Azərbaycan respublikasi məDƏNİYYƏt və turiZM



Yüklə 355,71 Kb.
Pdf görüntüsü
tarix11.07.2018
ölçüsü355,71 Kb.
#54921


 

1

 



AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM  

NAZİRLİYİ. 

            F. KÖÇƏRLİ  ADINA  RESPUBLİKA  UŞAQ  KİTABXANASI   ELMİ  METODİKA                 

ŞÖBƏSİ 

 

 



 

 

 



 

 

   



Abdulla Şaiqin 130 illiyi münasibətilə 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Hamımız bir günəşin zərrəsiyik 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

BAKI – 2011

 

 

 


 

2

TƏRTİBÇİDƏN 



 

 

 

Azərbaycan  ədəbiyyatı tarixində Abdulla Şaiq  şair, yazıçı, dramaturq, 

ədəbiyyatşünas, görkəmli maarif və  mədəniyyət xadimi kimi məşhurdur. Abdulla 

Şaiq Azərbaycan uşaq  ədəbiyyatının yaradıcılarından biri, milli uşaq teatrının 

banisidir.  Ömrünü xalqın maariflənməsinə həsr edən yazıçı zəngin bir yaradıcılıq 

yolu keçmişdir. Şair  ən çox uşaqlar və gənclər üçün yazıb-yaratmış və bu əsərlər 

məktəblərdə indi də tədris edilir. Onun uşaq və gənclər üçün yazdığı əsərlər gözəl 

lirik şeirlərdən, mənzum və mənsur hekayələrdən, nağıllardan, təmsillərdən və kiçik 

pyeslərdən ibarətdir. Kiçikyaşlı  uşaqlar üçün yazdığı “Quzu”, “Xoruz”, “Keçi”, 

“Uşaq və dovşan” və s. şeirləri bu gün də dillər əzbəridir. “Tıq-tıq xanım”, “Yaxşı 

arxa”, “Tülkü həccə gedir” kimi mənzum hekayə  və nağılları milli uşaq 

ədəbiyyatımızın qızıl fonduna daxildir. 

 

Bu il Abdulla Şaiqin anadan olmasının 130 illiyi tamam olur və yubiley 



mərasimi respublikamızın bir çox mədəniyyət ocaqlarında, o cümlədən uşaq 

kitabxanalarında yüksək səviyyədə qeyd olunacaqdır. Yubiley münasibətilə  tərtib 

etdiyimiz “Hamımız bir günəşin zərrəsiyik” adlı metodik vəsaitdən hər bir 

kitabxanaçı faydalana, burda olan müxtəlif tədbirlərdən səmərəli istifadə etməklə 

yubilyarın həyat və yaradıcılığını, əsərlərini oxucularına daha da yaxşı tanıda bilər. 

  

Metodik 



vəsait iki hissədən ibarətdir. Birinci hissə “Həyat və yaradıcılığı.” 

adlanır. Bu hissədə Abdulla Şaiqin  həyat və yaradıcılığından  söhbət açılır.  

 

Vəsaitin “Yubiley tədbirlərinin keçirilməsi” adlı ikinci hissəsində 



kitabxanalarda mövzu ilə əlaqədar keçiriləcək tədbirlər haqqında məlumat verilir.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

3

Həyat və yaradıcılığı 

 

XX əsr Azərbaycan ədəbiyyatının və maarifinin görkəmli nümayəndələrindən 



biri olan Abdulla Şaiq 1881ci-ildə Tiflisdə ruhani ailəsində dünyaya gəlib. 1888-ci 

ildə Abdulla Şaiq  altısinifli  şəhər müsəlman məktəbində ilk təhsilini alır.  İlk 

təhsilini aldıqdan sonra Abdulla Talıbzadə 1893-cü ildə ailə vəziyyəti ilə əlaqədar 

olaraq Xorasana gələrək orada dövrünün mütərəqqi ziyalısı Yusif Ziyanın 

məktəbində təhsilini davam etdirir. On doqquz yaşlı Abdulla yeddi ildə Xorasanda 

mükəmməl təhsil alır, tarix, məntiq, psixologiya elmlərini,  Şərq, Azərbaycan, Rus 

ədəbiyyatını öyrənir. 1900-cü ildə o, Tiflisə qayıdaraq bir müddət orda qalır. 1901-

ci ildə Bakıya gəlir. Görkəmli ictimai xadim Nəriman Nərimanov və Abbas bəy 

Minasazovun qayğısı və köməyi ilə 25 aprel 1902-ci ildə Bakıdakı Aleksandriyski 

gimnaziyada imtahan verərək müəllimlik  şəhadətnaməsin alır. Bakıda 5-ci şəhər 

məktəbində pedoqoji fəaliyyətə başlayan Abdulla Şaiq 1903-cü ildən Sabunçudakı 

altısinifli məktəbdə ana dili və şəriətdən dərs deyir. Bu illərdə o, görkəmli ədib və 

maarif xadimi Ə.Haqverdiyev, H.Zərdabi, N.Vəzirov, S.S.Axundov, M.Ə.Sabir, 

M.Hadi, A.Səhhət və H.Cavid və başqaları ilə yaxından tanış olur və bu şəxsiyyətlər  

şairin milli-mənəvi inkişafında mühüm rol oynayır. 1906-cı ilin avqustunda Bakıda 

birinci müəllimlər qurultayı çağrılır. Qurultayın təşkilində Şaiqin böyük xidmətləri 

olur. Gənc müəllim ana dilinin və  ədəbiyyatın tədrisinə dair təşəbbüslə  çıxış edir. 

Qurultay H.Zərdabi, F.Köçərli, M.Mahmudbəyov, A.Şaiq və başqalarından ibarət 

xüsusi komissiya seçir və Azərbaycan dilində müvafiq proqram hazırlamağı onlara 

tapşırır. Birinci müəllimlər qurultayından heç bir il keçməmiş neçə-neçə yeni 

dərsliklər yaranır. “Əlifba”, “Uşaq çeşməyi” (1906), “Uşaq gözlüyü” (1909), 

“Gülzar” (1912) və s. bu kimi dərsliklərdə onun öz əsərləri və dünya 

ədəbiyyatından nümunələr çap olunur. On altı səhifəlik “Uşaq çeşməyi” kitabı kiçik 

yaşlı uşaqların bilik səviyyəsinə uyğun hazırlanır. Bundan sonra o, müxtəlif illərdə 

bir-birinin ardınca “Milli qiraət”, “Türk çələngi”, “Ədəbiyyat dərsləri” (1919), 

“Türk  ədəbiyyatı” (1920) adlı  dərsliklər və proqramlar hazırlayır. Bu dərsliklərdə 

Azərbaycan klassiklərinin həyat və yaradıcılığı haqqında məlumatlar və 

əsərlərindən parçalar verilir.  

Keçən  əsrin  əvvələrindən Abdulla Şaiq  ədəbi-pedaqoji mühitdə adlı-sanlı 

yazıçı, şair və pedaqoq kimi tanınır. Xalqın, vətənin gələcəyi naminə var-gücü ilə 

çalışır. Həm sənət aləmində, həm də maarif yönümündə ən qabaqcıl şəxsiyyət kimi 

ziyalılarla ön cərgədə gedir. O, həm də qadınlar üçün jurnal çıxarmaq, uşaq bağçası 

açmaq, kitabxana yaratmaq, kasıb uşaqları pulsuz oxutmaq kimi xeyirxah 

təşəbbüslər irəli sürür. Abdulla Şaiq eyni zamanda ədəbiyyatımızı həvəslə tədqiq və 

təbliğ edir. Xaqani, Nizami, Nəsimi, Füzuli, Xətai, Vaqif, Vidadi, Zakir, 

M.F.Axundov, S.Ə.Şirvani, M.Ə.Sabir, A.Səhhət, M.Hadi, H.Cavid kimi 

sənətkarların yaradıcılıqlarının tədqiqində bir ədəbiyyatşünas alim kimi onun 

xidmətləri böyükdür.  

Abdulla Şaiq yaradıcılığında ilk mətbu əsər “Laylay” adlı uşaq şeiridir və o, 

1906-cı ildən başlayaraq silsilə şeirləri ilə milli uşaq poeziyamızın incilərini yaradır. 

Onun bir sıra  şeirləri “Dəbistan” və “Məktəb” uşaq-gənclər toplularında işıq üzü 

görür. Bu illərdə o, “Nicat” cəmiyyətinin idarə heyətinə üzv seçilrək,  ədəbi-bədii 




 

4

problemlərlə, maarif və  məktəb işləri ilə  məşğul olur. Xalq ədəbiyyatının gözəl 



bilicisi olan, onu hələ uşaq ikən Sarvanda əmiləri Əlidən və Məmməddən öyrənən, 

sonralar toplayıb araşdıran Abdulla Şaiq bu nümunələr  əsasında “Tıq-tıq xanım”, 

“Tülkü həccə gedir”, “Yaxşı arxa” kimi mənzum nağıllar da yazır. Onun “Ədhəm”, 

“Tapdıq dədə”, “Qoçpolad” kimi poemalarında da milli folklorun təsiri görünür. 

Bütövlükdə  Şaiqin poeziyasında romantik vüsətlə real həyat, xəyalla varlıq, 

keçmişlə gələcək, tarixlə müasirlik qovuşur. Onun poeziyası qəhrəmanlıq, xəlqilik, 

vətənpərvərlik və gözəllik poeziyasıdır, uşaq  şeirləri elə o zamandan dərslik, 

proqram və oxu kitablarının bəzəyidir. Abdulla Şaiq həm də 1910-cu ildə yazdığı 

“Gözəl bahar” pyesi ilə milli uşaq teatrının özülünü qoyur və Azərbaycan uşaq 

dramaturgiyasının banisi kimi tanınır. 

Romantik ruhlu şair inqilabi hadisələrdən coşur,  “Hürriyyət pərisi”, “Niyə 

uçdu”, “Bir quş”, “XX əsrə xitab”, “Şikayətlərim”, “Zamanın inqilabçılarına” kimi 

şeirlər yazır.  

Nəsr yaradıcılığına 1905-ci ildə romantik “İki müztərib və ya əzab və vicdan" 

yarımçıq romanı ilə başlamış ədib sonralar “Məktub yetişmədi”, “Köç”, “Daşqın”, 

“İntiharmı, yaşamaqmı”, “Göbələk”, “İblisin huzurunda”, “Dursun”, “Əsrimizin 

qəhrəmanlar”ı kimi bir çox dəyərli hekayə, povest və romanlar yazmışdır. O, bu 

əsərlərdə bacarıqlı  sənət ustası kimi çıxış etmişdir. “Köç” və “Məktub yetişmədi” 

hekayələri və  “Əsrimizin qəhrəmanları” romanı ilk milli nəsr nümunələri kimi 

dəyərləndirilir. “Həpimiz bir günəşin zərrəsiyiz”  əsəri  şairin o dövrkü 

dünyagörüşünü,  şər qüvvələrin xalqlar arasında nifaq salmasını, savaş törətdiyini, 

bəşərin sabahını, insanların taleyini göstərən ən gözəl romantik şeirlərindəndir.  

Azərbaycan Demokratik Respublikasının yaranmasını böyük sevinclə 

qarşılayan Abdulla Şaiqi  M.Ə.Rəsulzadə “milli istiqlalın sevincini ilk duyanlar" 

adlandırır. Azərbaycan Demokratik Respublikası dövründə Abdulla Şaiq poeziya 

yönümündə daha həvəslə çalışır, Əhməd Cavad, Əmin Abid, Ümgülsüm, Əli Yusif, 

Əli  Şövqi kimi gənc istiqlal şairlərini də ruhlandırırdı. Onun bu illərdə  qələmə 

aldığı “Yeni ay doğarkən”, “Türk ədəmi mərkəziyyət Müsavata ithaf”, “Arazdan 

Turana” kimi şeirləri  ədəbi mühitdə  dəyərləndirilən poeziya nümunələrindəndir. 

Onun “Vətənin yanıq səsi”  şerində ulu oğuzların hünəri, Altay türkləri, Elxan və 

Altun ordusunun gücü,  “İki mücahid” və yaxud “Atı yaralı əsgər” şeirində cahan 

savaşının yaraları, erməni daşnaklarının Azərbaycan torpaqlarındakı  vəhşiliyi, 

Qarabağdakı fitnə-fəsadları ön plana çəkir. “Ülkərin nuru ilə ziyalanan”, “Uçan 

nəğməsi ilə havalanan”, “Xoş kölgəsində  səfalanan” istiqlal şairinin cümhuriyyət 

sevinci ürəklərə sərinlik gətirir. 

Ədib ADR dövründə maarif və  məktəb yönümündəki işini daha da 

canlandırır, bir neçə  məktəbi milliləşdirir, rus məktəblərində Azərbaycan türkü 

sinifləri yaradır. Dövlətin yaratdığı program və  dərsliklər hazırlayan komissiyanın 

üzvü kimi çalışır. 1919-cu ildə Bakı Dövlət Universitetinin yaranması ilə bağlı 

“Tələbə  həyatı” pyesini yazır, yarımçıq “Əsrimizin qəhrəmanları” romanını 

tamamlayır. Bu əsərlərdə müəllif vətən, millət, müstəqillik arzularını dilə  gətirir, 

milli dövlətçiliyimiz üçün yeni milli kadrlar hazırlanması məsələsini önə çəkir. 

1920-ci il aprelin 28-də rus ordusunun (XI Qızıl Ordu) Azərbaycana daxil 

olması, bolşeviklərin hakimiyyəti  ələ almasına baxmayaraq, Abdulla Şaiq xalqın 




 

5

gələcəyi naminə öz ədəbi-pedaqoji fəaliyyətini davam etdirir. O, pedaqoji kurslarda, 



texnikumlarda və başqa məktəblərdə dərs deyir, mədəni-maarif işlərinə yardım edir, 

bədii yaradıcılıqla məşğul olur. Çalışdığı gimnaziya ilk öncə    “Nümunə  məktəbi” 

adlandırılır. Bu məktəbdə bütün dərslər Azərbaycan-Türk dilində aparılır. Təzə 

açılan siniflərdə  əsas müəllimlər A.Şaiq, Q.Rəşad, C.Cəbrayılbəyli, S.Quliyev və 

başqa ziyalılar olur. Lakin yeni yaranmış məktəb bir çox problemlərlə üzləşir. Nə 

dərslik, nə  də proqram tapılır, müəllim kadrları çatışmır. Seçilmiş heyət Abdulla 

Şaiqin rəhbərliyi ilə şagirdlər üçün proqram və dərslik hazırlamağa başlayır. 1923-

cü ildə “Nümunə məktəbi”nin ilk buraxılışı olur. Həmin buraxılış gecəsində tələbə 

və müəllimlərin arzusunu nəzərə alan Maarif Komissarlığı  və Baş  Tərbiyə 

İctimaiyyə Dairəsi bir çox dolanbaclı yollardan keçib fəaliyyətini müvəffəqiyyətlə 

davam etdirən məktəbi “Şaiq Nümunə  məktəbi” adlandırmağı  qərara alır. 1918-ci 

ildə yaradılmış  məktəb 10 il fəaliyyət göstərmişdir. Bu illər  ərzində  təlim-tərbiyə 

işləri ilə yanaşı  bədii yaradıcılıqla da məşğul olan Abdulla Şaiqin “Vəzifə”, “Özü 

bilsin, mənə  nə?”, “Anabacı”, “Əsəbi adam” kimi silsilə hekayələri, “Araz"” 

inqilabi-tarixi mövzulu romanı, elm, maarif və  mədəniyyət haqqında bir sıra 

məqalələri, “Tənqid-Təbliğ” teatrı üçün  yazdığı  əsərlər  ədəbi mühitdə maraqla 

qarşılanmışdır. Azərbaycan Gənc Tamaşaçılar Teatrının, Uşaq və  Gənclər 

nəşriyyatının işi də birbaşa Abdulla Şaiqin adı ilə bağlıdır. Uzun müddət bu teatrda 

çalışan ədib “Xasay”, “Eloğlu”, “Vətən”, “Fitnə”, “Qaraca qız” kimi çeşidli pyeslər 

yazır. “Fitnə” və “Nüşabə” əsərləri Nizami süjetləri əsasında yaranan maraqlı sənət 

əsərləridir.  

Ədib bu illərdə də uşaqlar üçün gözəl əsərlər yazır, başqa sənət dostlarını da 

bu işə  cəlb edirdi. Onun “May nəğməsi”, “Top oyunu”, “Bənövşə”, “Qərənfil”, 

“Bülbül” kimi uşaq şeirləri, nağıl və poemaları bu gün də öz dəyərini saxlayır.  

Alim,  ədəbiyyatşünas, folklorçu kimi də tanınan Abdulla Şaiq klassik 

ədəbiyyat yönümündə araşdırmalar aparır. Onun Nizami, Füzuli, Nəsimi, Vaqif, 

M.F.Axundov, Mirzə Cəlil, M.Cavid, M.Hadi kimi sənətçilər haqqındakı fikirləri bu 

gün də  dəyərlidir.  Şairin  Şərq  ədəbiyyatı  məsələləri, sufizm, təsəvvüf, hürufilik, 

eləcə  də çeşidli  ədəbi cərəyan və metod haqqındakı araşdırma və axtarışları da 

maraqlıdır. Milli folklorumuzu ilk dəfə toplayıb öyrənənlərdən biri də elə Abdulla 

Şaiqdir. Onun çağdaş həyata, elm və dil məsələlərinə aid yazıları isə xüsusi maraq 

doğurur.  Əsl beynəlmiləlçi və humanist bir sənətçi olan, həmişə “Həpimiz bir 

günəşin zərrəsiyiz” deyən Abdulla Şaiq bütün əsərlərində  bəşəri problemlərə 

toxunur, xalqları dostluğa,  əmin-amanlığa çağırır. O, türk, rus, fars, tatar, litva, 

özbək, gürcü, tacik və başqa millətlərin ziyalıları ilə dostluq edir, dünya xalqları 

ədəbiyyatınlarının incilərini, Firdovsinin “Şahnamə”sindən bir parça, Şekspirin 

“Maqbet”, C.Sviftin “Qulliverin səyahəti”, Puşkin, Lermontov, Krılov, Qorki, 

Nekrasov və başqa yazıçıların əsərlərini dilimizə çevirmişdir. 

Abdulla Şaiqin 20-30-cu illərdə dilimizin fonetika, morfologiya, sintaksis və 

üslubiyyat məsələlərinə dair yazdığı elmi məqalə  və  əsərlərin bir çoxu indi də öz 

əhəmiyyətini saxlayır. Şaiq elmi-pedaqoji fəaliyyəti ilə ədəbi yaradıcılığını paralel 

inkişaf etdirmişdir.  Əslində, bu iki sahə onun fəaliyyətini tamamlamış, elmə, 

maarifə çağırış, gənc nəslin taleyi, tərbiyəsi, xalqın, vətənin gələcəyi kimi məsələlər 

onun bədii  əsərlərinin  əsas mövzusu olmuşdur. Müxtəlif illərdə yazdığı  şeirlər, 




 

6

hekayələr, povestlər, romanlar, dram əsərləri  Şaiq cəsarətinin,  Şaiq 



dünyagörüşündəki qabaqcıl meyllərin nümayişidir. 

Azərbaycan  ədəbiyyatını görkəmli  şəxsiyyəti, uşaq  ədəbiyyatının yaradıcısı  

Abdulla Şaiq 1959-cu il iyulun 24-də Bakıda vəfat etmişdir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 


 

7

Yubiley tədbirlərinin keçirilməsi 

Bu il fevral ayının 24-də xalqımızın sevimlisi, körpələrin incə  qəlblərinə yol 

tapan, uşaq və  gənclərin onun şeirlərini sevə-sevə öyrəndikləri görkəmli  şair-

dramaturq Abdulla Şaiqin anadan olmasının 130 illik yubileyidir. Bir çox təhsil 

ocaqlarında, eləcə  də kitabxanalarda şairimizin  şərəfinə  təmtəraqlı yubiley gecəsi 

keçiriləcək. Yubileyə yaxın kitabxnalarda  şairin kitablarından ibarət sərgi təşkil edə 

bilərik. Sərgini müxtəlif  başlıqlarla adlandırmaq olar: 



1.

 

Körpələrin böyük məhəbbəti. 

2.

 

“Sən bu xalqın sevincisən...” 

3.

 

“Ey mehriban uşaqlar 

Siz yaşayın bəxtiyar!” 

Sərgi və plakarların hazırlanmasına kömək məqsədilə Abdulla Şaiq haqqında 

deyilən aşağıdakı sitatlardan da istifadə etmək olar. 

 

1. Abdulla Şaiq həqiqəti hər  şeydən uca tutan, daima həqiqət axtaran, tərəqqi və 



yüksəliş yolunda fədakarcasına çalışan yazıçı olmuşdur. 

Mirzə İbrahimov 

Xalq yazıçısı 

2. Abdulla Şaiqin nəcib həyatı bir çıraq kimi həmişə xalq üçün yanmışdır. Bu 

çırağın işığında uşaqların da, böyüklərin də  qəlbində yalnız xeyirxah duyğular, 

xehirxah arzular baş qaldırmışdır. 



İlyas Əfəndiyev 

 

 

 

 

 

 

 

 

 

 

 

Xalq yazıçısı  

3. Xalqını nəcib bir oğul qəlbi ilə sevən sənətkar öz xalqının ürəyində əbədi 

yaşayacaqdır. 

Süleyman Rüstəm 

Xalq şairi 

4. Abdulla Şaiq mənəviyyatı pak, daxili təmiz, rəftarı gözəl bir insan kimi 

xalqımızın qəlbində yaşayır, yaşayacaq da! 

Əfrasiyab Bədəlbəyli 

Bəstəkar, xalq artisti 

Ucadan oxunun uşaqlar üçün böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq 

yubileydə münasibətilə  şairin kiçik yaş qrup oxucular üçün yazılmış  şeirlərin, 

hekayələrin ucadan oxusunu təşkil etmək olar. Çünki, ifadəli oxudan sonra adətən 

kitabxanaçı  uşaqlarla sual-cavab keçirir və bu sual-cavab əsasında uşaqların nə 

dərəcədə diqqətcil olmaları, onların zehni, şeirləri qavrama qabiliyyətləri demək 

olar ki, müəyyənləşdirir. Məktəbəqədər yaşlı  və kiçikyaşlı oxucularımız üçün 

Abdulla  Şaiqin “Keçi”, “Xoruz”, “Bənövşə”, Təmizlik“, “Ana yurdum”, “Top 

oyunu” və s. şeirlərinin ucadan oxusunu təşkil etmək olar. Bu şeirlərin dili o qədər 

sadə, aydındır ki, uşaq bir dəfə oxuyan kimi yadında saxlayır. Ucadan oxudan sonra 

həmin bu şeirlərin səhərciyi təqdim olunsa daha maraqlı olar.  Belə ki, “Uşaq və 

dovşan”  şeirinə hazırlanmış  səhərcikdə bir uşaq dovşanı, digəri isə  uşağın sözünü 

deyir: 

Uşaq:  


Dovşan, dovşan, ay dovşan, 


 

8

Qaçma, dayan, ay dovşan. 



Qaçma, səni sevərəm, 

Can kimi bəsləyərəm. 

Dovşan: Dayanmaram 

ay 


qardaş, 

Yanında var alabaş. 

Xəbərdaram işindən, 

Qurtarmaram dişindən. 

 Və yaxud uşağın biri xoruz kimi banlayır, digəri onun səsinə hirslənərək deyir: 

Ay pipiyi qan xoruz, 

Gözləri mərcan xoruz. 

Sən nə tezdən durursan, 

Qışqırıb banlayırsan. 

Qoymayırsan yatmağa, 

Ay canı məstan xoruz. 

Uşaq psixologiyasına bələd olan şair bu şeirlərlə  həm uşaqlara heyvanlar 

haqqında ilk məlumat verir, həm də onların nitqini inkişaf etdirməyə çalışmışdır. 

Uşaqlarda təbiətə, heyvanlara maraq yaratmaq məqsədilə  şairin “At” və  “İt”  şeiri 

əsasında da da səhərcik hazırlamaq uşaqlar üçün maraqlı  və  əhəmiyyətli olar. 

Səhərciyi təqdim edirik: 

 

 

Oxucular təmsil etdiyi heyvanın simasında səhnədə görünür. 



 

I Oxucu (İt): 

  Haf, 

haf, 


haf!.. 

 

 



 

 

Bax, mən belə hürürəm. 



Haf, haf, haf!.. 

Ev-eşiyi güdürəm. 

Haf, haf, haf!.. 

Oğru görsəm: mır, mır... 

Mırıldayıb uçaram. 

Atılaram üstünə, 

Bir qiyamət açaram. 

Haf, haf, haf!.. 

Qaç oğru, gəlmə, gəlmə! 

Bir şey duşməz əlinə. 

Yırtaram üst-başını 

Lüt gedərsən evinə. 

Haf, haf, haf!.. 

II Oxucu (At): 

 

Qara xallı atım, qaç! 



Üstü xallı atım, qaç! 

Yorğala, uç quş kimi 

Apar məni nənəmə. 

Qaçın, qaçın! 

Tez yol açın! 

Tram... trım... 

Uçur atım. 



 

9

Uç nənəmin yanına, 



Bir qol salım boynuna. 

Alma versin o bizə, 

Dönək yenə evimizə. 

Gözün bənzər ceyrana, 

Qulaqların dovşana. 

Qoçaq atım, yorğala, 

Arpa verəcəm sana. 

Qaçın, qaçın! 

Tez yol açın! 

Tram... trım... 

Uçur atım. 

 

Səhərcikdən sonra kitabxanaçı  ev heyvanları olan at və it haqqında onlara məlumat 



verməlidir. Hər iki heyvanın insanların həyatında mühüm rol oynadığı, insanlara 

etibarlı, sadiq olmaları haqqında danışmalıdır. Onlara tövsiyə etməlidir ki, uşaqlar 

bu heyvanları incitməməli, onları sevməlidir. 

 

Uşaqların şairin yaradıcılığı haqqında bilgilərini müəyyən etmək üçün onlar 



arasında kiçik bir test  keçirmək də  məqsədə müvafiq olar. Bu testi keçirməkdə 

məqsədimiz oxucularda şairin həyat və yaradıcılığı haqqında bilgilərini müəyyən 

etməkdir. Testi aşağıda təqdim edirik: 

 

1. Abdulla Şaiq neçənci ildə anadan olub? 

      

       A . 1922 



       B. 1901 

       C. 1891 

  

D.1881* 


 

2. Abdulla Şaiq harada anadan olmuşdur? 

 

 A 


Bakı 


       B. Şamaxı 

       C. Tiflis* 

  

D. Qazax 



 

3. İlk kitabı neçənci ildə çapdan çıxıb? 

 

     A . 1910 



       B. 1911* 

       C. 1906 

  

D. 1909 


 

4. Aşağıdakı hansı cizgi filmin müəllifi Abdulla Şaiq deyil? 

 



 

10

 



A .  “Pıspıa xanım və Siçan bəy”       

 

 B. “Tülkü həccə gedir” 



  

C.  “Cırtdanın yeni sərgüzəşti”* 

 

D.   Heç birinin 



 

5. Abdulla Şaiq hansı sənətin sahibidir? 

 

 A 


Həkim 


       B. Ədəbi işçi 

       C.  Mühəndis 

  

D. Müəllim* 



 

6. Abdulla Şaiq hansı fəxri ada layiq görülüb? 

 

 A 


Xalq 


şairi 

       B. Əməkdar mədəniyyət işçisi 

       C. Əməkdar incəsənət xadimi* 

  

D. Fəxri adı yoxdur 



 

7. “...Qoymayırsan yatmağa....” misrasının davamı necədir? 

 

 

A.Qaçma, dayan, a dovşan 



 B. 

Mən quş olub uçaram 

 C. 

Ay 


qoşa buynuz keçi 

 D. 


Ay 

canı məstan xoruz* 

 

8. Bakı şəhərində hansı teatr şairin adını daşıyır? 



 

 

A . Akademik Dram teatrı 



       B. Kukla teatrı* 

       C. Gənc Tamaşaçılar teatrı 

  

D. Musiqili Komediya teatrı 



 

9.  Aşağıdakı hansı kitabın bu il yubileyi deyil?  

 

 A. 


Yaxşı arxa 

 B. 


Tülkü, 

qarğa, hacıleylək 

 C.Tıq-tıq xanım 

 D. 


Tülkü 

və xoruz 

 

F. Tülkü həccə gedir.* 



 

10. Abdulla Şaiqin ilk  şeiri  hansıdır? 

 

 

A. “Lay-lay” * 



 B. 

Bahar 


nəğməsi 


 

11

 C. 



Oyan, 

oğlum 


 D. 

Məktəbdə 

 

Cavablar : 

 

1. D 



4. C 

7. D 


10. A 

 

 



2. C 

5. D 


8. B                                

3.B 


 6. C 

9. F 


 

Ədəbi-bədii gecələr kitabxanalarda keçirilən  əsas tədbirlərdən biridir. Şairin 

yubileyi münasibətilə hazırladığımız  “Ey mehriban uşaqlar, siz yaşayın 

bəxtiyar!” adlı ədəbi-bədii gecənin ssenarisini sizə təqdim edirik. Tədbir keçirilən 

zalın divarları  ədibin  şəkilləri və onun yubileyinə  həsr olunmuş  sərgisi ilə 

bəzədilir.  

I Aparıcı:                  

Salam əziz uşaqlar, hörmətli qonaqlar. Hamınızı sevimli  

 

 



şairimiz Abdulla Şaiqin 130 illik yubileyinə həsr olunmuş  

 

 



tədbirdə xoş gördük.  

II Aparıcı: 

  Yenə təntənə var Azərbaycanda 

Şaiq günləridir, Şaiq ilidir. 

Şaiqi yaşadan ürəkdə, canda, 

Bu xalqa, vətənə Şaiqliyidir. 

 

Dağlara səs saldı “Dağlar soltanı”, 



“Köç” də köç eylədi ağ günə sarı. 

“Simurq quşu” etdi Şaiq babanı 

Bizim “Əsrimizin qəhrəmanları”. 

 

“Hürriyyət pərisi” açdı qol-qanad, 



Sevindi “bir günəş zərrəsi kimi”. 

Qovuşdu Eloğlu, Araz, Qoçpolad 

Əbədi bir “Ana” körpəsi kimi. 

I Aparıcı: 

  Arzusu 

“Səadət”, sevgisi “Vətən”, 

Niyyəti ən ülvi, böyük əməllər. 

“Şaiq məktəbindən”, Şaiq irsindən 

Dərs alıb yetişdi neçə nəsillər. 

 

Dünyaya, insana məhəbbətilə 



Könülə gün doğdu, ulduz parladı. 

Böyük sənətilə, şəxsiyyətilə 

Müəllimlər müəllimi çağrıldı adı. 

 

Yenə təntənə var Azərbaycanda 



Şaiq günləridir, Şaiq ilidir. 


 

12

Şaiqi yaşadan ürəkdə, canda, 



Bu xalqa, vətənə Şaiqliyidir. 

II Aparıcı:               

Bəli, görkəmi şair, nasir, dramaturq, ədəbiyyatşünas alim   

Abdulla  Şaiqin bu gün ad günüdür. Abdulla Şaiq xalqa 

canı, qanı, ruhu ilə bağlı olan və  vətəninə sonsuz 

məhəbbətinə görə xalq arasında böyük nüfuz qazanan söz 

ustalarından idi. O, uşaq yazıçısı kimi Azərbaycan 

ədəbiyyatında  şərəfli yer tutur. 1906-cı ildən başlayaraq 

ömrünün son günlərinə  qədər uşaqlar üçün bir-birindən  

gözəl, yüksək tərbiyəvi əhəmiyyəti olan və heç bir zaman 

aktuallığını itirməyəcək əsərlər yaratmışdır. Onun əsərləri 

hətta kiçik oxucularımız tərəfindən də maraqla oxunur. 

I Aparıcı: Onun 

orta 


məktəb dərsliklərinə salınmış şeirləri, oxucular 

arasında geniş yayılmış hekayələri və digər əsərləri həmişə 

bizim dilimizin əzbəri olmuşdur. Biz Abdulla Şaiqi əvvəl 

uşaq yazıçısı kimi tanımış, sonralar isə böyüdükcə onu 

gəncliyin ən sevimli sənətkarlarından biri kimi qəlbimizdə 

yaşatmışıq. “Keçi”, “Xoruz”, “Uşaq və dovşan” kimi 

şeirləri, “Köç”, “Məktub yetişmədi”, “İldırım”, “Xasay” 

əsərləri, o cümlədən “Araz” romanı yadımızdan çıxarmı? 

Heç vaxt! Bu əsərlərin hər biri həmişə  təravətli olmaqla 

bərabər, gənc nəsildə xoş duyğular, mübarizlik hissi oyadır 

və onun tərbiyəsinə xidmət edir. 

II Aparıcı: Abdulla 

Şaiqin uşaq  şeirləri uşaqların özü kimi 

bapbalacadı. Uşaq dünyasına bələd olan şair otu, çiçəyi, 

gülü, heyvanı danışdırır. Abdulla Şaiq uşaq  şeirlərində 

balacaların ürəyinə ilk poetik qığılcımlar səpməyə, təbiət 

gözəlliklərini onlara sevdirməyə çalışır. Onun təbiət 

təsvirlərinə, qışın, baharın, payızın təsvirinə  həsr etdiyi 

şeirlər maraq doğurur.  Şair balacalrı  vətənə  məhəbbət 

ruhunda tərbiyə edir. 

 

Kiçik yaşlı oxucunun ifasında “Ana yurdum” şeiri 

dinlənilir. 

 

Aparıcı üzünü tədbirin balaca iştirakçılarına tutub deyir:  



Mənim balaca dostlarım, yəqin ki, hamınız Abdula  Şaiqin 

əsərlərini oxumusunuz. Deyin görək onun  “Qışın 

nəğməsi”, “Yetim cücə”,   “Oyan    oğlum”, “Uşaq və 

dovşan”, “Quzu” şeirlərini hamınız əzbər  bilirsinizmi? 

Uşaqlar xorla:  

 

Bəli. 


Aparıcı: Onda 

mənə kömək edin. Mən sizə bir şeir oxumaq 

istəyirəm. Yaxşıca qulaq asın, birdən şeiri səhv deyərəm 

ha!  


Ala-bula boz keçi, 


 

13

Ay qoşa buynuz keçi. 



Sən nə tezdən durursan, 

Qışqırıb banlayırsan.... 

Uşaqlar yerdən qışqırırlar: Düz demirsiniz. 

 

Aparıcı: 

  Düz 

demirəm?  Siz mənim yadıma sala bilərsiniz?  



 

İştirakçılardan biri aparıcıya yaxınlaşıb şeiri deyir. 

 

Ay pipiyi qan xoruz,  

Gözləri mərcan xoruz. 

Sən nə tezən durursan, 

Qışqırıb banlayırsan. 

Qoymayırsan yatmağa. 

Ay canı məstan xoruz. 

Aparıcı: Ay 

sağ olun. Bir şeiri də deməyə  mənə kömək edin. Axı 

mən keçi ilə xoruzu qarışdırmışam. “Keçi” şeirini kim 

deyə bilər?  

 

II iştirakçı “Keçi” şeirini əzbərdən deyir. 



 

Aparıcı: 

  Yaxşı uşaqlar. Deyin görüm bu şeirləri yazanı tanıyırsınız? 

Əgər tanıyırsınızsa onun başqa şeirlərini deyə bilərsiniz? 

 

Üç balaca oxucu səhnəyə daxil olur və A. Şaiqin müxtəlif  şeirlərindən söyləyirlər. 

 

Oxucu: 



   Səhər durunca, 

Əlimdə fırça, 

Sildim dişimi, 

Bildim işimi. 

İnanmırsan bax, 

Dişim ağappaq. 

Üzüm tərtəmiz, 

Bax, beləyik biz.  

II 

Oxucu: 


   Hop, 

hop, 


hop, 

Oynayaq top-top. 

Quş tək qanad aç, 

Topu atdım, qaç! 

Əlin belində, 

Güllər əlində, 

Sağdan sola aş, 

Qaç, durma, yoldaş! 

Dik tut başını, 

Vur yoldaşını. 

Topu tut göydə, 



 

14

Qaçın birlikdə. 



Ura, irəli! 

Dönməyin geri.  

III Oxucu:                               Günəş doğdu, yayıldı, 

Dağlar, daşlar ayıldı. 

Sular, meşə, bayırlar, 

Səhralar, həm çayırlar 

Bir nur içində qaldı, 

İşıq dünyanı aldı. 

Üfüq alışdı, yandı, 

Bütün quşlar oyandı. 

Ötüşdü şad və xəndan 

Səs ilə doldu orman. 

 

Oxucunun ifasında “Qərənfil” mahnısı  səslənir. 

                     

I Aparıcı: 

Şairin mənzum nağılları və poemaları da onun 

yaradıcılığında xüsusi yer tutur. Abdulla Şaiq uşaqlara 

hiyləgərliyi başa salmaq üçün “Tülkü həccə gedir”, 

dostluğu öyrənmək və onu qiymətləndirmək üçün “Tıq-tıq 

xanım” mənzum nağıllarını yazmışdır. Bu əsərlər geniş 

şöhrət qazanmışdır. Təsadüfi deyil ki, bu əsərlərin 

motivləri əsasında eyniadlı cizgi filmləri çəkilmişdir. 

II Aparıcı: Hər iki əsərlərdə uşaq təfəkkürünə uyğun nağıl süjeti 

vardır. Tülkünün hiyləgərlik edərək əlinə təsbeh alması, 

guya elədiyi  günah işlərdən peşiman olması. “Həccə 

getməsi”, özünü əməli-saleh adam kimi göstərib toyuq-

cücəyə kələk qurması, onları parçalayıb yeməsi maraqlı bir 

dillə nəql edilir.  Gəlin balaca oxucularımızın ifasında 

“Tülkü həccə gedir” əsərindən səhnəciyə tamaşa edək. 

 

Kiçik yaş qrup oxucuların ifasında “Tülkü həccə gedir” nağılından  bir parça 

göstərilir. 

 

I Aparıcı: 



 

Bildiyimiz kimi Abdulla Şaiq   həm də roman, hekayə, 

povest müəllifi kimi tanınır. O “Məktub yetişmədi”, 

“Köç”, “Daşqın”, “Pirin kəraməti”, “İblisin hüzurunda”, 

“Özü bilsin mənə nə”, “Baş üstdə” kimi hekayələrin, 

“Xasay” povestinin, “Əsrimizin qəhrəmanları”, “Dursun”, 

“Araz”, “İki müztərib yaxud əzab və vicdan” romanlarının 

müəllifidir. Abdulla Şaiq dramaturgiya janrında da 

qələmini sınamış, yazdığı mənzum pyeslər Kukla, Gənc 

Tamaşaçılar teatrında müvəffəqiyyətlə səhnəyə 

qoyulmuşdur. O, uşaqlar üçün yazdığı səhnə əsərlərində 

nağıl süjetlərindən bacarıqla istifadə etmişdir. 




 

15

II Aparıcı:                



Abdulla Şaiqin əsərləri hər dövrdə oxucuların diqqət 

mərkəzində olmuşdur. Bu səbəbdən də onun əsərləri tez-

tez nəşr olunur. Hətta şairin bəzi kitablarının bu il 100 yaşı 

qeyd olunur. Belə ki, balaca oxucularımızın ən çox sevdiyi 

“Yaxşı arxa”,“Tıq-tıq xanım”, “Tülkü və xoruz” kitabları 

bu il düz 100 yaşını qeyd edir. Uşaqlar, həmin kitablar 

sizinlə görüşə gəlib. Gəlin onları qarşılayaq.  

 

(Səhnəyə 100 yaşı tamam olan “Yaxşı arxa. Tülkü, qarğa, hacıleylək”,“Tıq-tıq 



xanım”, “Tülkü və xoruz” kitabları daxil olur. Onların yaxalarında  kitabların üz 

qabığının şəkli əks olunmuşdur.) 

 

Tıq-tıq xanım:    

Gəlin sizə uşaqlar,  

Söyləyim bir hekayət. 

Günlərin bir günündə, 

100 il bundan qabağa  

Mən gəlmişəm dünyaya. 

Kitabıma baxanda, 

Onu varaqlayanda, 

Sürməli gözlərimi, 

Uzun hörüklərimi, 

Salarsınız tez yada. 

Unutsanız siz məni, 

Baxıb cizgi fiminə, 

Orda görərsiz məni. 

Kitabımla yanaşı 

Maraqlı həyatımı, 

Dostumu, sirdaşımı, 

Sizlərə sevdirmişəm  

Sizinlə sevilmişəm. 

İndi deyirəm sizə 

Daha dostu neylərəm? 

Yanımdadır dostlarım 

Tülkü, xoruz və qarğa 

Hacıleylək “Yaxşı arxa”. 

100 il bundan qabağa 

100 il bundan sonra da. 

Yeganə dostum mənim 

Bax, bu kitablarımdır. 

 

Birlikdə

 

  Bizi 



də unutmayın, 

Siz yaddan çıxartmayın. 

Açın, oxuyun bizi, 

Təmiz qoruyun bizi. 

Sizə kömək olarıq,  



 

16

Yaxşı arxa olarıq. 



 

(Oxucunun ifasında “Bənövşə”mahnısı səslənir). 

                     

I Aparıcı: 

İllərin bir-birini əvəz etməsinə baxmayaraq Abdulla Şaiq 

yaradıcılığı Azərbaycan  ədəbiyyattında tutduğu mövqeyini heç 

bir zaman itirmir və itirməyəcək. Onun əsərləri istər böyüklərin, 

istərsə də azyaşlı oxucuların hər zaman ən çox müraciət etdiyi və 

sevərək oxuduğu  əsərlər olaraq qalacaq. Çünki şairin hər bir 

əsərlərinin hər bir misrasında, sətrində 

səmimiyyət, 

vətənpərvərlik, sadiqlik, dostluq kimi ülvi hisslər yatmaqdadır. 

Məhz bu keyfiyyətlər də Azərbaycan oxucusu üçün ən böyük 

mirasdır. 

II Aparıcı: Beləcə də tədbirimizin sonuna gəldik. İndi isə hamınızı  Aybəniz 

Haşımovanın “Bülbüllər” ansamblının ifasında sizə  təqdim 

olunacaq, mahnı  çələngini dinləməyə  dəvət edirik. Musiqidən 

sonra isə sizi cox sevdiyiniz cizgi filminə baxmağa dəvət edirik. 

 

(“Pıspısa və Siçan bəy” cizgi filmi oxuculara  təqdim olunur. Cizgi filmindən 

sonra kitabxanaçı qonaqları, tədbir iştirakçılarını  Abdulla Şaiqin ev muzeyində 

tərtib olunmuş, şairin həyat və yaradıcılığını əks etdirən şəkillərə baxmağa dəvət 

edir). 

                   

 

 

SON 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

17

Ədəbiyyat siyahısı

 

İnternetdə: 

www.google.az 

 

Kitablar: 

 

1. Şaiq Abdulla. Seçilmiş əsərləri / Abbas Səhhət, Abdulla Şaiq. Seçilmiş əsərləri.- 

B.: Çaşıoğlu, 2006.- 336s. 

2. Şaiq Abdulla. Seçilmiş əsərləri: Üç cilddə. I cild. Təkrar nəşr.- B.: Avrasiya Press  

    2005.- 496s. 

3. Şaiq Abdulla. Seçilmiş əsərləri: Üç cilddə II cild. Təkrar nəşr.- B.: Avrasiya  

    Press, 2005.- 568s. 

 4.Şaiq Abdulla. Seçilmiş əsərləri: Üç cilddə. III cild. Təkrar nəşr.- B.: Avrasiya  

   Press, 2005.- 536s.  

5. Şaiq, Abdulla. Ay pipiyi qan xoruz. - Hüseynov.- B.: Turan, 2002.- 14s. 

6. Şaiq Abdulla. Arazdan Turana.- B.: Nurlan, 2004.- 264 s. 

7. Şaiq Abdulla. İki qəhrəman.- B.: Araz, 2003.- 16 s. 

8. Şaiq Abdulla. Tıq-tıq xanım.- B.: CBS Polygraphic production, 2001.- 19 s. 

9. Şaiq Abdulla. Tülkü həccə gedir.- B.: CBS Polygraphic production, 2001.- 14 s.  

 

Dövri mətbuatda və kitablarda: 

 

1. Şaiq Abdulla. Ana: şeir // Göy qurşağı.- 2009. - № 2.- S.3. 



2. Şaiq Abdulla. Cöyərçin: şeir // Göyərçin.- 2008.- № 1.- S.5. 

3. Şaiq Abdulla. Kiçik qəhrəman: hekayə // Savalan.- 2009.- 3-5 fevral.- S.3-8. 

4. Şaiq Abdulla. İntiqamçı xoruz  // Azərbaycan dramaturgiyası antologiyası. 4 

cilddə. C.1.- B.: Şərq-Qərb, 2007.- S.294-301. 

5. Şaiq Abdulla. Məktub yetişmədi ; Göbələk ; Pirin kəraməti : hekayələr // 

Azərbaycan nəsri antologiyası. 5 cilddə. C.2.- B.: Şərq-Qərb, 2006.- S.220-223. 

6. Şaiq Abdulla. Möhtərəm müəllimimiz Həsən bəy Zərdabinin vəfatına // Füyuzat. 

- 2009.- N 4(48).- S.5. 

7. Şaiq AbdullaMurad ; Usta Bəxtiyar ; Oyunçu bağalar : hekayələr // Azərbaycan 

uşaq ədəbiyyatı antologiyası. 3 cilddə. C.3.- B.: Öndər, 2005.- S.73-99. 

8. Şaiq Abdulla. Sözün qiyməti // Savalan.- 2008.- 2-4 dekabr.- S.16. 

9. Şaiq Abdulla. Təbiət və biz : Ətraf mühiti qorumağın yolu çoxdur  // Azərbaycan. 

- 2009.- 18 noyabr.- N 258.- S.7. 

10. Şaiq Abdulla. Uşaq ; Dovşan ; Keçi və s.: şeirlər // Azərbaycan uşaq ədəbiyyatı 

antologiyası. 3 cilddə. C.2.- B.: Öndər, 2004.- S.69-91. 

 

HAQQINDA 

 

Kitablarda və dövri mətbuatda: 

 

1. Baharlı M. Yazıçının yetirmələrindən və tədqiqatçılarından eşitdiklərim : Abdulla 




 

18

Şaiq - 125 / M. Baharlı // Azərbaycan müəllimi.- 2006.- 21 aprel.- S.7. 



2. Əlioğlu M. A.Şaiqin romantikası və romantik qəhrəmanları // Darıxan adamlar. 2 

cilddə. I c.- B.: Təhsil, 2009.- S.170-184. 

3. Əsgərli Ə. Bir günəşin zərrəsi : Abdulla Şaiq haqqında / Ə. Əsgərli // Ədəbiyyat 

qəzeti.- 2010.- 16 iyul.- N 33. - S.5. 

4. İsmayıloğlu A.  Abdulla Şaiq və ədəbi mühit / A. İsmayıloğlu // Ədəbiyyat 

qəzeti.- 2008.- 18 aprel.- S.2.  

5. Mirzə Nizami. O, xalqının maariflənməsi üçün çox iş görmüşdür : Xalq yazıçısı 

Abdulla Şaiq haqqında nəvəsi Ülkərin xatirələri / N. Mirzə // Azərbaycan müəllimi. 

- 2008.- 4 aprel.- S.6. 

6. Mirzəliyev Canalı. Bizim Abdulla Şaiqimiz vardı... / C. Mirzəliyev // 

Mədəniyyət.- 2008.- 14 avqust.- S.6. 

 

 



 

 

Tərtib edən:  Nailə Həşimova – F.Köçərli adına Respublika Uşaq Kitabxanası elmi-



metodika şöbəsinin müdiri 

 

Redaktor: Fizurə Quliyeva – F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 



 Direktoru 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

19

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 



 

 

Yüklə 355,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə