Azərbaycan respublikasi naxçivan muxtar respublikasi – 90



Yüklə 49,79 Mb.
Pdf görüntüsü
səhifə7/47
tarix01.08.2018
ölçüsü49,79 Mb.
#60007
1   2   3   4   5   6   7   8   9   10   ...   47

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Köçkünlərdən  2285  ailə  əyalətin  Naxçıvan  mahalında,  226  ailə 
isə  Ordubad  mahalında  yerləşdirildi.  Rusiya  imperiyasının 
köçürmə  siyasəti  nəticəsində  Naxçıvan  dairəsinin  mahalları  üzrə 
1830-cu illərdə əhalinin etnik tərkibi belə idi: Əlincə mahalı üzrə 
azərbaycanlılar  400  təsərrüfat,  1830-cu  ildən  əvvəl  köçürülüb 
gətirilən  ermənilər  120,  həmin  ildən  sonra  köçürülənlər  də      
120  təsərrüfat  idi.  Dərələyəz  üzrə  bu  rəqəmlər  müvafiq  olaraq 
1283,  58,  731;  Naxçıvan  mahalı  üzrə  1884,  309,1207,  Naxçıvan 
şəhəri üzrə 905,156, 269 idi. Xok mahalında azərbaycanlılar 292, 
ermənilər isə cəmi 43 təsərrüfat idi.
 
Ordubad dairəsində və Şərura 
aid  olan  məlumatlar  da  təsdiq  edir  ki,  göstərilən  bütün  cəhdlərə 
baxmayaraq,  Naxçıvan  əhalisinin  etnik  tərkibini  ermənilərin 
xeyrinə dəyişdirmək mümkün olmamışdı. 
 
Birinci  rus  inqilabı  illərində  Rusiyada  yaranmış  vəziyyət 
çar  hökumətini  millətlərarası  münasibətləri  qızışdırmağa  sövq 
etdi.  Azərbaycanın  paytaxtında  və  müxtəlif  şəhərlərində 
ermənilər  azərbaycanlılara  qarşı  soyqırım  siyasətinə  başladılar. 
Nəticədə,  naxçıvanlılar  kütləvi  qırğınlara  və  zorakılıqlara  məruz 
qalmış,  erməni  quldurlarına  və  onların  himayəçisi  olan  çar 
hakimiyyəti 
dairələrinə 
qarşı 
qəhrəmancasına 
mübarizə 
aparmışdılar.  Naxçıvan  tarixinin  bu  qanlı  faciələri,  ermənilərin 
azərbaycanlılara qarşı törətdikləri soyqırımlar böyük Azərbaycan 
yazıçısı  M.S.Ordubadinin  “Qanlı  illər”  kitabında  konkret  fakt-
larla əks olunmuşdur. 
 
Birinci  Dünya  müharibəsi  illərində  bütün  Azərbaycan 
torpaqları  kimi,  Naxçıvan  diyarı  da  tarixin  ən  ağır  sınaqları 
qarşısında  qaldı.  Azərbaycanın  digər  torpaqları  kimi,  Naxçıvan 
da  öz  hərbi-siyasi  mövqeyinə  görə  böyük  dövlətlərin  maraq 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
dairəsinə daxil idi. Digər tərəfdən, “böyük Ermənistan” yaratmaq 
xülyasına  düşən  erməni  millətçiləri  Şərqi  Anadolu  ilə  yanaşı, 
Naxçıvan  da  daxil  olmaqla  bütün  Şimali  Azərbaycanı  ələ 
keçirməyə çalışırdılar. 
 
1917-ci  il  fevral  inqilabının  qələbəsindən  sonra  Naxçı-
vanda  da  müvəqqəti  hökumətin  orqanları  təşkil  edildi.  Eyni  za-
manda  Naxçıvan  şəhərində,  Culfada,  Şahtaxtı  dəmir  yolu  stansi-
yasında  və  b.  yerlərdə  bolşeviklərin  yeni  hakimiyyət  orqanları–
sovetlər yaradıldı. İmperiyanın bir çox əyalətlərində olduğu kimi, 
Naxçıvanda da ikihakimiyyətlilik mövcud idi. Zaqafqaziyanı (rus 
dilində  Cənubi  Qafqaza  verilən  ad.  “Qafqazın  o  tərəfi”  məna-
sında işlənirdi – İ.H.) müvəqqəti olaraq idarə etmək üçün Xüsusi 
Zaqafqaziya  Komitəsi  deyilən  hökumət  qurumu  yaradıldı.  Mər-
kəzi  Tiflis  şəhəri  beş  nəfər  üzvdən  yalnız  bir  nəfər  azərbaycanlı 
olan  hökumətin  böyük  bir  regionu  idarə  etmək  imkanı  yox  idi. 
Həmin  hökumətin  Naxçıvandakı  yerli  komitəsi  də  diyarı  idarə 
edə  biləcək  və  bu  ərazidə  əmin-amanlığı  qoruyacaq  qədər  güclü 
deyildi.  Üstəlik  də,  1917-ci  ilin  oktyabrında  Rusiyada  baş  verən 
bolşevik çevrilişi və rus ordularının diyarı tərk etməsindən sonra 
bölgədə vəziyyət sürətlə pisləşməyə, ictimai-siyasi sabitlik pozul-
mağa başladı. Naxçıvan diyarının müsəlman-türk əhalisi silahlan-
mış,  yaxşı  təşkil  olunmuş  təcavüzkar  əhval-ruhiyyəli  ermənilər, 
quldur daşnak dəstələri ilə üz-üzə qaldılar. 
 
Çar  Rusiyasının  on  illər  boyu  düşmən  gözü  ilə  baxdığı, 
hərbi  xidmətdən  kənarlaşdırdığı  türk-müsəlmanlarından  fərqli 
olaraq,  Qafqazın  erməni  əhalisi  çar  ordusunda  xidmət  edirdilər. 
1918-ci 
ilin 
əvvəllərində 
və 
sonrakı 
iki 
ildə 
xarici 
imperialistlərin,  erməni  daşnak  hökumətinin  maddi  və  mənəvi 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
köməyi ilə ermənilər Naxçıvan bölgəsində azərbaycanlılara qarşı 
dəhşətli  qırğınlar  törətdilər.  Arxiv  materiallarından  məlum  olur 
ki,  1918-1920-ci  illərdə  erməni  cəlladları  73  mindən  artıq 
müsəlman  sakini  qətlə  yetirmişdir.  Naxçıvanda  Müsəlman  Milli 
Şurasının  katibi  olmuş  Mirzə  Bağır  Əliyev  1918-1920-ci  illər 
hadisələrindən  bəhs  edən  gündəlik  yazmış  və  həmin  gündəlik 
“Qanlı günlərimiz” adı ilə kitab kimi çap edilmişdir. 
 
1918-ci  il  may  ayının  28-də  Azərbaycan  xalqı  öz  dövlət 
müstəqilliyini  bərpa  edərək  müsəlman  şərqinin  ilk  demokratik 
respublikasını  –  Azərbaycan  Xalq  Cümhuriyyətini  yaratdı.  AXC 
dövründə ölkədə və onun ətrafında siyasi vəziyyət çox mürəkkəb 
idi.  1918-ci  ilin  iyununda  Andranik  Ozanyanın  quldur  dəstələri 
Naxçıvana basqın edərək dinc əhaliyə qarşı vəhşiliklər törətdilər. 
Silahlı  erməni  quldur  dəstələri  təkcə  Gilançay  və  Əlincəçay 
vadisində  80-dən  artıq  kəndi  viran  qoymuş,  əhalini  amansızlıqla 
qətlə  yetirmişdilər.  Müsəlman  Milli  Şurası,  onun  Cəfərqulu  xan, 
Rəhim  xan,  Kamran  xan,  Kalbalı  xan  kimi  qəhrəman  üzvləri  və 
yerli  əhali  igidliklə  mübarizə  aparmış,  kömək  üçün  Osmanlı 
Türkiyəsinə müraciət etmişdilər. 1918-ci il iyulun əvvəlində türk 
generalı  Kazım  Qarabəkir  paşanın  qoşunları  yerli  əhali  ilə 
birlikdə  erməni  cəlladlarını  məğlub  edib  Naxçıvandan  qovdular. 
Lakin  I  Dünya  müharibəsində  məğlub  olan  Türkiyə  Mudros 
barışığına  (1918,  30  oktyabr)  əsasən,  öz  qoşunlarını  Cənubi 
Qafqazdan,  eləcə  də  Naxçıvandan  çıxarmağa  məcbur  oldu.  Türk 
qoşunlarının  diyarı  tərk  etməsindən  sonra  1918-ci  il  noyabrın    
3-də  Naxçıvanda  paytaxtı  Naxçıvan  şəhəri  olan  Araz-Türk 
Respublikası  yaradıldı.  Onun  ərazisi  8,6  min  kv.km,  əhalisi  isə   
1 milyon nəfərə yaxın idi. Bu respublikanın hüdudları Naxçıvan, 


Yüklə 49,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə