Azərbaycan respublikasi məDƏNİYYƏt və



Yüklə 5,42 Mb.
tarix07.08.2018
ölçüsü5,42 Mb.
#60924
növüYazı


AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZİM NAZİRLİYİ

NEFTÇALA RAYON MƏDƏNİYYƏT VƏ TURİZM ŞÖBƏSİ

NEFTÇALA RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

İzi qalan illər...
Həmyerlimiz, görkəmli tarixçi alim, etnoqraf,

publisist, yazıçı
ƏLİSƏFA MƏMMƏDOV - 90





Tərtib edən: Mahmudova Reyhan
Metodika-Biblioqrafiya” şöbəsi
Neftçala - 2015

Ana Kürün sahilində, Bankə qəsəbəsində 1925-ci ildə balıqçı Səttar kişinin ailəsində onu heç kimin vəsf etmədiyi bir dillə dindirəcək bir oğlan uşağı dünyaya göz açdı. Atası Səttar kişi ilk oğul övladını Əlisəfa adlandırdı.

İlk təhsilini 1931-ci ildə Bankə qəsəbəsində başlamış Əlisəfa 1942-ci ildə orta məktəbi bitirmişdir. Hələ orta məktəb şagirdi olarkən 1941-ci ilin mayından 1942-ci ilin fevralına kimi rayon xalq maarif şöbəsində katib olmuş, 1942-46-cı illərdə Qoltuq, Neftçala, Bankə qəsəbə məktəblərində müəllimlik etmişdir.
1943-44-cü tədris ilində Respublika Müəllimlər hazırlayan birillik kursu bitirmiş, 1946-cı ildən isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, sonradan jurnalistika şöbəsinə dəyişilərək, 1951-ci ildə oranı bitirmişdir. Təyinatla Neftçala rayonuna gələn Ə.Məmmədov əvvəlcə “Bolşevik”, sonralar “Neftçala fəhləsi” qəzetlərində 1954-cü ilə kimi işləmiş, həmin ildən isə “Sosialist Sumqayıtı” qəzetinə redaktor göndərilmişdir.

Öz fəallığı və işgüzarlığı ilə seçilən Ə.Məmmədova Moskva şəhərinə Ali Partiya məktəbində oxumağa göndərirlər. 1958-ci ildə bu kursları bitirən məzunu “Azərbaycan kommunisti” jurnalına işləməyə göndərirlər. 1966-cı ildən isə yeni nəşrə başlayan “Təşviqatçı” jurnalında işləyən A.Məmmədov 20 ildən çox bu jurnalın baş redaktoru kimi fəaliyyət göstərmişdir.

Həyatının yarıdan çoxunu mətbuata həsr etmiş istedadlı jurnalist, həm də yorulmaq bilməyən tarixçi-etnoqraf, istedadlı alim, publisist, yazıçı olmaqla yanaşı, həm də o dövr üçün güclü qələmə malik siyasi təşviqatçı idi. Belə ki, o zamanlar nəşr olunan “Təşviqatçı” jurnalının əksər baş məqalələri onun qələminin məhsulu idi.

Ə.Məmmədovun yaradıcılığı çoxşaxəli, çoxsahəlidir: yaradıcılığı boyu çap etdirdiyi 30-dan çox kitablarında və 100-lərlə dərc olunmuş məqalələrində bu şaxələri belə qruplaşdırmaq olar: Yazıçının ilk nəsr kitabı olan “Oğul hədiyyəsi” sənədli oçerklərdir. O dövrün qabaqcıl peşə sahiblərinə həsr olunub. Publisist bu janrı davam etdirərək “Azərbaycan mərd oğulları” (Böyük Vətən müharibəsində qəhrəmancasına döyüşən bir sıra azərbaycanlı oğlan və qızlara həsr olunmuşdur), “Müasirlərim”, “Tərlan oylağı”, “Mingəçevir”, “Sumqayıt”, “İzi qalan illər” (Sənədli hekayələr və oçerklər) və s. kitablarını nəşr etmişdir.

1968-ci ildən tarix elmləri namizədi olan Ə.Məmmədov “Qarayazı düzündən Xəzər dənizinə qədər” tarixi-etnoqrafik oçerklərində Kür çayı boyu hər iki sahildə yerləşən bütün irili-xırdalı yaşayış məskənlərində olarkən, həmin yerlərin tarixini, təbii-coğrafi relyefini, adət-ənənələrini tədqiqatçı yanaşması ilə öyrənmiş, Kürün tarixi, iqtisadi, mədəni baxımdan vadiətrafı ərazilər və respublikamızın həyatında oynadığı misilsiz roldan bəhs etmiş, çay gəmiçiliyi və balıqçılığın durumu, perespektivləri haqqında söhbət açmışdır. Bu silsilədən çap etdirdiyi “Xərabə şəhərin sirri” oçerklər silsiləsi ömür vəfa etmədiyindən yarımçıq qalmışdır. Burada Xəzər dənizinin sahilində, Kürün Xəzərə töküldüyü yerdə X-XI əsr tarixçilərinin tərtib etdiyi xəritələrdə əksini tapmış “Getara” şəhəri (“Xərabə şəhər” və ya “Yunan şəhəri”), indiki “Dirovdağ” (İlandağ), Nord Üst Qoltuq qəsəbəsinin yerləşdiyi əraziləri əhatə edən qədim şəhərin xarabalıqları olduğu barədə qiymətli məlumatlar vermişdir. Vulkanik proseslərin batırdığı güman edilən bu şəhərin axtarışı üçün Ə.Məmmədov bu əraziləri dönə-dönə gəzmiş, yüz illərlə su altında qalmış hətta IX əsrə aid maddi-mədəniyyət-anqoblanmış saxsı məmulatlar, gil qab parçaları, iri həcmli və yaxşı saxlanmış sümüklər, dəmiri xatırladan kütlələr, ağ daş parçaları və s. qiymətli tarixi nümunələri tapıb aşkara çıxartmışdır. Bu gün də “Xərabə şəhər” in sübutu Xəzərin daim sahillərə atdığı qədim şirəli, gil qabların və digər məişət əşyalarının qalıqlarıdır. Yüz illərdir ki, tarixin sükuta qərq etdiyi bu itib-batmış şəhərin mövcudluğunu üzə çıxartmaq, xalqımıza tanıtmaq Ə.Məmmədovun millətimiz qarşısında etdiyi ən böyük xidmətidir. Gələcək arxeoloji axtarışlar üçün bu mənbələr qiymətli bir açardır.

Adət-ənənələrimizdən bəhs edən məqalələrində dövrün ideologiyasını təbliğ edən publisist alim xalqımızın adət-ənənələrinə uyğun özünün yanaşma tərzini də ortaya qoymuşdur. O, insanın təfəkkür və düşüncələrinin, adət və ənənələrinin, min illər boyu yaşam tərzinin toplumu olan bayram, mərasim və toylarımıza müxtəlif tərəflərdən yanaşmaqla “Bayram və mərasimlərin estetik tərbiyəvi rolu”, “Azərbaycan adət və ənənələri” və s. kitablarında bəhs etmişdir.

Ə.Məmmədovun yaradıcılığının əsas xəttini bədii əsərlər təşkil edir.”Ürəyim səni istəyir” hekayələrində vətənə, elə, torpağa, adət-ənənlərə bağlılıq, insani keyfiyyətlər ön plana çəkilir, ləyaqətsizlik, el malına xor baxanlar ifşa olunur. “Dəniz dalğalı idi” hekayələr kitabında təbiət gözəllikləri, həyata və insanlara vurğunluqla tərənnüm olunur, həmçinin satirik hekayələrində isə qəlbi nifrət və kinlə dolu tiplər gülünc vəziyyətlərdə təsvir olunur.

Müəllifin “İzi qalan illər” kitabında sənədli hekayələr və oçerklər toplanıb.

“Haray” kitabı Ə.Məmmədovun ilk romanıdır.Əsərin qəhrəmanı qoca dənizçi kapitan Kazım kişi fırtınanın qayalara pərçim etdiyi, uzun illərin yol-yoldaşı olduğu “Cəsur”un komanda heyyətini zorla sahilə göndərdiyi halda özü onu tərk edə bilmir.Uzun düşüncələrə dalır:dənizlə,gəmi ilə bağlı bütün həyatının minbir tellərlə bağlandığı, sevincli, təlatümlü, kədərli, mənalı,hikmətli günləri yada salır, onunla bu illər uzunu yollar ağartmış insanların mənəvi dünyasına baş vurur, saf-çürük edir.Kapitan son vida anında “SOS” dalğasına keçir: “Hamıya, hamıya.Qəzaya uğramış gəmini tərk edirəm. “Cəsur” Xəzərin əbədi sularında qaldı”-deyir.

Ömür vəfa etsəydi Ə.Məmmədov “Xərabə şəhər” haqqında kitabını bitirər və çap etdirərdi... Deyilənlərə görə yazdığı 2 roman da yarımçıq qalmışdır.

Ə.Məmmədov yaradıcılığının izləyiciləri onun əsərlərinin əsas qayəsini doğulduğu torpağa qırılmaz tellərlə bağlılığını, şıltaq Xəzərə, ana Kürə sevgisini, içdiyi suyun, ayaq açıb gəzdiyi bu torpağın, nemətlərindən daddığı bu el-obaya məhəbbətinin, hörmətinin intəhasız tərənnümçüsü kimi qiymətləndirirlər.

Ə.Məmmədov hökumət tərəfindən yüksək qiymətləndirilmişdir: 1968-ci ildən Tarix elmlər namizədi olan, bu yaradıcı insana 1982-ci ildə “Azərbaycan SSR Əməkdar Mədəniyyət İşçisi “ fəxri adı verilmişdir. O, SSRİ Jurnalistlər İttifaqının üzvü, Azərbaycan Jurnalistlər Birliyinin “Qızıl qələm” mükafatı laureatıdır. 30-a qədər bədii, publisistik, tarixi-etnoqrafik, elmi-siyasi kitabları çap olunmuş, 100-lərlə məqalələri dərc edilmişdir.

Ə.Məmmədov 1989-cu ilin noyabr ayının 11-də, 64 yaçında dünyasını dəyişmişdir. Məzarı Bakı şəhərindədir. Doğulduğu Bankə qəsəbəsinin küçələrindən biri onun adını daşıyır.

Əsərləri:


  1. Oğul hədiyyəsi. –Bakı,-Uşaqgəncnəşr,1956.-35 səh.

  2. Azərbaycanın mərd oğulları. –Bakı,-Uşaqgəncnəşr,1959.-126 səh.

  3. İşləməyən dişləməz.-Bakı,-Azərnəşr,1961.-50səh.

  4. Kolxoz partiya təşkilatının iş təcrübəsi.-Bakı.-Azərnəşr.1961,-65 səh.

  5. Kommunizm qurucusunun əxlaq kodeksi.-Bakı,-Uşaqgəncnəşr,1962,-61 səh.

  6. Kommunist əməyi və yeni insanın tərbiyəsində onun rolu.-Bakı,-Azərnəşr, 1963,-69 səh.

  7. Azərbaycanda kommunist əməyi hərəkatının başlanması.-Bakı,-Azərnəşr,1963,-118 səh.

  8. Kommunistcəsinə işləməyi və yaşamağı öyrənməli.-Bakı,-Maarif,1965,-78 səh.

  9. Azərbaycan adət və ənənələri.-Bakı,-Azərnəşr,1966.-77 səh.

  10. Müasirlərim.-Bakı,-Gənclik,1967,-15 səh.

  11. Mətbuat və kütlələrin əmək yarışı.-Bakı,-Azərnəşr,1968,-122 səh.

  12. Azərbaycan məktəblərində kommunist ənənələri.-Bakı,- Maarif,1968,-99 səh.

  13. Mingəçevir.-Bakı,-Azərnəşr,1970,-72 səh.

  14. Dolaylarda.-Bakı,-Gənclik,1973,-82 səh.

  15. Bayram və mərasimlərin estetik tərbiyəvi rolu.-Bakı,- Maarif,1973,-94 səh.

  16. İzi qalan illər.-Bakı,-Gənclik,1977,-104 səh.

  17. Gənclərin hüquq və vəzifələri.-Bakı,-Gənclik,1977.-24 səh.

  18. Sovet xalqının böyük bayramı.-Bakı,-Bilik,1977,-59 səh.

  19. Tərlan oylağı.-Bakı,-Gənclik,1978,-109 səh.

  20. Qarayazı düzündən Xəzər dənizinə qədər.-Bakı-Maarif,-1979,-188 səh.

  21. Humanist hüquqlar.-Bakı,-Gənclik,1979,-62 səh.

  22. Ürəyim səni istəyir.-Bakı,-Gənclik,1980,-158 səh.

  23. Haray.-Bakı,-Gənclik,1984,-200 səh

  24. Dəniz gileyli idi.-Bakı,-Yazıçı,1986,-112 səh.


Dövri mətbuatda dərc olunan əsərləri:

  1. Qabaqcılların sahəsində. //Azərbaycan gəncləri.-1953.-13may.

  2. Müvəfəqiyyətli addımlar.// Azərbaycan gəncləri.-1953.- 16 avqust.

  3. Yenilik hissilə yaşayanlar.// Azərbaycan gəncləri.-1953.- 2 oktyabr.

  4. Balıqçılar. // Azərbaycan gəncləri.-1953.-18 noyabr.

  5. Sahə ustası.// Azərbaycan gəncləri.-1954.-19 mart.

  6. Balıqçılar.// Ədəbiyyat və incəsənət.-1954.-21 avqust.

  7. İnşaatçılar.// Azərbaycan gəncləri.-1954.-21 noyabr.

  8. Poladəridənlər. // Sosialist Sumqayıtı.-1954.- 6 noyabr.

  9. Uşaqların dostu. // Sosialist Sumqayıtı.-1954.

  10. Dəzgah arxasında. // Sosialist Sumqayıtı.-1955.- 1 yanvar.

  11. Bərk dərə qışlağında. .// Azərbaycan gəncləri.-1955.- 21 yanvar.

  12. Laboratoriya rəisi. .// Azərbaycan gəncləri.-1955.- 4 fevral.

  13. Xalq elçisi. // Sosialist Sumqayıtı.-1955.-19 fevral.

  14. Xəzərin sahilində şəhər. .// Azərbaycan gəncləri.-1955.- 4 fevral.

  15. İki portret. // Sosialist Sumqayıtı.-1955.- 1may.

  16. Kommunist kolxozunda. // Sosialist Sumqayıtı.-1955.- 31 may.

  17. Pioner düşərgəsində. // Sosialist Sumqayıtı.-1955.-18 iyun.

  18. Unudulmaz xatirələr. // SosialistSumqayıtı.-1955.- 9iyul.

  19. Kövsər adasında.// Azərbaycan gəncləri.-1955.- 7 avqust.

  20. Alıcıların xidmətində. // Sosialist Sumqayıtı.-1955.

  21. Poladəridənlər.// Azərbaycan gəncləri.-1955.-27 aprel.

  22. Hədiyyə.// Azərbaycan gəncləri.-1956.-1 yanvar.

  23. Yeni beşillik yollarında. .// Azərbaycan gəncləri.-1956.- 9 mart.

  24. Həyat yollarında.//Azərbaycan gəncləri.-1956.-22aprel,1may,9 may.

  25. Cəsarətli addımlar. .// Azərbaycan gəncləri.-1956.- 27 may.

  26. Avtomobil zavodunda. // Sosialist Sumqayıtı.-1957.- 26,27,28 mart.

  27. Bir müdirin gündəliyində. // Sosialist Sumqayıtı.-1957.

  28. Məmməd Salmanoviçin sərgüzəşti. // Sosialist Sumqayıtı.-1957.

  29. Görəsən bağışlayacaqmı ?// Sosialist Sumqayıtı.-1957.- 4 aprel.

  30. Təbrizin baharı. // Azərbaycan gəncləri.-1957.

  31. Böyük rus mütəfəkkirləri.// Azərbaycan gəncləri.-1957.

  32. Qonaq.// Azərbaycan müəllimi.-1957.

  33. Siyasi plakatlar haqqında.// Azərbaycan kommunisti-1959,№8,səh.-77-79.

  34. Gözə görünməyən sədr.// Sosialist Sumqayıtı.-1957.- 30 noyabr.

  35. Müdirin dərdi.//Sosialist Sumqayıtı.-1957.

  36. Açıq qapı.// Sosialist Sumqayıtı.-1957.

  37. Hazırcavab satıcı.// Sosialist Sumqayıtı.-1957.-12 dekabr.

  38. Anasının oğlu.// Sosialist Sumqayıtı.-1957.

  39. O, Vyetnamdan gəlmişdir.// Sosialist Sumqayıtı.-1958.

  40. Demişik edəcəyik. .// Şərqin şəfəqi.-1958.-6 fevral.

  41. Açıq dənizdə.// Azərbaycan gəncləri.-1958.-16-19 fevral.

  42. Onun həyat yolu.// Azərbaycan müəllimi.-1958.-31 avqust.

  43. Sabahı yaradanlar.// Azərbaycan gəncləri.-1958.- 31 dekabr.

  44. Azərbaycan poladı.// Ədəbiyyat və incəsənət.-1959.-31 yanvar.

  45. Yaradıcı əmək.// Azərbaycan kommunisti.-1959.-№2,səh.109 - 113.

  46. Onu əmək yüksəltdi.// Azərbaycan gəncləri.-1959.-8 mart.

  47. Həyatdan uzaq düşəndə.// Azərbaycan kommunisti.-1960.- №11,səh.67-68.

  48. Bizim günlərin qəhrəmanlarının bədii surətini yaradaq.//Azərbaycan kommunisti.-1961.- №2.-səh.75-79.

  49. Böyük hərəkatdan yazmaq geniş yaradıcılıq işi tələb edir.// Azərbaycan kommunisti.-1961.- №7.səh.73-79.

  50. Yollar.// Azərbaycan gəncləri.-1961.-1 yanvar.

  51. Ev tikənlər.// Ədəbiyyat və incəsənət.-1961.-28 yanvar.

  52. Bir gün, bir axşamda.// Azərbaycan gəncləri.-1961.- 28 aprel.

  53. Gərək elə işləyəsən ki,..// Azərbaycan gəncləri.-1962.- 18 yanvar.

  54. Göyərçinlər kimi...// Azərbaycan gəncləri.-1962.-7 yanvar.

  55. Mavi suların qoynunda.// Azərbaycan gəncləri.-1964.- 3 yanvar.

  56. El bir olsa.// Azərbaycan kommunisti.-1964.- №10.-səh 66.

  57. Köhnə dost təzə libasda.// Sosialist Sumqayıtı.

  58. Kök.// Kənd həyatı.-1966.- №2.-səh.47.

  59. Ana qarğışı.// Qələbə.-1966.-5 mart.

  60. Kölgə yox,arxa ol.// Qələbə qəzeti.-1966.

  61. Böhtan qurbanı.// Bakı.-1966.-4 may.

  62. Ürəyin aynası.//Sovet kəndi.-1966.-19 mart.

  63. Tutuquşu.// Sovet kəndi.-1966.

  64. Kiçik yer.// Sovet kəndi.-1966.

  65. Dostumun heykəli.// Bakı.-1966.-4 may.

  66. Həyatın məntiqi.// Sovet kəndi.-1966.-27 noyabr.

  67. Etiraf.// Sovet kəndi.-1966.

  68. Niyə?// Bakı.-1966.-17noyabr.

  69. Yuxu.//Bakı.-1966.

  70. Arı və adam.// Bakı.-1966.

  71. Mən və sən.// Bakı.-1966.-4 may.

  72. Həmişə ürəyimdəsən.// Qələbə.-1966.-5 mart.

  73. Öz adamlarının adamı.//Kənd həyatı.-1966.-№2.- səh.40-4

  74. Qəlpələr.// Təşviqatçı.-1966.- №2.

  75. Qəlpələr.// Təşviqatçı.-1966.- №7.

  76. Məsəllər.Atmacalar.// Təşviqatçı.-1966.- №2.

  77. Məsəllər.Atmacalar.// Təşviqatçı.-1966.- №4.

  78. Bülbül və sərçə.// Kənd həyatı.-1966.- №2.-səh.47.

  79. Səadət.// Təşviqatçı.-1966.- №13.-səh.16-18.

  80. Təşviqatşı tarlada.// Təşviqatçı.-1966.- №3.-səh.3.

  81. Əyani təşviqatın mühüm cəhəti.// Təşviqatçı.-1966.- №6.-səh 3.

  82. İntizam pozulmazdır.// Təşviqatçı.-1966.- №7.-səh.3.

  83. Hər bir ailədə qəzet və jurnal olsun.//Təşviqatçı.-1966.-№10.-səh.3.

  84. Yeni iliniz mübarək.// Təşviqatçı.-1967.- №1.-səh.4.

  85. 47 bahar.// Təşviqatçı.-1967.- №8.-səh.3.

  86. Tarlada əyani təşviqat.// Təşviqatçı.-1967.- №10.-səh.3.

  87. Keçdiyimiz və keçmədiyimiz yollar.//Təşviqatçı.-1967.-№15.-səh.3.

  88. Oxu, Nəcmiyyə.// Azərbaycan gəncləri.-1967.-6 yanvar.

  89. Dərd. .// Təşviqatçı.-1967.- №13.-səh.30-31.

  90. İki qarı.// Bakı.-1967.-9 sentyabr.

  91. Heykəl qızın hekayəsi.// Azərbaycan gəncləri.-1967.- 9 avqust.

  92. İstək.// Sovet kəndi.-1967.-2 dekabr.

  93. İnsan və təbiət.// Sovet kəndi.-1967.-dekabr.

  94. Xoşbəxtlər.// Təşviqatçı.-1967.- №11.-səh.-23-26.

  95. Yol səkidən başlayır.// Ədəbiyyat və incəsənət.1967.- 28 yanvar.

  96. Teyyub kişi və övladları.// Təşviqatçı.-1967.- №17.-səh.- 20-22.

  97. Tanışlıq.// Təşviqatçı.-1967.- №20.-səh.5.

  98. Pambıq ustası.// Kənd həyatı.-1967.-səh.-8-9.

  99. Mexanizator Hüsrət.// Kənd həyatı.-1967.səh.-24-25.

  100. Onun böyüklüyü əməyindədir.//Kənd həyatı.-1967.- səh.-26.

  101. Son gecə.// Bakı.-1967.-20 yanvar.

  102. Qibtə.// Azərbaycan gəncləri.-1967.-6 yanvar.

  103. Köz.// Ulduz.-1967.-səh.-22.

  104. Yük.// Ulduz.-1967.-N.-4.

  105. Kimdir müqəssir?// Təşviqatçı.-1967.- №19.

  106. Böyük.// Təşviqatçı.-1967.- №19.

  107. Ömür-gün.// Bakı.-1967.-9 sentyabr.

  108. Arzu.// Bakı.-1967.-sentyabr.

  109. Meşə.// Sovet kəndi.-1967.-2-dekabr.

  110. Məsəllər.Atmacalar.// Təşviqatçı.-1967.- №6.

  111. Məsəllər.Atmacalar.// Təşviqatçı.-1967.- №23.

  112. Məsəllər.Atmacalar.// Təşviqatçı.-1967.- №3.

  113. Pirinsip adamı.// Bakı.1968.-11 may.

  114. Qaçdın.// Bakı.-1968.-11 may.

  115. Qorxuram.// Bakı.-1968.-6- yanvar.

  116. Balıq gülür.// Azərbaycan gəncləri.-1968.-17 fevral.

  117. Barışmadı.// Kənd həyatı.-1968.- №10.səh.-43-44.

  118. İnsanın adı.// Azərbaycan qadını.-1968.- №7.səh.-14-17.

  119. Uğur olsun kapitan.// Təşviqatçı.-1968.- №8.səh.-28-30.

  120. Ustanın dedikləri.// Təşviqatçı.-1968.- №14.səh.-24-26.

  121. Naxışlar ustası.// Təşviqatçı.-1968.- №20.səh.-24-26.

  122. Görüş.// Bakı.-1968.-11 may.

  123. Yuxu.// Təşviqatçı.-1968.- №17.səh.31.

  124. Tapa bilmədim.// Təşviqatçı.-1968.- №17.

  125. Qoşa çinar.// Təşviqatçı.-1968.

  126. Xəcalət.Səslər.// Bakı.-1968.-17 oktyabr.

  127. Yağmaz.Xəzinədə öyünən.Mübahisə.// Azərbaycan qadını.-1968.- №2səh.14.

  128. Mənalı keçən günlər.// Təşviqatçı.-1968.- №.-səh.- 21-23.

  129. Bahar gəldi.// Təşviqatçı.-1968.- №6.-səh.-3.

  130. Bayram libasını güyib ellər.// Təşviqatçı.-1968.- №3.-səh.-2.

  131. Təşviqatçıları unutmayın.// Təşviqatçı.-1968.- №22.- səh.-3.

  132. Kötüklər yandı.// Bakı.-1969.-6 dekabr.

  133. Küsü.// Kirpi.-1969.- №21.

  134. Mərəz.// Təşviqatçı.-1969.- №1.səh.-1.

  135. Xərabə şəhərin sirri.//Qələbə.-1969.-9,11,14,16,18 yanvar.-səh.-4.

  136. Sahə rəisi.// Təşviqatçı.-1969.- №13.səh.-31-32.

  137. Qədirbilənlik.// Təşviqatçı.-1969.-N-15.səh.-27-28.

  138. 340 min ton pambıq uğrunda.//Təşviqatçı.-1969.-№16.-səh

  139. Gərək görəydin.// Bakı.-1969.-6 dekabr.

  140. Dedilər ki öyrəşərsən.// Azərbaycan qadını.-1969.- №12. səh.-13.

  141. Xatirələr də yaşayır.// Kənd həyatı.-1969.-№12.-səh.-40-42.

  142. Eşitdiklərim.// Təşviqatçı.-1969.- №17.

  143. Eşitdiklərim.// Təşviqatçı.-1969.- №10.səh.-31.

  144. Eşitdiklərim.// Təşviqatçı.-1969.- №11.səh.-32.

  145. Gördüklərim.// Təşviqatçı.-1969.- №24.səh.-28.

  146. Gördüklərim.// Təşviqatçı.-1969.- №14.səh.-31.

  147. Axtarış həvəsi.// Təşviqatçı.-1969.- №9.səh.-26-27.

  148. İşiniz avand olsun.// Mingəçevir işıqları.-1969.-1 iyul.

  149. Azadın döyüş yoldaşını axtarıram.//Muğan.-1970.-19may

  150. Belə müsəlmanlara nə deyim.//Kirpi.-1970.- №10,səh.6

  151. Minbudaq Gülbudaqoviç.//Bakı.-1970.-29 iyun ,səh.3.

  152. Tonqal.//Ulduz.-1970.8 avqust, səh.12-16.

  153. Ayrıla bilmədim.//Ədəbiyyat və İncəsənət.-1970.-28 fevral

  154. Xalq namizədi.//Təşviqatçı.-1970.- №10,səh.13-15

  155. Fəhlə ailəsi.//Təşviqatçı.-1970-№22,səh. 28-30.

  156. Eşitdiklərim.//Təşviqatçı.-1970-№1,səh.31

  157. Eşitdiklərim.//Təşviqatçı.-1970-№8,səh.31

  158. Eşitdiklərim.//Təşviqatçı.-1970-№9,səh.31-32

  159. Ana, evlənirəm.//Azərbaycan gəncləri.-1970.-25 aprel

  160. Sağ ol, ürəyim. Səni xatırlayanda.//Bakı.-1970.-14 noyabr

  161. Dolaylarda .//Ədəbiyyat və İncəsənət.-1970.-17 oktyabr

  162. Yubileylər ili.//Təşviqatçı.-1970-№1,səh.3

  163. Bahar gəldi.//Təşviqatçı.-1970-№6,səh.3

  164. Yüksəliş yolu.//Təşviqatçı.-1970-№-18,səh.3

  165. Ümumxalq birliyinin qələbəsi. //Təşviqatçı.-1971-№13, səh.3

  166. Qağayilar sahilə qayıdır.//Ədəbiyyat və İncəsənət.-1970.-23 yanvar

  167. Deyiləni eləməyin.Gəl.//Bakı.-1971-27 fevral

  168. Niyə satirik olmadım.//Kənd həyatı.-1971. №3,səh.42-44

  169. Azarkeş.//Bakı.1971.-4 sentyabr.

  170. Ləkə.//Azərbaycan qadını.-1971.- №11,səh.14-16.

  171. Eşitdiklərim.//Təşviqatçı.-1971-№-3.

  172. Qızıl ulduzlu qəhrəman.//Təşviqatçı.-1971-№9,səh.25-29.

  173. Azad da bu dünyada yaşayır.//Təşviqatçı.-1971-№4, səh.26-30.

  174. Əli dolu, üzüağ. .//Bakı.-1971-27 aprel.

  175. Şirvanlı qız.//Təşviqatçı.-1971-№6,səh.30-32.

  176. Bir il, bir ay.//Təşviqatçı.-1971-№12,səh.23-26.

  177. Ata yurdunda.//Təşviqatçı.-1971-№18,səh.23-28.

  178. Ataların yolu ilə.//Təşviqatçı.-1971-№22,səh.27-29.

  179. Usta Bəkior.//Təşviqatçı.-1971-№11,səh.30-32.

  180. Çiyin-çiyinə.//Təşviqatçı.-1971-№17,səh.22-25.

  181. Ailə-məişət münasibətləri haqqında.//Təşviqatçı.-1971-№24,səh.17.

  182. Bir ömrün səhifələri.//Təşviqatçı.-1971,səh.21-25.

  183. Sizə baxaq fəxr edək.//Təşviqatçı.-1971-№1,səh.24-27.

  184. Əbülfəz və övladları.//Təşviqatçı.-1971-№2,səh.28.

  185. Bir ailə və qohumları.Etirafş//bakı.1971.

  186. Çorək bişirən.//Təşviqatçı.-1972-№18,səh.28-30.

  187. Qurgu rəəisi Elman.//Azərbaycan.-1972-№11- səh.167-170.

  188. Qovacağı ürəyindən qübarı.//Azərbaycan.-1972-№7, səh.87-91.

  189. Mərasimlərin bir əlaməti haqqında.//Təşviqatçı.-1972-№2,səh.21.

  190. Toy mərasimi.//Təşviqatçı.-1972-№3,səh.25.

  191. Məişət, ailə və ənənələr.-1972.- №.22.

  192. İzi qalan illər.//Bakı.-1973.-6 noyabır.

  193. Zərifə.//Təşviqatçı.-1973.

  194. Xalqların Ümumdünya bayramı.-1973.- №7,səh.15.

  195. Ən böyük əsər.//Azərbaycan qadını.-1973.- №3.səh.12-14

  196. Müqəddəs ağac.//Ədəbiyyat və İncəsənət.-1973.-3 mart.

  197. Ata ürəyi.//Azərbaycan gəncləri.-1973.-22 noyabr.səh.4

  198. Həyat eşqi.Soraqlı dünyam.// Bakı.-1973.-13 dekabr. səh.3.

  199. Yarpaq.//Ədəbiyyat və incəsənət.-1973.-3 mart.

  200. Olaydı-olmayaydı.// Yüksəliş.-1973.-29 mart.

  201. Axırıncı sərnişin.//Bakı.-1974.23 mart.

  202. Qarşı sahil.//Azərbaycan gəncləri.-1974.-8 iyun.

  203. Ürəyim səni istəyir.-Bakı.-1974.-18 noyabr.

  204. Fəxrimizsiniz.// Bakı.-1974.-28 yanvar.

  205. Narahat ürək.// Bakı.-1974.-24 avqust.

  206. Ata və oğul.// Təşviqatçı.-1975.- №2.səh.46-48.

  207. Kommunist.Səlimə.Onun yüksəliş yolu.//Təşviqatçı.-1975.- №15.

  208. Əskər bacısı.Yadigar.1975.-1 mart.

  209. İnqilabi ənənələr və gənclik.//Azərbaycan kommunisti.-1975.- №1.səh.-91-93.

  210. Məsuliyyət hissi gözlənmədikdə.// Təşviqatçı.-1975.- №12.səh.2.

  211. İlk balıq vətəgəsi harada yerləşmişdir?.// Oktyabr bayrağı.-1976.-12 iyun.-səh.4.

  212. Oyun.// Azərbaycan gəncləri.-1976.-21 sentyabr.səh.3.

  213. Ürək xoş niyyətli olanda.//Bakı.-1977.- №6.

  214. Çay və balıq.İki gülüş.// Sovet kəndi.-1977.-12 iyul.səh.4.

  215. Qədir ağacı.// Bakı.1977.-1 oktyabr.-səh.3.

  216. Calaq üsulu ilə yazılmış kitab.// Kommunist.1977.-3 aprel.-səh.4.

  217. İnciklik.//Ədəbiyyat və incəsənət.1977.-26 fevral.səh.4.

  218. Oğul payı.//Azərbaycan qadını.-1978.- №7.-səh12-14.

  219. Məhəbbəti axtarmalı.//Azərbaycan qadını.-1979.- №4-səh.12-14.

  220. Unudulmayan gün.// Bakı.1979.-25 avqust.-səh.3.

  221. O yay səhərində.//Azərbaycan gəncləri.-1982.-2oktyabr.-səh.4.

  222. Gərək biləydin.//Kənd həyatı.-1984.- №5.-səh.39-41.

  223. Kişi məclisi.//Ədəbiyyat və incəsənət.-1986.-3oktyabr. səh.7.

  224. Bir tikə çörək.//Pionerş1987.- №2.-səh.12-13

Rus dilində:

  1. Рустави-Бхилаи.//Заря Востока.-1958,

  2. Обида.//Молодежи Азербайджана.-1968.-7 сентябрь.

  3. Ценная и полезная книга (Кавказский этнографический сборник).//Агитаторю-1968.-№23.-с.27-30.


Haqqında:

  1. Təhmasib M. Bir kitabça haqqında.// Kommunist.-1966.- 8 dekabr.

  2. Mustafayev X. Əmək şöhrəti ənənələri.// Sovet kəndli.-1976.-17 fevral.

  3. Əhmədova Ə. Yubiley ilinə hədiyyəmiz.// Azərbaycan gəncləri.-1977.-31 avqust.

  4. Mansurzadə A. Gənc nəslin tərbiyəsi vacib məsələdir.// Azərbaycan müəllimi.1974.-20 mart.

  5. Məmmədov Ö. Ürəyim səni istəyir.// Oktyabr bayrağı.-1980.29 noyabr.

  6. Fərzəliyev F. Qarayazıdan Xəzərədək.// Qəbələ.-1980.- 17 may.

  7. Mustafayev A. və Musayev M. Xəzər dənizinə qədər.// Ədəbiyyat və incəsənət.-1980.-12 dekabr.

  8. Xəlilzadə F. Qarayazədan Xəzərədək.//Azərbaycan təbiəti.-1980.-№21.-səh.40-41.

  9. Xəlilov Q. Maraqlı lövhələr.// Ədəbiyyat və incəsənət.1981.-24 aprel.

  10. Kazımov Q. Ürəyim səni istəyir.// Azərbaycan müəllimi.-1980.-29 oktyabr.- s4.

  11. Zeynallı A.Ürəyim səni istəyir..// Azərbaycan gəncləri.-1980.-11 noyabr.-s4.

  12. Hacıyeva N. Haray. // Sovet kəndli.-1984.-25 yanvar.

  13. Baxşıyev Ə. Cəsarətə çağıran kitab. //Yeni Ordubad.-1984.-18 iyul.s.3-4.

  14. Baxşıyev Ə. Gözəl sənət əsəri.// Yeni Ordubad.-1984.-7 dekabr.-səh.4.

  15. Gəncəli S. Haray.// Azərbaycan gəncləri.-1984.-19 iyul.-səh.4.

  16. Rza X.Haray.// Azərbaycan müəllimi.-1984.-7 dekabr.-səh.4.

  17. Əbilov İ. Dalğalar qoynunda.// Ədəbiyyat və incəsənət.-1985.-6 sentyabr.

  18. Əliyev Q. Bu nə “Haray”dır?.// Bakı.-1985.-4 sentyabr.-səh.3.

  19. Məmmədov B. Tanış surətlər,tanış talelər.// Oktyabr bayrağı.-1985.-8 yanvar.

Tərtib edən: Mahmudova Reyhan.
Yüklə 5,42 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə