Azərbaycan respublikasi məDƏNİYYƏt və turiZM



Yüklə 398,94 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix06.10.2018
ölçüsü398,94 Kb.
#72932
1   2   3   4   5   6   7

 

Oxucu  Ənvər  Məmmədxanlının  əsərlərini  oxuyanda  belə  sözlərin  sehrinə  düşür. 



Onun əsərlərindəki romantika, dil, poetik ruh oxucunu zövqünü oxşayır. 

Ənvər  Məmmədxanlı  1990-cı  il  dekabrın  19-da  Bakıda  vəfat  etmişdir.  O, 

Fəxri  xiyabanda  dəfn  olunmuşdur.  Onun  yaratdığı  əsərlər  onun  nəslidir.  Ənvər 

Məmmədxanlı  öləndən  sonra  ölməyən  sənət  adamlarındandır.  Ənvər 

Məmmədxanlının istedadı  bu gün də ədəbiyyatın xidmətindədir. Onun qələmindən 

çıxan  lirik,    psixoloji-fəlsəfi  hekayələr  Azərbaycan  ədəbiyyatının  qızıl  fonduna 

daxil  olmuşdur.  Bu  hekayələr  dünən,  bu  gün  yaşadığı  kimi,  gələcəkdə  də 

yaşayacaqdır.  Görkəmli  sənətkar  qüdrətli  qələm  ustası,  həssas  insan    Ənvər 

Məmmədxanlının işıqlı xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır.  

                                          

Gələnlə gəlmək olmur. 

                                          

Qalanla qalmaq olmur. 

                                          

çox gülməli şeylər 

                                          

Gülənlə gülmək olmur. 

                                         

Həyatın hər üzünü, 

                                          

Söhbətini, sözünü, 

                                          

Əyrisini, düzünü, 

                                          

Bilənlə bilmək olmur. 

                                          

Gözüm yaşı durulub, 

                                          

Gözüm yaşdan yorulub, 

                                          

Dünya belə qurulub

                                          

Ölənlə ölmək olmur. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




10 

 

II.



 

Yubiley tədbirlərinin keçirilməsi 

 

        Hər  insan  sirli-sehrli  bir  aləm,  yazılmamış  bir  kitabdır.  Yaradıcı  insanın 

könül dünyası daha cazibədardır, təlatümlü, coşqun

üfüqləri isə daha geniş, zəngin 



və əlçatmaz olur. Ənvər Məmmədxanlı da həmin yaradıcı insanlardandır. 

Bu  il  nasir,  kinodramaturq,  tərcüməçi,  Yazıçılar  Birliyinin  üzvü,  Əməkdar 

incəsənət  xadimi,  Azərbaycan  xalq  yazıçısı,  qüdrətli  ədəbiyyatşünas  Ənvər 

Məmmədxanlının  100  yaşı  tamam  olur.  Bu  münasibətlə  respublikanın  bütün 

mədəniyyət  müəssisələrində,  eyni  zamanda  kitabxanalarda  yubiley  tədbirlərinin 

keçirilməsi  nəzərdə  tutulmuşdur.  Kitabxanalarda  bununla  əlaqədar  maraqlı 

tədbirlər  keçirmək    olar.  Tədbiri  keçirmək  üçün  kitabxana  məktəblərlə,  ali  təhsil 

ocaqları ilə əməkdaşlıq etməlidir.  Bu tədbirlər arasında sərgilər mühüm yer tutur. 

Sərgidə  yazıçının    kitabları,  müxtəlif  mətbuat  səhifələrində  onun  haqqında  nəşr 

olunmuş məqalələr, onun fotoları nümayiş olunur. Sərgiyə kitablarla yanaşı yazıçı 

haqqında  dövri  mətbuatda  çap  olunan  məqalələrin    kartotekasını,  yazıçının  dram 

əsərlərinin,  pyeslərinin  video-yazılarını,  kaset  və  disklərini  də  əlavə  etmək  olar. 

Təşkil  edilmiş  yubiley  sərgisinin  qarşısında  silsilə  tədbirlər  –  söhbətlər, 

biblioqrafik icmallar keçirmək planlaşdırılmalıdır. Sərgi müxtəlif başlıqlar altında 

keçirilə bilər. Məsələn: “Ənvər Məmmədxanlı - 100”, “Ədəbiyyatımızda  yaşayan 

həyat”,  “Qüdrətli  ədəbiyyatşünas  Ənvər  Məmmədxanlı”,  “Dayanmaz  karvanın 

sənin”,  “Nəsrin  şairi”,  “Şair  təbiətli  yazıçı”,  “Nəsrimizin  xan  çinarı”, 

“Şəxsiyyətinin ucalığında dayanan sənətkar”, “Lirik hekayə janrının banisi” və s. 

 İndi isə sərginin nümunəsini veririk.        

1.

 



Başlıq: Nəsrin şairi. 

2.

 



Ənvər Məmmədxanlının portreti. 

3. Görkəmli insanların Ənvər Məmmədxanlı  haqqında söylədikləri sitatlar. 

4. Dövrü mətbuatda çap olunan məqalələrin kartotekası. 

5. Kitablarının nümayişi. 

6. Şeir parçası. 

                Sərgi təşkili zamanı aşağıdakı sitatlardan istifadə etmək olar.  

 

1.

 



Ənvər  Məmmədxanlının  yaradıcılığı  ana  dilimizə  həssas  yazıçı 

yanaşmasının parlaq nümunəsidir. 

                                                                           İlham Əliyev 

                                                 Azərbaycan Respublikasının Prezidenti 

 

2.

 



Ənvər Məmmədxanlı başqalarının bütöv bir povestdə və ya romanda verə 

bilmədiyi əsrarəngiz əhvalatı bir hekayəyə sığışdıra bilən sənətkardır. O,  




11 

 

 



şair təbiətli yazıçıdır. Onun əsərləri ümumxalq etirafı qazanmışdır.   

                                                                Xalq yazıçısı M. S. Ordubadi 

 

3.

 



Ənvər  Məmmədxanlının  bir  yazıçı  kimi,  bir  şəxsiyyət  kimi  özündən           

sonrakı  ədəbi  nəsillərə  təsiri  danılmazdır.  Yazıçı  əsərlərində  yüksək 

sənətkarlığı, zərif şeriyyəti, füsunkar diliylə oxucusunu cəlb edirdi.                                                                                                                                                                           

                                                                                Xalq yazıçısı Anar  

 

4.

 



 Ənvər Məmmədxanlı bizim ədəbiyyata lirik hekayə janrını gətirdi. Onun 

“Buz  heykəl”  əsəri  sözdən  düzəlmiş  canlı  abidədir.Onun  övladı 

əsərləridir.    Ənvər  Məmmədxanlının  hekayələri    sapa  düzülmüş  inci 

dənələridir. 

Xalq yazıçısı Qılman İlkin 

                                        

5.

 

Ənvər  Məmmədxanlı  sözü  ilə  əməli  arasında  vəhdət  olan 



sənətkarlrdandır.  O,  bütün  həyatı  boyu  vətən  üçün  hər  cür  fədakarlığa 

hazır olduğunu əməli və işi ilə sübut etmişdir. 

                                    Ədəbiyyatşunas Abbas Zamanov 

 

6.



 

Ənvər  Məmmədxanlı  nasirlərimiz,  dramaturqlarımız  içərisində  yeganə 

şair idi.  Tariximizi gözəl bilməsi onun vətənpərvərliyindən xəbər verirdi. 

                                                                          Yazıçı, dramaturq  Əli Səmədli  

   

7.

 



Ənvər Məmmədxanlı yüksək mədəniyyətli, dərin erudisiyalı bir insan idi. 

Ənvər Məmmədxanlının təmənnası ancaq ədəbiyyat idi. 

                                                                                     Yazıçı  Hüseyn Abbaszadə 

 

8.



 

Ənvər Məmmədxanlı özünün, sözünün, şəxsiyyətinin ucalığında dayanan 

sənətkardır.  O,  həm  sənətkar,  həm  də  şəxsiyyət  kimi  nadir,  təkrarsız  və 

müqayisəolunmaz  idi.  Ə.Məmmədxanlı  elə  bil  nağıllar  aləmindən 

gəlmişdi bu dünyaya..  Onun  söz dünyası sirli-sehrli,  çoxlarına  əlçatmaz 

görünən cazibəli, füsunkar bir aləm idi. 

                                                                              Yazıçı, dramaturq Nahid Hacızadə 

 

9.



 

Ənvər  Məmmədxanlı  Azərbaycan  nəsrində  lirik  –  psixoloji,  emosional  

üslubun banilərindəndir.  

Yazıçı Mikayıl Rzaquluzadə 

 



Yüklə 398,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə