Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ



Yüklə 308,24 Kb.
Pdf görüntüsü
səhifə4/10
tarix06.02.2018
ölçüsü308,24 Kb.
#25916
1   2   3   4   5   6   7   8   9   10

10 

 

                                           B Ö L M Ə III: 



Uşaqlar mənsub olduqları ölkənin gələcəyi, işıqlı sabahıdırlar. 

 

 

Bu  gün  fidan  balaların  bayramıdır.  Harada  uşaq  varsa,  orada 

səmimiyyət,  sevinc,  ümid  böyük  olur.  Uşaqsız  ömür  qaranlıq,  həyat  isə 

mənasızdır.  Ta  bineyi-qədimdən  bu  günə  kimi  uşağa  həmişə  məhəbbətlə 

yanaşılır,  onu  sevgi  və  qaygı  ilə  əhatə  etməyə  çalışırlar.  Əlbəttə,  müəyyən 

istisnalar  da  var.  Bəzən  ayri-seçkilik,  uşağa  ögey  münasibət,  onun  qədrini 

bilməmək, vaxtsız qəzalar, qəfil qadalar, müharibələr, terrorlar, münaqişələr 

və  bir  sıra  xoşagəlməz  olaylar  körpə  fidanların  sevincini  əlindən  alır,  onları 

ata-ana  nəvazişindən  ayrı  salır.  Bəzən  də  nadanlıq  ucbatından  uşaqlar  öz 

doğma valideynlərinin himayəsindən məhrum olurlar.  

Bu günə kimi qəbul edə bilmədiyimiz və Azərbaycanın milli adət-ənənəsinə, 

mentalitetinə  uyğun  gəlməyən  uşaq  evlərinin  mövcudluğu  ürəyimizi  agrıdır. 

Dünyanın  bütün  var-dövlətini,  qaygısını,  təbəssümünü,  hətta  balacaların  çox 

sevdiyi oyuncaqların hamısını bu məkanlara doldurmaq mümkün olsa belə, onların 

gözlərindəki  nisgili  silmək  müsküldür.  Yəqin  fikir  veribsiz  ki,  uşaq  evlərində 

tərbiyə alan bu günahsızların baxışlarından daim əskik olmayan bir xiffət duyulur.  

Ötən  əsrin  50-ci  illərindən  bütün  dünya    1  iyunu  Uşaqları  Beynəlxalq 

Müdafiə  Günü  kimi  qeyd  edir.  Uşaqların  hüquqlarının  qorunması  indi  dünya 

əhəmiyyətli  bir  məsələdir.  Fərəhli  haldır  ki,  Azərbaycanda  uşaqların  müdafiəsi 

mexanizminin  təşkili  ilə  bağlı  bir  sıra  irəliləyişlər  var.  Ölkə  Prezidenti  İlham 

Əliyevin  sərəncamı  ilə  təsdiq  edilən  Azərbaycan  Respublikasında  dövlət  uşaq  

müəssislərindən  uşaqların  ailələrə  verilməsi  (de-institusionalizasiya)  və  alternativ 

qaygı  Dövlət  Proqramı  (2006-2015-ci  illər)”  böyük  əhəmiyyətə  malikdir.  Bu 

proqramdan  irəli  gələn  vəzifələrin  icrası  istiqamətində  bir  sıra  uğurlu  addımlar 

atılıb. Eləcə də Prezident İlham Əliyevin sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan 

olunması  ölkəmizdə  uşaqların  hüquq  və  azadlıqlarının  qorunması  daha  da 

möhkəmlənmiş,  bu  istiqamətdə  birgə  səylərin  artırılması  üçün  geniş  imkanlar 

açılmışdır.  Xüsusilə  də  Heydər  Əliyev  Fondunun  prezidenti  UNESCO-nun  və 

İSESCO-nun  xoşməraml  səfiri,  Milli  Məclisin  deputatı  Mehriban  xanım 

Əliyevanın  bu  sahədəki  fəaliyyəti  böyük  önəm  daşıyır.  Azərbaycanda  uşaqların 

müdafiəsi sistemində müəyyən edilmiş islahatların yerinə yetirilməsində aidiyyəti 

təşkilatlar, qurumlar, nazirliklər də öz dəstəklərini əsirgəmirlər.  



11 

 

2009-cu  ilin  oktyabrında  Bakıda  “Gülüstan”  sarayında  Azərbaycanda  Uşaq  



ilinə  və  BMT-nin  Uşaq  Hüquqları  haqqında  Konvensiyasının  20  illiyinə  həsr 

olunmuş  uşaqların  müdafiəsi  islahatı  üzrə  ikigünlük  milli  konfrans  keçirildi. 

Həmin  konfransda  Azərbaycanın  birinci  xanımı  Mehriban  Əliyeva  çıxışında  çox 

vacib  mətləblərə  toxundu.  Sivilizasiya  və  mədəniyyətlərin  toqquşması,  eləcə  də 

dünyada  baş  verən  hərbi  münaqişələr,  texnogen  faciələr,  iqlim  dəyişməsi, 

xəstəliklər  və  digər  problemlər  uşaqların  taleyindən izsiz keçmir. Belə olan halda 

onlar təkcə fiziki cəhətdən deyil, mənəvi baxımdan da şikəst olurlar. Bəzən də ata-

anasından,  ailə  mühitindən  ayrı  düşən  uşaqlar  müəyyən  mənəvi  dəyərlərdən  də 

təcrid  olunurlar.  Azərbaycan  xalqının  özünəməxsus  gözəl  adətlərindən  biri  də 

övlada  xüsusi  diqqət  və  məhəbbətlə  yanaşmasıdır.    Heydər  Əliyev  Fondunun 

prezidenti  Mehriban  xanım  Əliyeva  öz  nitqində  məhz  bu  mənəvi  dəyərlərin 

qüdrətindən  söz  açdı:  “Bu  gün  Azərbaycan  qadını,  demək  olar  ki,  ölkəmizin 

həyatının bütün sahələrində çox fəaldır və həm dövlət qurumlarında, həm də özəl 

sektorda  bir  sıra  nailiyyətlər  əldə  edibdir.  Bu  gün  Azərbaycan  qadını  öz  sözünü 

deyir  və  öz  mövqeyini  nümayiş  etdirir.  Bununla  yanaşı,  mən  əminəm  ki,  hər  bir 

qadın  üçün  onun  ailəsi,  onun  uşaqları  həyatının  ən  vacib,  ən  mühüm  hissəsidir. 

Mən  özüm  üç  uşaq  anası  olaraq  analıq  missiyasını  həyatımın  ən  vacib  missiyası 

kimi  dəyərləndirirəm.  Əlbəttə,  hər  bir  valideyn  arzulayır  ki,  onun  uşağı  saglam, 

bilikli, savadlı, xoşbəxt böyüsün və bunun üçün əlindən gələni edir”.  

 

Azərbaycanın  birinci  xanımı  Mehriban  Əliyevanın  söylədiyi  kimi,  heç  də 

bütün  uşaqların  hamısı  valideyn  himayəsində  yaşamır.  Təəssüf  ki,  bu  qayğıdan 

məhrum  olanlar  və  dövlət  tərbiyə  müəssələrində  böyüyənlər  də  var.  Qədərin  bu 

ağır zərbələrinə tuş gəlmiş uşaqlar o qədər zərif və açiz olurlar ki, onlar heç zaman 

talelərini  özləri  təkbaşına  düzgün  müəyyən  edə  bilməzlər.  Bu  balacaların 

böyüklərdən, onların qaygısından, başlıcası isə məhəbbətlərindən asıllılığı çoxdur. 



12 

 

Bu baxımdan Mehriban xanım Əliyeva haqlı olaraq həyacan təbili çalır ki, bu cür 



uşaqların  həyatı  və  gələcəyi  bizim  hamımızı  narahat  etməli,  hamımızı 

düşündürməlidir.  Məhz  bu  baxımdan  Heydər  Əliyev  Fondunun  uşaqlarla  bağlı 

məsələlərə  xüsusi  diqqət  yetirməsi,  həmin  sahələrə  qaygısını  daha  da  artırması 

diqqət  çəkir.  Bu  Fond,  demək  olar  ki,  yarandığı  gündən  valideyn  himayəsindən 

məhrum  olmuş,  dövlət  müəssələrində  böyüyən  uşaqların  taleyini  daim  diqqət 

mərkəzində  saxlayır.    Təsadüfi  deyil  ki,  ata-ana  himayəsindən  məhrum  olan 

uşaqlar  bu  gün  Mehriban  xanım  Əliyevaya  mənəvi  ana  kimi  baxırlar.  Bu  da 

səbəbsiz  deyil.  “Uşaq  evləri  və  internat  məktəblərinin  inkişafı  proqramı” 

çərçivəsində Heydər Əliyev fondu tərəfindən 40-dan çox dövlət müəssisəsi əsaslı 

təmir  edilərək  avadanlıqlarla  təchiz  olunub.  Tez-tez  uşaqların  qonağı  olan,  vaxt 

tapan kimi onlara baş çəkən Mehriban xanım Əliyeva çalışır ki, uşaqlarla həmişə 

ünsiyyət  qursun.  Onların  problemləri  ilə  maraqlanır,  asudə  vaxtlarının  səmərəli 

keçirilməsi  üçün  diqqət  və  məhəbbət  göstərir.  Fondun  təşəbbüsü  ilə  bu  gün 

Azərbaycanda  ən  yüksək  standartlara  cavab  verən  uşaq  evləri  və  internat 

məktəbləri  fəaliyyət  göstərir.  Əlbəttə,  belə  evlərin  keyfiyyətli  tikilməsi,  orada 

peşəkar insanların çalışması, uşaqlara diqqətin artırılması çox yaxşı haldır. Amma 

yenə  də  narahatlıq  doğuran  səbəb  var.  Son  illər  bu  müəssisələrdə  uşaqların  sayı 

artmaqdadır. Mehriban xanım Əliyeva söyləyir: “Heydər Əliyev Fondu bu sahədə 

beynəlxalq  təşkilatlarla,  ilk  növbədə  BMT-nin  Uşaq  Fondu  ilə  çox  uğurlu 

əməkdaşlıq  qurur  və  bir  sıra  proqramlar  həyata  keçirir.  Dövlət    tərəfindən  bu 

sahədə çox vacib addımlar atılır və gələcəkdə görülən işlər də planlaşdırılıb.  

Əgər biz söyləyiriksə ki, uşaqlar bizim gələcəyimiz, Azərbaycanın sabahıdır, 

onların  problemlərinə  də  biganə  qalmamalıyiq.  Bizim  məhəbbətimizə,  qaygımıza 

ehtiyacı  olan  kimsəsiz  körpələr  unudulmamalıdır.  Uşaqların  dövlət  uşaq 

müəssisələrindən ailələrinə verilməsi səmərəli şəkildə həyata keçirilməlidir.  

Elə bir əlamətdar gün, bayram olmaz ki, Mehriban xanım Əliyeva  uşaqlarla 

görüşüb, onlarla müəyyən  məclislərdə iştirak etməsin. UNESCO və İSESCO-nun 

xoşməramlı səfiri uşaqlarla bağlı həyata keçirilən bütün layihələrin, demək olar ki, 

təşəbbüsçüsü  və  dəstəkçisidir.  Talessemiyadan-  qan  xəstəliyindən  əziyyət  çəkən 

uşaqları  himayəyə  götürərək  bu  istiqamətdə    Azərbaycanda  könüllü  donorluq  

inkişaf  etdirildi.  Məhz  Mehriban  xanım  Əliyevanın  fəaliyyəti  nəticəsində 

talassemiya  və  hemofiliya  kimi  irsi  qan  xəstəliklərindən  əziyyət  çəkən  uşaqların 

qanla  təminatı  yaxşılaşdırıldı.  Şəkər  xəstəliyindən  əziyyət  çəkən  uşaqlar  da 

Azərbaycanda ilk dəfə olaraq məhz Mehriban xanım Əliyevanın himayəsinə alındı. 

Ölkənin  birinci  xanımının  xeyriyyəçilik  fəaliyyəti  çoxdur,  amma  ən  önəmlisi 

uşaqlara  göstərdiyi  xüsusi  diqqət  və  qayğıdır.  Təsadüfi  deyil  ki,  uşaqları  böyük 

məhəbbətlə  sevən,  daim  onların  yanında  olmaga  can  atan  Mehriban  xanım 



Yüklə 308,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə