Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ



Yüklə 254,09 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix17.01.2018
ölçüsü254,09 Kb.
#21064
  1   2   3   4   5   6   7   8


 



AZƏRBAYCAN  RESPUBLİKASI 

MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ 

F. KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI 

ELMİ-METODİKA ŞÖBƏSİ 

 

 



 

 

 



 

  

 



22 may Beynəlxalq Biomüxtəliflik gününə həsr 

edilir 

 

 

 



 

 

 



 

                  Biomüxtəliflik – dünyanın mədəniyyət rəngləri

 

                                                       metodik vəsait 

 

 



 

 

 



 

 

 



 

                                                             

 

 

 



 

 

 



                                                           

Bakı 2014 

  

 


 

Redaktor:     Şəhla  Qəmbərova  -  F. Köçərli adına Respublika 



                       Uşaq  Kitabxanasının direktoru 

 

Tərtib edəni:  Nərgiz Məcidova – F.Köçərli adına Respublika Uşaq 

                         Kitabxanası  elmi-metodika şöbəsinin baş kitabxanaçısı 

 

 Korrektor:     Məmmədli Ruhiyyə - F.Köçərli adına Respublika Uşaq 

                        Kitabxanası elmi-metodika şöbəsinin müdiri 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

 



 

 

Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı  istifadəsinə dair   



Milli Strategiya və Fəaliyyət Planının təsdiq edilməsi haqqında    Azərbaycan Respublikası 

Prezidentinin  Sərəncamı: 

 

BMT-nin «Bioloji müxtəliflik haqqında» Konvensiyasının 6-cı maddəsinə uyğun 



olaraq  qərara alıram: 

 

1.  Azərbaycan  Respublikasında  bioloji  müxtəlifliyin  qorunması  və  davamlı  istifadəsinə 

dair Milli Strategiya və Fəaliyyət Planı təsdiq edilsin (əlavə olunur). 

2.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  bu  Sərəncamdan  irəli  gələn  məsələləri 

həll etsin. 



3. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir. 

 

                                                    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev.  

                                                                                    Bakı şəhəri, 24 mart, 2006-cı il. 

 

 



 

 

 

 

 

 

 

 

 



 

 


 

Tərtibçidən: 



Əgər yer üzündə biomüxtəliflik tamamilə 

məhv olsaydı, insan birbaşa və ya dolayısı 

yolla təbiətdən əldə etdiyi ərzaq və təsərrüfat 

məhsullarını tapmaz, ozon qatı yox olar,nəfəs      

almaq çətinləşər, iqlim həyat üçün dözülməz           

hala düşərdi. 

 

Dünyanın  ən  böyük  möcüzəsi  sayılan  insana,  yaşaması  üçün    Allah  tərəfindən  bir 



çox nemətlər verilmişdir. Bu nemətlərin hamısı Təbiətdə cəmlənmişdir.

 

İnsanın yaşaması 



və sağlamlığı da elə təbiətin əsasını təşkil edən bu təbii sərvətlərin mövcudluğu ilə ölçülür.  

Onları  qorumaq  və  necə  istifadə  etmək  isə  bizlərdən  asılıdır.  Çünki  təbiət  insanların 

yaşaması  və  yaratması  üçün  lazımdır.  O,  insana    qidanı,  havanı,  mineral  sərvətləri,  göz 

oxşayan  gözəllikləri  təmənnasız  verir:  Bu  təbii  sərvətlərin  mühüm  tərkib  hissəsini  də 

bioloji müxtəliflik təşkil edir. Bioloji müxtəliflik bütün yaşayış mühitlərində, o cümlədən 

quruda, dənizdə və digər su ekosistemləri və ekoloji komplekslər də daxil olmaqla, bütün 

canlı orqanizmlərin  növ  müxtəlifliyi  deməkdir.  O,  həyatın  mövcudluğunun  əsasını təşkil 

etməklə, insanların ərzaq, geyim, enerji və digər materiallarla təmin edir. Ona görədə  biz 

təbiətlə düzgün davranmalı onunla bir növ dostluq etməliyik. Xırda həşəratlardan tutmuş 

dəniz heyvanlarına qədər hər bir canlıya qayğı ilə yanaşmalıyıq. Bilməliyik ki, heyvanlar, 

bitki  örtüyü  insansız  yaşaya  bilər,  biz  isə  onlarsız  heç  bir  gün  də  belə  yaşaya  bilmərik. 

Buna  görə  Birləşmiş  Millətlər  Təskilatı    biomüxtəliflik  anlayışı  haqqında  məlumatların 

daha  geniş    ictimaiyyətə  təqdim  edilməsi  üçün  hər  il  may  ayının  22-ni  beynəlxalq 

biomüxtəliflik  günü elan etmişdir. Həmin gün 22 may -  biomüxtəlifliyin qorunması ilə 

əlaqədar olaraq  bir çox ölkələrin tərbiyə müəssisələrində, kitabxanalarında, məktəblərində 

məktəblilər  arasında    oyunlar,    yarışlar  müxtəlif  fəaliyyətlər  şəklində  qeyd  edilir. 

Kitabxanamız  da  bir  mədəniyyət    müəsisəsi  olaraq    bu  işdə  bir  sıra  təbliğat  formaları  - 

rəsm sərgiləri, slayd nümayişləri, monitorinqlər, konfranslar və s. tədbirlər təşkil edir.   Bu 

tədbirləri  həyata  keçirməklə  biz  gənc  nəslin  təbiətdə  biomüxtəliflik  anlayışı,  onun 

qorunması,  təbiətin  verdiyi  nemətlərin  qədrini  bilmək,  canlıları  sevmək,  düşüncələrini 

aşılanmasına köməklik etmiş oluruq. ―22 May Beynəlxalq Biomüxtəliflik günü‖ ilə bağlı 

hazırladığımız bu vəsait oxucuları təbiətdə növ müxtəliflikləri, onların qorunması, insanın 

yaşamasında rolundan,  xalqların mədəniyyətinin inkişafına   təsirindən söhbət açacağıq. 

 

 



 

            

 

 

                                                


Yüklə 254,09 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə