|
Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ
1
AZƏRBAYCAN RESPUBLİKASI
MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ
F.KÖÇƏRLİ adına RESPUBLİKA UŞAQ
KİTABXANASI
1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili
günü münasibətilə
“Dilimiz milli varlığımız, zəngin mənəvi sərvətimizdir”
(metodiki vəsait)
B A K I – 2015
2
Tərtibçidən:
Bu gün biz müstəqil bir dövlət kimi fəxr edirik ki,
bizim gözəl Azərbaycan dilimiz var. Dilimiz zəngindir,
çox ahəngdar dildir, dilimizin söz ehtiyatı çox
böyükdür. Qrammatika sahəsində həddən artıq
böyülk nailiyyətimiz var. Şəxsən mən bu dili sevirəm.
Heydər Əliyev
Ümummilli lider
Dil millətin təsdiqi, onun milli varlığını müəyyənləşdirən əsas
amillərdən biridir. Milli-mənəvi sərvətimizdən, mənəviyyatımızdan, söhbət
düşəndə, ilk növbədə ana dilimiz yada düşür. Əgər bir xalqın ana dili
yoxdursa, demək həmin xalqın özü də yoxdur.
Dövlət müstəqilliyimizin atributlarından biri hesab edilən ana dilimizi
qorumaq, inkişaf etdirmək, və yaşatmaq hər bir azərbaycanlının vətəndaşlıq
borcudur. Belə olan halda xalqımız zəngin dil mədəniyyətinə sahib olar. Bu da
müstəqil dövlətimizin gələcək inkişafına zəmin yaradar.
Hər bir azərbaycanlı untmamalıdır ki, xalqımızı dünyada tanıdan ana
dilimizdir. Azərbaycan müstəqil dövlətdir. Təbii ki, onun dövlət dili
haqqındakı qanunları da realdır və hər birimizin bu qanunlara ciddi riayət
etməyimiz ən ülvi borcumuzdur. Ümummilli lider Heydər Əliyevin bu müdrik
kəlamı hər bir azərbaycanlıya örnək olmalıdır. “Mən hər bir dilə öz hörmət
və ehtiramımı bildirirəm, amma hesab edirəm ki, öz dilimizlə- Azərbaycan
dili ilə hər birimiz fəxr edə bilərik. Çünki, bu, zəngin dildir, artıq dünyada
tanınıb, dilimizin adı tanınıb”.
Dövlət müstəqilliyini qazandıqdan sonra dilimizin tətbiqi işinin
təkmilləşdirilməsi ilə əlaqədar müxtəlif sərəncamlar, fərmanlar imzalanıb. Dil
tarixində əlamətdar, önəmli hadisəyə çevrilən bir məqam var: 2001-ci il
avqustun 9-da imzalanan sərəncama əsasən 1 avqust ölkəmizdə Azərbaycan
Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Artıq 10 il tamamlanır ki,
biz ana dilimizlə bağlı bu qürur doğuracaq günü rəğbət, ehtiram və
3
vətəndaşlıq qüruru ilə qeyd edirik. Əlbəttə, dil sadəcə ünsiyyət vasitəsi deyil,
eyni zamanda ədəbiyyatdır, tarixdir, mahnıdır, musiqidir, millətin taleyidir.
Bu gün Azərbaycan dili Azərbaycan dövlətinin dünyada nüfuzunun artması
ilə əlaqədar beynəlxalq arenaya çıxıb. Dil siyasətinin əsaslarını yaradan isə
məhz Heydər Əliyev idi. İstər siyasi, ictimai, istərsə də mədəni aspektdə dilin
mövqeyinin möhkəmləndirilməsi üçün bir sıra islahatlar həyata keçirilib.
Hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz ana dilini,
milli adət-ənənələrini unutmamalıdır. Dil həm də bir döyüşçü kimi xalqımızın
mənəvi keşikçisidir. Bu səbəbdən də onu elə sözlə yükləməliyik ki,
döyüşlərdən qələbə ilə qayıtsın. Heydər Əliyevin fikridir: "Nə yaxşı ki,
Azərbaycan dili bütün tələblərə cavab verir. Daha doğrusu, onun böyük
potensialı imkan verib ki, o, artıq dünya dilləri içərisində öz layiqli yerini
tutmuşdur". Bu deyim dilimizin hərtərəfli və zəngin xüsusiyyətlərə malik
olduğunu bir daha təsdiqləyir. Xalqımızın milli sərvəti sayılan ana dilimizin
inkişafına yönələn qərarların qəbulu və həyata keçirilməsi hər birimizdən
asılıdır.
Bu,
həm
də
bizim
vətəndaşlıq
borcumuzdur.
Təqdirəlayiq haldır ki, ümummilli liderin ideyalarını layiqincə yerinə yetirən
Azərbaycan Prezidenti İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə,
qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. İnam və qətiyyətlə deyə
bilərik ki, bu gün dilimizin inkişafının əsas qarantı da məhz ölkə
Prezidentinin özüdür. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks
etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz İlham
Əliyevin təşəbbüsü ilə baş tutdu. Prezidentin 2004-cü il yanvarın 12-də
imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında"kı sərəncamı həm də əlifba ilə bağlı problemləri
tamamilə həll etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin latın qrafikasına
keçirilməsi baş tutdu. Dövlət başçısının sonrakı sərəncamlarında isə 150
cildlik "Dünya ədəbiyyatı kitabxanası", 100 cildlik "Dünya uşaq ədəbiyyatı
kitabxanası", 100 cildlik "Azərbaycan ədəbiyyatı kitabxanası" seriyasından
olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat
fondunu zənginləşdirdi. Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm və
uğurlu tədbirlərdən biri də 2004-cü il 13 yanvar tarixində imzaladığı
"Azərbaycan milli ensiklopediyasının nəşri haqqında"kı sərəncam oldu. Bu
sərəncamların nəticəsində qiymətli kitabların çapı mənəvi xəzinəmizin
zənginləşməsində mühüm rol oynadı. Prezident İlham Əliyev milli
xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca
amillərdən olduğunu dəfələrlə diqqətə çəkərək demişdir: "Bizi millət kimi
qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir".
Dostları ilə paylaş: |
|
|