Azərbaycan respublikasi naxçivan muxtar respublikasi – 90



Yüklə 49,79 Mb.
Pdf görüntüsü
səhifə3/47
tarix01.08.2018
ölçüsü49,79 Mb.
#60007
1   2   3   4   5   6   7   8   9   ...   47

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
imperiyasına  coğrafi  baxımdan  yaxın  olmasını  nəzərə  alaraq 
dağıtdıqları  qalaları  yenidən  bərpa  etmək  məcburiyyətində 
qaldılar.  Onlar  Şahbuz  ərazisindəki  qalanı  bərpa  edərək 
“Şapurqala” adlandırdılar. 
Sasanilərlə  Roma  arasındakı  müharibə  yeni  müqavilə  ilə 
nəticələndi.  Bağlanmış  sülh  müqaviləsi  nəticəsində  Sasani 
qoşunları  Naxçıvanı  tərk  etməli  oldular.  387-ci  ildə  bağlanmış 
müqaviləyə  görə,  Naxçıvan  yenidən  Sasanilərin  əlinə  keçir. 
Burada Sasani mərzbanlarının iqamətgahı yerləşir, Sasani şahları 
adından 
sikkələr 
zərb 
olunurdu. 
Naxçıvan 
zərbxanası 
Azərbaycanda  mövcud  olmuş  qədim  zərbxanalardan  sayılırdı. 
Burada  “naxç”  işarəsi  ilə  Sasani  sikkələri  zərb  olunmuşdur.
 
Həmin dövrdə Naxçıvan şəhərində 30  minə qədər yaşayış evi  və 
150 min əhali vardı. 
VII  əsrin  birinci  yarısında  Bizans  qoşunları  Naxçıvan 
şəhərini  mühasirəyə  alsa  da,  şəhəri  işğal  edə  bilmədi.  Bizans 
ordusunun  625-ci  ildə  Naxçıvan  üzərinə  yürüşü  zamanı  şəhər 
dağıdıldı,  Dəbil  ələ  keçirildi.  Gənzədəki  məşhur  atəşgah  viran 
qoyuldu.  
Ərəb  xilafətinin  yaranması  dünya  tarixində  böyük 
dəyişikliklərə  səbəb  oldu.  Ərəb  istilası  və  İslamın  yayılması 
Azərbaycana  da  öz  təsirini  göstərdi.  VII  əsrdə  Cənubi  Qafqazın 
digər regionları kimi, Naxçıvan da ərəb xilafətinin işğalına məruz 
qalmışdır.  Ərəblərin  Naxçıvan  ərazisinə  ilkin  hücumu  basqın 
xarakteri daşısa da, nəticə etibarilə, ağır idi: kəndlər, obalar qarət 
edilmiş,  əhalinin  bir  hissəsi  öldürülmüş,  bir  hissəsi  didərgin 
salınmışdı.  Naxçıvanın  ərəblər  tərəfindən  işğalı  mərhələli 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
xarakter  daşımış,  Xilafət  qüvvələri  bu  əraziyə  bir  neçə  dəfə 
hücumlar etmişdilər. 
Yadelli  əsarətini  qəbul  etməyən  Azərbaycan  xalqı 
ərəblərin  işğalçılıq  siyasətinə  qarşı  azadlıq  mübarizəsinə  qalxdı. 
Babəkin  başçılıq  etdiyi  azadlıq  müharibəsinin  (816-837)  əsas 
mərkəzlərindən biri də Naxçıvan idi. Bu azadlıq müharibəsi Ərəb 
xilafətinin əsaslarını zəiflətdi.  
IX  əsrin  sonlarına  doğru  Ərəb  xilafətinin  zəifləməsi 
nəticəsində  Naxçıvan  torpaqları  əvvəl  Sacilər  (879-930),  sonra 
isə  Salarilər  (941-981)  dövlətlərinin  tərkibinə  daxil  olmuşdu. 
Əsrin sonlarına yaxın ölkədə yaranmış siyasi vəziyyət zəminində 
Naxçıvanda  müstəqil,  yaxud  yarımmüstəqil  dövlət  qurumu 
“Naxçıvanşahlıq”  meydana  gəlir.  80  ilə  yaxın  mövcud  olmuş  bu 
dövlət  qurumu  Əbu  Düləfilər  tərəfindən  idarə  edilmişdir. 
Akademik  N.Vəlixanlı  qeyd  edir  ki,  “Naxçıvanşahlıq”  müstəqil 
dövlət  yox,  Şəddadilər  dövlətinin  tərkibində  bir  əmirlik 
olmuşdur.  Əbu  Düləf  dövlət  başçısı  deyil,  yalnız  Naxçıvanın 
hakimi-əmiri  olmuşdur.  Naxçıvanşahlıq  Salarilər  dövlətinin  son 
vaxtlarında meydana gəlmiş və Rəvvadilər dövləti ilə eyni vaxtda 
mövcud  olmuşdur.  Müasir  Ordubad  ilə  Əylis  arasında  yerləşən 
Qoltan  əmirliyinin  hakimi  Əbu  Düləf  982-ci  ildə  Salarilərin  son 
nümayəndəsi  Dvin  hakimi  ibn  İbrahimi  məğlub  edərək  Dvin 
(Dəbil),  Naxçıvan  və  s.  şəhərləri  tutur  və  Vaspurakan  da  daxil 
olmaqla həmin ərazilərdə möhkəmlənməyə çalışır. Lakin o, buna 
nail  ola  bilmir.  Onun  nəvəsi  Əbu  Düləf  sonralar  Dvini  yenidən 
tutur  və  “Naxçıvanşah”  titulu  qəbul  edib  şahlığı  idarə  edir. 
Azərbaycan  şairi  Qətran  Təbrizinin  qəsidələrindən  göründüyü 
kimi,  Naxçıvanşah  Əbu  Düləf  Azərbaycan  hakimi  Rəvvadi 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Bəhsudan  ilə  dost  olub  onunla  hərbi  ittifaqa  girmiş  və  müttəfiq 
qoşunlar  Bizansa,  eləcə  də  başqa  düşmənlərə  qarşı  birgə 
vuruşmuşlar. 
Səlcuq  hökmdarı  Sultan  Toğrulun  (1038-1063)  Böyük 
Səlcuq  imperiyasını  yaratması  ilə  dünya  tarixində  böyük 
dəyişikliklər baş verdi. Səlcuq hökmdarı Toğrul bəyin varisi Alp 
Arslan 
(1063-1072) 
Azərbaycanın 
cənub 
vilayətlərində 
Rəvvadilər  sülaləsinin  hakimiyyətinə  son  qoyduqdan  sonra, 
1064-cü  ildə  Naxçıvana  yiyələnmişdir.  Alp  Arslanın  oğlu  Məlik 
şah  və  vəziri  Nizam  ül-mülk  tərəfindən  Naxçıvan  qalaları  fəth 
edilmiş  və  burada  əmirlik  yaradılmışdır.  Alp  Arslan  Naxçıvan 
şəhərində 
özünə 
xüsusi 
iqamətgah 
tikdirir. 
Səlcuqların 
Azərbaycandakı canişini Naxçıvanda yerləşirdi.  
Səlcuqları tədricən siyasi və iqtisadi qüdrət kəsb edən ayrı-
ayrı  atabəy  sülalələri  əvəz  etdi.  Böyük  Səlcuq  imperiyasının 
süqutundan  sonra  Azərbaycan  ərazisində  Eldəniz  (1136-1175) 
tərəfindən  əsası  qoyulan  Azərbaycan  Atabəylər-Eldənizlər 
dövləti  (1136-1225)  yarandı.  1146-cı  ildə  ölkədəki  vəziyyətdən 
istifadə edən Atabəy Eldəniz Naxçıvan vilayətini öz torpaqlarına 
birləşdirir  və  həmin  dövrdən  etibarən  Naxçıvan  şəhəri  və  onun 
vilayəti  Eldəniz  nəslinin  irsi  iqtasına  çevrilir.  Eldənizlər 
dövlətinin  tərkibinə  Azərbaycan,  Arran,  Naxçıvan,  Fars  (Əcəm) 
İraqı,  Rey,  Həmədan  və  s.  vilayətlər  daxil  idi.  Naxçıvan  sərhəd 
vilayəti kimi xüsusi rejimdə idi. Naxçıvan vilayəti divan əl-xassə 
və  ya  divan  əl-əla  adlanan  Ali  divana  tabe  idi.  Atabəylərin 
xəzinəsi  həmişə  atabəyin  olduğu  yerdə  saxlanılırdı.  Əsas  xəzinə 
isə Naxçıvan yaxınlığındakı Əlincə qalasında mühafizə olunurdu. 
Azərbaycan  Atabəyləri  dövlətinin  mərkəzi  şəhəri,  paytaxtı  XII 


Yüklə 49,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə