Azərbaycan respublikasi məDƏNİYYƏt və turiZM



Yüklə 398,94 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix06.10.2018
ölçüsü398,94 Kb.
#72932
1   2   3   4   5   6   7

16 

 

ruhunda  qələmə  alınmış  çoxlu  əsərlərin  müəllifidir.  Ənvər 



Məmmədxanlı  həm  sənətkar,  həm  də  şəxsiyyət  kimi  nadir, 

təkrarsız və müqayisəolunmaz idi. Onun övladı əsərləri idi.  

Ənvər  Məmmədxanlı  nəcabətli,  nikbin,vüqarlı,  təmkinli  insan 

idi. O, ədəbiyyatımıza lirik hekayə janrını gətirdi.  Onun “Buz 

heykəl”  hekayəsi  sözdən  düzəldilmiş  canlı  bir  abidədir.  Uzun 

illər  bu  hekayə  bizim  dərsliklərdə  çap  olundu  və  uşaqlar 

tərəfindən sevildi. 

II Aparıcı:   

Hələ ilk povesti olan “Bakı gecələri” Ənvər Məmmədxanlıdan 

                              artıq yaradıcılıq yönü müəyyənləşmiş bir yazıçı kimi danışmağa 

imkan  verir.  Ənvər  Məmmədxanlı  Azərbaycan  nəsrində 

lirikanın  görkəmli  nümunələrini  yaratmışdır.  Bu  xüsusiyyəti 

onun  əsərlərindən  bəhs  edən  sənətkarların  bir  çoxu  etiraf 

etmişdir.  Mikayıl  Rzaquluzadə  yazıçını  lirik-psixoloji, 

emosional nəsrin banisi, professor Abbas  Zamanov isə  “Nəsrin 

şairi”  adlandırmışdır.  Ənvər  Məmmədxanlının  əsərləri  ilk 

baxışda  sadə  görünən,  lakin  çoxcəhətli  həyat  lövhələrini, 

mürəkkəb  insan  talelərini  əhatə  edən  kompozisiya  qurmağın, 

ardıcıl  bədii  təhlükənin,  ümumi  qayəyə  uğurla  xidmət  edən 

təfərrüatları  seçib  mənalandırmağın,  bütün  bunları  lirik-

psixoloji  təsvirin  məcrasına  düzgün  yönəlməyin  mükəmməl 

nümunələri  ilə  zəngindir.  Ənvər  Məmmədxanlının  yazıçı 

istedadı  və  mədəniyyəti  dilə  münasibətdən  başlayır.  Onun  dili 

ifadəlidir,  canlıdır,  şirindir.  Eyni  zamanda  əqli-estetik  nəzarət 

altındadır,  hətta  belə  demək  mümkünsə,  pedoqoji  təmkinə 

malikdir.  Onun  təqdimində  ana  dili  olduğu  gücdə  görünür. 

Yazıçı  sözdən  səxavətlə  istifadə  edir,  lakin  elə  edir  ki,  bu, 

israfçılığa  çevrilmir.  Ənvər  Məmmədxanlı  nümunəvi  olduğu 

qədər  də  perspektivli  dil  təqdim    edir.  Ədəbiyyatımızın  tarixi 

roman  janrının  ən  qüdrətli  yaradıcılarından  biri,  hekayə  ustası, 

dramaturq, publisist,  maraqlı xatirələr müəllifi və yüksək ziyalı 

anlayışını  ömrü  boyu  şərəflə  daşıyan  Ənvər  Məmmədxanlı 

zəngin  və  mürəkkəb  bir  həyat  yolu  keçmiş,  gördüklərini, 

yaşadıqlarını, düşündüklərini parlaq bədii boyalarla əks etdirmiş 

və mədəniyyətimiz tarixində qiymətli bir irs qoyub getmişdir. 



I Aparıcı:       

Müasir  intellektə,  incə,  həssas  qəlbə,  cəmiyyət  və  insanlar  

qarşısında  vəzifə  borcu  və  məsuliyyət  duyğusuna  malik  olan 

bütöv  səciyyəli  qəhrəmanları  Ənvər  Məmmədxanlı  əsərlərində 

sevə-sevə  təsvir  etmiş  və  onların  vasitəsilə  öz  oxucusunu 



17 

 

haqqın,  ədalətin,  təravətli  yaradıcı  fikrin,  incə  duyğuların, 



yüksək  bəşəri  idealların  təntənəsi  uğrunda  çarpışmağa,  ətalətə, 

bədxahlığa qarşı mübarizəyə sövq etmişdir. Görkəmli ədibimiz 

hekayələrdə  fərqli  insan  talelərini  və  hadisələri  lirik,  yığcam, 

eyni  zamanda  sadə  bir  dillə  oxucusuna  təqdim  edir.  Yazıçı  

yüksək  mədəniyyətli,  dərin  erudisiyalı  bir  insan  idi.  Ənvər  

Məmmədxanlı sözü ilə əməli arasında vəhdət olan sənətkardır. 

Onun  bütün  həyatı  boyu  vətən  üçün  hər  cür  fədakarlığa  hazır 

olduğunu  əməli  və  işi  sübut  etmişdir.  Yaxşı  yazmaq  Ənvər 

müəllimin  yazıçı  amalı,  yazıçı  vicdanı  idi.  Ona  görə  də  onun 

əsərlərini  oxuyanda  ondan  ayrılmaq  olmur.  Onun  “Karvan 

dayandı”, “Bakı gecələri”, “Buz heykəl” əsərlərini Azərbaycan 

nəsrinin  inciləri  adlandırmaq  olar.  Ənvər  Məmmədxanlı 

özünün,  sözünün,  şəxsiyyətinin  ucalığında  dayanan  bir 

şəxsiyyətdir.  O,  nə  yazdısa  yaxşı  yazdı,  vicdanla  yazdı.  Ənvər 

Məmmədxanlı  həm  sənətkar,  həm  də  şəxsiyyət  kimi  nadir, 

təkrarsız  və  müqayisə  olunmaz  idi.  Oxucular  Ənvər 

Məmmədxanlının  sözünün  sehrində,  pərvazında  idi.  Onun 

əsərlərindəki romantika, dil, poetik ruh oxucusunu valeh edirdi. 



II Aparıcı:  

  Ənvər  Məmmədxanlının  komik  vəziyyətlər  yaratmaq,  komik 

konfliktin açılmasında lirik çalara ölçü duyğusu ilə yer vermək, 

idealın  bərqərar  olması  üçün  gülüşdən  incə  bədii  vasitə  kimi 

faydalanmaq bacarığı oxucusunu bu əsərlərə məftun edir. Ənvər 

Məmmədxanlının səhnə əsərləri Milli dramaturgiyamızın realist 

ənənələrini yaşadan, müasir həyatın, sənətin mühüm, mürəkkəb 

problemləri  ilə  səsləşən  sanballı  dramlar,  böyük  çərçivəli 

dramatik  tablolardır.  Ənvər  Məmmədxanlının  əsərlərində 

surətlərin  ”pisi”  də,  “yaxşısı”  da,  tərəddüd  edəni  də,  hadisələr 

labirintində  özünü  itirənidə,  bir  qayda  olaraq  öz  işi,  əməli, 

adamlara münasibəti, duyğu və düşüncələri, öz daxili aləmi ilə 

məhz canlı, həyati, bədii obraz kimi açılıb göstərilir.  

 I Aparıcı: 

 “Bakı  gecələri”  ndə  Yaqut,  “Ayrıldılar”da    İlyas,  “Karvan 

dayandı”  da  Odunçu  oğlu,  “Qızıl  qönçələr”də  Surəyya  bizim 

yaddaşımızda  məhz  bu  vasitə  ilə  həkk  olunur.  Bəli  ədəbiyyat 

obrazlı  sənətdir,  lakin  obrazlı  yazmaq  sahəsində  yazıçı 

səriştəsinin dərəcəsi müxtəlif olur. Ənvər Məmmədxanlı həmişə 

obrazlı  təfəkkürü,  onun  yazıda  ifadəsi  olan  obrazlı  təhkiyəsilə 

seçilmişdir.  Ənvər  Məmmədxanlı  təbiət  mənzərələri  təsvirinin 

görkəmli ustalarından biridir. Meşə, çay, dəniz, dağlar, dərələr, 




18 

 

səma,  yağış,  qar,  külək,  qasırğa  onun  təsvirlərində  təravətli 



biçimlərdə  açılır,  başlıcası  isə  qəhrəmanlarının  daxili  aləmi  ilə 

bu  və  ya  digər  dərəcədə  səsləşmədə,  ayrı-ayrı  hallarda  isə 

kəskin kontrast vəziyyətində təqdim olunur. 

Səməd Vurğunun şeir dilində gördüyü işi Ənvər Məmmədxanlı 

nəsr dilində görmüşdür. Ənvər Məmmdxanlı ona görə özündən 

sonra gələnlərə təsir edə bildi ki, özündən əvvəlkilərin  

C.Cabbarlının, 

C.Məmmədquluzadənin, 

Ə.Haqverdiyevin 

təfəkkür–ifadə  mədəniyyətini  sintezləşdirə  bildi,  istedadını 

nəsrin hərəkət məntiqinə alışdırdı.  “Ayrıldılar”, “Buz heykəl”, 

“Ananın ölümü” bu əsasda yarandı. Cənub hekayələri “Karvan 

dayandı”,  “Qızıl  qönçələr”,  “Baş  xiyabanda”  yazıçının  insan 

taleyi üzərində daha təkidlə düşünmək imkanını göstərdi. Ənvər 

Məmmədxanlının    müxtəlif  illərdə  yazdığı  kino-novellaları 

“Yeddinci  yol”,  “Bəxtiyar”,  “Ananın  çırağı”  yazıçının  ictimai 

varlığın  psixoloji  məzmununu  aşkarlamaq  sahəsindəki  işinin 

davamı kimi maraqlıdır; 



II Aparıcı: 

  Bəzən  Ənvər  Məmmədxanlının  öz  təsvir  obyektinə  böyük, 

qlobal  baxışına  heyran  qalmamaq  olmur.  Bütün  varlıq,  həyat, 

zaman  və  bütün  nəhayətsiz  kainat  sanki  yenidən  yaranır, 

yenidən  səslənir,  yeni,  füsunkar  bir  cilvədə  onun  gözlərində 

işıqlanır. Kino sənətinin imkanlarını və incəliklərini yaxşı bilən 

Ənvər  Məmmədxanlı  kino-povest,  kino-roman  və  senarilərinin 

birinci  növbədə  əsl  həyati  konflikdən  mayalanan  dramaturji 

əsasını  təmin  edirdi.  O,  həm  sənətkar,  həm  də  şəxsiyyət  kimi 

nadir, təkrarsız və müqayisəolunmazdır. 

Oxucu  Ənvər  Məmmədxanlının  əsərlərini  oxuduqca,  onun 

qələminin  qüdrətinə,  şeiriyyətinə  vurulur,onun  şəxsiyyətinin, 

vüqarının, 

insanlığının 

vurğunu 


olur. 

Bəli, 


Ənvər 

Məmmədxanlının  söz  dünyası  sirli-sehrli,  çoxlarına  əlçatmaz 

görünən  cazibəli,  füsunkar  bir  aləmdir.  Onun  “Şərqin  səhəri” 

əsəri Azərbaycan dramaturgiyasının incilərindən sayılır.  



I Aparıcı:   

Ənvər  Məmmədxanlı  nasirlərimiz,  dramaturqlarımız  içərisində 

yeganə 

şair 


idi. 

Tariximizi 

gözəl 

bilməsi 


onun 

vətənpərvərliyindən  xəbər  verirdi.  “Leyli  və  Məcnun”, 

“Xürrəmilərin  ağ  şahini”    Ənvər  Məmmədxanlının  bu  janrda 

yazılmış əsərlərinin ən yaxşılarıdır desək, yanılmarıq. 

Onun  əsərlərini  birər-birər  oxuduqca  qələminin  qüdrətinə, 

şeiriyyətinə  vurulursan.  Sonra  insanlığının,  şəxsiyyətinin, 




19 

 

vüqarının 



vurğunu 

olursan. 

Ənvər 

Məmmədxanlının 



əsərlərindəki  romantika,  dil,  poetik  ruh  oxucunu  heyran  edir. 

Ənvər  Məmmədxanlının  “Leyli  və  Məcnun”  kino-dastanı  çox 

naxışlı, sıx ilməli Şərq xalısını xatırladır. Oxucu bu əsərlə tanış 

olduqca mətnin hüsnünü, gözəlliyini anlayır. 



Söhbət “Leyli və Məcnun”dan düşmüşkən gəlin Ənvər Məmmədxanlının “Leyli və 

Məcnun”kino–dastanından bir parçaya kitabxanamızın oxucularının ifasında 

tamaşa edək. Tamaşada səslənən qəzəllər M.Füzulinin”Leyli və 

Məcnun”əsərindəndir. 

 İştirakçılar əsərə uyğun paltarlarda səhnəyə daxil olurlar. 

Səhnəyə Leyli ilə Zeynəb Məcnun haqqında söhbət edərək daxil olurlar. 

I oxucu (Leyli) ağlayır : Zeynəb, de Məcnunu hara aparırlar? Nə üçün sinəmdən 

ürəyimi qopartdılar? O karvan geri qayıdacaqmı? O batan günəş 

bir də doğacaqmı? 

II oxucu (Zeynəb): Ağlama, Leylim, müqəddəs Kəbəyə aparırlar bədbəxt  

Məcnunu, dua elə tez şəfa tapsın, dua elə tez geri qayıtsın! 



I oxucu (Leyli):  Axı Kəbə ona nə edəcək? Məgər o Kəbədə eşqin unudub tövbə 

edəcək? Həcər daşın öpüb məndən üz çevirəcək? O deyirdi ki, 

müqəddəs  Kəbəsi  mənəm,  mənim  də  müqəddəs  Kəbəm  o  idi, 

Zeynəb! 


II oxucu (Zeynəb): Aman allah, sən nə danışırsan? Günaha batırsan Leylim, belə  

danışma! İnşaallah Məcnun da Kəbədən ağıllı qayıdar. 



I oxucu (Leyli):  Ağıllı?  Deməli  o  da  başqaları  kimi  olmalıdır?  Yalan  və  riya 

içində  boğulmalıdır?  Kor  olub  haqqı  görməməlidir?  Hüsn  – 

eşqə  səcdə  etməməlidir?  Sönük  bir  varlıq  olub  yerdə 

sürünməlidir?  Düşünən  beynini  tox  qarınla  əvəz  etməlidir? 

Budur onların gözündə ağıllı olmaq!  

                            Və pak bir eşqin zirvəsində Qeys onlara Məcnun göründü. 

Məcnunun səsi eşidildi

             

Eşq dərdi, ey müalic, qabili – dərman deyil! 

             

Cövhərindən eyləmək cismi cüda asan deyil! 

             

Dövr – cövründən şikayət edənə aşiq demən 

             

Eşq məsti vaqifi – keyfiyyəti – dövran deyil! 

            

Şəhrdən səhraya bir fərq olduğun hər kim bilir 

            

Bilmiş ol kim, eşq səhrasında sərkərdan deyil, 

            

Canı canan ittihadı fariq eylər cismdən 

            

Cismdən agah olan can, vasili – canan deyil. 



20 

 

Leyli ilə rəfiqəsi Zeynəb səhnədən ayrılırlar. Səhnə əsərə uyğun dekorasiyalarla 



bəzədilir. Əsərə uyğun geyimlərdə, Məcnunun atası Şeyx Amiri, Məcnun daxil 

olurlar. 

I oxucu (Şeyx Amiri):   Mübarək Həcəri öpüb sən də dua elə! De ey böyük tanrı,  

mənə  rəhm  elə!  De  ki  dərgahına  üz  tutmuşam,  pənahım 

sənsən! De ki, xəstəyəm, Məcnunam, ağlıma nur saç, de 

ki,  şikəstəm,  yıxılmışam,  qolumdan  yapış,  de  ki,  bu 

amansız  dərdi  canımdan  iraq  elə,  məni  Leyli  eşqinin 

bəlasından azad elə!... 

Məcnun əllərini göyə qaldırıb, deyir: 

II oxucu (Məcnun):  

Yarəb, bəlayi – eşq ilə qıl aşina məni! 

                

Bir dəm, bəlayi – eşqdən etmə, cüda məni! 

                

Az eyləmə inayətini əhli – dərdidən 

                

Yəni ki, çox bəlalərə qıl mübtəla məni. 

                

Olduqca mən götürmə bəladan iradətim 

                

Mən istərəm bəlani çün istər bəla məni. 

               

Təmkinimi bəlayi – məhəbbətdə qılma süst 

               

Ta düst tən edib, deməyə bivəfa məni. 

               

Getdikcə hüsnün eylə ziyadə nigarımın 

               

Gəldikcə dərdinə betər et, mübtəla məni! 

              

Öylə zəif qıl tənimi firqətindən kim 

              

Vəslinə mümkün ola yetirmək, səba məni! 



I oxucu (Şeyx Amiri):   Amandır,  dayan  oğlum,  yetər!  Yetər  bu  asilik,  yetər  bu 

sərməstlik! Yetər bu çılğın ehtiras. Yetər bu bütpərəstlik! 

Tez ol dua elə, şəfa istə. De ki, yarəb bir afəti sevib dəli 

olmuşam, de ki, Məcnun olmuşam! 



II oxucu (Məcnun):    Yarəb,  pak  olan  varlığı  sevib  damğalanmışam  və 

boynumda  qəm  zənciri  hüzuruna  gəlmişəm!  Amma 

demirəm məni bu zəncirdən xilas eylə. Demirəm ruhumu 

söndür,  məni  zəmanəyə  ram  eylə!  Demirəm  zəliləm, 

mənə  səadət  ver,  demirəm  bədbəxtəm  mənə  nicat  ver! 

Yox-yox,  istədiyim  səndən  başqa  şeydir.  Çəkdiyim 

kifayət  deyilsə,  min  bir  əzab  ver!  Bu  da  kifayət  deyilsə, 

cəhənnəmə  at,  qoy  dönüm  küfr  odunda  yanan  məşələ! 

Yox əgər o dünyada behiştsə yerim, istəmirəm o behişti, 

mənə Leylimi ver! Budur səndən itədiyim, yarəb və mən 

ölərsəm, eşqimi əbədi yaşat! 

İştirakçılar baş əyib səhnədən alqış sədaları altında ayrılırlar. 



21 

 

I Aparıcı: 

Ənvər  Məmmədxanlının  “Babək”  romanı  Azərbaycan  xalq 

qəhrəmanı  Babək  haqında  yazılmış  bədii  əsərlər  içərisində  öz 

orijinallığı  və  tarixi  həqiqətlərə  yaxınlığı  ilə  seçilir.  Yazıçı 

ömrünün son iyirmi ilini Babək mövzusu üzərində işləmişdir. 



II Aparıcı: 

Seçdiyi mövzulara həmişə son dərəcə ciddi və tələbkar yanaşan 

yazıçı  tarixi  hadisələri,  Babəkin  şəxsiyyətini,  dövrün  siyasi, 

fəlsəfi, dini cərəyanlarını dərindən öyrənmiş, Azərbaycan, türk, 

rus dillərində tədqiqatlarla, ərəb, fars və yunan qaynaqlarından 

tərcümələrlə yaxından tanış olmuşdur. Ənvər Məmmədxanlı bu 

əsəri azadlıq eşqilə yaratmışdır.  Əsər Babəkə həsr olunmuş bir 

nəsr əsəri səpkisində   yazılmışdır. Əsərdə  Babək    haqsızlığa, 

ədalətsizliyə,  zülmə  qarşı    barışmaz,  çılğın,  möhtəşəm  qoşun 

sərvəri  olub,  azadlıq  yanğısıyla  yanıb  kül  olur.  Dəhşətli 

edamından qabaq Babək xəlifə Mötəsimə meydan oxuyur: 

                            “Ey  kor  yapalaq,  bütün  müstəbidlər  kimi  sən  də  səhv  edirsən, 

çünki  mənim  dastanım  elə  bir  dastandır  ki,  nə  Babəklə 

başlanmışdır, nə də Babəklə qurtaracaq.” 



                              Əziz qonaqlar indi isə gəlin Azadlıq dastanımız olan “Babək” 

                            romanından bir parçaya tamaşa edək. 



Kitabxananın fəal oxucuları Ənvər Məmmədxanlının “Babək” romanının II 

hissəsindən bir parçanı səhnələşdirirlər. 

Afşin diqqətlə Babəkin üzünə baxdı, sonra əlini atıb qoynundan qızıl 

möhürlü bir məktub çıxartdı və dərhal məktubu öpüb gözləri üstünə qoydu, sonra 

məktubu Babəkə uzadaraq dedi: 

I oxucu (Afşin):   Al sən də öp gözlərin üstə qoy və sonra qəbul et nicatını! 

II oxucu (Babək): Nədir ki, bu? 

I oxucu (Afşin):   Aç  oxu!  Əmirəlmöminin  sənə  göndərdiyi  aman  kağızıdır.Və 

doğrusu, mən əmirəlmömindən bunu gözləmirdim ki, o səni əfv 

eləsin! 

II oxucu (Babək): Ey Afşin, elə şeylər bəlkə bir gün sənə lazım oldu. Babək  

isə xəlifələr amanına möhtac deyil. 



I oxucu (Afşin):  Ey Allahın bəlası, indi ki, öz nicatını özün rədd etdin, yürü son  

mənzilinə  ölümünə  doğru!  Amma  bir  daha  dinlə  məni,  Babək 

xürrəmi,  yaxud  Babək  şad  ürəkli.  O  dəhşət  ki,  səni  gözləyir, 

qırılacaq  iradən,  sarsılacaq  şir  ürəyin!  Və  tamam!  Vidalaş  bir 

nəfərlə!  Sonra  arxamca  at  çapacaqsan  gecə  -  gündüz,  ta 

xəlifənin hüzuruna qədər... 



Afşin dönüb getdi, Buğday səhnədə göründü. 

II oxucu (Babək):  Mən Afşinə demişdim ki, Bəzz qalasının xarabasını mənə  


22 

 

göstərsin,  son  dəfə  vidalaşmaq  üçün...  Nə  üçün  o  səni,  miskin 



bir  varlığı  mənə  göstərir?  Yaxud  sən  özün  o  hadisədən  sonra 

bayrağına,  əqidənə,  döyüş  yoldaşlarına  xəyanətdən  sonra,  nə 

üzlə özünü mənə göstərirsən. 

III oxucu (Buğday):Ata, sən həmişə mənə qarşı zalım olmusan. 

II oxucu (Babək):  Mənə daha artıq irad tutmaq olardı. Çünki mən tuluqda zeytun 

yağı  satan  bir  kişinin  oğlu  idim.  Amma  sənin  atan  Babək 

Xürrəmdin  idi  dünənə  qədər.  İndi  yox.Çünki  mən  daha  sənin 

atan  deyiləm,  mənim  oğlum  yoxdur.Bu  da  yolun  sonu!  Daha 

nə  qaldı  mənim  üçün?  Ölüm!  Bu  dünyaya  mərd  gəlib  mərd 

gedənlərin  son  silahı.  Niyə  dayanmısan  burda.  Yox  ol  ki, 

gözüm səni görməsin. 

III oxucu (Buğday):Üzüm qaradır ata, öldür məni! 

II oxucu (Babək):  Gecdir. 

III oxucu (Buğday): İndi ki, ölümə də layiq görmədin məni əlvida, ata. 

Buğday çıxır, Afşin içəri girir. 

I oxucu (Afşin):      İndi oğlunla həmişəlik vidalaşa bilərsən. Mühafizə nəfərinin      

   kəmərindən xəncəri qapıb öz həyatına qəsd elədi. 

Yaralanmış Buğday səhnəyə daxil olur. 

III oxucu (Buğday): Alın yazım belə imiş ata, keç günahımdan, bağışla məni. 

Babək dizi üstə yerə yıxılır, Buğdayın başını qaldırıb dizləri üstə alır... 

I Aparıcı:  

  Bəli,  Babəklə  başlanmayıb  Babəklə  qurtarmayacaq  əbədi 

Azadlıq  dastanının  bir  səhifəsini  də  Ənvər  Məmmədxanlı 

qələmə aldı.  İstər “Leyli və Məcnun”, istərsə də “Xürrəmilərin 

ağ şahini” hər şeydən əvvəl Azərbaycan tarixinin və xalq poetik 

yaradıcılığının  qaynaqları  əsasında  yaradılmış  bitkin  bədii 

əsərlərdir.  Ənvər  Məmmədxanlının  əsərlərində  romantika,  dil, 

poetik ruh oxucuda belə bir təsəvvür yaradır: 

Onun  əsərlərini  birər-birər  oxuduqca  qələminin  qüdrətinə, 

şeiriyyətinə  vurulursan.  Sonra  İnsanlığının,  Şəxsiyyətinin, 

Vüqarının 

vurğunu 

olursan. 

Ənvər 

Məmmədxanlının 



əsərlərindəki romantika, dil, poetik ruh oxucunu heyran edir.  

II Aparıcı: 

Onun  əsərlərində  işlətdiyi  qiymətli  sözlər  dillərdə  gəzir, 

ürəklərin  başında  yuva  qurur.    Onun  söz  dünyası  sirli-sehrli, 

çoxlarına  əlçatmaz  görünən  cazibəli,  füsunkar  bir  aləm  idi. 

Həqiqətən Ənvər  Məmmədxanlı nəsrimizin xan çinarıdır.  Bəli 

Ənvər  Məmmədxanlı  yüksək intellekti,  zövqü,  mədəniyyəti  ilə  

gəncliyimizin idealı idi. Ənvər Məmmədxanlı nə yazdısa yaxşı 



23 

 

yazdı,  vicdanla  yazdı.  O,  həm  sənətkar,  həm  şəxsiyyət  kimi 



nadir, təkrarsız və müqayisəolunmaz idi. 

I Aparıcı:    

Ənvər Məmmədxanlı ədəbiyyatımızın tarixinə unudulmaz nasir, 

dramaturq,    klassik  hekayə  ustadı,  uzunömürlü  kino-ssenarilər 

müəllifi,  orijinal  tərcüməçi  kimi  daxil  olmuşdur.  Ənvər 

Məmmədxanlı elə bil nağıllar aləmindən gəlmişdi bu dünyaya. 

Azərbaycan 

ədəbiyyatının 

böyük 


dəryasında 

Ənvər 


Məmmədxanlının  öz  adası  var.  Bu  möcüzələr  adası  ilə 

görüşmək,  orada  dalğaların  özünəməxsus  şırıltısı,  quşların 

özünəməxsus  nəğmələri,  çiçəklərin  özünəməxsus  rəngi  və 

rayihəsi  ilə  tanış  olmaq  istəyən    gərəkdir  ki,  ədibin  əsərlərini 

oxusun.    Ənvər  Məmmədxanlı  Azərbaycan  ədəbiyyatının  yeni 

fikir  və  söz  zadəganı  idi.  Yazıçının  söz  dünyası  sirri-sehirli, 

cazibəli və çoxlarına əlçatmaz görünürdü. Bu elə bir sirr idi ki, 

o  ölümündən  sonra  da  xatırlanır,  yada  düşür,  Ənvər 

Məmmədxanlının  adı gələndə gözlər yaşarır. Görkəmli sənətkar 

qüdrətli  qələm  ustası,  həssas  insan    Ənvər  Məmmədxanlının 

işıqlı xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır. 

Sözümü  yazıçı,  dramaturq  Nahid  Hacızadənin  sözləri  ilə 

bitirmək istəyirəm: 

                   

                       

Ey böyük şəxsiyyət əsərlərin yaşadıqca 

                  

   


 

 

Dayanmaz, dayanmaz karvanın sənin!... 



 

 

S O N 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



24 

 

İstifadə olunan ədəbiyyat siyahısı: 

 

1.

 



Məmmədxanlı Ənvər. Seçilmiş əsərləri. B.: Avrasiya Perss, 2005.- 416s. 

2.

 



Məmmədxanlı Ənvər. Seçilmiş əsərləri. İki cilddə. I cild.- B.: Yazıçı,1985.- 

292s. 


3.

 

Anar. Həyatım ağrıyır // Anar. Şəhidlər dağı.- B.: Gənclik,1995.- Səh.245-



299. 

4.

 



Nahid Hacızadə. Dayanmaz karvanın sənin  //  B.: Araz nəşriyyatı, 2008.- 

Səh. 241-252. 



 

Yüklə 398,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə