Azərbaycan respublikasi naxçivan muxtar respublikasi – 90



Yüklə 49,79 Mb.
Pdf görüntüsü
səhifə6/47
tarix01.08.2018
ölçüsü49,79 Mb.
#60007
1   2   3   4   5   6   7   8   9   ...   47

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
verən  əhalisi  xəzinəyə  hər  il  2.629.059  axça  ödəyirdi.  O  dövrdə 
Naxçıvan  sancağı  315  yaşayış  məntəqəsini  əhatə  edirdi.  Buraya 
indiki  Naxçıvan  MR-in  ərazisi,  Ermənistanın  Yexeqnadzor 
rayonu,  Cermuk  rayonunun  yarısı,  Sisyan  rayonunun  böyük  bir 
hissəsi,  Mehri  də  daxil  olmaqla  rayonun  bir  neçə  yaşayış 
məntəqəsi aid idi. 
XVIII  əsrin  30-cu  illərində  İranda  Nadirin  nüfuzu  artırdı. 
Azyaşlı III Şah Abbas 1736-cı ildə öldürüldü. Elə həmin il Nadir 
Muğanda  özünü  şah  elan  etdi  və  bundan  sonra  Azərbaycanın 
bütün  ərazisini  vahid  Azərbaycan  vilayətində  birləşdirdi. 
Naxçıvanda Kəngərli tayfası Nadir şaha itaətsizlik göstərdiyindən 
bu  tayfanın  bəzi  nümayəndələri  Əfqanıstana  köçürüldülər. 
Naxçıvan  diyarının  idarəsi  iki  nəfərə  tapşırıldı:  onlardan  biri 
“hakimi-ölkə-ye  Naxçıvan”,  digər  “hakimi-tümən-i  Naxçıvan” 
adlandırıldı. 
1747-ci  ildə  Nadirin  öldürülməsi  ilə  imperiya  dağıldı. 
Naxçıvan  faktiki  olaraq  müstəqil  feodal  dövlətə  –  xanlığa 
çevrildi.  Həmin  il  Kəngərli  tayfasının  başçısı  Heydərqulu  xan 
özünü Naxçıvan diyarının müstəqil hakimi elan etdi.  
Naxçıvan  xanlığının  ərazisi  indiki  Naxçıvan  Muxtar 
Respublikasının  ərazisindən  xeyli  böyük  olub,  Dərələyəz  və 
Zəngəzur  torpaqlarının  da  çox  hissəsini  əhatə  edirdi.  Xanlığın 
tərkibində 7 mahal (Əlincə, Əylis, Bəlləv, Dəstə, Dərələyəz, Xok, 
Ordubad)  və  2  şəhər  (Naxçıvan,  Ordubad)  var  idi.  Xanlıqlar 
dövründə  ara  müharibələri,  çəkişmələr,  hakimiyyət  uğrunda 
mübarizələr  ənənəvi  hal  almışdı.  Qonşu  dövlətlərin  müdaxiləsi, 
habelə xanlıqda hakimiyyəti ələ keçirmək uğrunda ara verməyən 
saray  çəkişmələri  Naxçıvan  xanlığının  zəifləməsinə  səbəb  oldu. 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Yalnız  Kalbalı  xanın  (1787-1820)  hakimiyyəti  dövründə 
xanlıqda  müəyyən  sabitlik  yarandı.  Naxçıvan  xanlığının  sonrakı 
taleyi  İran-Rusiya  münasibətləri  zəminində  müəyyənləşdi  və 
nəhayət,  1828-ci  il  fevralın  10-da  bağlanmış  Türkmənçay 
sazişinə görə, xanlığın ərazisi Rusiyaya ilhaq olundu. 
1828-ci il  martın 21-də çar I Nikolayın fərmanı ilə keçmiş 
İrəvan  və  Naxçıvan  xanlıqlarının  ərazisində  “erməni  vilayəti” 
adlanan  uydurma  inzibati  ərazi  vahidi  yaradıldı.  “Erməni 
vilayəti”ni qərəgahı İrəvanda yerləşəcək rus generalı idarə etməli 
idi.  Ehsan  xan  Kəngərli Naxçıvanın  naibi  kimi 1840-cı  ilə qədər 
bu  diyarı  idarə  etdi.  1840-cı  ildə  Ehsan  xan  özünün  bütün 
imtiyazlarını  və  Kəngərli  süvari  alayının  başçısı  vəzifəsini 
saxlamaqla naiblikdən istefa verdi. 
Bu,  I  Nikolayın  real  vəziyyəti  nəzərə  almadan,  ənənəvi 
ermənipərəst  siyasətə  əsasən,  erməni  dövləti  yaratmaq  istəyinin 
nəticəsi  idi.  Lakin  çarizm  Rusiya  imperiyası  daxilində  belə  bir 
siyasətin  özünü  doğrultmadığına  tezliklə  əmin  oldu.
 
1840-cı  ilin 
aprelində  çar  hökuməti  Zaqafqaziyada  inzibati  islahata  dair 
qanun verdi: 1841-ci il yanvarın 1-dən qüvvəyə minən bu qanuna 
əsasən,  komendant  üsul-idarəsi  ləğv  olundu  və  burada  ümumi 
Rusiya  inzibati  sistemi  tətbiq  edildi.  Buna  uyğun  yaradılan 
Naxçıvan  qəzası  Ordubad  mahalı  ilə  birlikdə  Gürcüstan-
İmeretiya  quberniyasının  tərkibinə  daxil  edildi.  Bu  zaman 
Naxçıvan  qəzasının  sahəsi  4378  kv.km,  əhalisi  isə  86.878  nəfər 
idi.  Qəza  Naxçıvan,  Ordubad,  Dərələyəz,  Culfa,  Şahbuz  yaşayış 
məntəqələrdən ibarət idi.  
Çar  Rusiyasının  geosiyasi  məqsədlərinə  müvafiq  olaraq 
Naxçıvan  qəzası  1849-cu  ildə  Qərbi  Azərbaycandakı  İrəvan 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
quberniyasına  birləşdirildi.  Bununla  belə,  İrəvan  quberniyası 
tərkibində  də  Naxçıvana  müstəqil  idarəçilik  statusu  verilmişdi. 
Şərur-Dərələyəz  ərazisi  və  Ordubad  dairəsi  də  yeni  yaradılan 
İrəvan 
quberniyasına 
birləşdirildi. 
1870-ci 
ildə 
İrəvan 
quberniyasının  tərkibində  əhalisinin,  demək  olar  ki,  hamısı 
azərbaycanlıdan  ibarət  olan  Şərur-Dərələyəz  qəzası  təşkil  edildi. 
Azərbaycanın  tarixi  əraziləri  olan  İrəvan,  Naxçıvan,  Göyçə, 
Şərur-Dərələyəz,  Yeni  Bəyazid  əraziləri  İrəvan  quberniyasının 
tərkibində idi. 
 
Göründüyü  kimi,  tarixi  Naxçıvan  torpaqları  çar  Rusiyası 
tərəfindən  dəfələrlə  inzibati-ərazi  dəyişikliyinə  məruz  qalmış, 
keçmiş  xanlıq torpaqlarının böyük bir  hissəsi Naxçıvan qəzasına 
daxil edilmişdir. Eyni zamanda Naxçıvan ərazisinin məqsədyönlü 
şəkildə  erməniləşdirilməsi  siyasəti  həyata  keçirilirdi.  İran  və 
Türkiyədən  ermənilər  Azərbaycanın  qədim  torpaqlarına,  o 
cümlədən  Naxçıvana  köçürülür,  əhalinin  etnik  tərkibi  qəsdən 
dəyişdirilirdi.  Lakin  Naxçıvan  əhalisi  bu  qəddar  siyasətə  qarşı 
qəhrəmanlıqla  mübarizə  aparır,  ermənilərin  doğma  torpaqlarında 
möhkəmlənməsinə yol vermirdilər. 
 
Rusiya  imperiyasının  köçürmə  siyasəti  nəticəsində 
Naxçıvanda  ermənilərin  sayı  artırılsa  da,  əhalinin  əksəriyyəti 
yenə  də  azərbaycanlılardan  ibarət  idi.  Köçürülən  ermənilər 
Naxçıvan əyalətinin 6 kəndində, Ordubad dairəsinin 11 kəndində 
məskunlaşdırıldı.  Naxçıvan  şəhərində  416 ailə,  Əbrəqunusda  36, 
Bənəniyarda  43,  Qazançıda  22,  Xəlillidə  24,  Kültəpədə  70, 
Nehrəmdə  208,  Cəhridə  151,  Ayrıncda  31,  Qarabağlarda  24, 
Külüsdə  13,  Nursuda  30,  Şahbuzda  20,  Gecəzurda  14,  Məzrədə 
22, Əylisdə 37, Aza, Dar, Dizə və Dırnısda 182 ailə yerləşdirildi. 


Yüklə 49,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə