Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ



Yüklə 308,24 Kb.
Pdf görüntüsü
səhifə10/10
tarix06.02.2018
ölçüsü308,24 Kb.
#25916
1   2   3   4   5   6   7   8   9   10

31 

 

A)



 

İgid 

B)

 

Cəsur 

C)

 

Qorxaq 

4.

 

Yumru Yumruq obrazı haqqında hansı fikir doğru deyil? 

A)

 

Qəzəblidir 

B)

 

Güclüdür 

C)

 

Qorxaqdır 

5.

 

Hansı cümlə hekayədə yoxdur? 

A)

 

Bir Yumru yumaq var idi 

B)

 

Yumru Yumruq güclü və qəzəbli idi 

C)

 

Dovşan canavarları hədələdi 

6.

 

Qarşısı boş buraxılan sözlərə müvafiq gələnini yaz. 

Qəzəbli-mehriban, 

Xeyirxah-bədxah, 

Uzaq 

yekə 

qorxaq 

7.

 

Hansı söz kimin xasiyyətinə uyğun gəlir? Həmin sözləri birləşdir. 

Yumru Yumruq   

qorxaq 

Canavar 

 

 

cəsur 

Dovşan 

 

 

yırtıcı 

Qumru 

 

 

xeyirxah 

Yumru Yumaq   

vefalı 

8.

 

Hekayənin əsas qəhrəmanı kimi hesab etmək olar? 

A)

 

Yumru Yumruğu 

B)

 

Qumrunu 

C)

 

Yumru Yumağı 

9.

 

Aşağıdakılardan hansı yumru deyil? 

A)

 

Top 

B)

 

Şar 

C)

 

Cərpələng 

 

Uşaqlarla təmasda olanda çox vaxt fransız yazıçısı Viktor Hüqonun bir fikri 

yadımıza  düşür:  “Dünyanın  ən  həzin  musiqisi  körpə  qığıltısıdır”.  Fəqət,  böyük 

müdrikliklə  deyilmiş  bu  kəlam  belə,  uşaqların  mənəvi  dünyamızdakı  yerini  tam 

mahiyyəti ilə ifadə etməkdə acizdir. Onların hər birimiz üçün nə demək olduğunu 

sözün  qüdrəti  ilə  canlandırmaq  həqiqətən  də  çətindir.  Cəmiyyətin  saglam  özəyi, 




32 

 

gələcəyi, köməyə ehtiyac duyan kövrək zümrəsi olan uşaqlar həyatımızın mənası, 



ailəmizin sevinci, fərəhidir. Hər bir evin ən böyük ziynəti, dəyərli sərvəti onlardır. 

Kitabxanada  1  iyun  Uşaqların  Beynəlxalq  Müdafiə  günü  ilə  əlaqədar  kitabxanaçı  

oxucularla  Ç. Dikkensin ”Oliver Tvistin məcaraları” kitabının təhlilini edə bilər. 

Bildiyimiz  kimi  Oliver  Tvistin  macəraları  adlı  bu  roman  məşhur  ingilis  yazıçısı 

Çarlz  Dikkensin  yaradıcılığında  böyük  yer  tutur  və  öz  dərin  ictimai  məzmunu, 

həyat  həqiqətini  düzgün  göstərməsi  və  bədii  vüsəti  etibarilə  bütün  dünya 

ədəbiyyatında  geniş  şöhrət  qazanmışdır.  Ç.  Dikkensin  qələmə  aldığı  bu  əsərdə 

gələcəyimiz  olan  uşaqların  hüquqlarının  əllərindən  alınmasından,  onların  həyatda 

üzləşdiyi  çətinliklərdən söhbət açılır. Kiçik yaşlarından kimsəsiz qalan Oliver yad 

adamların  qapılarını  dolaşaraq  sonda  Londona  gəlib  çıxır.  Təsadüf  onu  azyaşlı 

cinayətkarlardan  ibarət  bir  dəstəyə  gətirir.  Həyatın  dibindəki  bu  amansız  mühitdə 

Oliver  hər  cür  sınaqlardan  keçməli  olur.  Saysız-hesabsız  macəralar  sonda 

yeniyetməni  xeyirxah  insanlarla  üzləşdirir.  Çarlz  Dikkensin  “Oliver  Tvistin 

macəraları” kitabı  müəllifin sosial  romanlarından biridir. O,  ədalətli  olaraq dünya 

ədəbiyyatının şedevrləri siyahısına daxil edilib.Sonda uşaqlar Ç. Dikkensin qələmə 

aldığı kiçik yaşda tərkedilen Oliver Twistin macəraları filminə tamaşa edə bilərlər.   

  

 

 



 

 

 



 

 

1  iyun  Uşaqların  Beynəlxalq  Müdafiə  günü  ilə  əlaqədar  olaraq  F.  Köçərli  adına 



Respublika  Uşaq  Kitabxanasında  təşkil  olunan  tədbirlərdən  biri  də  ədəbi-bədii 

gecədir. Ədəbi-bədii gecə oxucuların ən çox sevdiyi tədbirlərdən biridir. Bu tədbirə 

iki ay qabaqcadan hazırlaşmaq lazım gəlir.  İlk öncə tədbirin bədii hissəsində çıxış 

edən  qonaqlara  dəvətnamələr  paylanılır.  Ən  sevimli  uşaq  yazarları  tədbirə  dəvət 

alır. İkinci hissədə isə uşaqlar üçün yazılmış şeir və mahnılar səslənir. Hekayə və 

nağıllardan səhnəciklər hazırlanıb göstərilir.  




33 

 

“Uşaqlar  bizim  gələcəyimiz,  uşaqlar  bizim  sabahımızdır”  adlı  ədəbi-



gecənin ssenarisini nümunə üçün veririk.  

 

Aparıcılar səhnəyə daxil olur: 

I Aparıcı:    

Gəlin  etiraf  edək  ki,  korpələrin  ilıq,  saf  nəzərləri,  duzlu-

məzəli  sözləri,  hətta  şıltaqlıqları  belə  hər  birimizdə  xoş  ovqat 

yaradır, üzümüzə sevinc və təbəssüm qonur, qəlbimiz sevgi və 

məhəbbətlə döyünür. Bizi rahat buraxmayan, yoran iş və məişət 

qayğılarını, həlli vacib problemləri ani olaraq unudub korpələri 

əzizləmək,  söhbətə  cəlb  etmək,  könüllərində  yer  tapmaq 

istəyirik.  Balacaların  xoş  aurası,  pozitiv  enerjisi  bizi  çox  vaxt 

əsəb  gərginliyindən,  mənfi  psixiloji  ovqatdan  uzaqlaşdırır. 

Daxilən  kövrəkləşir,  böyük  diqqət  və  nəvaziş  göstərdiyimiz, 

qayğısını  çəkdiyimiz  körpələrə  xoş  dəqiqələr,  sevincli  anlar 

bəxş  etmək  istəyi  ilə  yaşayırıq.  Zaman  keçdikcə  bir  həqiqəti 

dərk  edirik  ki,  bu  fani  dünyada  həyatımızın  əsas  mənası  ailə 

üçün  layiqli  övlad,  dövlət  üçün  ləyaqətli  vətəndaş,  cəmiyyət 

üçün kamil şəxsiyyət yetişdirməkdir.  

(Oxucular  Gülzar  İbrahimovanın  “Mən  balaca  deyiləm)  şeirini 

söyləyirlər.  

Səhər tezdən dururam, 

Əl-üzümü yuyuram 

O qədər böyümüşəm, 

10-a qədər sayıram! 

Kuklamı çimdirirəm, 

Qəşəng geyindirirəm 

O qədər böyüyəm ki, 

Bağçaya da gedirəm! 



34 

 

Ad günümdə hamı mənə, 



Qəşəng hədiyyə alacaq 

Deməyin mənə balaca, 

Mənim beş yaşım olacaq! 

Böyüyəm mən, böyüyəm 

Görün necə, böyüyəm 

Sevinirəm ay uşaqlar, 

Kuklamdan da böyüyəm! 

II Aparıcı:   

Bu  ülvi  və  saf  məram  müdrik  xalqımızın  milli  düşüncəsində, 

dünyagörüşündə tarixən özünə möhkəm yer tapıb. Ev-eşik, ailə sahibi 

olmaq,  layiqli  övlad  yetişdirmək  hər  bir  azərbaycanlının  daxılındən 

qaynaqlanan  təbii,  nəcib  arzudur.  İnsan  öz  həyatını  mənalandırmaq, 

məqsədlərinə  doğru  inamla  irəliləmək,  cəmiyyətə,  dövlətə  fayda 

vermək üçün, ilk növbədə, ailəyə, uşağa ehtiyac duyur. Onların sosial-

mənəvi  təlabatlarını  təmin  etmək,  müstəqil  həyata  hazırlamaq, 

cəmiyyətdə  yerini  tapmasına  yardımçı  olmaq  hər  bir  valideynin  ən 

böyük  arzusudur.      Elə  bu  arzu  ilə  hər    bir  azərbaycanlı  uşaqlarının 

sabahı ugrunda səylə çalışır, min bir zəhmətə qatlaşır. Böyüdüb boya-

başa çatdırdığı övladlarının müstəqil həyatdakı ilk uğurlarını görəndə 

isə qəlbi fərəh hissi ilə döyünür, çəkdiyi zəhmətin hədər getmədiyinə 

sevinir.  

 

Musiqisi  Hökumə  Nəcəfovaya,  sözləri  Xanımana  Əlibəyliyə  aid  “Günəş  olaram 



mən də”... mahnısı səslənir.  

Oxucular  səhnəyə  daxil  olub  Ələmdar  Quluzadənin  “Dünyaya  uşaq  gəlir”  adlı 

şeirini  soyləyirlər. 

I oxucu: 

 Ətirli, gül-çiçəkdi,  

 

 



Yazdı, bahardı uşaq. 

 

 



Dodaqda bal kimidir, 

 

 



Budaqda bardı uşaq.  

 

 



Günəşin zərrələri, 

 

 



Yazın yağışıdır o. 

 

 



Gözümüzün işığı, 


35 

 

 



 

Ərzin naxışıdır o. 

 

 

Uşaq tək əzizlənən  



 

 

Silahlar uşaq deyil.  



 

 

Dünya ilə oynama



 

 

Dünya oyuncaq deyil. 



 

 

Əsək uşağın üstdə, 



 

 

Kəsək yolunu şərin.  



 

 

Uşaq səsindən gözəl  



 

 

Nəyi var ki, bəşərin. 



 

 

Kini, küdurəti yox, 



 

 

Vicdanı dümag gəlir. 



 

 

Dünya ayağa qalxsın, 



 

 

Dünyaya uşaq gəlir! 



 

 

Uşaq gəlmir bu qoca 



 

 

Dünyaya daş atmağa, 



 

 

Uşaq gəlir bu qoca 



 

 

Dünyanı yaşatmağa.  



I Aparıcı:   

 Əziz  qonaqlar  hər  birimiz  bilirik  ki,  analar  övladlarının 

böyüyüb  boya-başa  çatmasında  nə  qədər  əziyyət  çəkirlər.  Analar 

gecələr körpələrinin beşiyinin başını kəsdirib həzin-həzin layla deyir, 

ən  xoş  arzularını  balalarının  qulağına  pıçıldayırlar.  Övladlarımızın 

böyüməsində ana laylalarından gözəl mahnı olarmı?  

Uşaq  yuxudan  oyanandan  sonra  analarımız  oxşama  deyir, 

körpəsini oxşayır, arzularını bildirir. 

 



36 

 

 



 

 

 



 

Layla dedim yatasan,  

 

 

 

 

 

Gül yastığa batasan. 

 

 

 

 

 

Gül yastığın içində  

 

 

 

 

 

Şirin yuxu tapasan. 

 

 

Layla dedim gündə mən, 

 

Kölgədə mən, gündə mən. 

 

İldə qurban bir olar, 

 

Sənə qurban gündə mən.  

 

 

 

 

 

 

 

Dağın maralı 

 

 

 

 

 

 

 

Gözün qaralı, 

 

 

 

 

 

 

 

Dünyanın malı 

 

 

 

 

 

 

 

Bu balama qurban.  

Ümumiyyətlə,  hər  bir  cəmiyyətin  ən  kövrək,  həssas  təbəqəsi 

olan  körpələrə  cəmiyyətin  hər  bir  üzvünün  qayğısı,  sevgisi  lazımdır. 

İmkan  daxilində  hamı  uşaqlara  nəvaziş  və  qayğı  göstərməli,  onların 

cəmiyyət  üçün  layiqli  insan  kimi  yetişməsində  əlindən  gələni 

əsirgəməməlidir.  



II Aparıcı:   

Bu  gün  biz  əminliklə  deyə  bilərik  ki,  uşaqlarımızın  gələcəyi 

etibarlı  əllərdədir.  Və  onların  layiqli  vətəndaş  kimi  böyüməsi,  təhsil 

alması,  cəmiyyətdə  mövqe  tutması  üçün  Azərbaycan  dövləti  bütün 

imkan və şəraiti yaratmışdır. Ümummilli lider Heydər Əliyev deyirdi 

ki,  “Fəxr  edirəm  ki,  bizim  Azərbaycanın  gözəl,  göyçək,  istedadlı 

balaları, övladları var. Fəxr edirəm ki, Azərbaycanın gələcəyi bu qədər 

gözəl təməl əsasında qurulur. Siz bugünkü həyatınızla, təhsilinizlə, öz 

istedadınızı  inkişaf  etdirməklə  Azərbaycanın  gələcəyinin  binasını 

qurursunuz, böyük binanı qurursunuz.   Müstəqil Azərbaycanın böyük 

binasını qurursunuz”. Gəlin hamılıqla bu binanın saglam və dayanıqlı 

olması üçün səylərimizi birləşdirək. 




37 

 

Oxucular  səhnəyə  daxil  olub  Ələmdar  Quluzadənin    “



Gəlin  Uşaqlara  oxşayaq” 

adlı şeirini söyləyirlər. 



Üfüqlər səmada oyanan səhər, 

Dan yeri şəfəqə boyanan səhər. 

Uşaqlar sabaha boylanan səhər 

Gəlin uşaqlara oxşayaq bir az. 

 

Günəş kainatın çıraq dünyası, 

Çiçəklər, ləçəklər budaq dünyası. 

Uşaqlar dünyanın uşaq dünyası 

Gəlin uşaqlara oxşayaq bir az. 

 

Gözəli köksümdə dil açan dilək, 

Dəcəli sinəmdə döyünən ürək. 

Gəlin uşaqlarala əl-ələ verək 

Gəlin uşaqlara oxşayaq bir az. 

 

Uşaq tək sevinək ocaq görəndə, 

Qanadlı quş olaq  budaq görəndə 

Harda olur-olsun, uşaq görəndə 

Gəlin uşaqlara oxşayaq bir az. 

 

Dodaqlar nəğmənin təzəsin deyə, 

Gülüşlər dünyanı bəzəsin deyə, 

Uşaqlar bizlərə bənzəsin deyə 

Gəlin uşaqlara oxşayaq bir az. 


38 

 

I Aparıcı:   

Əziz  qonaqlar!    Gəlin  elə  edək  ki,  uşaqlarımızın  çöhrəsindən 

gülüş,  sevinc  heç  zaman  əskik  olmasın.  1  İyun  Uşaqları  Beynəlxalq 

Müdafiə  Günü  münasibətilə  gül  balalarımızı  səmimi  qəlbdən  təbrik 

edir, uşaqlar üçün çalışan hər bir təşkilata uğurlar diləyirik.  



 Tədbir Azərbaycan Respublikasının Himni ilə başa çatır.  

 

Ə D Ə B İ Y Y A T  S İ Y A H I S I: 

 

DÖVRÜ MƏTBUAT: 

 

1.

 

X.  Flora. 1 iyun - Uşaqların Beynəlxalq Müdafiə Günüdür / F. Xəlilzadə // 

Yaddaş. - 2007. - 31 may. - S.5. .  



2.

 

İ. İsmayıl. Uєaqlar gələcəyimizdir [Текст] : 1 iyun-Uşaqları Beynəlxalq 

Müdafiə  günü / İ. İbrahimov // Respublika. - 2008. - 1 iyun. - S. 5.  



3.

 

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür // Planet. - 2007. - 22 

may. - S.1,2. .  



4.

 

1 iyun Uşaqların Beynəlxalq Müdafiə Günüdür // Azərbaycan. - 2007. - 1 

iyun. - S.11. .  



5.

 

H.  Hicran. Ölkəmizdə hər bir uşaq dövlət qayğısı ilə əhatə olunur : 1 iyun 

Uşaqları Beynəlxalq Müdafiə Günüdür / H. Hüseynova // Xalq qəzeti. - 

2007. - 1 iyun. - S.10.  

6.

 

B.  Oqtay. Ömrümüzün mənası olan uşaqlardan qayğımızı əsirgəməyək : 1 

iyun Beynəlxalq Uşaqların müdafiəsi günü / O. Bayramov // Xalq qəzeti. - 

2006. - 1 iyun. - S.4.  

7.

 

X.  Flora. Ömrümüzün əlvan çiçəkləri : 1 iyun Uşaqların Beynəlxalq 

Müdafiəsi günüdür / F. Xəlilzadə // Azərbaycan. - 2010. - 1 iyun. - N 116. - 

S. 6.  

8.

 

A. Nurlana. Uşaqlara dövlət qayğısı : 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə 

Günüdür / N. Axundzadə // Təhsil problemləri. - 2010. - 16-23 may. - 



33/34. - S. 5.  

9.

 

S. Elmira. Uşaqlar üçün yararlı Azərbaycan naminə çalışaq : 1 iyun 

Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür / E. Süleymanova // Respublika. - 

2010. - 1 iyun. - N 115. - S. 7.  

10.

 

H. Hicran. Azərbaycanda uşaq problemlərinin həlli dövlət strategiyasının 

prioritet istiqamətlərindəndir : 1 İyun Uşaqları Beynəlxalq Müdafiə Günüdür 

/ H. Hüseynova // Xalq qəzeti. - 2010. - 1 iyun. - N 116. - S. 5.  

11.

 

Ə.  Paşa. Azərbaycan uşaqları dövlətin və cəmiyyətin qayğısı ilə əhatə 

olunub : 1 İyun Uşaqları Beynəlxalq Müdafiə Günüdür / P. Əmircanov // 

Xalq qəzeti. - 2010. - 1 iyun. - N 116. - S. 5.  

12.

 

Q.  Zümrüd. Uşaq gülsə, dünya gülər... : 1 İyun Uşaqları Beynəlxalq 



39 

 

Müdafiə Günüdür / Z. Qurbanqızı // Respublika. - 2010. - 2 iyun. - N 116. - 



S. 6.  

13.

 

Zayralıqızı. B.  Vətənə layiq ruhda : 1 iyun - Uşaqların Beynəlxalq 

Müdafiəsi Günüdür / B. Zayralqızı // Mədəni həyat. - 2012. - № 6.  



14.

 

K. Samirə. Uşaqların müdafiəsi daim diqqət mərkəzindədir : 1 İyun 

Uşaqları Beynəlxalq Müdafiə Günü / S. Kərimova // Azərbaycan müəllimi. - 

2010. - 4 iyun. - N 21. - S. 2.  

15.

 

M.  Elgün. Gələcəyimiz olan uşaqları qoruyaq : 1 İyun Uşaqları Beynəlxalq 

Müdafiə Günüdür / E. Mənsimov // Azərbaycan. - 2013. - 2 iyun. - № 119. - 

S. 6.  

16.

 

Ə.  Paşa. Dünyanı qoruyaq uşaqlar üçün... : 1 İyun Uşaqları Beynəlxalq 

Müdafiə Günüdür / P. Əmircanov // Xalq qəzeti. - 2013. - 1 iyun. - № 119. - 

S. 5.  

17.

 

Ə.  Piralı. Uşaqların hüquqlarının qorunması dövlət siyasətinin prioritet 

istiqamətlərindəndir : 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür / P. 

Əliyev // Azərbaycan. - 2013. - 1 iyun. - № 118. - S. 10.  

18.

 

H. Hicran. Uşaq hüquqlarının müdafiəsi dövlətin prioritet 

istiqamətlərindəndir : 1iyun Uşaqları Beynəlxalq Müdafiə Günüdür / H. 

Hüseynova // Respublika. - 2014. - 1 iyun. - № 114. - S. 2.  

19.

 

M. Nilufər. 1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günüdür / N. Mustafaqızı 

// İki sahil. - 2014. - 31 may. - № 95. - S. 20.  



20.

 

S.  Flora. Ömrümüzün sevinc payı : 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi 

Günüdür / F. Sadıqlı // Azərbaycan. - 2014. - 1 iyun. - № 114. - S. 8.  



21.

 

A. Aida. Bir ovuc təbəssüm, bir dünya işıq : 1 iyun Uşaqların Beynəlxalq 

Müdafiəsi Günüdür / A. Aysa // Xalq qəzeti. - 2014. - 1 iyun. - № 114. - S. 

5.  

 

Kitabların siyahısı: 

 

1.

 

Dilsuz. Tomris ana. B.:200,-10 s.  

2.

 

Dilsuz. Yeddi gəlin dağı. B:. 2008,-10 s.  

3.

 

Ə. Quluzadə. “Dilotu”, B.: “Ozan”, 2009.-80 s. 

4.

 

Ə. Quluzadə. “Ətirşah ətri”, B.:, “Ozan”, 2010.-80 s.  

5.

 

Ə. Quluzadə. Navalça. B.: “Şuşa”, 2012.-80 s.  

6.

 

Z. Xəlil. Yumru Yumaq və Qumru. B.: 2011.-20 s. 

 

 



 

 

 



 

 

 




40 

 

Redaktor:  



Şəhla  Qəmbərova  -  F.Köçərli  adına  Respublika 

Uşaq Kitabxanasının direktoru 

 

   Tərtibçi: 

Könül  Səmədzadə  -  F.Köçərli  adına  Respublika 

Uşaq   Kitabxanası Elmi metodika şöbəsinin baş    

 

 

 

 kitabxanaçısı 

Korrektor: 

Ruhiyyə  Məmmədli  -  F.Köçərli  adına  Respublika      

Uşaq  Kitabxanasının  elmi-metodika  şöbəsinin          

müdiri 

 

 

 



 

 

 



 

 

 

 

 

 

 

                                                                                                                                                                                        

Yüklə 308,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə