Azərbaycan respublikasi naxçivan muxtar respublikasi



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə1/63
tarix04.07.2018
ölçüsü6,34 Mb.
#53116
  1   2   3   4   5   6   7   8   9   ...   63


 


AZƏRBAYCAN RESPUBLİKASI 
NAXÇIVAN MUXTAR RESPUBLİKASI 
 
 
 
 
 
 
 
 
 
 
NAXÇIVAN MUXTAR  
RESPUBLİKASININ ARIKİMİLƏR 
(HYMENOPTERA, APOIDEA
FAUNASI 
 
 
 
 
 
 
 
AMEA  Naxçıvan  Bölməsi  Rəyasət 
heyətinin  26  may  2015-ci  il  tarixli 
5/5  nömrəli  qərarı  (protokol  №  05) 
ilə çapa tövsüyə olunmuşdur.  
 
 
 
 
 
NAXÇIVAN - 2015 
 


Elmi məsləhətçi: Xalid Əliyev  
Biologiya üzrə elmlər doktoru, dosent 
 
Redaktor: 
Akif Bayramov  
Biologiya üzrə fəlsəfə doktoru, dosent 
 
Rəyçilər: 
Əliyar İbrahimov  
Biologiya üzrə elmlər doktoru, professor 
 
Barat Əhmədov  
Biologiya üzrə fəlsəfə doktoru, dosent 
 
  
Monoqrafiyada  Naxçıvan  Muxtar  Respublikasının  bioloji 
müxtəlifliyində  növlərinin  zənginliyi  və  praktiki  əhəmiyyəti  ilə  fərqlənən 
arıkimilər  faunasının  sistemli  tədqiqinin  nəticələri  öz  əksini  tapmışdır. 
Kitabda  arıkimi populyasiyalarının bölgənin bütün yüksəklik qurşaqları və 
landşaftları  üzrə  paylanması  qanunauyğunluqları,  onların  trofik  əlaqələri, 
uçuş  fenologiyası,  yuvalaması,  davranış  xüsusiyyətləri  və  sair  məsələlər 
haqqında  maraqlı  məlumatlar  verilmiş,  müxtəlif  aqrosenozlarda  və  təbii 
bitki  senozlarında  əsas  tozlandırıcı  arıların  funksional  fəaliyyəti 
qiymətləndirilmişdir.  Faunanın  müasir  təsnifat  dəyişiklikləri  əsasında 
yenidən  tərtib  edilmiş  taksonomik  spektrinə  və  ekoloji-faunistik  təhlilinə 
geniş  yer  ayrılmışdır.  Əsərdə  həmçinin  təbiət  komplekslərinin  labüd 
ünsürləri  olan  və  entomofil  bitkilərin  bioloji  məhsuldarlığının 
yüksəldilməsində  xüsusi  fəallığı  ilə  fərqlənən  növlərin  qorunması  və 
onlardan səmərəli istifadə edilməsi yolları göstərilmişdir.   
Dəqiq  işlənmiş  cədvəllərin,  diaqramların  və  rəngli  fotoşəkillərin 
yer aldığı bu monoqrafiya entomoloqlar, zooloqlar, aqronomlar, ekoloqlar, 
universitetlərin  və  orta  məktəblərin  biologiya  müəllimləri,  magistrlər  və 
Naxçıvan  Muxtar  Respublikasının  zəngin  həşəratlar  aləmi  ilə  maraqlanan 
geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 
 
Məhərrəmov  M.M.  Naxçıvan  Muxtar  Respublikasının  arıkimilər 
(Hymenoptera, Apoidea) faunası. Naxçıvan: Əcəmi NPB, 2015, 264 s. 
 
 
4700000000 
 053-2015 
© “Əcəmi” 2015.



 
GİRİŞ 
İnsanların  və  kənd  təsərrüfatı  heyvanlarının  yaşamını 
təmin  edən  üzvü  maddələrin  əsas  mənbəyi  olan  bitkilərin 
əksəriyyəti entomofildir, onların məhsuldarlığı, başlıca olaraq, 
arıkimilərin 
(Hymenoptera, 
Apoidea
tozlandırıcı 
fəaliyyətindən çox asılıdır. 
Arıkimilər  biogeosenozlarda  gedən  mürəkkəb  bioloji 
proseslərdə,  xüsusilə  bitkilərin  çarpaz  tozlanmasında  mühüm 
rol 
oynayan 
çoxsaylı 
və 
geniş 
yayılmış 
yerüstü 
onurğasızlardandır.  Örtülütoxumlu  bitkilər  və  həşəratlar  Yer 
kürəsi  landşaftlarının  rəngarəngliyini  müəyyən  edən  nəhəng 
simbiotik  komplekslər  təşkil  edirlər.  Onlara  entomofil  bitkilər 
olan  qurunun  bütün  sahələrində  rast  gəlmək  olur.  Arıkimilər 
bütün  çiçəkli  bitkilərin:  meyvə-giləmeyvə,  bostan-tərəvəz,  bir 
sıra texniki, yağlı, dərman və bəzək bitkilərinin tozlanmasında 
birbaşa  iştirak  edirlər.  Digər  tərəfdən  çoxlu  yabanı  və  yem 
bitkilərinin  əsas  tozlayıcılarıdır.  Bir  çox  kənd  təsərrüfatı 
bitkilərinin  arıkimilərlə  tozlanması  bioloji  proseslərin  əsas 
mərhələlərindəndir.  Becərilən  bitkilərin  məhsuldarlığının 
artırılması  üçün  arıkimilərin  növ  tərkibinin  və  həyat 
formalarının öyrənilməsi qarşıya qoyulan əsas məsələlərdəndir. 
Tozlayıcıların  həyat  fəaliyyətini  öyrənmədən  entomofil 
bitkilərin  məhsuldarlığının  artırılması  məsələsinin  həlli  müasir 
dövrdə  mümkün  deyildir.  İnsanların  intensiv  təsərrüfat 
fəaliyyəti  və  ərazinin  iqlim  şəraiti,  arıkimilər  faunasının, 
növlərin 
bioekologiyasının  xarakterik 
xüsusiyyətlərinin 
öyrənilməsini  tələb  edir.  Kənd  təsərrüfatının  mühüm 
problemlərindən  biri  profilaktiki  və  aqrotexniki  tədbirlərin 
həyata  keçirilməsi  ilə  arıkimilərin  yuvalaması,  mədəni 
biosenozlarda qidalanması üçün əlverişli şəraitin yaradılmasına 
və  onların  qorunmasına  xidmət  edir.  Entomofil  bitkilərin, 
xüsusilə  mədəni  bitkilərin  tozlanmasını  praktiki  həll  etmək 
üçün  arıkimilərin  ekoloji  xüsusiyyətlərini  öyrənməklə,  onların 
qorunmasına və saylarının artırılmasına xüsusi ehtiyac vardır. 
 



 
I FƏSİL. NAXÇIVAN MUXTAR RESPUBLİKASININ 
ÜMUMİ FİZİKİ-COĞRAFİ XARAKTERİSTİKASI 
 
Relyefi. Naxçıvan Muxtar Respublikasının ərazisi Kiçik 
Qafqazın  cənub-qərbində,  dəniz  səviyəsindən  600-3906  m 
hündürlüklər arasında yerləşir. Ucqar nöqtələri: şimalda 39°41' 
şimal  enliyində  yerləşən  Gömürlü  dağı,  cənubda  38°50'  şimal 
enliyində  yerləşən  Zerəni  dəmiryolu  stansiyası,  şərqdə  46°10' 
şərd  uzunlugunda  yerləşən  Zəngəzur  silsiləsinin cənub  qoluna 
daxil  olan  Zerəni  dagı,  qərbdə  isə  44°45'  şərq  uzunluğunda, 
Sədərək  rayonundan  7  km  qərbdə  yerləşən  kecmiş  Urmiyə 
kəndidir.  Ərazi  şimal-qərbdən  cənub-şərqə  158  km,  şimaldan-
cənuba  isə  75  km  uzanır.  Muxtar  respublikanın  sahəsi  5363 
km², sərhədlərinin ümumi uzunlugu isə 398 km-dir. Bunun 163 
km-i Araz cayı boyunca Kotam kəndindən Dəhnə yüksəkliyinə 
qədər  İran  İslam  Respublikası  ilə,  Dəhnə  yüksəkliyindən 
Ermənistanla  sərhəddədək  11  km    Türkiyə  Respublikası  ilə, 
224  km  şimal,  şimal-şərqdən  Dərələyəz-Zəngəzur,  Konqur-
Ələngəz silsilələri boyunca Ermənistanla həmsərhəddir. 
Muxtar  respublika  tipik  dağlıq  ölkədir.  Ərazinin  ən 
alçaq  nöqtəsi  Kötam  kəndi  yaxınlığında  Araz  çayının  yatağı 
(d.s.h. 600 m), ən hündür nöqtəsi isə Qapıcıq dağının zirvəsidir 
(d.s.h.  3906  m).  Ərazinin  orta  hündürlüyü  1400  metrdir. 
Arazboyu  düzənlik  zona  şimal-qərbdə  Sədərək  düzündən 
başlayıb,  Ordubad  rayonunda  ensiz  zolaq  şəklində  qurtarır. 
Arazboyu  düzənlik  çox  da  yüksək  olmayan  tirə  və  yüksəklik-
lərlə  bir  neçə  düzənliyə  parçalanıbdır.  Ərazinin  şimal-qərb 
qurtacağında  Dəhnə-Vəlidağ  yüksəkliyi,  Araz  çayı  və 
Saraybulaq  dağlarının  cənub-şərq  ətəkləri  ilə  sərhədlənən 
sahədə  Sədərək  düzü  yerləşir.  Düzənlikdən  cənub-şərqdə 
Qarabağlar-Qıvraq tirəsinə qədər olan sahədə, Arpaçayın aşağı 
hissəsində  Şərur  düzənliyi  yerləşir.  Qıvraq  yüksəkliyi  bu 
düzənliyi  onun  cənub-şərqində  yerləşən  Böyükdüzdən  ayırır. 
Böyükdüzü  Qarabağlar-Xök-Tazıuçan  yüksəkliyi  və  Düzdağ 
tirəsi sərhədləyir. 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə