Azərbaycan respublikasi məDƏNİYYƏt və turiZM



Yüklə 398,94 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix06.10.2018
ölçüsü398,94 Kb.
#72932
1   2   3   4   5   6   7

14 

 

yaxın  yerdə  baş  verən  bir  hadisəni  qələmə  almışdır.  Əsər  oxucuya  ülvi  hissilər 



aşılayır, onun gözündə ananı müqəddəsləşdirir.  

Ənvər  Məmmədxanlı  Vətənə  məhəbbət,  zülmə  haqsızlığa  nifrət  ruhunda 

qələmə alınmış çoxlu əsərlərin müəllifidir. Ədibin sevilə -sevilə mütaliə edilən və 

böyük  təsir  gücünə  malik  belə  əsərlərindən  biri  də  “Qızıl  qönçələr”  hekayəsidir. 

Yazıçının  “Qızıl  qönçələr”  əsəri  üzərində  diskusiya  apararakən  oxucu  anlayır  ki, 

müəllif  hekayədə  dərin  ümumiləşdirmə  apararaq  Firuz  babanın  və  onun  nəvəsi 

Surəyyanın  timsalında  cəmiyyətdəki  qeyri-bərabərliyin,  haqsızlığın  insanların 

həyatına  gətirdiyi  çətinlikləri  yığcam  bədii  lövhələrlə  açıb  göstərmişdir.  “Qızıl 

qönçələr”  əsəri  ədibin  sevilə-sevilə  mütaliə  edilən  və  böyük  təsir  gücünə  malik 

olan  əsərlərindəndir.    “Qızıl  qönçələr”  əsəri  Cənubi  Azərbaycanda,  bütünlüklə 

İranda xalqın zəhmətkeş təbəqəsinin ağır vəziyyətindən bəhs edir.  Gözəl, qeyrətli, 

pak  və  mehriban  qızın  rütubətli  zirzəmidə  qızıl  əllərilə  sahibkar  xalçasına 

əbədiyyət naxışları vuran yetim Surəyyanın gözümüz önündə şam kimi əriyib puç 

olan ömrünə dərin təəsüf və pərişanlıq duyğuları bu gün də bizi tərk etməmişdir. 

Diskusiyada  iştirak  edən  oxucular  hekayənin  sujet  xəttinin  dramatik  tərzdə 

olduğunu  bildirib,  suallar  əsasında  söhbət  aparırlar.  Nə  idi  Firuz  kişinin  günahı?  

Nə  üçün  balaca  Sürəyyanın  həyatı  o  hələ  qönçə  ikən  soldu?  İnsanların  belə  ağır 

həyatı nə vaxtadək davam edəcəkdir? 

   

Ənvər  Məmmədxanlının  “Karvan  dayandı”  əsəri  üzərində  diskusiya 



apararakən tədbir iştirakçıları burada baş qəhrəman Odunçu oğlunun dönməzliyini, 

möhkəmliyini,  sarsılmazlığını  anlayırlar.  Odunçu  oğlu  heç  bir  vara,  dövlətə  baş 

əymir,  mənlik  və  qürurunu  sonadək  qoruyub  saxlayır,  sevgisini  itirsə  də,  bunun 

əvəzində bütöv bir xalqın məhəbbətini, sevgisini qazanır. Diskusiya zamanı tədbir 

iştirakçıları  yazıçının  yaradıcılığı  ilə  yaxından  tanış  olub,  bu  əsərlərin  dəyərini 

anlayırlar. 

   Kitabxanalarda  oxucular  tərəfindən  sevilən  tədbirlərdən  biri  də 

müsabiqələrdir.  Bildiyimiz  kimi  Ənvər  Məmmədxanlı  bir-birindən  maraqlı 

hekayələrin  müəllifidir.  Müsabiqə  zamanı  həmin  hekayələrə  uşaqlar  tərəfindən 

illüstrasiyalar  çəkilməsi  tapşırılır.  Şəkilərin  hazırlanması  üçün  uşaqlara  iki  həftə 

vaxt  verilir.  Bu  vaxt  ərzində  oxucular  həm  Ənvər  Məmmədxanlının  əsərlərini 

oxuyur,  həm  də  oxuduqları  və  ən  çox  bəyəndikləri  hekayəyə  illüstrasiyalar 

çəkirlər.  Ən  gözəl  məna  kəsb  edən  rəsm  işləri  mükafatlandırılır.  Həmçinin  rəsm 

müsabiqələri üçün məktəblərarası yarışmalar da təşkil etmək olar. 

      

Rəsm  müsabiqələri  ilə  yanaşı  başqa  müsabiqələrin  də  təşkili  mümkündür. 



Məsələn,  uşaqların  ifasında  Ənvər  Məmmədxanlının  hekayələri  səhnələşdirilərək 

münsiflərə  təqdim  olunur.  Münsiflər  heyəti  kitabxana  müdirindən,  teatrımızın 

görkəmli nümayəndələrindən təşkil edilir. Əsəri ən gözəl səhnələşdirən uşaqlardan 

ibarət komanda mükafatlandırılır. 

 



15 

 

    

Kitabxanalarda  yuxarı  sinif  şagirdlərinin  iştirakı  ilə  “Ənvər  Məmmədxanlı 

yaradıcılığı  müasir  gəncliyin  gözü  ilə”  konfrans  da  təşkil  etmək  mümkündür. 

Konfransdan  öncə  onun  proqramı  tərtib  olunmalı,  konfransın  keçiriləcəyi  dəqiq 

vaxt  müəyyən  olunmalıdır.  Proqramda  konfransda  çıxış  edəcək  qonaqların, 

ədəbiyyatşünasların  və  şagirdlərin  adları,  onların  çıxış  edəcəkləri  mövzular, 

tədbirin  keçiriləcəyi  məkan  və  zaman  qeyd  olunur.  Konfrans  zamanı 

Ə.Məmmədxanlının yaradıcılığına yaxından bələd olan jurnalist, yazıçı və şairlərin 

çıxışları dinlənilir. Yaxşı olar ki, konfransa Ənvər Məmmədxanlının yaradıcılığı ilə 

yaxından tanış olan yazıçı və ədəbiyyatşünaslar dəvət olunsun. Oxucu konfransının 

planını sizə təqdim edirik: 



1. Giriş hissə (Ənvər Məmmədxanlının həyat və yaradıcılığı haqqında məruzə)  

2. Ənvər Məmmədxanlının yaradıcılığı haqqında kitabxana rəhbərliyinin, jurnalist, 

yazıçı və şairlərin çıxışları.  



3.Yuxarı  sinif    şagirdlərindən  ibarət  olan  oxucuların  Ənvər  Məmmədxanlının 

müxtəlif əsərləri ətrafında müzakirələri. 



4. Yazıçının əsərlərindən bir neçə parçanın səhnələşdirilməsi.  

5. Konfransın yekunu.  

Ənvər  Məmmədxanlı  irsinin  təbliği  üçün  ədəbi-bədii  gecələrin  keçirilməsi 

zəruridir.  Gecəni  “Şair  təbiətli  yazıçı”  başlığı  ilə  adlandırmaq  olar.  Tədbirin 

ssenarisini sizə təqdim edirik. 



Səhnə dramaturqun portreti, əsərlərini əks etdirən şəkillər və dramlarının adları 

ilə bəzədilir. Səhnənin bir tərəfində Ənvər Məmmədxanlının əsərlərindən ibarət 

sərgi təşkil olunur. Sərgi yazıçı haqqında yazılmış sitatlarla bəzədilir. Tədbir 

kitabxana rəhbərliyi tərəfindən açıq elan olunur. Gecəyə Ənvər Məmmədxanlı 

yaradıcılığına yaxından bələd olan tanınmış yazıçılar, tənqidçilər, jurnalistlər 

dəvət olunur. 

I aparıcı: 

Salam  hörmətli qonaqlar, əziz dostlar. 



II aparıcı:          Bildiyimiz kimi bu il  sənət və  ədəbiyyat aləmində 

 tarixi  romanlar  müəllifi  kimi  tanınan  Ənvər  Məmmədxanlının    

100 illik yubileyi qeyd olunur.  Bu münasibətlə  kitabxanamızda  

təşkil olunmuş xatirə gecəsində hamınızı xoş gördük. 



I aparıcı:        

Ənvər  Məmmədxanlı  nasir,  kinodramaturq,  tərcüməçi,     

Yazıçılar  Birliyinin  üzvü,  Azərbaycan  Əməkdar  incəsənət 

xadimi,    Azərbaycan  xalq  yazıçısıdır.  Görkəmli  ədibimiz    o 

istedadlar nəslinə mənsubdur ki, elə ilk əsərlərindən etibarən öz 

mövzuları,  öz  üslubu  ilə  ədəbi  ictimaiyyətin  xüsusi  marağına 

səbəb  olmuş,  özünəməxsus  yaradıcılıq  yolu  keçmişlər.  Ənvər 

Məmmədxanlı  Vətənə  məhəbbət,  zülmə,  haqsızlığa  nifrət 




Yüklə 398,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə