Azərbaycan respublikasi naxçivan muxtar respublikasi – 90



Yüklə 49,79 Mb.
Pdf görüntüsü
səhifə8/47
tarix01.08.2018
ölçüsü49,79 Mb.
#60007
1   ...   4   5   6   7   8   9   10   11   ...   47

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Şərur-Dərələyəz  qəzalarını,  Ordubad  mahalını,  habelə  Sərdar-
abad,  Uluxanlı,  Vedibasar,  Qəmərli,  Mehri  və  s.  əraziləri  əhatə 
edirdi.  Cümhuriyyətin  Nazirlər  Şurasının  sədri  Əmir  bəy  Ək-
bərzadə, hərbi nazir isə İbrahim bəy Cahangiroğlu idi. Araz-Türk 
Respublikası  bölgəni  və  onun  əhalisini  erməni  basqınlarından 
qorumaq  məqsədilə  silahlı  dəstələr  yaratmış  və  düşmənə  qarşı 
fəal hərbi əməliyyatlar keçirmişdir.  
 
1919-cu  ilin  əvvəllərində  daşnak  hökumətinin  təhriki  ilə 
ingilislər  Naxçıvana  daxil  oldular  və  burada  ingilis  general-
qubernatorluğu  elan  etdilər.  İngilislər  tərəfindən  sıxışdırılan 
Araz-Türk  Respublikası  1919-cu  ilin  martında  süqut  etdi.  Bu 
respublika  az  yaşasa  da,  mühüm  xidmətləri  ilə  əbədiləşdi.  Belə 
ki, Araz-Türk Respublikası bölgənin azərbaycanlı əhalisinin qüv-
vələrini  düşmənlərə  qarşı  birləşdirməkdə  mühüm  rol  oynamış, 
əhalinin  daşnaklar  tərəfindən  məhv  edilməsinin  qarşısını  almış, 
ən başlıcası isə bölgənin ermənilərin əlinə keçməsinə imkan ver-
məmişdi. 
 
 
İngilislər Naxçıvanı Ermənistana vermək istəyirdilər. Nax-
çıvan  Müsəlman  Milli  Şurası  ermənilərlə  ümumxalq  mübari-
zəsinə qalxdı. Kalbalı xanın rəhbərliyi ilə xalq qoşunu ermənilərə 
sarsıdıcı  zərbə  vurdu  və  avqustun  30-da  (1919)  ermənilər  Nax-
çıvandan  qovuldu.  Bundan  sonra  AXC  hökuməti  Səməd  bəy 
Cəmilinskini Naxçıvan bölgəsinin general-qubernatoru təyin etdi. 
Səməd  bəy  dərhal  idarəetmə  strukturları  yaratmağa  başladı.  Bu 
zaman Naxçıvanda Amerika general-qubernatorluğun yaradılma-
sına  təşəbbüs  edilsə  də,  yerli  əhali  buna  imkan  vermədi.  Zəngə-
zurun  erməni  daşnakları  tərəfindən  tutulması  (1919,  23  noyabr) 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Naxçıvanı  çətin  vəziyyətə  salsa  da,  ərazini  erməni  işğalından 
qorumaq mümkün oldu. 
 
1920-ci  il  aprelin  28-də  Azərbaycanın  Rusiya  tərəfindən 
işğalı ilə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. İyulun 28-də 
Naxçıvanda  Sovet  hakimiyyəti  quruldu.  Naxçıvan  Hərbi  İnqilab 
Komitəsinin  1920-ci  il  avqustun  10-da  Azərbaycan  SSR  XKŞ-
nın  sədri  N.Nərimanova  göndərdiyi  məktubda  deyilirdi:  “Nax-
çıvan  diyarı  zəhmətkeşlərin  böyük  əksəriyyətinin  arzu  və 
tələblərini  nəzərə  alaraq,  özünü  Azərbaycan  SSR-in  ayrılmaz 
tərkib hissəsi elan etmişdir”.
 
1920-ci  ilin  sentyabrında  Naxçıvana  daşnak  hərbi  hissə-
lərinin hücumu başladı. Naxçıvanlılar erməni hücumlarının qarşı-
sını  aldılar.  Sentyabrın  18-də  Ordubad,  noyabr-dekabr  döyüşləri 
nəticəsində isə Şərur azad edildi.  
Sovet  Rusiyası  da  Naxçıvanı  Ermənistana  birləşdirmək 
üçün  bütün  vasitələrdən  istifadə  edirdi.  İ.Stalin,  Q.Orconikidze, 
S.M.Kirov,  G.Çiçerin  və  b.  bu  istiqamətdə  iş  aparırdılar.  Er-
mənistanda Sovet hakimiyyəti qurulduqdan sonra Naxçıvan üçün 
təhlükə  daha  da  artdı.  Naxçıvan  əhalisinin  inadlı  müqaviməti  və 
mübarizəsi  sayəsində  antiazərbaycan  siyasəti  baş  tutmadı.  Nəti-
cədə,  Ermənistan  Hərbi  İnqilab  Komitəsi  1920-ci  il  dekabrın   
28-də  Naxçıvanı  müstəqil  sovet  respublikası  kimi  tanıdı  və 
daşnakların  bu  ərazi  ilə  əlaqədar  iddialarından  imtina  etdiklərini 
bəyan etdilər. 
Naxçıvan  və  Zəngəzurun  Ermənistan  ərazisinə  qatılması 
barədə  Ermənistan  hökuməti  ilə  sovet  Rusiyası  arasında  razı-
laşma əldə edilmişdi. Ermənistan SSR hökuməti Naxçıvanı ilhaq 
etmək üçün yeni cəhdlər göstərirdi. Lakin 1921-ci ilin yanvarında 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Azərbaycan,  Ermənistan  və  Rusiya  nümayəndələrinin  təşəbbüsü 
ilə  keçirilmiş  rəy  sorğusunda  Naxçıvan  əhalisinin  90  faizdən 
çoxu  Naxçıvan  mahalının  muxtariyyət  statusunda  Azərbaycan 
SSR-in tərkibində qalmasına səs verdi. 
1920-ci  ilin  aprel  ayından  başlayaraq  Türkiyə  ilə  Rusiya 
arasında  münasibətlərdə  mülayimləşmə  hiss  olunurdu.  Bundan 
istifadə  edən  Türkiyə  hökuməti  həm  XIX  əsrin  70-ci  illərində 
itirilmiş  torpaqlarının  geri  qaytarılması,  həm  də  Rusiyanın 
yardımından  faydalanaraq  istiqlal  mübarizəsində  qalib  gəlməsini 
düşünürdü.  Bu  məqsədlə  də  Rusiya  ilə  danışıq  aparmaq  üçün 
Bəkir  Sami  bəyin  başçılığı  ilə  nümayəndə  heyətini  Moskvaya 
göndərmişdi.  Bir  qədər  sonra  Yusif  Kamal  bəyin  başçılığı  ilə 
Moskvaya  daha  bir  nümayəndə  heyəti  göndərildi.  Hər  iki 
danışıqlarda  Naxçıvan  məsələsinə  də  xüsusi  əhəmiyyət 
verilmişdi.  Danışıqlarda  Azərbaycan  SSR-in  RSFSR-dəki 
fövqəladə  və  səlahiyyətli  nümayəndəsi  B.Şahtaxtinskinin  də 
mühüm  xidmətləri  olmuşdu.  Danışıqlar  nəticəsində  1921-ci  il 
martın  16-da  iki  ölkə  arasında  “Dostluq  və  qardaşlıq  haqqında” 
Moskva  müqaviləsi  imzalandı.  Müqavilə  16  maddədən  və           
2  əlavədən  ibarət  idi.  Onun  III  maddəsində  deyilirdi:  “Razılığa 
gələn hər iki tərəf Naxçıvan vilayətinin hazırkı Müqavilənin I (C) 
əlavəsində  göstərilən  sərhədlərdə  Azərbaycanın  protektoratlığı 
altında  muxtar  ərazi  yaratmasına  razıdırlar,  o  şərtlə  ki, 
Azərbaycan 
bu 
protektoratlığı 
üçüncü 
dövlətə 
güzəştə 
getməməlidir”.  Bu  maddə  Naxçıvanın  taleyinin  həll  edilməsində 
tarixi əhəmiyyətə malik oldu. Naxçıvan məsələsi özünün ədalətli 
həllini tapdı və Azərbaycan ərazisinin bütövlüyü qismən də olsa, 
qorunmuş oldu.  


Yüklə 49,79 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə