Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ



Yüklə 308,24 Kb.
Pdf görüntüsü
səhifə7/10
tarix06.02.2018
ölçüsü308,24 Kb.
#25916
1   2   3   4   5   6   7   8   9   10

18 

 

20.



 

 Döyməklə  uşağı yalnız korlamaq olar. 

 

 

 

 

 

 

 

 

Aristotel 

21. Yer üzərində uşaq qığıltısından təntənəli himn yoxdur. 

 

 

 

 

 

 

 

 

V.M.Hüqo 

 

 



“Dünyani verək uşaqlara” adlı  kitab sərgisi: 

    


 

       


 

   


       

    


 

     


   

 



19 

 

     



         

 

 

 

 

 



              

 

    

 

     



20 

 

 



        

 

 

 

 

 

 

 

 

 

 

  

 

         




21 

 

Uşaq hüquqları ilə bağlı sərgi 



 

 

 

 

 

 

 

 



 

 

 

 

 

 

 

 


22 

 

 Rəsm sərgisi: 

 

 

 



 

 

 



 


23 

 

 



        

      

 

Sabahımız  olan  uşaqlara  qayğı  və  diqqət  hər  bir  dövlətin  siyasətində  önəmli  yer 

tutur,  çünki  hər  bir  xalqın,  millətin  gələcəyi  uşaqlardır.  Azərbaycan  dövləti  də 

daim  uşaqların  sağlam  böyüməsi,  yaxud  yaxşı  oxuması  və  hərtərəfli  inkişafının 

qayğısına qalmışdır. Biz  də F. Köçərli adına Respublika Uşaq Kitabxanası olaraq 

öhdəmizə  düşən  hər  bir  qayğını  gələcək  nəslimizin  davamçıları  olan  uşaqlardan 

əsirgəmirik. Beləki, F. Köçərli adına Respublika Uşaq Kitabxanasında müntəzəm 

olaraq bir çox tədbirlər keçirilir ki, bu tədbirlərdən də uşaqlar daha çox yararlanır. 

Kitabxanamızda  tez-tez  uşaqların  əl  işlərinin  sərgisini,  rəsm  sərgilərini,  kitab 

sərgilərini,  nagıl  otagında  keçirilən  nağıl  saatlarını,  səhərcikləri,  ucadan  oxu  və 

viktorinaları misal göstərmək olar. Hər il olduğu kimi 1 iyun Uşaqları Beynəlxalq 

Müdafiə Günü münasibətilə təşkil olunan tədbirlər uşaqların daim yaddaşında qalır 

və  onların  kitabxanaya  maragını  artırır.  Əsas  təbliğat  formalarından  bir  neçəsini 

misal  göstərmək  olar.  Məsələn  F.Köçərli  adına  Respublika  Uşaq  kitabxanasının 

əməkdaşları  tez-tez  bagça  və  məktəbəqədər  müəssələrdə,  orta  məktəblərdə  olur, 

məktəbin  aşagı  və  yuxarı  sinif  şagirlərini  kitabxanamıza  ekskursiyaya  dəvət 

edirlər. Burada kitabxanaçı və metodistlərimiz uşaqları  kitabxanamızla tanış edir, 

kitabxananın  iş  fəaliyyəti  ilə  bağlı  məlumatları  verir,  onlara  göstərilən  qayğı  və 

diqqətdən  söz  açırlar.  Kitabxanamıza  daxil  olan  latın  dilində  nəfis  tərtibatla  nəşr 

olunan  kiatablarla,  xarici  dildə  olan  ədəbiyyatla  uşaqları  yaxından  tanış  edir, 

kitabxanaya yazılış qaydalarını onlara başa salırlar. Belə tədbirlərdən biri də şair və 

yazıçılarla keçirilən görüşlərdir. Kitabxanamızda uşaq yazıçı və şairlərindən İlyas 

Tapdıq,  Oktay  Rza,  Zahid  Xəlil,  Ələmdar  Quluzadə,  Qəşəm  İsabəyli,    Sevinc 

Nuruqızı,  Reyhan  Yusifqızı,  Gülzar  İbrahimova  və  başqaları  ilə  keçirilən 

görüşlərdən  uşaqlar  məmnun  qalır  və  onlarla  daha  yaxından  ünsiyyət  qurmağa 

çalışırlar.      F.Köçərli  adına  Respublika  Uşaq  Kitabxanasında  keçirilən  “Sevimli 

şair və yazıçılarımızla görüş “ adlı tədbirin nümunəsini veririk.   



24 

 

Tədbiri F.Köçərli adına Respublika Uşaq Kitabxanasının rəhbəri Şəhla Qənbərova 



açıq elan edir.     

 

 



Qoy həmişə Günəş olsun,  

 

Qoy həmişə, anam olsun, 

 

 

Mən də olum həmişə!...       

Əziz  qonaqlar  və  körpə  fidanlar!  Sizi  F.Köçərli  adına  Respublika  Uşaq 

Kitabxanasında  görməyimizə  çox  şadıq.  Dünyanın  hər  yerində  körpəyə,  uşağa 

məhəbbət, qayğı göstərilir. Bəşəriyyət yaranandan uşaq ailəyə sevinc, səadət bəxş 

edən  ən  əziz  varlıq  hesab  olunub.  Çünki  ailə  üçün  uşaqdan  əziz  nemət,  onların 

məsum  sifətlərindən  gözəl  heç  nə  ola  bilməz.  Biz  hər  il  İyunun  1-ni  Uşaqların 

Beynəlxalq  müdafiəsi  günü  kimi  qeyd  edirik.  Belə  bir  tarix  dünyanı  XX  əsrdə 

ikinci dəfə sarsıdan II Cahan müharibəsindən sonra yaranıb. Bu cahan savaşı 100 

minlərlə  körpəni  aglar  qoydu,  hərbi  təcavüzlər  nəticəsində  saysız-hesabsız  uşaq 

ölüm saçan güllələrin qurbanına çevrildi. Bu faciəli anlar ilk öncə anaları narahat 

etdiyindən,  məhz  Qadınlar  cəmiyyətlərinin  yekdil  səssi  ilə  Uşaqların  Beynəlxalq 

müdafiəsi  günü  qəbul  edildi.  1949-cu  il  iyun  ayının  1-i  uşaqların  bayramı  kimi 

qeyd  olunur.  Artıq  neçə  illərdir  ki,  1  iyun  bütün  dünyada  əsl  bayram  kimi  qeyd 

edilir.  Bu  əlamətdar  gündə  gözəl-göyçək,  gül  balalar  valideynlərinin  qaygısını, 

məhəbbətini daha artıq hiss edir, fərəhlənirlər. Amma bu sevinci bütün uşaqlara aid 

etmək  olarmı?  Bilmirəm...Onu  bilirəm  ki,  ata-ana  məhəbbətindən,  qaygısından 

məhrum olanlar da var. Ata-ana nəvazişinə, sevgisinə yad olan bu uşaqların günahı 

nədir ki? Bax bunu da bilmirəm. Onu bilirəm ki, uşaq tək bir ailənin deyil, bütün 

cəmiyyətindir.  Bugünkü  körpə  sabahın  həkimi,  hüquqşünası,  müəllimi,  alimi  və 

sonda kitabxanaçısıdır.  Bayramınız mübarək əziz uşaqlar!   

Söz görkəmli şair və yazıçılara verilir. Hər bir şair və yazıçı uşaqlar üçün yazdığı 

şeirlərdən  oxuyur,  kitablarını  uşaqlara  təqdim  edirlər.  Tədbirin  sonunda 

kitabxanamızın nəfis tərtibatda nəşr etdiyi “Göy qurşağı”  jurnalı uşaqlara təqdim 

olunur.  

Cəmiyyətin  həssas  və  kövrək  zümrəsi  kimi  həmişə  yüksək  qayğı  və 

nəvazişlə  əhatə  olunan  uşaqların  sosial  ehtiyaclarının  hərtərəfli  təmini,  onların 

yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli 

şəxsiyyət kimi yetkinləşməsi zərurəti müasir dövrdə hər bir dövlətin üzərinə uşaq 

hüquqlarının müdafiəsi ilə bağlı yeni vəzifələr qoyur.  



Yüklə 308,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə