Azərbaycan respublikasi məDƏNİYYƏt və turiZM



Yüklə 398,94 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix06.10.2018
ölçüsü398,94 Kb.
#72932
1   2   3   4   5   6   7

 

I.



 

Həyat və yaradıcılığı 

 

Ənvər Məmmədxanlı ədəbiyyatımızın tarixinə unudulmaz nasir, dramaturq,  

klassik  hekayə  ustadı,  uzunömürlü  kino  –  ssenarilər  müəllifi,  orijinal  tərcüməçi 

kimi  daxil  olmuşdur.  Ənvər  Məmmədxanlı  təkrarsız  insan,  orijinal  yazıçı,  gözəl 

nasir, vətənpərvər ziyalı, dərin erudisiyaya malik cağdaşımız, mahir dramaturq və 

kino  xadimi,  həyatda  realist  və  sənətə  münasibətində  idealist,  milli  zadəganlığın 

son  yüzillərdə  yetirdiyi  böyük  romantik  şəxsiyyətlərdəndir.  O,  yazıçı, 

kinodramaturq,  tərcüməçi,  Yazıçılar  Birliyinin  üzvü,  Azərbaycan  Əməkdar 

incəsənət xadimi, Azərbaycan xalq yazıçısıdır. 

Görkəmli ədibimiz  Ənvər Məmmədxanlı o istedadlar nəslinə mənsubdur ki, 

elə ilk əsərlərindən etibarən öz mövzuları, öz üslubu ilə əbədi ictimaiyyətin xüsusi 

marağına  səbəb  olmuş,  özünəməxsus  yaradıcılıq  yolu  keçmişdir.  Bəli,  Ənvər 

Məmmədxanlı gözdə-könüldə yaşayan sənətkarlardan idi. Belə sənətkarlar mənsub 

olduqları xalqın könül mütərcimləridir. 

Ənvər  Məmmədxanlı  1913-cü  il  fevralın  29-da  Azərbaycanın  Göyçay 

şəhərində doğulmuşdur. Burada ibtidai məktəbi bitirdikdən sonra Bakıda   

N.Nərimanov  adına  Sənaye  texnikumunda  təhsil  almışdır.  Eyni  zamanda 

Azərbaycan  Neft  İnstitutunda  iki  il  qiyabi  təhsil  almışdır.  Azərnəşrin  bədii 

şöbəsində  redaktor  və  tərcüməçi,  Moskvada  Ali  Kinomatoqrafiya  İnstitutunda 

müdavim, İkinci dünya müharibəsi dövründə cənub-qərb cəbhəsində “Qızıl Ordu” 

cəbhə  qəzetinin  Azərbaycan  redaksiyasının  xüsusi  müxbiri  olmuşdur.  Sonra 

redaksiya  ilə birlikdə Stalinqrada  göndərilmişdir. 1942-ci ilin axırlarında bir qrup 

Azərbaycan  yazıçısı  ilə  Şimali  Qafqaz  cəbhəsində    416-cı  diviziyada  olmuşdur. 

Bakıda  Azərbaycan  Radio  Verilişləri  Komitəsində  redaktor  kimi  çalışmışdır. 

Yenidən Zaqafqaziya cəbhəsinə, oradan İrana hərbi xidmətə göndərilmişdir. Ənvər 

Məmmədxanlı  Təbrizdə  nəşr olunan  “Vətən  yolunda” ordu  qəzeti  redaksiyasında 

xüsusi  müxbir  kimi  çalışmış,  ordudan  tərxis  ediləndən  sonra  “Azərbaycanfilm” 

kinostudiyasının  ssenari  redaksiya  heyətinin    baş  redaktoru  olmuşdur.  Ənvər 

Məmmədxanlı    ədəbi  fəaliyyətə  1930-cu  illərdən  başlamışdır.  30-cu  illərin 

ortalarında  Moskvada  Dövlət  Kinomatoqrafiya  İnstitutunda  aldığı  təhsil  onun 

gələcəyini  tamam  başqa  bir  məcraya  yönəltdi.  Ənvər  Məmmədxanlı  o  vaxtdan 

etibarən  ömrünü  əbədilik  ədəbiyyata  bağladı.  Ənvər  Məmmədxanlı  əlinə  qələm 

aldığı  ilk  gündən  son  nəfəsinədək  bu  ülfətə  sadiq  qaldı.  Onun  “Bakı  gecələri”, 

“Əfsanəvi  dağlar”,  “Karvan  dayandı”,  “Qaralmış  günəş”,  “Afaq”  kimi  şirin, 

romantik hekayələrindən tutmuş, son illərin məhsulu olan “Babək” kinossenarisinə 

qədər  yaradıcılıq  yolu  məhz  bədii  sözün  qüdrəti,  ən  öncəsi  isə,  həyat  həqiqətinə 

sadiqlik baxımından bizə doğmadır. Ənvər Məmmədxanlının 40-cı illərdə qələmə 

aldığı “Şərqin səhəri”, “Od içində”, “Şirvan gözəli” kimi dram əsərləri respublika 




 

və ölkə teatrlarında tamaşaya qoyularaq böyük uğurlar qazanmış, dramaturq kimi 



müəllifinə geniş şöhrət gətirmişdi. Onun ssenariləri əsasında çəkilmiş “Fətəli xan”, 

”Leyli və Məcnun”, “Bəxtiyar” kino-novellası,  xüsusən  iki seriyalı “Babək” bədii 

filmi 

respublikamızın 



mədəni 

həyatında 

əhəmiyyətli 

hadisə 


kimi 

qiymətləndirilmişdir.  Oxucular  Ənvər  müəllimi  gözəl  tərcüməçi  kimi  tanıyır  və 

sevirlər.  A.Puşkin,  L.Tolstoy,  M.Qorki,  Q.Flober,  T.Drayzerin,  dünya  və  rus 

ədəbiyyatının  başqa  klassiklərinin  əsərləri  məhz  Ənvər  Məmmədxanlının  əsl 

sənətkar tərcüməsində Azərbaycan oxucusunun rəğbətini qazanmışdı. O, hələ gənc 

ikən  müxtəlif    mətbuat  orqanlarında  işləmiş,  Böyük  Vətən  müharibəsi  illərində 

Cənub-Qərb  cəbhəsində  xüsusi  müxbir  –  yazıçı  kimi  iştirak  etmişdir.  Ənvər 

Məmmədxanlının döyüş və yaradıcılıq xidmətləri yüksək qiymətləndirilmişdir. İki 

dəfə  “Şərəf  nişanı”,  “Qırmızı  Əmək  Bayrağı”  və  “İkinci  dünya  müharibəsi” 

ordenləri, döyüş medalları ilə təltif olunmuşdur. O, “Azərbaycanın xalq yazıçısı”, 

“Respublikanın əməkdar incəsənət xadimi” kimi fəxri adlara layiq görülmüşdür. 

Ənvər  Məmmədxanlı sözü ilə əməli arasında vəhdət olan sənətkardır. Onun 

bütün həyatı boyu vətən üçün hər cür fədakarlığa hazır olduğunu əməli və işi sübut 

etmişdir.  1941-ci  il  iyun  ayında  alman  faşizminin  quldur  dəstələri  vətənimizə 

xaincəsinə basqın edəndə Ənvər Məmmədxanlı könüllü olaraq ordu sıralarına daxil 

olub Cənub-Qərb cəbhəsi komandanlığının orqanı “Qızıl  Ordu” qəzetində xidmətə 

başladı  və  beləliklə  ağır  müharibə  illərində  vətən  qarşısındakı  borcunu  şərəflə 

yerinə yetirdi.  

Yaxşı yazmaq Ənvər müəllimin yazıçı amalı, yazıçı vicdanı idi. Ona görə də 

onun əsərlərini  oxuyanda ondan ayrılmaq olmur. Onun “Karvan dayandı”, “Bakı 

gecələri”,  “Buz  heykəl”  əsərlərini  Azərbaycan  nəsrinin  inciləri  adlandırmaq  olar. 

Ənvər  Məmmədxanlı  özünün,  sözünün,  şəxsiyyətinin  ucalığında  dayanan  bir 

şəxsiyyətdir. O, nə yazdısa yaxşı yazdı, vicdanla yazdı. Ənvər Məmmədxanlı həm 

sənətkar,  həm  də  şəxsiyyət  kimi  nadir,  təkrarsız  və  müqayisə  olunmaz  idi. 

Oxucular  Ənvər  Məmmədxanlının  sözünün  sehrində,  pərvazında  idi.  Onun 

əsərlərindəki  romantika,  dil,  poetik  ruh  oxucusunu  valeh  edirdi.  1975-ci  ildə 

bitirdiyi  “Xürrəmilərin  ağ  şahini”  adlı  3  hissəli  tarixi  dramı  da  xalq  qəhrəmanı 

Babəkə və onun başçılıq etdiyi hərəkata həsr edilib. Ənvər Məmmədxanlının uzun 

illər  üzərində  işlədiyi  “Babək”  romanı  Azərbaycan  xalq  qəhrəmanı  Babək 

haqqında  yazılmış  bədii  əsərlər  içərisində  öz  orijinallığı  və  tarixi  həqiqətlərə 

yaxınlığı  ilə  seçilir.  Xalq  qəhrəmanı  Babək  Ənvər  Məmmədxanlını  ilk  öncə 

dünyaya  sığmayan  bir  adam  kimi,  məhdud  ehkamlarla  barışmayan  bir  şəxsiyyət 

kimi,  sərgərdanlıq ruhuyla  yaşayan,  azadlıq odunda  yanıb  qovrulan bir  səməndər 

quşu  kimi  cəlb  edirdi.  Yazıçı  əsərlərində  yüksək  sənətkarlığı,  zərif  şeriyyəti, 

füsunkar  diliylə  oxucusunu  cəlb  edirdi.  “Babək”  romanı  ilə  Ənvər 

Məmmədxanlının  yeni  ömrü  başladı.  Yazıçının  qəfil  ölümü  yaradıcılıq  irsi 




Yüklə 398,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə