Azərbaycan respublikasi məDƏNİYYƏt və turiZM



Yüklə 398,94 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix06.10.2018
ölçüsü398,94 Kb.
#72932
1   2   3   4   5   6   7

12 

 

10.



 

 Ənvər  Məmmədxanlı  ədəbiyyatımızın  tarixinə  unudulmaz  nasir, 

dramaturq, klassik hekayə ustadı, uzunömürlü kino – ssenarilər müəllifi, 

orijinal tərcüməçi kimi daxil olmuşdur. Ənvər Məmmədxanlı Azərbaycan 

ədəbiyyatının zadəganı idi. 

                                                          Ədəbiyyatşünas  Kamal Abdullayev 

Orta  yaş  qrup  oxucular  arasında  Ənvər  Məmmədxanlının  yubileyi 

münasibətilə sual-cavab gecələri, testlər və ya ədəbi viktorinalar təşkil oluna bilər. 

Sual-cavab gecəsi kitabxanaçı tərəfindən təşkil olunur və oxuculara suallar təqdim 

olunur. 


Suallar: 

1. Ənvər Məmmədxanlı kimdir? 

Ənvər Məmmədxanlı yazıçı, dramaturq, ədəbiyyatşünas, tərcüməçi  və publisistdir. 

2.Ənvər Məmədxanlı neçənci ildə, harada anadan olmuşdur? 

 Ənvər Məmmədxanlı  1913-cü il fevralın 29-da Azərbaycanın Göyçay şəhərində 

doğulmuşdur. 

3. Ənvər Məmmədxanlının ilk yazdığı povest hansıdır? 

İlk yazdığı povest “Bakı gecələri” dir.(1935) 

4. Azərbaycan kinomatoqrafiyasının inkişafında  Ənvər Məmmədxanlının nə kimi 

xidmətləri var? 

Ənvər Məmmədxanlının ssenarisi əsasında hazırlanmış “Bəxtiyar” kinonovellası, 

“Babək”, “Fətəli xan”  bədii filmləri bu xidmətlərin nəticəsidir.  

5. Ənvər Məmmədxanlı yaradıcılığa hansı janrla başlayıb? 

Ənvər Məmmədxanlı yaradıcılığa lirik hekayə janrı ilə başlayıb. 

6. Ənvər Məmmədxanlının  hansı əsərləri ilə tanışsınız? 

“Buz heykəl”, “Ayrıldılar”, “Ananın ölümü”, “Ay işığında”, “Karvan dayandı”, 

“Qızıl qönçələr”, “Baş xiyabanda”, “Sevinc”, “Bəxtiyar”, “Ananın çırağı”, “Leyli 

və Məcnun” və s. 

7. Ənvər Məmmədxanlının hansı romanına film çəkilib? 

“Bəxtiyar”, “Babək”, “Fətəli xan”,  “Leyli və Məcnun”. 

8. Uşaqlar üçün yazdığı hansı əsərləri oxumusunuz? 

“Buz heykəl”, “Ananın ölümü”, “Sevinc”,  “Balaca Nərgizin bir may sərgüzəşti”  

9. Ədəbi yaradıcılığa neçənci ildə başlayıb? 

1935-cu ildə. 

10. “Cənub hekayələri” silsiləsinə yazıçının hansı hekayələri daxildir? 

“Karvan dayandı”, “Qızıl qönçələr”, “Baş xiyabanda”, “Od içində”. 

11. Ənvər Məmmədxanlı nə vaxt vəfat edib? 

1990-cı il 19 dekabrda Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur. 

12.Yazıçı hansı fəxri adlara layiq görülmüşdür? 

 



13 

 

Yazıçı  “Qırmızı Əmək Bayrağı”, iki dəfə “Şərəf nişanı”, II dərəcəli Böyük Vətən 



müharibəsi ordenləri, bir çox medallarla təltif edilmiş, “Azərbaycan xalq yazıçısı”, 

“Respublikanın əməkdar incəsənət xadimi” kimi fəxri adlara layiq görülmüşdür. 

Sual-cavab gecəsinin sonunda kitabxanaçı uşaqlara diqqətli olmalarına görə 

öz təşəkkürünü bildirir, sualları düzgün cavablandıran oxucunu mükafatlandırır və 

Ənvər  Məmmədxanlının  həyat  və  yaradıcılığı  haqqında  daha  dərindən 

maraqlanmalarını tövsiyə edir. 

Maraqlı  roman  və  hekayə  ustası  kimi  tanınan  Ənvər  Məmmədxanlının 

kitabxanada bir neçə kitabının icmalını  keçirmək, onun yaradıcılığından bəhs edən 

diskusiyalar  da  təşkil  etmək  olar.  Diskusiyalar  keçirilərkən  yazıçının 

hekayələrindən, romanlarından, dramlarından söhbət açılır və bu haqda oxucuların 

fikirləri  öyrənilir.  Məsələn,  hələ  ilk  povesti  olan  “Bakı  gecələri”  Ənvər 

Məmmədxanlıdan artıq yaradıcılıq yönü müəyyənləşmiş bir yazıçı kimi danışmağa 

imkan verir.  “Bakı gecələri” povesti ətrafında diskusiya apararkən oxucu yazıçının 

Bakını ancaq qəhrəmanların fəaliyyət meydanı, hadisələrin baş verdiyi sadəcə bir 

fon kimi yox, qədim mədəniyyəti, nadir təbiəti, özünəməxsus kəskin ziddiyyətləri 

olan,  sürətlə  dəyişib  təkmilləşən,  inkişaf  edib  irəliləyən,  yeni  üfüqlər  fəth  edən 

ictimai münasibətlər şəhəri kimi təqdim etdiyini anlayır. Povestdə Bakının özü də, 

gecəsi də, gündüzü də gözəldir, əzizdir, doğmadır. Bu doğmalıq, bu sahilsiz sevgi 

təsirli sirayətedicidir. Bakıda yaşamayan, ömründə bircə dəfə onu görməyən həssas 

oxucu “Bakı gecələri” əsəri ilə ünsiyyətdə olub, bu şəhərə laqeyid qalmır. Realist 

təhlükə  ilə  romantik  təsvirin  müvəffəqiyyətlə  qovuşduğu  povest  ictimai  həyatın 

tamamilə  yeni  bir  mərhələyə  qədəm  qoyduğu  çox  mürəkkəb  bir  zamanda  bəzən 

kifayət  qədər  baş  çıxarmadıqları  hadisələrin  burulğanında  çırpınan,  zümrüd  quşu 

kimi odlara yanan, lakin təzədən canlanan, əvvəlkindən də qüvvətli qanadlar kəsb 

edərək  inkişafın  yeni  ənginliklərinə  qoşan  gəncliyin  intibahını  özünəməxsus  bir 

tərzdə əks etdirir. 

     

Müəllifin  “Buz  heykəl”  hekayəsinin  diskusiyası  zamanı  isə  ana  oxucunun 



gözündə    şaxtalı  gecədə,  çölün  düzündə,  körpəsi  donmasın  deyə,  bütün  olan-

olmazını öz əynindən çıxarıb tifili bürüyən, daha heç şeyə gümanı gəlməyəndə isə 

büzüşüb  bükülərək  bədəninin  son  hərarəti,  qəlbinin  axırıncı  döyüntüləri  ilə 

körpəsini məhv olmağa qoymayan bir bədii obraz kimi canlanır və onun nəzərində 

müəzzəm  heykəl  kimi  ucalır.  Hekayənin  adında  qış  soyuqluğu  hiss  olunsa  da, 

yazıçı  əsərdə  bütün  varlığı  ilə  körpəsinə  bağlı  olan  ananın  qəlbinin  hərarətini 

ustalıqla  təsvir  etmişdir.  Oxucu  anlayır  ki,  ananın  övladına  məhəbbəti  bəşəri  və 

əbədi duyğudur.  Dünyaya övlad gətirən ana onu qayğısız böyütmək üçün hər cür 

çətinliyə  dözməyə,  məhrumiyyətlərə  qatlaşmağa,  hətta  canından  belə  keçməyə 

hazırdır. “Buz heykəl” əsərində də belə böyük, sərhədsiz ana məhəbbətinin şahidi 

oluruq.  Əsərdə  yazıçı  1941-1945-ci  illər  müharibəsinin  ilk  ilində  cəbhə  xəttinə 



Yüklə 398,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə