Azərbaycan respublikasi naxçivan muxtar respublikasi – 90



Yüklə 49,79 Mb.
Pdf görüntüsü
səhifə9/47
tarix01.08.2018
ölçüsü49,79 Mb.
#60007
1   ...   5   6   7   8   9   10   11   12   ...   47

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Moskva  müqaviləsinin  şərtləri  1921-ci  il  oktyabrın  13-də 
Rusiya  nümayəndəsinin  iştirakı  ilə  Türkiyə,  Azərbaycan, 
Gürcüstan və Ermənistan arasında bağlanmış Qars müqaviləsi ilə 
daha  da  möhkəmləndirildi.  Müqavilədə  yenə  də  Naxçıvanın 
Azərbaycanın  tərkibində  saxlanılması  və  ona  muxtariyyət 
verilməsi 
məsələsi 
təsbit 
olunmuşdur. 
Lakin 
Moskva 
müqaviləsindən  fərqli  olaraq  Qars  müqaviləsinin  V  maddəsində 
Naxçıvanın  statusu  məsələsində  razılığa  gələn  tərəflər  müəyyən 
edilmişdir.  Bunlar  Türkiyə,  Azərbaycan  və  Ermənistan 
hökumətləri idi. 
1922-ci  il  yanvarın  25-də  Naxçıvan  diyarının  I  Sovetlər 
qurultayı  Naxçıvan  İnqilab  Komitəsini  ləğv  etdi,  Naxçıvan 
İcraiyyə  Komitəsi  və  Naxçıvan  SSR  Xalq  Komissarları  Soveti 
yaratdı.  1923-cü  il  fevralın  27-də  III  Ümumnaxçıvan  Sovetlər 
qurultayı  Naxçıvan  SSR-in  muxtariyyət  hüquqları  əsasında 
Azərbaycan  SSR  tərkibinə  daxil  edilməsi  haqqında  qərar  qəbul 
etdi  və  Azərbaycan  MİK-ə  müraciət  ünvanlandı.  Azərbaycan 
MİK-in III sessiyası bu müraciəti təsdiq etdi. 
1923-cü  ilin  16  iyunundan  Naxçıvan  SSR-in  statusu  məh-
dudlaşdırıldı  və  o  Naxçıvan  Muxtar  Diyarına  çevrildi.  1923-cü 
ilin  sonunda  Naxçıvan  Muxtar  Diyarının  muxtar  respublikaya 
çevrilməsi  məsələsi  irəli  sürüldü.  Azərbaycan  MİK  1923-cü  il 
dekabrın  31-də  bu  barədə  qərar  qəbul  etdi.  Zaqafqaziya  MİK-in 
1924-cü il yanvarın 8-də keçirilən I plenumu bu qərarı təsdiqlədi. 
1924-cü  il  yanvarın  18-də  Naxçıvan  MSSR-in  hakimiyyət  or-
qanları təşkil edildi. 
1924-cü  il  fevralın  9-da  Azərbaycan  SSR  MİK-in  dekreti 
ilə  Naxçıvan  Muxtar  Diyarı  Naxçıvan  MSSR-ə  çevrildi. 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Beləliklə,  ermənilərin  Naxçıvanın  Azərbaycandan  qoparılmasına 
yönəlmiş  düşmənçilik  niyyətləri  boşa  çıxdı,  Naxçıvanın 
Azərbaycanın ayrılmaz tərkib hissəsi olması və onun Azərbaycan 
dövlətçiliyindəki yeri öz ədalətli hüquqi qiymətini aldı. 
Naxçıvan  Muxtar  Respublikasının  sahəsi  tarixi  Naxçıvan 
ərazisinin  yalnız  5.988  kv.km-ni  əhatə  edirdi.  1929-1930-cu 
illərdə  və  bundan  sonra,  Kreml  rejimi  Moskva  və  Qars 
müqavilələrinin  qərarlarına  zidd  olaraq  Naxçıvana  qarşı 
ermənilərin  yeni  ərazi  iddialarını  həyata  keçirdi.  Nəticədə, 
muxtar  respublikanın  ərazisi  daha  da  azaldıldı.  Təkcə  1929-cu 
ildə Zaqafqaziya MİK-in qərarı ilə Naxçıvanın 657 kv.km ərazisi 
-  Şərur  qəzasının  Qurdqulaq,  Xaçik,  Horadiz,  Naxçıvan  qəzası 
Şahbuz  nahiyəsinin  Oğbin,  Ağxaç,  Almalı,  İtqıran,  Sultanbəy 
kəndləri,  Ordubad  qəzasının  Qorçevan  kəndi,  habelə  Kilit  kəndi 
torpaqlarının  bir  hissəsi  Ermənistana  verildi.
 
Hazırda  Naxçıvan 
Muxtar  Respublikasının  ərazisi  5,5  min  kv.km-dir.  Azərbaycan 
xalqının 
ümummilli 
lideri 
Heydər 
Əliyev 
Azərbaycan 
Respublikası  Konstitusiya  Komissiyasının  1998-ci  il  yanvarın 
14-də  keçirilən  iclasında  demişdir:  “Naxçıvanın  muxtariyyəti 
tarixi 
nailiyyətdir, 
biz 
bunu 
qoruyub 
saxlamalıyıq. 
Naxçıvanın  muxtariyyəti  Naxçıvanın  əldən  getmiş  başqa 
torpaqlarının  qaytarılması  üçün  ona  xidmət  edən  böyük  bir 
amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.  
1920-30-cu  illər  Naxçıvan  tarixinin  ağır  dövrlərindəndir. 
Həmin  illərdə Naxçıvanın  idarə edilməsi, ilk  vaxtlar Azərbaycan 
MİK-in  1924-cü  ilin  aprelində  qəbul  etdiyi  Əsasnamə  ilə 
tənzimlənirdi.  Həmin  əsasnamə  1926-cı  il  aprelin  18-də 
Ümumnaxçıvan  Sovetlər  qurultayının  qəbul  etdiyi  Naxçıvan 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
MSSR-in  birinci  Konstitusiyasınadək  qüvvədə  olmuşdur.  Sonra 
isə  SSRİ  və  Azərbaycan  SSR  konstitusiyalarının  dəyişdirilməsi 
ilə əlaqədar olaraq 1937-ci  il sentyabrın 17-də Naxçıvan MSSR-
də yeni Konstitusiya qüvvəyə minmişdir.  
Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyevin 
Azərbaycana  rəhbərlik  etdiyi  illər  respublikanın,  o  cümlədən 
Naxçıvanın həyatında yüksəliş dövrü kimi xarakterizə olunur. Bu 
illərdə  Naxçıvan  diyarı  yenidən  quruldu,  tikildi,  inkişaf  etdi. 
Naxçıvan  MSSR  qabaqcıl  sənaye,  kənd  təsərrüfatı,  elm  və 
mədəniyyət mərkəzinə çevrildi. Naxçıvanın sosial-iqtisadi, siyasi 
və  mədəni  həyatında  böyük  dirçəliş  baş  verdi.  Bu  dövrdə  SSRİ 
və  Azərbaycan  SSR  konstitusiyalarına  uyğun  olaraq,  Naxçıvan 
MSSR-in də yeni Konstitusiyası (1978-ci il) qəbul edildi. Böyük 
inkişafın  nəticəsi  idi  ki,  1980-ci  ilin  sonuna  yaxın  muxtar 
respublikada  məhsul  istehsalı  1924-cü  ilə  nisbətən  180  dəfədən 
çox  artmışdı.  Mənzil  tikintisi  sahəsində  də  irəliləyiş  müşahidə 
olunurdu.  Belə  ki,  təkcə  Naxçıvan  şəhərində  45  min  nəfər 
əhalinin yaşadığı yeni yaşayış massivləri salındı. 
XX  əsrin  80-ci  illərinin  sonlarında  respublikada  siyasi 
vəziyyət xeyli mürəkkəbləşdi.  
1990-cı  il  yanvarın  19-dan  20-nə  keçən  gecə  sovet 
ordusunun  Bakıda  dinc  əhaliyə  divan  tutmasından  bir  neçə  saat 
əvvəl Naxçıvan erməni təcavüzkarlarının hücumuna məruz qaldı. 
Qanlı  Yanvar  günlərində  Azərbaycan  ilk  şəhidlərini  Naxçıvanda 
verdi.  Kərki  kəndi  ermənilər  tərəfindən  işğal  edildi.  SSRİ 
rəhbərliyinin  riyakar  mövqe  tutması  səbəbindən  xalqın  tələbi  ilə 
Naxçıvan  MSSR  Ali  Soveti  o  zaman  üçün  misli-bərabəri 
olmayan cəsarətli bir qərar qəbul etdi – Naxçıvan MSSR-in SSRİ 


Yüklə 49,79 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə