Azərbaycan respublikasi naxçivan muxtar respublikasi – 90



Yüklə 49,79 Mb.
Pdf görüntüsü
səhifə4/47
tarix01.08.2018
ölçüsü49,79 Mb.
#60007
1   2   3   4   5   6   7   8   9   ...   47

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
əsrin  30-70-ci  illərində  Naxçıvan  şəhəri  olmuşdur.  Eldənizlər 
dövlətinin  banisi  Şəmsəddin  Eldənizin  hakimiyyətinin  ilk  döv-
ründən  dövlətin  siyasi,  “padşahlıq  iqamətgahı”  Naxçıvan 
şəhərində yerləşmişdir. Azərbaycan hökmdarı Məhəmməd Cahan 
Pəhləvanın  dövründə  (1175-1186)  Naxçıvanın  hakimi  Qızıl 
Arslan, onun ölümündən sonra isə arvadı Zahidə xatın idi. Cahan 
Pəhləvanın  oğlanları  Əbubəkr  (1191-1210)  və  Özbəyin        
(1219-1225)  hakimiyyəti  dövründə  paytaxt  Təbriz  olsa  da, 
Naxçıvan  iqtisadi  və  mədəni  mərkəz  kimi  mühüm  rol 
oynamışdır. O dövrdə Naxçıvan şəhərində təxminən 150-200 min 
əhali  yaşamışdır.  Məhəmməd  Naxçıvani  şəhərin  bu  dövrü 
haqqında  yazır  ki,  “Təbrizdən  və  Bağdaddan  sonra  Naxçıvan 
kimi  cəlallı  və  əzəmətli  şəhər  yox  idi”.  Naxçıvan  Azərbaycanın 
iqtisadi,  siyasi  və  mədəni  mərkəzlərindən  biri  kimi  dünya 
miqyasında  şöhrət  qazanmışdı.  Şəhərin  mərkəzi  hissəsində 
Möminə  xatın  türbəsi  inşa  edilmişdi.  Buradakı  meydanın 
ətrafında  bir  sıra  binalar  kompleksi  –  hökmdarın  sarayı,  Böyük 
Cümə  məscidi  və  ticarət  binaları  yerləşirdi.  Memar  Əcəminin 
ucaltdığı  Yusif  Küseyir-  oğlu  və  Möminə  xatın  türbələri  Şərq 
memarlığının  nadir  inciləri  sayılır.  Naxçıvan  memarlığı 
Atabəylər dövründə xüsusi məktəbə çevrildi. Onun banisi Əcəmi 
Əbu  Bəkr  oğlu  Naxçıvani  idi.  Onun  yaratdığı  Möminə  xatın 
türbəsi  nəinki  Azərbaycan,  hətta  dünya  memarlığının  nadir 
incilərindən hesab olunur.  
Naxçıvan  haqqında  məlumat  verən  XIII  əsr  qiymətli 
mənbələrindən  birində  (“Əcaib-əd-Dünya”  (Dünyanın  qəribəlik-
ləri))  deyilir:  “Naxçıvan  –  Azərbaycanda  şəhərdir,  böyükdür  və 
əhalisi çoxdur, hündür yerdə yerləşir, çox möhkəmləndirilmişdir. 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Şəhərin  yanında  daşdan  qala  tikiblər,  qalada  mədrəsə,  məscid 
inşa ediblər; qalada şirinsulu bulaq var”.  
Monqolların 
yürüşü 
(1221) 
nəticəsində 
zəifləyən 
Atabəylər-Eldənizlər  dövlətini  Xarəzmşah  Cəlaləddin  süquta  ye-
tirdi.  Naxçıvan  Xarəzmşah  tərəfindən  işğal  olundu.  Bu,  1231-ci 
ilədək  davam  etdi.  Monqolların  ikinci  yürüşü  (1231-1239)  ilə 
Azərbaycanda monqol ağalığı bərqərar oldu. Naxçıvan XIII-XIV 
əsrlərdə  Azərbaycanda  və  ümumiyyətlə,  Şərqdə  gedən  siyasi-
iqtisadi,  mədəni  proseslərin  mərkəzlərindən  birinə  çevrilmişdi. 
Hülakülərin,  çobanilərin,  cəlairilərin  nüfuz  dairələrində  olan 
Naxçıvan bu hakimiyyətlərin siyasi həyatında fəal iştirak edirdi. 
Beşinci monqol ulusu Hülakülər dövləti yarandıqda (1256) 
Azərbaycan  dövləti  bu  torpaqların  tərkibinə  daxil  edildi. 
Naxçıvan  o  zaman  Azərbaycanın  cənub  torpaqlarının  inzibati-
ərazi  baxımından  bölündüyü  doqquz  tüməndən  biri  idi. 
Həmdullah Qəzvini (1282-1345) həmin tümənlərdən səkkizinin – 
Təbriz,  Ərdəbil,  Pişkin,  Xoy,  Sarab,  Marağa,  Mərənd  və 
Naxçıvan  tümənlərinin  adını  çəkir  və  onların  hər  biri  barədə 
müfəssəl məlumat verir. Çoxmənalı “tümən” termini ilə orta əsr-
lərdə  on  min  döyüşçünü  birləşdirən  hərbi  bölüm,  on  min  dinara 
bərabər  pul  vahidi  və  on  min  əsgər  verə  biləcək  inzibati-ərazi 
vahidi  nəzərdə  tutulurdu.  Naxçıvan  bölgəsi  Azərbaycanın  bir  tü-
məni  idi  və dövlətə on  min döyüşçü  vermək qüdrətinə  malik idi. 
Naxçıvan  tüməninə  Azərbaycanın  27  iri  şəhərindən  5-i  –  Nax-
çıvan, Ordubad, Azad, Əncan və Makuyə şəhərləri daxil idi. 
Naxçıvan  tüməni  Makudan  Qafan  dağlarına  kimi  olan 
geniş  ərazini  əhatə  edir  və  Xoy,  Mərənd,  Pişkin  tümənləri  ilə, 
eləcə  də  Qarabağla  hüdudlanaraq  Göyçə  gölünə  qədər  uzanırdı. 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Naxçıvanın  qərb  hüdudlarına  Dvin  şəhəri  də  daxil  idi.  Ərəb 
coğrafiyaşünası  Yaqut  Həməvinin  (1179-1229)  yazdığına  görə, 
Dvin  “Arran  vilayətində,  Azərbaycanın  uzaq  hüdudlarında” 
yerləşir.  Fəzlullah  Rəşidəddinin  (1247-1318)  məlumatına  görə, 
Qafan ərazisi də Naxçıvan tüməninə daxil idi. 
Naxçıvanda  və  onun  ətrafında  Əlincə,  Sürməli,  Gərni, 
Tarmap,  Fəqnan  və  s.  kimi  qala  və  istehkamlar  mövcud 
olmuşdur.  Öz  möhtəşəmliyi,  strateji  mövqeyi,  təbii  şəraiti  ilə 
fərqlənən  Əlincə  XIII-XIV  əsrlərdə  Azərbaycanda  fəaliyyət 
göstərmiş  dövlətlərin  tarixində,  eləcə  də  xalqımızın  azadlıq 
mübarizəsində  əvəzolunmaz  rol  oynamışdır.  XIV  əsrin  son 
rübündə  baş  verən  siyasi  hadisələrin  mərkəzində  Əlincənin 
xüsusi yeri vardır. Bu, Teymurun hücumları və qalanın müdafiəsi 
ilə  bağlıdır.  Həmin  dövrdə  qalanın  hakimi  sultan  Tahir  Cəlairi, 
qala  kutvalları  (sərkərdələr)  isə  Xacə  Cövhər  Əmir  Altun  və 
sonra Əhməd Oğulşayi olmuşlar. Qala 14 il (1387-1401) Teymur 
qoşunlarının  həmlələrinə  sinə  gərmişdir.  Qalaya  4  dəfə  (1387, 
1393,  1397,  1400)  kəskin  hücumlar  olmuşdur.  Lakin  hər  dəfə 
Teymurun  qoşunu  məyus  halda  geri  dönməli  olmuşdur. 
Teymurilərə  qarşı  mübarizədə  hürufilər  mühüm  rol  oynayırdı. 
Hürufiliyin  banisi,  böyük  Azərbaycan  mütəfəkkiri  Fəzlullah 
Nəimi  1394-cü  ildə  Teymurun  oğlu  Miranşah  tərəfindən 
Naxçıvanda 
öldürüldü. 
On 
dörd 
illik 
qəhrəmanlıq 
mübarizəsindən  sonra  Əlincə  qalası  da  daxili  çəkişmələr 
nəticəsində  süquta  uğradı.  Bu  hadisədən  bir  müddət  sonra 
Teymur  Təbrizdən  Naxçıvana  gəlib,  Əlincə  qalasının  başına 
çıxaraq onu seyr etmiş, qalanın əzəməti onu heyran qoymuşdu. 


Yüklə 49,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə