Azərbaycan respublikasi məDƏNİYYƏt və turiZM



Yüklə 211,45 Kb.

səhifə1/7
tarix06.10.2018
ölçüsü211,45 Kb.
  1   2   3   4   5   6   7


 

   AZƏRBAYCAN  RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM 



                                         NAZİRLİYİ 

F. KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI 

ELMİ-METODİKA ŞÖBƏSİ 

 

 



 

 

 



 

 

 



 

Ənvər Məmmədxanlının 100 illik yubileyinə 

həsr

 

olunur 

 

 

 



 

 

 



 

 

ŞAİR TƏBİƏTLİ YAZIÇI 

(metodiki məktub)

 

 



                                           

 

 

 

 

 

 

 

 

 

 

 

                                               B A K  I – 2 0 1 3 

 

 




 

 



 

 

 



 

Tərtib edəni: Ruhiyyə Məmmədli- 

F.Köçərli adına Respublika Uşaq     

                     Kitabxanasının baş kitabxanaçısı 

 

Redaktor:  Fizurə Quliyeva-   



F.Köçərli  adına  Respublika  Uşaq 

Kitabxanasının direktoru 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

                                    Tərtibçidən

  

 

Bu  vəsaiti  Ənvər  Məmmədxanlının  100  illik  yubileyi  münasibətilə  sizə 



təqdim  edirik.  Vəsaiti  sizə  təqdim  etməkdə  əsas  məqsədimiz  oxucuların  Ənvər 

Məmmədxanlı haqqında olan  məlumatlarını daha da artırmaqdır. 

Görkəmli ədibimiz Ənvər Məmmədxanlı o istedadlar  nəslinə mənsubdur ki, 

elə ilk əsərlərindən etibarən öz mövzuları, öz üslubu ilə əbədi ictimaiyyətin xüsusi 

marağına  səbəb  olmuş,  özünəməxsus  yaradıcılıq  yolu  keçmişdir.  Hamımıza 

məlumdur  ki,  dövlətimizin  müstəqillik  əldə  etdiyi  bir  dövrdə,  xalqımıza  kamil, 

şüurca  yetkin  insanlar  daha  çox  lazımdır.  Belə  insanların  yetişdirilməsində  bu 

dəyərli  əsərlərin  misilsiz  əhəmiyyəti  vardır.  Bu  gün  Ənvər  Məmmədxanlı  kimi 

yazlçıların  əsərləri  böyüməkdə  olan  nəslin  tərbiyəsində  böyük  əhəmiyyətə 

malikdir.    Bildiyimiz  kimi  Ənvər  Məmmədxanlı  tarixi  mövzularda  çox  gözəl 

əsərlər yaradan sənətkarlardandır. Onun  əsərlərində müasir dövrün nəbzi tutulmuş, 

coşqun  və  qaynar  həyatımız  öz  bədii  inikasını  tapmışdır.  Bəli,  oxucuların 

vətənpərvərlik,  humanizm,  düşmənə  nifrət,  beynəlmiləlçilik  ruhunda  tərbiyə 

olunmasında Ənvər Məmmədxanlı kimi yazıçıların rolu böyükdür. 

Müasir  dövrün  indiki  mərhələsində  oxucularımızın  dünyası  çox  zəngindir. 

Çox  vaxt  onların  təfəkkürü  yazıçı  təfəkkürünə  uyğun  olur.  Ona  görə  də,  savadlı 

oxucu  həmişə  dəyərli  əsərlərin  axtarışındadır.  Ənvər  Məmmədxanlının  qələmə 

aldığı romanlar, hekayələr də bu dəyərli əsərlərdəndir. 

Bu  sahədə  kitabxanaçı  olaraq  bizim  vəzifəmiz  belə  dəyərli  əsərləri 

oxucularımıza sevdirmək, onların ideya-bədii səviyyəsinin yüksəldilməsinə  qayğı 

göstərməkdir. “Şair təbiətli yazıçı” adlı vəsait də elə bu məqsədlə hazırlanmışdır. 

Vəsait  yazıçının  “Həyat  və  yaradıcılığı”  və  “Keçiriləcək  tədbirlər”  hissəsindən 

ibarətdir. Vəsaitin I hissəsində Ənvər Məmmədxanlının həyat və yaradıcılığından 

söhbət açılır. İkinci hissəsində kitabxanalarda keçiriləcək tədbirlərdən bəhs olunur.   

     Vəsaiti  sizə  təqdim  etməzdən  öncə  Azərbaycan  Respublikasının  Prezidenti 

İlham  Əliyevin    Ənvər  Məmmədxanlının  100  illik  yubileyinin  keçirilməsi 

haqqında  2013-ci il 6 fevral tarixində verdiyi  sərəncamı   təqdim edirik.       

 

 



 

 

 

 

 

 

 


 

    Ənvər Məmmədxanlının 100 illik yubileyinin keçirilməsi haqqında 



                 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

 

   2013-cü ilin fevral ayında Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri, 

xalq yazıçısı, istedadlı nasir, dramaturq, ssenarist və tərcüməçi Ənvər Qafar oğlu 

Məmmədxanlının anadan olmasının 100 illiyi tamam olur. 

Ənvər  Məmmədxanlı  ədəbi  prosesə  həmişə  təravət  gətirən  əsərləri  ilə 

xalqımızın bədii-mədəni fikir xəzinəsinin zənginləşməsi naminə səmərəli fəaliyyət 

göstərmişdir.  Onun  yaradıcılığı  ana  dilimizə  həssas  yazıçı  yanaşmasının  parlaq 

nümunəsidir. 

Azərbaycan  Respublikası  Konstitusiyasının  109-cu  maddəsinin  32-ci 

bəndini  rəhbər  tutaraq  milli  ədəbiyyatımızın inkişafı  sahəsində  mühüm  xidmətlər 

göstərmiş Ənvər Məmmədxanlının 100 illik yubileyinin keçirilməsini təmin etmək 

məqsədi ilə qərara alıram: 

1.

 

Azərbaycan  Respublikasının  Mədəniyyət  və  Turizm  Nazirliyi  Azərbaycan 



Milli  Elmlər  Akademiyası  və  Azərbaycan  Respublikasının  Təhsil  Nazirliyi 

ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, xalq 

yazıçısı Ənvər Məmmədxanlının 100 illik yubileyinə həsr olunmuş tədbirlər 

planını hazırlayıb həyata keçirsin. 

2.

 

Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  bu  sərəncamdan  irəli  gələn 



məsələləri həll etsin. 

                                                                         

   İlham Əliyev 

                                                     Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 6 fevral 2013 – cü il 



 

 

 

                                        

 

 

 

 

 

 

 

 

 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə