Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ



Yüklə 308,24 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix06.02.2018
ölçüsü308,24 Kb.
#25916
1   2   3   4   5   6   7   8   9   10

 

Təbrizi,  Borçalını,  İrəvanı,  Göyçəni,  Zəngəzuru,  Ağbabanı,  nəhayət,  keçən  əsrin 



axırlarında tarixlər şahidi Qarabağı itirmişik. Hazırkı Ermənistan  ərazisindən 200 

mindən  çox,  Azərbaycanın  daxilindən  isə  bir  milyona  qədər  insanımız, 

yurddaşımız  ev-eşiyini,  isti  ocağını  itirərək  didərgin  salınıb.  Böyüklərlə  barəbər, 

körpələrimiz  də  qaçqın-köçkün  həyatı  yaşamağa  məhkum  edilib.  Və  təbii  ki, 

hazırda insan haqları, uşaq hüquqları və s. kimi yüksək terminləri əldə bayraq edən 

sivil  dünyanın,  min  adlı  beynəlxalq  təşkilatların  gözləri  qarşısında  onların  ən  ali 

haqq və hüquqları pozulub. Ancaq 1988-ci ildən bəri davam edən erməni təcavüzü 

nəticəsində  yurd-yuvasını,  öz  yurdunda,  öz  evində  azad  yaşamaq  haqqını  itirmiş 

körpələrimizin hüquqlarının bərpası istiqamətində heç bir ciddi və səmərəli addım 

atılmayıb.  

Artıq  yuxarıda  qeyd  etdiyimiz  kimi,  uşaq  hüquqları  ilə  bağlı  Avropada, 

Qərbdə  bir  çox  hüquqi  sənədlər  qəbul  edilib.  İlk  belə  sənəd  olan  “UŞAQ 



HÜQUQLARI 

HAQQINDA 

KONVENSİYA” 

Beynəlxalq 

Qadınlar 

Fedarasiyasının  təçəbbüsü  ilə  hələ  1949-cu  ildə  Birləşmiş  Millətlər  Təşkilatı 

tərəfindən  qəbul  edilsə  də, bu  gün  dünyanın  bir  çox  yerlərində  uşaq  hüquqlarının 

pozulması  hallarına  mütəmadi  olaraq  rast  gəlirik.  Belə  hallar  son  illərdə 

Ermənistan  təcavüzünə  məruz  qalmış    Azərbaycanda  da  baş  vermişdir.  Ancaq 

özünün  Qərbə  inteqrasiya  iddialarını  ortaya  qoymuş,  demokratik  inkişaf  yolunu, 

hüquqi dövlət prinsiplərini özünün prioriteti elan etmiş  Azərbaycana qarşı erməni 

təcavüzü  və  bu  təcavüz  nəticəsində  çoxsaylı  insan  hüquq  və  azadlıqlarının,  o 

cümlədən  uşaq  hüquqlarının  pozulması  hallarına  indiyədək  həmin  Qərbdə  göz 

yumulur,  müvafiq  beynəlxalq  təşkilatlar  tərəfindən  adekvat  reaksiya  verilmir. 

Təcavüzkar Ermənistan artıq 26 ildir ki, Azərbaycanın Dağlıq Qarabağ  bölgəsini 

və  ona  bitişik  7  rayonu  işğal  altında  saxlayır.  Bu  tarixi  Azərbaycan  torpaqlarının 

işğalı  zamanı  bütün  yerli  əhaliyə,  eləcə  də  uşaqlara  heç  bir  aman  verilməmişdir. 

Təkcə  bir  faktı  demək  kifayətdir  ki,  Qarabağ  müharibəsi  illərində  1000-dən    çox 

uşaq  şəhid  olub,  nə  qədər  günahsız  körpə  Xocalıda,  işgal  edilən  digər  şəhər  və 

kəndlərimizdə  erməni  quldur  ordusu  tərəfindən  əsir  götürülüb,  işgəncələrə  məruz 

qalıb.  Bu  körpələrə  qarşı  törədilmiş  vəhşilik  və  qəddarlıq  faktlarına  faşistlərin 

əməllərində  də  rast  gəlmək  mümkün  deyil.  Onlara  qarşı  tarixdə  görünməmiş 

zorakılıq və işgəncələr tətbiq edilmişdir. Bu cür faktlar hətta erməni yazarlarının, o 

cümlədən  bədnam  Zori  Balayanın  kitablarında  açıq-aşkar  əks  olunub.  Əslində  

özünün  humanizmi  ilə  seçilməli  olan  yazıçı  belə  erməniliyindən    qalmayaraq  bu 

türk  cocuqlarına  qarşı  törədilmiş  vəhşiliyi,  qəddarlığı  təqdir  edir  və  kitabında  bu 

əməllərə haqq qazandırır.  

Bu  gün  iyunun  1-də  bütün  dünyada  Uşaqları  Beynəlxalq  Müdafiə  Günü 

qeyd  edilsə  də,  Azərbaycan  uşaqlarının  böyük  bir  qismi  Dağlıq  Qarabag  və  ətraf 



 

rayonlardan  köçkün  düşmüş  uşaqları  özlərinin  bu  bayramını  doğma  evlərindən 



uzaqda, çadır şəhərciklərində, yaxud yeni məskunlaşdıqları ərazilərdə qeyd etməli 

olurlar.  Bu isə  hüquq  və  azadlıqlar  haqqında  ağızdolusu danışmağa  alışmış  bütün 

dünya üçün yalnız və yalnız utanc gətirir. 

Ancaq    “UŞAQ  HÜQUQLARI  HAQQINDA  KONVENSİYA”  ya 

qoşulmuş 189 ölkədən biri olan Azərbaycan öz ərazisində  yaşayan bütün uşaqların  

hüquqlarının qorunması, onların öz bayramlarını sevinc və fərəh içində keçirməsi 

üçün hər çür şərait yaradır. Bu bayramı ölkəmizdə millətindən, dinindən, dilindən, 

irqindən  asılı  olmayaraq  bütün  körpələr  eyni  şəraitdə  qeyd  edirlər.  Neçə  illərdən 

bəri çadır şəhərciklərində yaşamış, normal təhsil almaq, səhiyyə xidməti ilə təmin 

olunmaq imkanından məhrum olmuş uşaqlar artıq  dövlətimizin qayğısı sayəsində 

bu  bəladan  xilas  olublar.  İndi  onlar  ailələri  ilə  birlikdə  köçkün  vətəndaşlar  üçün 

salınmış  yeni  qəsəbələrdə  yaşayır,  normal  təhsil  alır,  lazımi  tibbi  xidmət  görür, 

digər hüquqlardan bəhrələnirlər.  

Ümummilli  liderimiz  Heydər  Əliyev  Azərbaycana  rəhbərlik  etdiyi  bütün 

dövrlərdə  uşaqlara  xüsusi  qayğı  və  diqqətlə  yanaşmışdır.  Onu  mütəmadi  olaraq 

uşaqların  iştirakı  ilə  keçirilən  ayri-ayri  bayram  və  tədbirlərdə  görmək  olardı.  Bu 

tədbirlərdə  o,  mütləq  uşaqlara  yanaşar,  onlarla  söhbət  edər,  söylədikləri  şeir 

nümunələrini  maraqla  dinləyər,  körpələri  həvəsləndirərdi.  Ailə,  Qadın  və  Uşaq 

Problemləri  üzrə  Dövlət  Komitəsinin  yaradılması  da  ulu  öndərin  məhz  uşaqlara 

olan qayğısından, diqqətindən irəli gəlirdi.  

Son  illərdə  Azərbaycan  Prezidenti  İlham  Əliyev  uşaqlarımızın  inkişafı, 

müasir  bilik  və  vərdişlərə  yiyələnmələri  üçün  hər  çür  şərait  yaradır.  Onlar  üçün 

gözəl  uşaq  bağcaları,  məktəblər  tikilib  istifadəyə  verilir,  dövlət  başçısı  onların 

açılışında  iştirak  edir,  uşaqlara  özünün  xeyirxah  tövsiyələrini  verir.  Prezidentin 

istedadlı uşaqların seçilərək dövlət qayğısı ilə əhatə olunması barədə sərancamları 

da  hamının  yadındadır.  Heydər  Əliyev  Fondunun  prezidenti,  Milli  Məclisin 

deputatı  Mehriban xanım Əliyevanın Azərbaycan uşaqlarına qayğısını  isə ayrıca 

qeyd etmək yerinə düşərdi. Onu daim ölkənin ayrı-ayrı yerlərində, şəhərlərimizdə, 

kəndlərimizdə  uşaqların  yanında  görürük.  Fondun  dəstəyi  ilə  uşaqlar  və  gənclər 

arasında  musiqi  müsabiqələrinin  keçirilməsi  onların  istedadlarının  üzə 

çıxarılmasında mühüm addımdır.  

1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə bütün korpələrimizi 

təbrik edir, onlara daha xoşbəxt həyat arzulayırıq. Çünki onlar hər cür xoşbəxtliyə 

layiqdirlər.  

 



Yüklə 308,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə