Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ



Yüklə 308,24 Kb.
Pdf görüntüsü
səhifə5/10
tarix06.02.2018
ölçüsü308,24 Kb.
#25916
1   2   3   4   5   6   7   8   9   10

13 

 

Əliyevanın  “Uşaqlar  bizim  gələcəyimizdir,  gəlin  onların  problemlərinə  biganə 



qalmayaq” çağırışındakı səmimiyyət təsirsiz olmur. Çünki uşaqlıq dövrü insanın ən 

yaddaqalan  və  unudulmaz  anlarıdır.    Məhz  bu  illərdə  insanın  gələcək  taleyinin 

əsası  qoyulur.  Heydər  Əliyev  Fondunun  prezidenti,  UNESCO  və  İSESCO-nun 

xoşməramlı  səfiri,  Milli  Məclisin  deputatı  Mehriban  xanım  Əliyevanın 

kimsəsizlərin  himayədarı  olması  isə  heç  bir  zaman  bu  uşaqların  yaddaşından 

silinməyəcək. Vaxt yetəcək ki, onlar həyatın sınaqlarından, tənhalığın nisgilindən, 

xəstəliklərin  agrı-acısından,  fəsadlarından  qurtularaq  cəmiyyətdə  öz  layiqli 

yerlərini tutacaqlar.  Nə vaxtsa ötənlərə boylananda isə onlara mərhəmət göstərən, 

qollarından  tutan,  yıxılmağa  qoymayan,  yaşadan  xeyirxah  insanları  tez-tez 

xatırlayacaqlar.  Yaxşılıq  heç  vaxt  unudulmur.  Uşaqlıq  isə  tam  başqa  bir  alımdir. 

Məhəbbət gördüyün, nəvaziş duyduğun, lətafətini, səmimiyyətini hiss etdiyin insan 

sənə  hmıdan  əziz  və  doğma  olur.  Bu  gün  Azərbaycanda  yüzlərlə,  uşağa,  sözün 

həqiqi  mənasında,  mənəvi  analıq  edən  Mehriban  xanım  Əliyeva  gör  nəçəsinin 

taleyində əbədi şölələnəcək  çıraq yandırır.  

Mehriban xanım Əliyevanın xeyirxahlıq missiyası həmişə vaxtında və lazımi 

məqamında  yerinə  yetirilir.  Bu  böyüklükdən  isə  hamıya  pay  düşür.  İndi 

Azərbaycanın  birinci  xanımının  xeyirxahlıq  missiyası  sərhədlər  aşır.  Bu 

məhəbbətin  mayasındakı  bəşərilik  çox  mətləblərdən  xəbər  verir.  Heydər  Əliyev 

Fondunun  təşəbbüsündə  olduğu  layihələrin  nəticəsində  uzaq  Pakistanda  qızlar 

üçün  məktəb  açılır,  Misirdə  tikilən  təhsil  ocağına  ölkəmizin  birinci  xanımının 

şərəfli ismi verilir. Bu fəxarətli duyğuların yaratdığı sevincin əks-sədası, xoş sorağı 

hələ  çox  eşidiləcək.  Fərəhimiz  köksümüzə  sığmır:  həqiqətən  də,  halımıza  yanan 

var. Bu qayğının içindəki sonsuzluq, mərhəmət adama böyük ruh verir.  

Təəssüf ki, bu fərəhli duyğularımıza bədnam qonşularımız daim qanqaraldıcı 

hadisələrlə, terrorla təcavüz edirlər. 2011-ci il martın 8-də Ağdamda 9 yaşlı Farizin 

ermənilər tərəfindən qətlə yetirilməsi bir daha təsdiqlədi ki, qonşularımız insanlığa 

sığmayan vəhşilikləri davam etdirməklə analoqu olmayan zorakılıqlar törətməkdə 

israrlıdırlar.  Onların  törətdiyi  soyqırımlar  nəticəsində  yüzlərlə  uşaq  valideyn 

himayəsindən məhrum olmuş, çoxunun həyatına son qoyulmuş, yaşamaq hüquqları 

belə  pozulmuşdur.  İndi  dünya  Uşaqların  Beynəlxalq  Müdafiə  Gününü  təntənə  ilə 

qeyd edir. Belə bir məqamda körpələrə qarşı təcavüzə, zorakılığa, terrora yol verən, 

bunu  özünün  ali  məqsədi  kimi  həyata  keçirən  erməni  quldurlarının  qeyri-insani 

hərəkətlərinə  qətiyyətlə  son  qoyulmalıdır.  Bütün  bəşəriyyətin  xoş  gələcəyi 

körpələrdən  asılıdır.  Təsadüfi  deyil  ki,  Viktor  Hüqo  da  qətiyyətlə  deyirdi: 

“Dünyada ən böyük himni körpə qığıltısıdır”. Elə buna görə də bəşəriyyət irqindən

dinindən, millətindən asılı olmayaraq uşaqları qorumalıdır. 




14 

 

 



B Ö L M Ə IV:   

 

 

 

ÖMRÜMÜZÜN  SEVİNC  PAYI  

 

 

 

 

Körpə  qığıltısını  ən  gözəl  himn,  ana  laylasını  ən  əziz  nəğmə 

adlandıranlar heç bir ritorika və pafosa yol verməyiblər. Uşaq insan ömrünün 

bəzəyi,  ailənin  səadəti,  xalqın  sabahıdır.  “Uşaqlar  bizim  gələcəyimizdir” 

deyimi  də  çox  səslənmiş,  olsa  belə,  həmişə,  bütün  zamanlarda  aktual  və 

mənalıdır. 

Azərbaycan  ailəsində  körpə  xüsusi  önəm  kəsb  edir.  Xalqımız  uşaq  sevən 

xalqdır. Adi sözlərlə desək, Azərbaycan evində, Azərbaycan ailəsində ən yaxşı nə 

varsa    hamısı  uşaqlara  yönəldilir,  gələcəklə  bağlı  bütün  arzu-niyyətlər  uşaqlara 

məhəbbətdən qaynaqlanır. Biz uşaqları sevir, bəsləyir, qoruyuruq.  

Körpə sahibi olmaq Azərbaycan ailəsinin ən böyük arzusudur. Körpə dəyəri 

heç bir var-dövlətlə ölçülməyən nemətdir, əvəzolunmaz varlıqdır. Təsadüfi deyil ki, 

bu  gün  hər  cavan  Azərbaycan  ailəsində  ən  azı  iki,  üç  uşaq,  yaxud  buna  istək  və 

arzu var. 

Elə  uşaqlara  istəyin,  sevginin  təzahürüdür  ki,  hər  il  1  iyun  Uşaqların  

Beynəlxalq  Müdafiəsi  Günü  kimi  geniş  tədbirlərlə  qeyd  olunur.  Bu  baxımdan  da 

ildən-ilə genişlənən, daha  da  vüsət  alan tədbirlər təqdirəlaqiq və  bəyəniləndir. Bu 

ildə  iyin  ayının 1-də belə  tədbirlərin  yüksək  səviyyədə  keçirilməsinə  start verildi. 

Respublikamızın  hər  bir  təhsil  ocaqlarında,  məktəb  və  gimnaziyalarda,  bağca  və 

məktəbəqədər  müəssisələrdə,  uşaq  evlərində,  muzey  və  kitabxanalarda    bir  sözlə 

təhsil  ocaqlarında  silsilə  tədbirlərin  keçirilməsi  nəzərdə  tutulmuşdur.  Belə 

tədbirlərin  keçirilməsində  F.Köçərli  adına  Respublika  Uşaq  Kitabxanası  həmişə 



15 

 

fəal  iştirak  etmişdir.  F.  Köçərli  adına  Respublika  Uşaq  Kitabxanasında  1  iyun 



Uşaqların  Beynəlxalq      Müdafiəsi  günü  ilə  əlaqədar  hər  il  olduğu  kimi,  bu  il  də 

tədbirlər planı hazırlanmışdır. Belə  tədbirlər planın  geniş və maraqlı olması üçün 

kitabxanaçı  əlindən  gələn  koməkliyi  göstərir.  Bunun  üçün  kitabxanaçı  öncədən 

məktəb və bağçalarla əlaqə saxlamalı, uşaqları ktabxanada keçirilən hər bir tədbirə 

dəvət  etməlidir.  Beləki,  yuxarıda  qeyd  etdiyimiz  kimi,  uşaqlar  bizim  gələcək 

nəslimiz,  gələcək  davamçılarımızdır.  Bax,  elə  ona  görə  də  belə  tədbirlərin 

hazırlanması üçün əlimizdən gələn hər bir şeyi etmək hər birimizin borcudur.   

F.Köçərli adına Respublika Uşaq Kitabxanasında keçirilən tədbirlərdən biri 

də kitab və rəsm sərgisidir. Kitab və rəsm sərgisini təşkil etməkdə məqsəd uşaqları 

ilk  növbədə  uşaq  kitabları  ilə  tanış  etmək  və  onların  rəsm  sərgilərini,  əl  işlərini 

nümayiş  etdirməkdən    ibarətdir.    Sərgi  müxtəlif  başlıqlar  altında  keçirilə  bilər. 

Məsələn: “Dünyanı verək uşaqlara”, “Uşaqlar bizim gələcəyimizdir”, “Sirli-sehirli 

nağıllar”,  “Azərbaycan  yurdum  mənim”,  Sənin  maraq  dünyan”,  “Kitablarda  mən 

hələ  baxıram  şəkillərə”,  “Çox  oxuyan,  çox  bilər”,  Biri  var  idi,  biri  yox  idi”, 

“Göydən üç alama düşdü”, “Xoşbəxt uşaqlar”, “Ömrümüzün sevinc payı”, “Onlar 

bizim  gələcəyimizdir”  və  s.  İndi  isə  “Uşaqsız  dünyanın  sabahı  yoxdur,  uşaq 

dünyasının sevinci çoxdur” adlı kitab sərgisinin nümunəsini sizlərə təqdim edirik.  

Başlıq: 

1.

 

“Uşaqsız dünyanın sabahı yoxdur, uşaq dünyasının sevinci çoxdur” 

2.

 

Uşaqlar haqqında deyilmiş sitatlar, müdrik sözlər, atalar sözləri. 

3.

 

Uşaq kitablarının nümayişi. 

4.

 

Uşaq hüquqları ilə bağlı kitabların nümayişi. 

5.

 

Rəsm və əl işlərinin sərgisi. 

6.

 

Dövrü mətbuatda çap olunan məqalələrin kartotekası.  

7.

 

Şeir parçası. 

Ömrümüzü, günümüzü 

Uşaq təbəssümü bəzər

Uşaqsız ev, uşaqsız el 

Susuz dəyirmana bənzər.  

 

Sitatlar: 

1.

 

Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, 

ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır.  

 

 

 

 

 

 

 

Heydər Əliyev 

 

 

 

 

 

 

 

 

 Ulu öndər 



Yüklə 308,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə