Azərbaycan respublikasi naxçivan muxtar respublikasi – 90



Yüklə 49,79 Mb.
Pdf görüntüsü
səhifə5/47
tarix01.08.2018
ölçüsü49,79 Mb.
#60007
1   2   3   4   5   6   7   8   9   ...   47

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Naxçıvan  XIII-XIV  əsrlərin  mürəkkəb  tarixi  şəraitinə 
baxmayaraq,  sosial-iqtisadi  və  mədəni  cəhətdən  inkişaf  edirdi. 
Kənd  təsərrüfatı,  sənətkarlıq  və  ticarət  sahəsində  mühüm 
irəliləyiş  nəzərə  çarpırdı.  Həmin  dövrdə  Naxçıvan,  Ordubad, 
Culfa  şəhərləri  Azərbaycanın  həyatında  mühüm  yer  tuturdu. 
Naxçıvanda  görkəmli  dövlət,  elm  və  mədəniyyət  xadimləri 
fəaliyyət  göstərirdi.  Əslən  naxçıvanlı  olan  görkəmli  Azərbaycan 
alimi  Nəsirəddin  Tusi  dünyanın  elm  korifeyləri  sırasında  layiqli 
yer tutmuşdur.  
XV  əsrdə  Naxçıvan  diyarı  türk  mənşəli  Qaraqoyunlu  və 
Ağqoyunlu  dövlətlərinin,  XVI  əsrdə  isə  tarix  səhnəsində  230  ilə 
qədər  qalmış  Azərbaycan  Səfəvilər  dövlətinin  tərkibinə  daxil 
olmuşdur. Qaraqoyunlu  və Ağqoyunlu  dövlətlərinin ərazisi Ərəb 
İraqı,  Əcəm  İraqı,  Azərbaycan,  Kürdüstan,  Diyarbəkir,  Luristan, 
Fars,  Kirman  və  b.  vilayətlərlə  yanaşı,  Ermənistanı  da  əhatə 
edirdi. Naxçıvan bu dövrdə Azərbaycanın ayrılmaz tərkib hissəsi 
olmuşdur.  Bəhs  olunan  dövrdə  Ermənistan  ərazisi  “Çuxur-Səd” 
adı  ilə  tanınırdı.  Çuxur-Səd  geniş  ərazini  –  Araz  çayı  vadisinin 
hər iki tərəfini – şimal-qərbdə Suragöl, şimal-şərqdə Göyçə gölü, 
cənub-qərbdə  Qars,  cənub  və  cənub-şərqdə  Sürməli,  Naxçıvan, 
Maku və bəzən də Bəyazid ərazisini əhatə etmişdir. 
Orta  əsrlərdə  Azərbaycanın  ən  geniş  əraziləri  əhatə  etdiyi 
dövr  Səfəvilər  hakimiyyəti  dövrünə  təsadüf  edir.  280-300  min 
kv.km-lik  Azərbaycan  ərazisi  inzibati-ərazi  bölgü  baxımından     
4 bəylərbəyliyə bölünmüşdü:  Şirvan, Qarabağ, Təbriz  və Çuxur-
Səd.  Naxçıvan  1501-ci  ildə  Səfəvilər  dövlətinin  tərkibinə  daxil 
olaraq,  Azərbaycanın  mühüm  iqtisadi,  siyasi  və  mədəni 
mərkəzlərindən  biri  kimi  tanınmışdır.  Azərbaycan  Səfəvi 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
dövlətində  “Naxçıvan  ölkəsi”  əvvəllər  Təbriz  bəylərbəyliyinin, 
sonra isə Çuxur-Səd bəylərbəyliyinin tərkibində olmuşdur. Səfəvi 
şahları  Naxçıvan  ölkəsinin  idarəsini  ən  güclü  dayaqlarından  biri 
olan  türk  qızılbaş  tayfası  –  Ustaclıların  bir  qolu  olan  Kəngərli 
tayfası başçılarına həvalə etmişdilər. Kəngərli tayfa başçıları XIX 
əsrin  20-ci  illərinə  qədər  Naxçıvanın  irsi  hakimləri  olmuşdular. 
Naxçıvan  Səfəvi-Osmanlı  müharibələri  dövründə  dağıdıcı  təsirə 
məruz  qaldı.  XVI  əsrin  50-ci  illərində  Naxçıvan  şəhəri  Osmanlı 
qoşunları  tərəfindən  qarət  edilmiş  və  yandırılmışdır.  II  Şah 
İsmayılın  hakimiyyəti  dövründə  (1576-1577)  Naxçıvan  şəhəri 
Səfəvilərin  hakimiyyəti  altında  olmuş,  XVI  əsrin  sonlarında 
yenidən  Osmanlı  qoşunlarının  hücumlarına  məruz  qalmışdır. 
1590-cı  ildə  səfəvilərlə  Türkiyə  arasında  sülh  müqaviləsi 
bağlandı. Azərbaycanın bir sıra şəhərləri ilə birlikdə Naxçıvan da 
müvəqqəti  olaraq  Osmanlı  imperiyasının  hakimiyyəti  altında 
qaldı. I Şah Abbas (1587-1629) həmin torpaqları İranın tərkibinə 
qaytarmaq  uğrunda  mübarizəyə  başlayır.  Yenidən  genişlənən 
Səfəvi-Osmanlı  müharibələri  Naxçıvanın  həyatına  ağır  zərbə 
vurur.  1605-ci  ildə  Osmanlı  dövləti  I  Şah  Abbasa  qarşı  böyük 
ordu  göndərdi.  Bu  vaxt  İran  şahı  zorakılıqla  Naxçıvan  əhalisini 
Dizmar  və  Qarabağ  vilayətlərinə,  Culfa  əhalisini  isə  İsfahana 
köçürmüşdür.  Naxçıvan  ölkəsindən  70  mindən  çox  adam  sürgün 
edilmişdir. Bu faciəli hadisə tarixdə “Böyük sürgün” adlanmışdır. 
Yalnız  1639-cu  il  sülh  müqaviləsi  bərpa  işlərinə  imkan 
yaratdı.  Sülh  müqaviləsindən  sonra  1647-ci  ildə  Naxçıvan 
şəhərinə  Rzaəddin,  1678-ci  ildən  Şərif  xan,  1691-ci  ildən 
Məhəmmədrza  xan  hakim  təyin  edilmişdi.  Hələ  I  Şah  Abbas 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Naxçıvan  və  digər  Azərbaycan  torpaqlarını  osmanlılardan  geri 
almağa nail olmuşdu. 
I  Şah  Abbasın  dövründə  vəzir  təyin  edilmiş  Hatəm  bəy 
Ordubadi böyük Səfəvi imperiyasının idarə olunmasında mühüm 
rol  oynamışdı.  I  Şah  Abbas  1606-cı  ildə  Ordubada  səfərindən 
sonra şəhəri soyurqal kimi ona bağışlamış, Hatəm bəy isə burada 
geniş  quruculuq  işləri  aparmışdı.  I  Şah  Abbasın  fərmanı  ilə 
(1607)  ordubadlılar  vergilərdən  azad  edilmişdilər.  Həmin 
fərmanın kitabəsi indiyədək qalmaqdadır.  
Rus imperatoru I Pyotrun Cənubi Qafqaza yürüşü Osmanlı 
imperiyasını  da  fəallaşdırdı.  Osmanlı  imperiyası  1723-cü  ilin 
yazından  öz  ordularını  Cənubi  Qafqaza  və  Qərbi  İrana  yeridir. 
1723-cü  ilin  sentyabrında  osmanlılar  Naxçıvan,  sonra  isə  Ordu-
bad  şəhərini  ələ  keçirirlər.  Naxçıvan  torpaqları  1735-ci  ilədək 
Osmanlı Türkiyəsinin hakimiyyəti altında qalır. Osmanlı inzibati-
ərazi  bölgüsünə  əsasən,  Naxçıvan  “Naxçıvan  sancağı”  adı  ilə 
tanınır. Naxçıvan ərazisinin çox hissəsi Naxçıvan sancağına daxil 
idi.  Osmanlılar  ilhaq  etdikləri  ərazilərdə  əhalinin  və  onun  gə-
lirlərinin müfəssəl siyahısını tərtib edirdilər. O cümlədən 1727-ci 
ildə  Naxçıvan  sancağının  iki  nüsxədən  ibarət  “Müfəssəl  dəftəri” 
tərtib  olunmuşdu.  Burada  Naxçıvanın  inzibati-ərazi  bölgüsü, 
vergilərin  miqdarı,  əhalinin  sayı  və  s.  haqqında  mötəbər 
məlumatlar  verilir.  Həmin  məlumatlardan  Naxçıvan  sancağında 
14  nahiyə  (Naxçıvan,  Əlincə,  Sair  Məvazi,  Qışlağat,  Dərəşam, 
Azadciran,  Şorlut,  Dərənürgüt,  Sisyan  və  Dərələyəz)  adı  çəkilir. 
Osmanlılar  Səfəvilər  dövründə  Naxçıvanın  tərkibində  olan  Zor, 
Zəbil və Şərur nahiyələrini sancağın tərkibindən çıxararaq İrəvan 
əyalətinə  birləşdirmişdilər.
 
Naxçıvan  sancağının  9.788  vergi 


Yüklə 49,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə