“Qanun”.-2015.-№ 1(243).-S.125-128.
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ
DÖVLƏT SİYASƏTİNİN ƏSASLARI
Əzizxanlı Məmmədxan Nəhmət oğlu,
hüquqşünas
Giriş
Azərbaycan Respublikası milli dövlət siyasətinin Əsasları (bundan sonra-Əsaslar) bütövlükdə dövlətin, digər
hüquqi və fiziki şəxslərimizin - milli varlığımızın qorunması, bərpası və inkişaf etdirilməsi sahəsində aparıcı
istiqamətlərini müəyyən edir.
Azərbaycan Respublikasında ən qiymətli dəyər insandır. Odur ki, insana xidmətdə olmayan gərək deyil.
Azərbaycan Respublikasında yaşamaq soydaşlarımızın təbii haqqıdır.
Varlığımızı (haqqımızı) qəbul etməyən, Azərbaycan Respublikasının qorunmasını özünün vəzifəsi saymayanlar,
Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulan və onun ərazisində qüvvədə olan vətəndaş hüquqlarına
iddia edə, ondan yararlana bilməzlər
Əsasların hüquqi mənbələri
Əsaslar, əsas insan və vətəndaş hüquqları və azadlıqları haqqında, “Azərbaycan Respublikasının dövlət
müstəqilliyini bərpa etmək haqqında Bəyannamə” barəsində Azərbaycan Respublikasının Ali Sovetinin 30 avqust
1991-ci il tarixli Qərarı, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Azərbaycan Respublikası Ali
Sovetinin 18 oktyabr 1991-ci il tarixli Konstitusiya Aktı, Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə
nəzərdə tutulan hədəflərə çatılması üçün ölkəmizin tarixi ərazilərində və kənarda yaşayan vətəndaşlarımızın,
soydaşlarımızın tarixi vətənləri ilə qarşılıqlı münasibətlərini tənzimləyir, onların ölkə daxilində və xaricdə özəl
haqlarının qorunması, bərpası və inkişaf etdirilməsinin təmin edilməsini, onların təşkilatlanmasına qanuni vasitələrlə
yardım etməklə dəstək verilməsini nəzərdə tutur.
Əsaslar, nəzərdə tutduğu hədəflərə çatmaqda , həmçinin BMT-nin Baş Məclisi tərəfındən 1948-ci il dekabrın
10-da qəbul olunmuş “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”yə, Avropa Şurasının 4 noyabr 1950-ci il
tarixdə qəbul etdiyi ’’İnsan hüquqları və əsas azadlıqlarının Müdafıəsi haqqında Konvensiya”ya və İslam Konfransı
Təşkilatının 19 sentyabr 1981-ci il tarixli “İnsan Hüquqlarının Ümumislam Bəyannaməsi”nə söykənir.
Azərbaycan xalqının hüquqlarının qoruyucusu - özünün demokratik əsaslarla qurduğu milli dövlətidir. Milli
demokratik dövlət - Azərbaycan xalqının rifahmı təmin edə biləcək ən böyük tarixi nailiyyətidir.
Azərbaycan Respublikası milli dövlət siyasətinin prinsipləri
Əsaslar, ölkəmizin tarixi ərazisində və dünyada vətəndaşlarımızın, soydaşlanmızın milli və beynəlxalq hüquqla
təsbit olunmuş insan və vətəndaş hüquqlarının təminatına, bərpasına və inkişafına xidmət edir.
[səh. 125-126]
Azərbaycan Respublikasında və dünyada vətəndaşlarımızın, soydaşlarımızın insan və vətəndaş hüquqlarının
qorunması, təminatı, toplumlararası vaxtaşırı mədəni əlaqələr milli təhlükəsizliyimizin tərkib hissəsi kimi dövlətimiz
üçün həmişə üstün məsələ sayılmalıdır. Bu, yaxın qonşularla münaqişəsiz yaşamağın ən vacib şərtlərindən biridir.
Azərbaycan xalqı öz hakimiyyəti simasında sonuncu Respublikasını qurmaqla özünün tarixi ərazisində bərpa,
İstiqlal Bəyannaməsini elan, Əsas qanununu qəbul etməklə özünün dövlətçilik dəyərlərinə, insan və vətəndaş
hüquqlarına nə qədər sayğılı, sadiq olduğunu təsdiqləmiş oldu.
Əsaslar, bütün rənglərdən olan imperialistlərin hər cür pərdələnmiş ad altında bizi özündən asılı hala salmaq,
iqtisadi, siyasi, mənəvi və hərbi basqıya məruz qoymaqla, maddi və mənəvi sərvətlərimizi ustufca qamarlamaqla,
varlığımızı öz içində əritməklə yox etmək istəkləri qarşısında keçilməz sədd olacaq “Milli olmayan, bəşəri deyil”
yanaşmasını (tutarqasını) əsas tutmaqla onların hər cür təcavüzünü heçə endirmiş olur.
Milli məsələlərin çözülməsində üstünlük, bir qayda olaraq, qarşılıqlı anlaşmaya verilməlidir. Hərb, yalnız haqqı
aşkar tapdananların sonuncu, təbii haqqıdır.
Sabiq Sovet Sosialist Respublikalar İttifaqı məkanında yaranan milli dövlətlərdən ilk və yeganə olaraq məhz
bizdə “Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının
qorunması dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında” Azərbaycan Respublikası Prezidentinin 16
sentyabr 1992-ci il tarixli, 830 saylı Fərmanı verilmişdi ki, bu da dövlətimizin, ölkəmizin azsaylı xalqlarına doğma
münasibətin göstəricisi sayılmalıdır.
Azərbaycan Respublikası milli dövlət
siyasətinin məqsədi və vəzifələri
Dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası ərazisinin doğma xalqlarının iradəsi ziddinə baş
vermiş işğalın mənfi nəticələrini rədd etməklə öz tarixi ərazilərinə təbii haqqını bərpa etmişdir. Bu baxımdan
Əsaslar, həm də Azərbaycan Respublikası öz tarixi ərazilərinə təbii haqqım fakta çevirmək yönündə dövlət
orqanlarının, digər hüquqi və fiziki şəxslərin öz fəaliyyətlərində əsas tutmalı, nəzərə almalı olduqları nəzəri, strateji
və taktiki hazırlıq, təməl sənədidir.
Azərbaycan xalqının müqəddəs ocaq kimi yurd yeri, vətən bildiyi tarixi ərazilərindən başqa yerlərdə gözü
olmadığı kimi, öz halal torpaqlarını da göz bəbəyi kimi qoruyacaqdı.
Əsaslar, ölkəmizdə və dünyada təbii, tarixi zəruri qaydada məskunlaşmış, əsrlərcə birgə yaşamış, mənən
qovuşmuş, Azərbaycanı sevən, onu özünə ümidgah, vətən sayan, dilindən, dinindən, cinsindən, irqindən asılı
olmayaraq bütün insanları - doğma Azərbaycan xalqlarının dəyərli özəlliklərini qorumağa, bərpa etməyə, inkişaf
etdirməyə xidmət edir
Bu gün hüquqi təminatında yaşadığımız Respublikamız 20-ci əsrin başlanğıcında Şərqdə ilk demokratik
dövlətin - Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları olan aydınlarımızın çox çətinliklə formalaşdırdıqları
azərbaycançılıq ideologiyasının məntiqi sonucudur. Məhz, bu ideologiyanın əsasında dövlət quruluşumuzun təməl
prinsipləri, yaşam tərzimizi müəyyən edən əsas qanunumuz - Konstitusiyamız qəbul edilmişdir. Deməli, milli
ideologiya dedikdə, əsas qanunlarımızı göz önünə gətirmək, dünyada öncül olmaq üçün əsas qanunlarımızı
mükəmməlləşdirmək və onların düzgün tətbiqinə çalışmaq, ölkədə idarəçiliyi inkişaf etdirmək başa düşülməlidir. Bu,
Əsasların hədəflərindən biridir.
[səh. 126-127]
Bu sənəd, dövlətimizin tarixi ərazilərimizdə bərpa və inkişaf etdirməli olduğu dövlətçilik dəyərləri sırasında
insan faktorunun üstün təminatı üçün əsasdır. Vətəndaşlarımızın rifahının, insan faktorunun üstün, daha dolğun
təminatı inkişaf etmiş ətraf və dünya xalqlarının qibtəedici diqqətini qazanacaq qədər cəlbedici qurulmalıdır. Belə ki,
biz, yalnız yaxşı nümunə olmaqla milli dövlət siyasətini uğurla yürüdə, milli ideologiyamızı ifadə etməli olan
Konstitusiyamızdakı hədəflərimizə çata bilərik. Biz yaşamda ən yaxşıya iddialıyıq ona görə ki, buna, həm insani,
həm maddi potensialımız yetərincədir. Bu da bizə ən yaxşı yaşamalı olduğumuza haqq verir. İşimizi yaxşı qurarıqsa,
vətəndaşlarımiz arasında sözün həqiqi mənasında həmrəylik yaradırıqsa, buna asanliqla nail ola bilərik.
Azərbaycan Respublikası, vətəndaşlarının digər dövlətlərin ərazisində yaşayan soydaşları ilə sərbəst əlaqə
saxlama hüququnu təmin edir.
Azərbaycan Respublikası milli dövlət siyasətinin əsas istiqamətləri
Azərbaycan xalqı, ölkəmizdəki ətlə dırnaq qədər qovuşmuş doğma xalqçılığın, millətçiliyin qarşılıqlı sayğıya,
bəşəri dəyərlərə söykənən, biri digərini mənən tamamlayan, qoruyan özəl toplusu kimi insanın azad yaşam haqqına
təminat verən çağdaş, dünyəvi, demokratik, vahid və daha cilalanmış hüquqi dövlət qurmaqda qərarlıdır.
Azərbaycan Respublikası xaricdə yaşayan vətəndaşlarımızın, soydaşlarımızın tarixi vətəni kimi onlara
beynəlxalq hüquqi aktlarda və yaşadıqları ölkənin qanunvericiliyində nəzərdə tutulan hüquqlarının təmin olunması,
dil, din, mədəniyyət abidələrinin, milli adət, ənənələrin və digər özəlliklərinin qorunub saxlanılması və onlardan
istifadə üçün qanunla qadağan olunmayan bütün mümkün vasitələrlə yardım edir.
Azərbaycan Respublikası, tarixi torpaqlarından qovulmuş soydaşlarının öz yurduna dönmələri üçün bütün
imkanlardan istifadə hüququnu özündə saxlamaqla, bu dövləti cinayət aktlarını ilk fürsətdəcə, ardıcıl olaraq bütün
beynəlxalq kürsülərdən səsləndirməklə dünya xalqlarını bu azğınlıqlarla tanış edir.
Azərbaycan Respublikası bütün dünya xalqlarına bəyan edir ki, türklərin, müsəlmanların, soydaşlarımızın heç
bir zərurət olmadan tarixi vətənləri İrəvan xanlığı ərazisindən, yəni keçmiş Ermənistan Sovet Sosialist
Respublikasından Azərbaycan Sovet Sosialist Respublikasına zorla köçürülmələri, yəni deportasiya olunmaları
barədə keçmiş Sovet Sosialist Respublikalar İttifaqının Nazirlər Sovetinin 23.12. 1947-ci il tarixli, 4083 saylı və
10.03.1948-ci il tarixli, 754 saylı qərarları “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”nin 3-cü (Hər bir insan
yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir.), 9-cu (Heç kəsi əsassız şəkildə həbs etmək, tutmaq,
yaxud sürgün etmək olmaz.), 17-ci maddəsinin 2-ci bəndinə (Heç kimi əsassız yerə öz əmlakından məhrum etmək
olmaz.) zidd olaraq verilmiş və 1948-1953-cü illərdə amansızcasına icra edilmişdir.
Azərbaycan Respublikası milli dövlət siyasətinin icra mexanizmi
Azərbaycan Respublikasını özünə vətən sayan hər bir köklü (aborigen) millət, xalq, etnik qrup qanundan kənar
olmayan özəlliyini yaşatmaqda, qorumaqda, inkişaf etdirməkdə, yaymaqda, inanca sahib olmaqda sərbəstdir və digər
həmvətənləri ilə eyni hüquqa malik olmaqla dövlətin tam himayəsindədir.
Azərbaycan Respublikası, vətəndaşı olaraq öz ərazisində yaşayan millət, xalq və etnik qrupların mədəni, dil,
dini, adət-ənənə, dini mərasim və ayinlərin, milli sənətkarlığın, peşəkarlıq, özfəaliyyət yaradıcılığı, xalq sənətlərinin,
tarix və mədəniyyət abidələrinin qorunması, tədrisi, təlim, tərbiyəsi, bərpası, inkişaf etdirilməsi və onlardan istifadə
olunmasına hər cür şərait
[səh. 127-128]
yaratmaq, maliyyə vəsaiti ayırmaqla təminat verir.
Azərbaycan Respublikasında milli əlamətlərə görə ayrı-seçkiliyə, milli müstəsnalığın, milli üstünlüyün bərqərar
edilməsinə və milli düşmənçiliyin qızışdırılmasına yönələn, hər hansı hərəkət qanunla cəzalandırılır.
Azərbaycan Respublikasında milli azlıq təşkil edən vətəndaşların hüquq və azadlıqlarının qorunması, dil və
mədəniyyətlərinin inkişaf etdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu qəbul olunmalıdır (16.09.1992-
ci il tarixli, 830 saylı Fərmanın tam mətni bazasında zəruri əlavələrlə qəbul olunması tövsiyə olunur.).
Azərbaycan Respublikası, 1948-1953-cü və 1989-cu illərdə türklərin, müsəlmanların, soydaşlarımızın tarixən
yaşadıqları Ermənistan SSR ərazisindəki torpaqlarından heç bir zərurət olmadan kütləvi deportasiyasının bizimçün
ağır demoqrafık nəticələrini aradan qaldırmaq üçün onların öz yurd yerlərinə dönmələrinə bütün mümkün vasitələrlə
lazımi şərait yaradacaq.
Azərbaycanın quzeyinin (indiki, Azərbaycan Respublikasının tarixi ərazisi) 1828-ci ildə çar Rusiyası, 1920-ci
ildə Sovet Rusiyası tərəfindən işğal, ruslar və ermənilər tərəfindən tarixi İrəvan xanlığı ərazisində erməni dövləti
qurulması, 1989-1994-cü illərdə Qarabağın dağlıq hissəsinin və ətrafındakı 7 rayonun rusların dəstəyi ilə ermənilər
tərəfindən işğalı nəticəsində ölkəmizin ərazi, insan, sərvət və mənəvi dəyərlərinin itkiləri barədə aparılmış tədqiqat
işləri uyğun icra orqanları tərəfindən dərsliklərə salınmaqla orta və ali məktəblərdə tədris edilməlidir.
Rus işğalı nəticəsində Quzey Azərbaycanın ərazi və kütləvi insan itkilərini əks etdirən xəritələr tərtib edib
vaxtaşırı olaraq beynəlxalq təşkilatların, dünya ictimaiyyətinin müzakirəsinə çıxarmaqla onları bugünkü taleyimizi
şərtləndirmiş amillərlə düzgün məlumatlandırmalıyıq.
Əsaslarda nəzərdə tutulanlar aidiyyətinə aid olan bütün uyğun dövlət hakimiyyəti, məhkəmə, prokurorluq, icra
təsisatları (orqanları) və digər ictimai təşkilatlar tərəfındən həyata keçirilir, vaxtaşırı Milli Məclisdə müzakirə
olunmaqla, qiymətləndirilir.
25 noyabr 2014-cü il.
Ən yuxarı dövlət məsulları üçün yaddaş:
Azərbaycan Respublikası, itirilmiş tarixi torpaqlarının qaytarılması üçün məxfi olaraq, ayrıca, xüsusi dövlət
Proqramı hazırlamalıdır. Proqram iki - tarixi, elmi əsaslandırma, təbliğat və hərbi hissədən ibarət olmalıdır.
Azərbaycan, torpaqlarını rus işğalı altında ikən, yəni öz xalqının iradəsi ziddinə itirdiyindən, suverenliyini bərpa
etdikdən sonra tarixi əraziləri üzərində öz suveren hüquqların bərpa etməlidir. Belə ki, ölkəmizin rus işğalı altında
olduğu dövrdə onunla bağlı yaranmış faktiki siyasi hüquqsuzluq (əsarət) vəziyyəti nəticələrinin bizimçün artıq
hüquqi qüvvəsi qalmır, yoxdur və ola da bilməz. О səbəbdən ki, biz öz özgür (suveren) hüquqlarımızı bərpa etməklə,
barəmizdə (ölkə taleyində) yaranmış əsarət kimi mənfı nəticələri tanımamaq, qüvvədən salmaq, aradan qaldırmaq
imkanı kimi təbii haqqımızı əldə etmiş oluruq və etmişik. Bu təbii hüququmuzun real təminatı isə ümummilli işimizi,
milli, mənəvi borcumuzu necə təşkil edə biləcəyimizdən asılı olacaqdır.
20 noyabr 2014-cü il.
Dostları ilə paylaş: |