Azərbaycan respublikasi məDƏNİYYƏt və turiZM



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə1/17
tarix31.10.2018
ölçüsü1,21 Mb.
#76970
  1   2   3   4   5   6   7   8   9   ...   17


 

                                                

 



 

      AZƏRBAYCAN  RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM 

                                         NAZİRLİYİ 

F. KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI 

ELMİ-METODİKA ŞÖBƏSİ 

 

 

 

               

 

                        

                                                  

Xalq yazıçısı Elçin Əfəndiyevin 70 illik 

yubileyi münasibəti ilə  

 

          

 

 

 

                              

 

 

El üçün yaşayıb yaradan insan 

                                            

(

metodik vəsait) 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                           Bakı -  2013 


 

                                                

 



 

Tərtib edəni: 

Ruhiyyə Məmmədli – F.Köçərli adına Respublika Uşaq 

   Kitabxanası elmi-metodika şöbəsinin baş kitabxanaçısı 

 

Redaktor: 

Fizurə  Quliyeva  –  F.Köçərli  adına  Respublika  Uşaq 

Kitabxanasının direktoru 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

                                                

 



 

Tərtibçidən 

 

Bu  vəsaiti  Elçin  Əfəndiyevin  70  illik  yubileyi  münasibətilə  sizə  təqdim 

edirik. Vəsaiti sizə təqdim etməkdə əsas məqsədimiz  oxucuların   lirik hekayələr 

ustası,  müqtədir  romançı,  mahir  komediyalar  müəllifi,  psixoloji  faciələr, 

tragediyalar  dramaturqu,  ədəbi  prosesə  hakimlik  etmək  səlahiyyəti  olan  ustad 

tənqidçi,  fundamental  monoqrafiyalarıyla  özünəməxsus  elmi-nəzəri  sistemini 

yaradan  klassik  ədəbiyyatĢünas  alim  Elçin  Əfəndiyev  haqqında  olan  biliklərini 

daha da artırmaqdır. 



  ―El  üçün  yaĢayıb  yaradan  insan‖  adlanan  metodik  vəsait  ―GiriĢ‖  və 

―Keçiriləcək  tədbirlər‖  hissəsindən  ibarətdir.  Vəsaitin  ―GiriĢ‖  hissəsində  Elçin 

Əfəndiyevin  həyat  və  yaradıcılığından  söhbət  açılır.  Ġkinci  hissədə  isə 

kitabxanalarda keçiriləcək tədbirlərdən bəhs olunur.         

           Elçin  Əfəndiyev  60-cı    illərdə  ədəbiyyatımıza  gəlmiĢ  və  tez  bir  zamanda 

əsərlərinin  poetik  gücü  ilə  geniĢ  oxucu  kütləsinin  hörmətini  qazanmıĢ 

yazıçılarımızdandır.  O,  Azərbaycan  nəsrinin  ―ədəbi  təəccüb‖  hissindən  daha  çox 

xalqımızın milli-tarixi təəccübünü qoruyub saxlayan nümayəndələrdəndir. 

         Elçin  Əfəndiyev  əsl bir  ziyalı ömrü  yaĢayıb. Ötən  əsrin 60-cı  illərindən üzü 

bəri  yaĢadığımız  həyatın  elə  bir  ciddi  hadisəsi  yoxdur  ki,  onun  özünün,  sözünün, 

qələminin diqqətindən yayınsın; bu dövrdə dünyada baĢ verən elə bir dəyərli ədəbi 

hadisə  yoxdur  ki,  Elçin  Əfəndiyev  ona  münasibət  bildirməsin,  öz  qiymətini 

verməsin;  yaĢlı, gənc  nəslin  elə bir  uğurlu  əsəri  yoxdur ki, Elçin  Əfəndiyev  onun 

haqqında  ayrıca  məqalə  yazmasın  və  ya  fürsət  tapdığı  bir  məqamda  qələm 

dostlarının nailiyyətlərinə sevinməsin. Bu dövrün mürəkkəbliyi daban-dabana zidd 

olan ideoloji sistemlər, imperiyanın çöküĢü, müstəqillik uğrunda mübarizə, doğma 

ġuĢa  və  Qarabağ  itgisiylə  nəticələnən  iĢğalçılıq  müharibəsi  –  hamısı  xalq 

yazıçısının  əsərlərində  əksini  tapıb;  bu  tarixin  içindən  Elçin  Əfəndiyev  alnıaçıq 

çıxıb,  çünki  həmiĢə  xalqın  tərəfində  olub,  vətəndaĢlıq  məfkurəsindən  dönməyib, 

mövqeyi  aydın  və  ardıcıl  olub.  Yazıçı  indi  də  yorulmaq  bilmədən 

mədəniyyətimizin,  ədəbiyyatımızın,  incəsənətimizin  inkiĢafı  üçün  əlindən  gələni 

əsirgəmir.  Yazıçının  povest  və  hekayələrdən  ibarət  kitabları,  seçilmiĢ  əsərləri, 

ədəbi  tənqidi  məqalələri  həmiĢə  diqqət  mərkəzində  olmuĢdur.  Elçin  Əfəndiyev 

nədən yazırsa yazsın, ona oxucularının arzu və düĢüncələri prizmasından baxmağı 

bacarmıĢdır.  Yazıçı  tənqidi  fəaliyyətə  də  yazıçı  kimi  baĢlamıĢdır.  Lakin  tənqidi 

əsərləri öz canlılığı, kəsəri,  aktuallığı ilə həmiĢə ümumi  maraq oyatmıĢdır.Yazıçı 

müasirliyi  aktuallıqla  eyniləĢdirməyi,  hər  iki  estetik  kateqoriyadan  sənətkarlıq 



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə