“Xorla  oxuma  böyük  təsir  gücünə, tərbiyəedici  xarakterə  

malikdir.  Xorla    oxumaq    ən    qüdrətli    pedaqoji    vasitədir.  O,  sinfi  

çox  yaxşı  təşkil  edə  bilir” (K.D.Uşinski). 

Uşaq    musiqi    və    incəsənət    məktəblərində    xor    fənni  

mühüm  əhəmiyyət  kəsb  edir. 

Xorla    oxuyarkən    uşaq    sadəcə    tamaşaçı    və    ya    dinləyici  

kimi  qalmır, kütləvi  fəaliyyətin  iştirakçısı  olur  və  bu  fəaliyyətdə  

o, şəxsiyyət  kimi  formalaşır. 

Xorla  ifa  şagirdlərin  bədii  zövgünün  inkişafı, musiqi  bilik  

dərəcəsi  və  mədəni  səviyyənin  artırılmasında  böyük  rol  oynayır. 

Şagirdlərdə    doğma    vətənə    məhəbbət,  vətənpərvərlik    hissini  

tərbiyə  edir. 

Xor    dərsi,  hər    hansı    bir    alətdə    çalmaqla    yanaşı,  

şagirdlərin  eşitmə  qabiliyyətinə, intonasiya  bacarığına  da  böyük  




 

təsir  göstərir. Uşaq  xorlarında  həm  qızlar  həm  də  oğlanlar  iştirak  



edə  bilərlər. 

Xor  kollektivləri  ikisəsli,  üçsəsli, dördsəsli olaraq oxumağa 

uyğun   şəkildə  partiyalara  bölünürlər. Uşaq   xorunda    səslər   I,  II 

diskant” lara (soprano) və I, II  “alt”lara  bölünürlər. 



 “Diskant”lar  (soprano)  yüksək  uşaq  səsinin  diapazonu  I 

oktavanın  “do”  səsindən  II oktavanın  “sol”, “lya”  səslərinə  qədər  

olur. 

  

“Alt” alçaq uşaq səsinin   diapazonu  kiçik  oktavanın  “lya”, 

“sol”  səsindən  II oktavanın  “re”   səsinə  qədərdir. 

Xor    dərsini    aparan    müəllimin    qarşısında    xorla    ifaya    həvəs  

yaratmaq, lazımi  səviyyədə  xor  vərdişlərini  qavramaq  məsələləri  

durmalıdır. 

Xor    sinfində    ifa    prosesində    vacib    olan    xor  –  vokal  

vərdişləri, 

kök, 


ansambl, 

nəfəsalma, 

diksiya 

 

tədricən  



təkmilləşdirilməlidir. 

Xor  amillərinin  yerinə  yetirilməsi  və  repertuarın  seçilməsi  

bir  –  birindən    asılı    olan    prosesdir.  Tədris    ili    ərzində    aşağı  

siniflərdə    5-8,  yuxarı    siniflərdə    isə    8-10    əsərin    ifası    məsləhət  

görülür. Repertuarın  mürəkkəbliyi  uşaqların  ifaçılıq  bacarığından, 

xor  –  vokal    vərdişlərinin    qavranılmasından    asılı    olmalıdır.  Yeni  

əsərlə  ilk  dəfə  tanış  olaraq, solfecio  oxuma  ilə  yanaşı  şagirdin  

eşitmə    qabiliyyətinə    diqqət    yetirmək    onun    zehninin    inkişafına  

geniş  yol  vermək  deməkdir. 

Xor    sənəti    zəngin    Azərbaycan    musiqisinin    ayrılmaz  

qollarından    biri    olduğu    üçün    verilən    proqramda    Azərbaycan  

bəstəkarlarının    uşaq    xoru    üçün    bəstələdiyi    əsərlər    mühüm    yer  

tutmalıdır.  Bu    əsərlərlə    yanaşı    proqramda    uşaq    xoru    üçün  

işlənmiş  bir  çox  Azərbaycan  xalq  mahnılarından  da  nümunələr  

verilmişdir. 

Klassik    musiqi    nümunələrinin    uşaqların    musiqi  

duyumunun    inkişafında    rolu    çox    böyükdür.  Bununla    əlaqədar  

kiçik    yaşlarından    uşaqların    klassik    əsərlərlə    yaxından    tanışlığı  

məqsədilə    dünya    klassiklərinin        əsərləri    və    müxtəlif    xalqların  

xalq  mahnılarının  işləmələri  də daxil  edilmişdir. 




 

 



A ş a ğ ı  s i n i f l ə r 

 

I yarımil 

1-ci dərs: Dərsin  təşkili. Səsi  açma  məşğələləri. 

2-ci  dərs:  Səs    və  dərin    oxuma  –  nəfəsalma    vərdişlərinə  

yiyələnmək. 



3-cü dərs: Nəfəsin  üfürülməsi  qaydalarına  riayət  edərək  təbii  və 

azad  oxuma. 



4-cü dərs: Məşğələlər  üzərində  praktiki  iş. 

5-ci  dərs:  Nəfəsalmanın  müxtəlif  növləri – qısa, cəld, sakit, dərin, 

aktiv  və  bunların  əsərin  temp, xarakter  və  dinamikasından  asılı  

olması. 

6-cı dərs: Pauza  ilə  ayrılmayan  musiqi  frazaları  arasında  kiçik  və  

cəld  nəfəsalma. 



7-ci dərs: Zəncirvari  nəfəsalma  və  onun  istifadə  qaydası, bir  neçə  

xanə    davam    eyləyən    səs    və    ya    akkord,  yaxud    nəfəsin  

dəyişilməsini  tələb  etməyən  cümlə. 

8-ci dərs: Müxtəlif  musiqi  parçaları  üzərində  praktiki  iş. 

9-cu dərs: Səsin  yaranması. Oxu  zamanı  sait  səslərin  tam  örtülü  

tələffüzü    zamanı    yarıməsnəmənin    hiss    edilməsi    və    samitlərin  

cəld  tələffüzü.  

10-cu dərs: İfaya  hazırlanma  prosesi. İfaçının  ifa  zamanı  düzgün  

oturma  və  duruş  qaydaları. Unison  oxu  üslubu. 



11-ci dərs: Diksiyaya  aid  vərdişlərin  qavranılması. 

12-ci dərs: Artikulyasiya  aparatının  işlənməsi. 

13-cü dərs: Səhnə  mədəniyyətinin  şagirdlərə  aşılanması. 

14-cü dərs: Əsər  üzərində  praktiki  iş. 

15-ci dərs: Yoxlama  sorğu. 

 

 



 

 

 



 

 



 

A ş a ğ ı  s i n i f l ə r 



 

II  yarımil 

 

1-ci dərs: Mətnin  hecalarla  ölçü  əsasında  diktə  edilməsi, səlis  və  

aydın  tələffüz. 



2-ci  dərs:  Sözün    sonunda    samit    hərflərin    düzgün    tələffüzü, 

hecadan  hecaya  keçən  zaman  onların  rolu. 



3-cü dərs: Mürəkkəb müşayiətli əsərlərdə sabit və təmiz unison ifaya  

nail olmaq. 



4-cü dərs: Səsin  təbii, sərbəst  və  qışqırıqsız  səslənməsi. Atakanın 

(səsin  ilk  yaranma  prosesi) işlənməsi. 



5-ci  dərs:  Sait    səslərin    qapalı    oxunması    və    onların    müxtəlif  

registrlərdə  formalaşma  qaydası. 



6-cı  dərs:  Samit    səslərin    dəqiq    oxunması    və    onların    müxtəlif  

registrlərdə  formalaşma  qaydası. 



7-ci dərs: Sait  və  samit  səslərin  rabitəli  əhəmiyyəti. Səs  daxilində  

samit  hərflərin  hecadan – hecaya  keçməsi. 



8-ci dərs: Əsər  üzərində  praktiki  iş. 

9-cu dərs: Non  leqato  ştrixlərində  ifa. 

10-cu dərs: Metso – forte, metso – piano, forte  və  piano  nüansları. 

11-ci dərs: Xorun  kökü.  

12-ci dərs: İfada  ansambla  nail  olmaq. İkisəsli  oxu  üslubu. 

13-cü  dərs:  Dirijorun    hərəkətinə    uyğun,  eyni    vaxtda    ifaya  

başlamaq  və  qurtarmaq. 



14-cü dərs: Partiyada  səs  qüvvəsinin  tarazlığını  yaratmaq və  ifa  

zamanı  qonşu  ifaçılara  qulaq  asmağı  bacarmaq. 



15-ci dərs: Əsər  üzərində  praktiki  iş. 

16-cı dərs: Səhnə  mədəniyyətinin  xor  ifaçılarına  aşılanması. 

17-ci dərs: Əsər  üzərində  praktiki  iş. 

18-ci dərs: Əsər  üzərində  praktiki  iş. 

19-cu dərs: Əsərlərin  konsert  ifası. 

20-ci dərs: Yoxlama  sorğu. 

 

 




 

Yuxarı  siniflər 



I yarımil 

 

 

1-ci dərs: Dərsin  təşkili. Səsi  açma  məşğələləri. 

2-ci  dərs:  Kiçik    qrupda    mənimsənilmiş    vərdişlərin  

təkmilləşdirilməsi. 



3-cü dərs: Nəfəsin  səs  yaranmasından  əvvəl  bir  an  saxlanılması. 

4-cü  dərs:  Zəncirvari    nəfəsalmanın    müxtəlif    hallarda    işlənməsi. 

Bütövlükdə  əsərin  zəncirvari  nəfəsalma  üsulu  ilə  ifa  olunması. 



5-ci dərs: Əsər  üzərində  praktiki  iş. 

6-cı dərs: Səs  davamı  və  tələffüz  məsələləri. 

7-ci dərs: Stakkato  üsulunun  texniki  əksi. 

8-ci dərs: Artikulyasiya  aparatının  sərbəst  və  çevik  inkişafı. Dil, 

dodaq  və  çənənin  aktiv  işlənmə  şərtilə  samit  səslərin  müntəzəm  

tələffüzü.  

9-cu  dərs:  İfada    texnikaya    nail    olmaq.  Ağır    və    tez    templərdə 

diksiya  üslubunun  təkmilləşdirilməsi. 



10-cu dərs: Fortissimo (ff)  və  sforsando (sf)  nüanslarında  diksiya  

bacarığının  aktivləşməsi  və  aydın  tələffüzü. 



11-ci dərs: Ansambl  və  onun  üsulları.Üçsəsli  oxu  üslubu. 

12-ci  dərs:  Ansambl    və    kök    üsullarının    müxtəlif    fakturalı  

əsərlərdə  işlənməsi. Təmiz  oxuma  qabiliyyəti. 



13-cü dərs: Ritmik  sabitliyə  nail  olmaq. 

14-cü dərs: Əsər  üzərində  praktiki  iş. 

15-ci dərs: Yoxlama  sorğu. 

 

 

 

 

 

 



 

 

                                        


 

Yuxarı  siniflər 



II yarımil 

 

1-ci dərs: Müxtəlif  ladlarda  əsərlərin  ifası, nöqtəli  ritm. 

2-ci  dərs:  Müşayiətli    əsərlərdə    dördsəsli    oxu    bacarığına    nail  

olmaq. 



3-cü dərs: Sadə  mövzulu  ikisəsli  əsərlərin  müşayiətsiz  ifası. 

4-cü dərs: A capella  oxumaya  dərindən  nail  olmaq. 

5-ci  dərs:  Çox    səsli    əsərlərin    ifası    ilə    əlaqədar    olan    mürəkkəb  

vərdişlərin  qavranması. 



6-cı dərs: Ədəbi  mətnin  təhlili. 

7-ci dərs: Tonal  planı, lad  strukturu, harmonik  ardıcıllığın  təhlili. 

8-ci  dərs:  Əsərlərdə    motiv,  fraza,  cümlə,  formanın    (kuplet,  2-3  

hissəli, rondo, variasiya  və  s.) dəqiqləşdirilməsi. 



9-cu  dərs:  Dinamik    işarələrin    növləri    və    aqoqik    üsulların  

qarşılıqlı  əlaqəsi. 



10-cu dərs: Ziddiyyətli  templərin  tutuşdurulması. 

11-ci  dərs:  Əsərin    sonunda    tempin    ağırlaşdırılması,  orta    və    son  

hissələrdə  tempin  ağırlaşdırılması  və  surətləndirilməsi. 



12-ci  dərs:  “Diqqət”,  “nəfəs”  (auft),  “ifanın    başlanması”,  “ifanın  

qurtarması”. 



13-cü  dərs:  Dirijorun    ifaçılıq    məsələlərini    həlletmə    prosesinə  

şagirdlərin  şüurlu  və  məntiqi  yanaşması. 



14-cü dərs: Əsər  üzərində  praktiki  iş. 

15-ci dərs: Əsər  üzərində  praktiki  iş. 

16-cı dərs: Səhnə  mədəniyyətinin  xor  ifaçılarına  aşılanması. 

17-ci dərs: Əsər  üzərində  praktiki  iş. 

18-ci dərs: Əsər  üzərində  praktiki  iş. 

19-cu dərs: Əsərlərin  konsert  ifası. 

20-ci dərs: Yoxlama  sorğu. 

 

 



 

 

 


 

Xor  ədəbiyyatından nümunələr 



I SİNİF 

 

“Göyərçinik biz” məcmuəsi  (Bakı,1980) 

Q.Hüseynli   

 

“ Məktəbə”      



 

Q.Hüseynli   

 

“Mənim bağım”  



 

R.Şəfəq                 

 

“Top-top-top”     



 

               



                          “Tumurcuq” məcmuəsi (Bakı, 1978) 

O.Zülfüqarov       

 

“Beş almışam”    



 

                                    

“Mənim dostum”  

 

                                     



“Şaxta baba”         

 

S.Hacıbəyov                



“Oyna topum”      

 

O.Rəcəbov                   



“Sərhədçilər marşı”    

T.Quliyev                     

“Lay-lay”              

 

 



                       “Mahnılar” məcmuəsi (Bakı,1964) 

Ş.Axundova                

“Əkizlər”               

 

                                    



“ Qar”                   

 

                                    “Durnalar gəlir” məcmuəsi (Moskva, 1977) 



S.Rüstəmov              

“Usta olacayıq”     

 

                                  



“Durnalar gəlir”       

                                   

“Gəlin baxçamıza” 

                                  

“Bahar mahnıları” 

                                  

“Bənövşə”             

 

                                   



“Keçi”                  

 

                                   



“Saat”                  

 

                                   



“İki ceyran”         

 

S.Rüstəmov       



 

“Bayrağım”                

                           

 

“Qızıl payız”      



 

                           

 

“Qərənfil”  



F.Quliyeva       

 

“Balaca-bapbalaca”    



              

 

 



“Nənəyə məktub” 

  

F.Əmirov         



  

“Tənbəl”               

 

                         



  

“Bizim həyət”          




10 

 

Ə. Cavad           



 

“Quşlar”               

  

T.Cəbrayılov      



 

“Əsgər  məktubu” 

    

                         “Oxuyur Bənövşə” məcmuəsi (Kiyev,1979) 

                Klassik və müasir  bəstəkarların  əsərləri  (XIX-XX) 

 

R.Boyko            

 

“Uçan durnalar” 



A.Paxmutova     

 

“Kim otlayır çəməndə” 



Q.Qladkov          

 

“Sarı böyürtkən” 



Rus xalq mahnısı   

 

“Mürgüləyən tənbəl” 



Y.Tiliçeyko              

“Musiqi dərsi”          

V. Pavlenko           

 

“Yağış damcıları”     



V.Kikta                   

 

“Şən zınqrov”        



 

V. Muradeli               

“Günəş dovşanı”      

J.Brams                        

“Lay-lay” 

E.Frimert              

 

“Mənim  fleytam  var” 



A.Yeqorov            

 

“Uçma  bülbül” 



Y.Slonov                   

“Lay – lay “ 

 

 

II SİNİF 



Səs diapazonu:do-do 

 

“Göyərçinik biz” məcmuəsi (Bakı,1980) 

A.Rzayeva       

 

“Bakı metrosu”           



O.Zulfüqarov   

 

“Qərənfil”                   



Ə.Əzizov          

 

“Göbələklər”             



R.Şəfəq              

 

“Mənim anam”      



 

C.Cahangirov        

 

“Uşaqlar,ay uşaqlar”   



R.Mirişli

               

 

“Gəl,ay sığırçın”   



 

O.Zülfüqarov        

 

“Gənc futbolçular”    



O.Zülfüqarov

         

 

“Dələ”                        



 

 

 




11 

 

                      “Tumurcuq” məcmuəsi  (Bakı,1978) 



O.Zülfüqarov    

  

“Dinləyirəm quşları”   



                           

 

“Ağıllı ördəklər”       



                            

 

“Toplan”                



 

                             

 

“Tənbəl”                



 

                              

 

“Fəsillər”               



 

                              

 

“Balaca rəssam”    



 

 

“Mahnılar” məcmuəsi (Bakı, 1964) 

Ş.Axundova              

“Müəllim”          

 

                                   



“May”               

 

  



 “Qaranquşlar” məcmuəsi (Moskva, 1977) 

S.Rüstəmov              

“Günəş şəhəri”      

 

                               



 

“Sevimli məktəb”  

 

                                  



“Kosmonavtlar”   

 

                                  



“Gəlin verək əl-ələ”  

 

 



 

 

“Maral” 



C.Cahangirov             

“Rəqs”                   

 

M.Əhmədov               



“Payız”                  

 

Azərbaycan xalq mahnıları   “Yeri, yeri”    



  

 

 



 

 

 



“Calalxalıq”      

 

 



 

(hər 2-sini xor üçün işləyəni: M.Orucova) 

N.Əlivərdibəyov        

“Günəş”              

 

T.Cəbrayılov          



  

“Dənizkənarı  gəzinti” 

 

Avropa bəstəkarlarının  əsərləri 

İ.S.Bax                      

“Çay arxasında ev” 

L.V.Bethoven         

 

“Yaz vaxtı” 



                                   

“Əziz torpaq” 

Norveç xalq mahnısı   

“Kamerton”  

 

 

 



            (xor üçün işləyəni: M.Rayxverqer)  

Z.Kerubini

                   

“Çay qırağında”

   

 

  



 

 

 



 

 



12 

 

Klassik və müasir bəstəkarların əsərləri 

A.Peskov                

 

“Barbosun evciyi” 



                                   

“Ən gözəl evcik” 

M.Koval                 

  

“Şən keçilər mahnısı” 



V.Şainski                     

“Dünyaya yayılmış gizli xəbər” 

A.Qreçaninov              

“ Don-Don” 

                                     

“Yay gəlir” 

V.Kalinnikov               

“Pişiyim” 

P.Çaykovski             

“Mənim bağım” 

                                     

“Lay-lay” 

                                     

Oğlanların xoru (“Qaratoxmaq qadın”  

 

 

 



 

operasından)  

İ.Suslov                     

“Qanon-marş” 

D.Kabalevski               

“Bizim ölkəmiz”  

A.Lyadov                   

“Lay – lay “ 

M.Krasev               

 

“İnəkciyəz” 



Alman  xalq  mahnısı    

“Qazlar”   

 

 

 



 

(xor üçün işləyəni: T.Popatenko) 

Gürcü  xalq  mahnısı    

“Günəş”   

 

 

 



 

(xor üçün işləyəni: D.Arakişvili) 

 

 

 



 

 

 



 

  

 



III SİNİF 

Səs diapazonu: do-re 

 

“Tumurcuq” məcmuəsi (Bakı, 1978) 

O.Zülfüqarov              

“Təzə nəğmə”    

 

                                     



“Ağ keçi, boz keçi”    

                                     

“Sual və cavablar”     

                                     

“Turp”                        

                                     

 “Tumurcuq”               

                                     

 “Lavaş”                     

                                      

“Növbətçiyəm”        

                                      

“Çıx günəşim”  

       


  


13 

 

 “Göyərçinik biz” məcmuəsi (Bakı, 1980) 



 

R.Şəfəq                 

 

“May”             



  

                              

 

“Radio”            



 

                               

 

“Aşıq Alı”       



 

 

 



 

 

“Payız”  



L.Ümüd                     

“Tu-tu”          

 

                                  



“Dədəgünəş”   

 

M.Mirzəyev               



“Gənc idmançılar”    

A.Rzayeva                 

“Gəl-gəl, a yaz günləri”  

F.Əmirov                    

“Bahar gəlir”  

 

 



 

 

(xor üçün işləyəni: R.Şəfəq)   



 

A.Dadaşov                

“Qızıldan”          

 

 



 

 

 



“Əziz Vətən” 

E.Mansurov           

 

“Tonqal”              



 

O.Zülfüqarov             

“Yollar”            

  

O.Rəcəbov                



“Karate”

                

 

İ.Abdullayev            



“Daha payızdır”  

C.Abbasov                  

“Şən bahar”        

 

N.Mirməmmədli          



“Ey,ana Vətən”   

 

T.Cəbrayılov             



“Ey,  Vətən” 

 

 



 

 

“Mənim  Bakım” 



Azərbaycan xalq mahnıları   “Bəli, bəli, can” 

                             

      

“Aranda qaldım”  



 

 

 



    

“Yarın bağında”  

 

 

 



    

“Yadıma sən düşəndə”  

 

 

 



 

(xor üçün işləyəni: M.Orucova) 

 

 

 



 

“Can,gülüm,can”   

 

 

 



 

“Leylək”  

 

 

 



 

(xor üçün işləyəni: R.Şəfəq) 

      

 

                              Musiqi müntəxabatı (Bakı, 1978)  



 

F.Cavadov              

 

“Əziz vətən səsləri”    



 


14 

 

Avropa bəstəkarlarının əsərləri 

İ.Haydn            

 

“Çoban”  (xor  üçün  işləyəni:  V.Popov)      



 

 

 



  

“Dağlar” 

                           

  

“Əbədi məşəl”   



 

V.A.Mosart     

 

“Uşaq  oyunları” 



Klassik və müasir  bəstəkarların əsərləri 

R.Korsakov       

 

“Çar Soltan haqqında nağıl”  



 

 

 



 

operasından xor 

Y. Soloduxa          

 

“Xoruz” 



                            

 

“Taxta ayaqqabı” 



J.Çişkov                

 

“Zəng çalınır” 



P.Boyko                 

 

“Bizim sinfin oğlanları” 



Ukrayna  xalq  mahnısı  

“Durna” (xor üçün işləyəni: Y.Slonov) 

P.Çaykovski    

 

“Payız” 



V.İvannikov     

  

“Buludlar” 



İ.Brams              

 

“Meşə  sakitliyi” 



Q.Kançeli         

 

“Sarı  yarpaqlar”  



 

 

 



 

(xor üçün işləyəni: A.Yusifova)  

 

 

IV SİNİF 



 

E.Dadaşova        

 

“Gəl bahar”        



 

O.Rəcəbov        

 

“Uşaqlar, sevinin həmişə” 



Ş.Axundova       

 

“Müəllim”           



 

A.Rzayeva          

 

“Qaranquş”      



  

F.Əmirov            

 

“Odlar ölkəsi”   



 

Niyazi, C.Hacıyev    

“Bəxtiyarlıq mahnısı”  

 

 



 

 

(xor üçün işləyəni: R.Şəfəq) 



 

 

  “Oxuyur Bənövşə” məcmuəsi (Kiyev, 1979) 



 

Ü.Hacıbəyli           

 

“Bayram mahnısı”     



O.Zülfüqarov         

 

“Çal,baraban”              



S.Rüstəmov               

“Sumqayıt”                




15 

 

R.Şəfəq               



 

“Ana yurdum,Azərbaycan”  

                                   

“Bu gözəl ana torpaq”  

 

 

 



 

“Azərbaycan”            

S.Axundov            

 

“Əziz ana”                



                                     

“Oğlum”                   

A.Zeynallı                 

“Araz”                    

 

O.Rəcəbov                   



“Uşaqlar qorxurlar müharibədən” 

 

İ.Abdullayev             



“Bahar”   

                                     

“Bakı”                         

R.Həsənova               

“Məktəblilər marşı”     

                                    

“Ağ arxalıq” 

 Azərbaycan xalq mahnıları   “Oyna yar” 

 

 

 



 

 “Aman ovçu”  

 

 

 



 

“Nar,ey nar”  

 

 

 



(Xor üçün işləyəni: M.Orucova)  

 

 



 

“Dağlarda”    

 

 

 



 

(xor üçün işləyəni: E.Dadaşova) 

T.Cəbrayılov                   

“Adınla  ucal” 

 

 

 



 

“Şuşam” 


 

                                 Avropa bəstəkarlarının əsərləri 

İ.Brams                        

“Lay-lay” 

V.A.Mosart                 

“Uşaq oyunu” 

R.Şuman                     

“Sahildə evcik” 

F.Mendelson               

“İstirahət günü” 

 

                       Klassik və müasir   bəstəkarların əsərləri 

Gürcü xalq mahnısı    

“Günəş”   

 

 

 



 

(xor üçün işləyəni: A.Parsxaladze)   

Fransız xalq mahnısı              “Javoronok”    

 

 



 

 

(xor üçün işləyəni: N.Peşko) 



Q.Qladkov           

 

“Dostluq mahnısı” 



O. Xromuşin        

 

“Saysız-hesabsız” 



T.Xrennikov         

 

“Lay-lay” 



D.Kabalevski         

 

“Balaca truba” 




16 

 

                               



 

“Qalanın mahnısı” 

                                  

“Məktəb illəri” 

E.Krılatov                  

“Xoşbəxtlik” 

E.Qriq               

 

“Meşə  mahnısı” 



Y.Podqayts          

 

“Söhbət” 



R.Pauls            

 

“Yuxu  mahnısı” 



İ.Brams            

 

“Yatmış  gözəl” 



A.Lyadov           

 

“Dovşan” 



X.Lumis           

 

“Lady  Moon” 



 

 

V SİNİF 

Səs diapazonu: do-mi, fa 

 

“Oxuyur Bənövşə” məcmuəsi (Kiyev, 1979) 

M.Mirzəyev      

 

“Minnətdarlıq mahnısı”  



S.Ələsgərov       

 

“Ölməz sərkərdələr”       



Q.Qarayev            

 

“Sülh haqqında mahnı”    



Ə.Cavanşirov        

 

“Vətən haqqında mahnı”  



 İ. Məmmədov           

“Parovoz”  

 

 

 



Xor-dirijorluq texnikasına dair müntəxəbat (Bakı, 1988) 

 İ.İsmayılov         

  

“Ana Vətənim” 



  

 E.Dadaşova         

 

“ Gəl bahar”, 



                                   

“Gözəl Vətən”          

 R.Şəfəq                  

 

“Salam bayram”   



 

 N.Əliverdibəyov      

“Azərbaycan”             

 

“Məktəblilərin mahnıları” məcmuəsi (Bakı, 1988) 



 R.Mirişli             

 

“Kəpənək”      



 

 R.Şəfəq               

 

“Ana”                    



 

 Ə.Əzizov             

 

“Uzaq səmalarda” 



 

 E.Dadaşova        

 

“Biz Vətən əsgəriyik”                                    



                              

 

“Əziz Vətən”         



 

 

 



 

 

“Elimə Novruz gəlir” 




17 

 

                               



 

“Uşaqların bayramı”   

 İ.Abdullayev            

“İlk bahar”                

 C.Abbasov                  

“Zəfər cəngisi”          

 Azərbaycan xalq mahnıları   “Aman nənə”,  

 

 



 

 

“Uca dağlarda”, 



 

 

 



 

“Evləri var xana-xana”  

 

 

 



 

(xor üçün işləyəni: M.Orucova)  

T.Cəbrayılov    

 

“El  oğlu” 



 

 

 



 

“Ürəklərdə    yaşayırsan” 

 

                           Avropa bəstəkarlarının əsərləri 

İ.S.Bax             

 

“İrəli addımla”  



                              

  

“Yay mahnısı”  



 

 

 



 

(xor üçün işləyəni: V.Sokolov)     

 

L.V.Bethoven  



 

“Yay sorağı”  

 

 

 



 

“Axşam himni” 

 

 

 



  

“Xoşbəxt insan”  

 

 

 



 

(xor üçün işləyəni: V.Popov)   

 

 

 



 

 

“May  mahnısı” 



V.A.Mosart            

 

“Yay axşamı”, 



                               

 

“Sehrli fleyta” operasından   



 

 

 



 

“İncə və gözəl cingiltili” xor 

 

 

 



 

“Səhər  tezdən” 

 

                       Klassik və müasir     bəstəkarların əsərləri 

 

A.Paxmutova              

“Sülh küçəsi”, 

                                     

“Xahiş”  

A.Xromuşin           

 

“Şeypur mahnısı” 



V.Rubin                 

 

“Dovşanım” 



M.Parxoladze        

 

“Qar topu” 



                                    

“Qaranquş” 

P.Boyko                 

 

“Səhər”                       



Litva  xalq  mahnısı   

“Günəş  çıxdı”   

 

 

 



 

(xor üçün işləyəni: S.Şimkus)   

 



18 

 

Slavyan  xalq  mahnısı  



“Axşam  mahnısı”   

 

 



 

 

(xor üçün işləyəni: Y.Podqayts) 



İtalyan  xalq  mahnısı   

“Yolda”                     

F.Durante                     

“Danza, danza”          

 

VI SİNİF 

Səs diapazonu: si-sol 

V.Adıgözəlov   

 

“Bəşərin şöhrəti”         



E.Dadaşova        

 

“Torağayın mahnısı”   



L.Ümüd           

  

“Gözəldir”                  



A.Dadaşov         

 

“Azərbaycan”                     



 

               Xor-dirijorluq texnikasına dair müntəxəbat (Bakı, 1988) 

R.Mustafayev       

 

“May günəşi”              



M.Əhmədov              

“Güllər”                 

 

 

“Oxuyur Bənövşə” məcmuəsi (Kiyev,1979) 

T.Quliyev      

 

“Ögey ana” k/f xor    “Baxçamız”    



 

 

 



 

(xor üçün işləyəni: Ə.Cavanşirov) 

O.Zülfüqarov   

 

“Günəşli çinarların şəhəri”  



 

 

 



 

“Pambığım”             

Ə.Cavanşirov    

 

“Atım mənim”               



R.Mustafayev      

 

“May gəlir”                   



M.Mirzəyev       

 

“Dostluq və arzu sədalı” 



S.Rüstəmov         

 

“Dağlar”                



 

Ə.Cavanşirov       

 

“Saat”                          



E.Dadaşova           

 

“Gəl,bahar”                 



İ.Abdullayev         

 

“Qız qalası”        



 

C.Abbasov             

 

“Vətən çagırır”   



        

 

F.Sucəddinov        



 

“Heydərlə Azərbaycanım” 

                               

 

“Yenə o bağ olaydı” 



 

 

 



 

(xor üçün işləyəni: M.Orucova) 

Azərbaycan xalq mahnısı      “Dostum mənim”   

 

 



 

 

(xor üçün işləyəni: Ə.Cavanşirov) 




19 

 

                              Avropa bəstəkarlarının əsərləri 



A.Vivaldi   

 

 



“Qloria  Patri” 

H.Hendel   

 

 

“Mələklərin  səsi” 



 

 

 



 

“Diqnare”   

 

 

 



 

“Ombra  mai  fu”  

 

 

 



 

(“İuda makkavey”  oratoriyasından)   

 

 

 



 

“Zəfər mahnısı” 

F.Mendelson    

 

“Mahnı  qanadlarında” 



 

 

 



  

“Payız  mahnısı” 

R.Şuman   

 

 



“Xoşbəxtlik” 

İ.S.Bax   

 

 

“Gün  keçir” 



  

 

 



 

“Qəlbim  oxuyur” 

 

 

 



  

“Laudamus  te”   

J.Bize                

  

“Karmen” operasından  Oğlanların xoru  



 

 

 



 

(xor üçün işləyəni: A.Lukanin) 

İ.Brams               

 

“Lay-lay” 



E.Qriq                  

 

“Solveyq”,  



 

 

 



 

“Per-Günt” süitasından  

 

 

 



 

uşaq xoru   

 

 

 



 

(xor üçün işləyəni: K.Lebedev) 

A.Dvorjak            

 

“Uşaq mahnısı” 



 

Klassik və müasir bəstəkarların əsərləri 

M.Partsxaladze            

“Bahar” 

V.Krılatov                    

“Qayıt, meşə maralım” 

D.Şostakoviç               

“Romans” 

A.Qreçaninov               

“Arı”  

 

 



 

 

(xor üçün işləyəni: V.Sokolov) 



             

 

 



“Bahar gəlir” 

M.Qlinka                      

“Slavsya” xoru  

 

 



 

 

(“İvan Susanin” operasından)  



 

 

 



 

“Vətənpərvərlik mahnısı” 

M.İppolitov-İvanov     

“Noktürn” 

                            

 

“Əkinçi yığıncağı” 



                             

 

“Səhər” 




20 

 

VII SİNİF 



Səs diapazonu: lya-lya 

 

Ü.Hacıbəyli           

  

“Ey,Vətən” 



M.Maqomayev  

 

“Şah İsmayıl” operasından     



 

 

 



 

Müqəddimə    

 

 

 



 

“Yaz”  


 

 

 



 

(xor üçün işləyəni: N.Məlikov) 

T.Quliyev                    

“Pambıq”               

 

 

 



 

 

“Qızıl payız”          



A.Zeynallı             

 

“Araz” 



A.Əzimov        

 

“Bizim qala”               



S.İbrahimova     

 

“Bahar mənəm”  



N.Əliverdibəyov        

“Şikəstə”   

R.Şəfəq                       

“Ekspromt №1” 

                                     

“Muğamsayağı” 

 

                    



 

“Vokaliz-invensiya” 

 

 

 



 

“Gənclik mahnısı”  

O.Rəcəbov                 

“Şikəsteyi-fars”       

 

 

 



 

“Rast”muğamı silsiləsindən  

A.Dadaşov                   

“Ana torpaq” 

E.Dadaşova              

“İgidlər” silsiləsindən 

                            

 

“Siçanlar”, 



                        

 

“ Hardasan” 



                              

 

“Əsin,küləklər”        



İ.Abdullayev               

“Nərgiz” 

Q.Həsənoğlu         

 

“Açıl,səhərim,açıl”, 



                          

 

“Bayatı-Şiraz”  təsnifi 



R.Həsənova                 

“Üç miniatür” 

A.Yusifova                  

“Vokaliz” 

Azərbaycan xalq mahnıları   “Laçın”  

 

  

 



 

 

“Əzmə tağları”  



 

 

 



 

(xor üçün işləyəni: İ.İsmayılov) 

 

 

 



 

“Çal oyna”   

 

 

 



 

(xor üçün işləyəni: R.Şəfəq) 




21 

 

Avropa bəstəkarlarının əsərləri 

O.Lasso                     

“Tik-tak” 

K.Monteverdi            

“Külək mahnısı” 

D.Palestrina            

 

“Yeni gün” 



                         

 

“Gün oyandı” 



Z. Koday             

 

Madriqal “Gün keçir” 



Eston xalq mahnısı      

“Bəxtim gətirmir”    

 

 

 



 

(xor üçün işləyəni: V.Tomris) 

Latın xalq mahnısı      

“Əs, külək” 

 

 

 



 

(xor üçün işləyən: V.Sokolov) 

Fransız  xalq  mahnısı   

“Səhər” 


Q.Struve                     

“Lay-lay” 

O.Lasso   

 

 



“Adoramus  te” 

J.de  Ppe   

 

 

“El  grillo” 



O.Lasso  

 

 



“Bonjour 

V.Mosart   

 

 

“Canon  zarafat”  



K.Debüssi                    

“Ay işığı”  

 

 

 



 

(xor üçün işləyəni: V.Sokolov) 

_________ 

 

 



Spriçuel  “Rock  my  soul” 

Y.Boys   

 

 

“Alleluia” 



M.Pretorius     

 

“Viva  la  musica” 



Z.Ştoltye   

 

 



“Dəvət” 

 

Rus  bəstəkarlarının əsərləri 

R.Qliyer           

 

“Dənizdə ada” 



R.Şedrin             

 

“Eşidin,şəhidlər” 



A.Borodin        

 

“Knyaz İqor” operasından    



 

 

 



 

“Uletay na krılyax vetra” xoru 

V.Kalinnikov       

 

“Javoronok” 



T.Küi                   

  

“Bahar” 



                        

 

“Payız”  



                                  

“Sakit ləpə”     

 

 

 



 

(xor üçün işləyəni: A.Jurlov) 

S.Taneyev     

 

“Axşam mahnısı”  



 

 

 



 

(xor üçün işləyəni: A.Jurlov) 




22 

 

                          



 

“Sosna”      

 

 

 



 

(xor üçün işləyəni: A.Nikolski) 

A.Rubinşteyn            

“Melodiya”  

 

 

 



 

(xor üçün işləyəni: S.Sosnin) 

N.Rimski-Korsakov    

“Qar qız” operasından   

 

 

 



 

Quşların xoru, 

             

 

 



“Yay”  kantatasından   bir parça 

 

 



 

 

(xor üçün işləyəni: A.Lukanin) 



 

           Azərbaycan bəstəkarlarının operalarından xor nümunələri 

 

Ü.Hacıbəyli                

“Koroğlu” operasından iki xor  

 

 



 

 

(V pərdədən ) 



F.Əmirov                     

“Sevil” operasından xor (Proloqdan) 

İ.Məmmədov              

“Tülkü və Alabaş” 

S.İbrahimova               

“Biri vardı, biri yoxdu” 

O.Rəcəbov                   

“Göyçək Fatma” 

R.Şəfəq               

 

“Tülkü,tülkü,tünbəki” 



                              

 

“Baş tutmayan hiylə” 



 

 

Qeyd:  Uşaq  operalarından  xor  nümunələri  müəllimin  mülahizəsinə 



görə seçilir. 

  

  



 

    

     


                                                                                                                                                                                                                                                                                                             

 

   



 

 

 



 


23 

 

 



 

 

 

 

 

 

 

 

                        

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


24 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yüklə 234,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə